Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə94/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   99

209
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
tiyatının təyin edilməsi üsulları məlumdursa, meşə ekosisteminin funksiyalarının (içməli su 
təminatı, karbon qazının udulması və s.) qiymətləndirilməsi qay da ları hələ tam işlənməyib-
dir. Digər tərəfdən so sial resursların (əhalinin müxtəlif qruplarının təhsil səviy yəsi, bilik və 
bacarıqları, milli-mənəvi dəyərləri, intel lektual, yaradıcılıq qabiliyyətlərinin inkişafı və s.) 
qiymət ləndirilməsi o qədər də sadə məsələ deyildir.
Effektivlik prinsipi. Bu prinsipə əsasən arzuolunan nəticəni əldə etmək üçün təbii ehti-
yatların minimal istifadəsi nəzərdə tutulur. Təbii ehtiyatlar məhdud oldu ğundan bir neçə as-
pekti nəzərdən keçirək. Meşələrin bərpası və artırılması üçün aparılan tədbirlərin (toxu mluq 
ağacların seçilməsi, tinglikdə bitkilərin becə ril məsi, qulluq qaydaları və s.) texniki effek-
tivliyini qiymət lən dirən zaman meşənin biomüxtəlifliyinin artması, su qoru yucu və istirahət 
üçün  rekreasiya  funksiyası  da  mütləq  qiymətləndirilməlidir.  Cənubi  Afrikada  yaradılan 
evkalipt plantasiyaları torpağın su ehtiyatlarını sərf etdiyinə görə yaxınlığındakı yaşayış 
məntəqələrində yerli əhalinin içməli su təminatını və torpağın məhsuldarlığını təhlükə altın-
da qoyur. Bu baxımdan meşələrin belə idarə edilməsi ekoloji cəhətdən effektiv hesab edilə 
bilməz. Biomüxtəlifliyin qorunması və digər tələblərin yerinə yetirilməsi meşədən alınan 
iqtisadi gəliri azaltsa da, uzunmüddətli perspektivdə daha çox səmərə verə bilər.
Sosial ədalət prinsipi. Meşə insanların həyatında çox əhəmiyyətli rol oynadığına görə 
müxtəlif sosial qrupların meşələrin idarə edilməsinə olan tələbatı da müxtəlifdir. Məsələn, 
əgər sənaye meşələri olan ölkələrdə əhalinin bir sosial qrupu meşə qırmalarından gəlir əldə 
edirsə,  qeyri-oduncaq  ehtiyatlarından  istifadə  edən  digər  qruplar  itirirlər.  Meşə  ehtiyat-
larının davamlı istifadəsi meşə ətrafı kənd və qəsəbələrin əhalisi üçün həyati əhəmiyyətli 
məsələ olub, ailənin sosial təminatı, milli-mənəvi dəyərlərin və adət-ənənələrin saxlanması 
üçün vacibdir. Yerli əhalinin ovçuluq, balıqçılıq və qida məhsulları toplamaq məqsədilə 
istifadə etdiyi, müqəddəs ziyarətgahların olduğu meşə sahələrinin bir hissəsi saxlanmalı və 
yaxud əvəzində müəyyən şərtlər yerinə yetirilməlidir. 
Burada  meşədən  istifadə  hüquqlarının  və  maraqların  təmin  olunması  əsas  şərtlərdən 
biridir. Mühüm qərarların qəbul edilməsi zamanı bütün maraqlı tərəflərin rəyi nəzərə alınır. 
Bu zaman əsas üç məsələyə aydınlıq gətirilir:
1.  Hansı  qruplar  öz  tələblərini  irəli  sürür?  Bu  qruplara  meşə  istifadəçiləri,  tor-
paq istifadəçiləri, istehlakçılar, ayrı-ayrı vətəndaşlar, dövlət müəssisələri, təbiəti 
mühafizə və sosial ictimai təşkilatlar, həmkarlar təşkilatı, dini qurumlar, kütləvi 
informasiya vasitələri, assosiasiyalar, siyasi partiyalar aid edilir.
2.  Bu  hansı  tələblərdir?  Meşələrdən  istifadənin  neqativ  təsirin  azaldılması,  təbii 
ehtiyatlardan  istifadə  hüququnun  təmin  edilməsi,  qərar  qəbul  edilməsində  işti-
rak etmək və qərarların qəbuluna təsir etmək hüququ maraqlı tərəflərin irəli sürə 
biləcəyi tələblərdir.
3.  Bu tələblər nəyə əsaslanır? Tələblərin mövcud qanunvericiