Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə95/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   99

211
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
məhsullarının  satışı  üzrə  operatorların  vəzifələri  barədə  Reqlamenti  təsdiq  etmişdir.  Bu 
yeni qanun meşə sektorunda qanunsuz fəaliyyətə görə məsuliyyəti sərtləşdirməklə Avropa 
bazarlarını qeyri-qanuni yolla tədarük edilmiş ağac məhsullarından azad etməyə yönəld-
ilmişdir. Avropa İttifaqının qanunvericilik aktının 3 mart 2013-cü ildən etibarən qüvvəyə 
minməsi nəzərdə tutulmuşdur. Bu hüquqi sənədə riayət olunması Avropa iqtisadi məkanın-
da olan bütün ölkələr üçün məcburidir.
Avropa İttifaqına daxil olan ölkələr dünya üzrə meşə və meşə məhsullarının ən böyuk 
istehlakçılarıdır. Avropa İttifaqına idxal edilən qanunsuz meşə məh sul larının ümumi həcmi 
16 mln m3 miqdarında qiymətləndirilərək bütün ölkələrdən gətirilən məhsulu 20%-ni təşkil 
edir. Aİ  qanunsuz  gətirilən  oduncağın  həcmini  azaltma  üçün  FLEG(T)  fəaliyyət  planını 
tətbiq  edir.  Ekomarkalanma  sertifikatlaşdırma  sistemi Avropa  İttifaqının  əsas  8  həlledi-
ci  şərtlərindən  biri dir.  Könüllü  meşə  sertifikatlaşdırılmasından  əlavə  FLEG  (T)  lisenzi-
yalaşdırılması, oduncağın ixracı üzrə qanunvericiliyi və “yaşıl” dövlət tədarükləri tətbiq 
edilə cəkdir. “Yaşıl” dövlət tədarükləri hər şeydən əvvəl inşaat, mebel və kağız sənayesində 
tətbiq olunacaqdır.
Avropa İttifaqının Reqlamentinə görə ixrac edın ölkələr ilk dəfə bazara çıxarılan məh-
sulların leqallığını təmin etməlidirlər. Bu zaman məhsul ixrac edən hər bir ölkə öz sistemini 
tənzimləməli və monitorinq təşkilatı tərəfindən tətbiqini təmin etməlidir. Avropa İttifaqına 
daxil olan ölkələrə göndərilən məhsulları müşayət edən sənədlərdə aşağıdakı məlumatlar 
əks etdirilməlidir:

  məhsulun tipi və ticarət adı göstərilməklə təsviri;

  məhsulun hazırlanmasında oduncağından isti fadə edilmiş ağac cinslərinin ticarət 
və elmi adları;

  tədarük edilən vilayətlər və ərazilər daxil olmaqla oduncağın mənşəyi olan ölkələr;

  kəmiyyət göstəriciləri;

  oduncağı göndərənin adı və ünvanı;

  qanuniliyi  təsdiq  edən  sənədlər  (ixrac  edən  ölkənin  qanunvericiliyinə  uyğun 
olaraq).
Reqlamentin “məcburi vicdanlılıq” sistemi təhcizat sistemindən qeyri-qanuni oduncaq 
məhsullarının  çıxarıl ması  tədbirlərini  və  mümkün  risklərin  qiymətləndirilməsini  əks  et-
dirməlidir. Könüllü sertifikatlaşdırma sistemi bu baxımdan ciddi üstünlüyə malikdir.
Avropa  İttifaqının  Reqlamentinə  uyğun  olaraq  aşağı dakı  hallarda  tədarük  edilmiş  və 
ixrac olunmuş oduncaq qanunsuz hesab edilir:

  hüquqi əsası olmadan və ya xüsusi ayrılmış meşə sahəsindən kənarda;

  oduncaq tədarükünün haqqı və vergilərin ödə nilməsi normaları pozulduqda; 

  təbiəti mühafizə və meşə qanunvericiliyi pozul duqda;

  meşədən istifadədə üçüncü tərəfin hüquqları pozulduqda (az saylı yerli əhali);

  ticarət qaydaları və gömrük qanunvericiliyi pozulduqda.


212
v FƏSİL
Avropa İttifaqının hər bir ölkəsi Reqlamentin tələb lərini yerinə yetirmək üçün bir və ya 
bir neçə səlahiyətli orqan təyin etməlidir. Avropa Komissiyası tərəfindən oduncağın qanuni 
olmasının monitorinqini keçirən xüsusi monitorinq təşkilatları təyin ediləcək və bu təşkilat-
ların siyahısı Avropa İttifaqının xüsusi dərgisində dərc olunacaqdır.
Bir  çox  ölkələrdə  artıq  belə  qanunvericilik  təşəb büs ləri  həyata  keçirilmişdir.  1990-
cı ildə ABŞ-da Leysi qanunu (Lasey Act) qəbul edilmişdir. Senator Con Leysinin adını 
daşıyan bu qanun qaçaqmalçılığa qarşı mübarizə məqsədi daşıyırdı. 2008-ci ilin may ayın-
da qanuna düzəlişlər edilərək yabanı bitki növləri və bütün meşə məhsulları buraya daxil 
edildi. Leysi qanuna qəbul edilmiş bu əlavələr bitki mənşəli məhsullarla ticarət edən ölkələr 
üşün istənilən bitki mənşəli məhsulların mənşəyi və növlərinin deklarasiyasının məcburuli-
yini təsdiq edir. Səhih olmayan deklarasiyaya görə böyük məbləğdə cərimə (250-500 min 
dollar) və ya həbs cəzası tətbiq olunur. ABŞ-da yeni qanunvericiliyin qəbul edilməsinin 
əsas səbəbi meşələrin qırılmasının qarşısının alınması və qanunsuz məhsullardan satış ba-
zarlarının müdafiəsi idi. Bu qanunun icrasına nəzarət ABŞ-ın gömrük və sərhəd xidmətinə, 
vəhşi təbiətin və balıqların mühafizəsi xidmətinə tapşırılmışdır. 
Məhsulun mənşəyinə nəzarət və milli qanunvericiliyə müvafiq olması məsələləri yaxın 
gələcəkdə meşə sektoru nun əsas standartlarına çevriləcəkdir. Avropa İttifaqının qanunveri-
cilik aktı meşə və meşə məhsullarını ixrac edən ölkələrin bu məhsulların qanuniliyinə daha 
ciddi diqqət göstərmələrini tələb edir. 2010-cu ildə Çin, bir qədər əv vəl isə Yaponiya bu 
ölkələr sırasına daxil olmuşdur.
Sənaye təyinatlı meşələrə malik olan bir sıra döv lət lərdə qanunsuz oduncaq tədarükünün 
qarşısının  alın masına  yönəldilmiş  qanunvericilik  tədbirləri  son  nəticədə  meşə  sektorun-
da  hüquq  tətbiqinin  və  meşələrin  davamlı  idarə  edilməsinin  daha  da  təkmilləşdirilməsi 
məqsədilə həyata keçirilir. Qoruyucu kateqoriyalı meşələrdə təbii sərvətlərin davamlı is-
tifadəsi cəmiyyətin bütün maraqlı tərəflərinin bu sahəyə daha məsuliyyətli yanaşmasını və 
birgə səyini tələb edir. 
Meşələrin sahəsi azaldıqca, planetin həyatında bu əvəzedilməz təbii resursun əhəmiyyə-
ti və onun yaşamaq hüququ daha aydın nəzərə çarpır. Ağac və kolların sayı tükəndikcə, on-
ların bərpasına və qorunmasına sərf olunan səylər də bir o qədər artır. İnsanların meşənin 
qeyri-oduncaq ehtiyatlarına və rekreasiyaya tələbatı artdıqca, meşələrin çoxməqsədli da-
vamlı idarə edilməsinə olan tələbat da artır. Müxtəlif təbii xüsusiyyətlərinə görə fərqlənən 
meşələrin taleyi antropogen təsir altında dəyişməni düzgün qiymətləndirə bilən və baş verə 
biləcək hadisələri öncədən proqnozlaşdırmağı bacaran mütəxəssislərin həyat təcrübəsindən 
daha çox asılıdır. Buna görə də meşəçilik ixtisasına yiyələnən hər bir vətəndaş meşələrin 
gələcək taleyinə laqeyd qalmayaraq, dərin biliklərə və bacarıqlara yiyələnməklə, meşə eko-
sistemlərinin sabit və davamlı inkişafının qorunması naminə bu bilikləri gündəlik həyat 
fəaliyyətində tətbiq etməyi bacarmalıdır.


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə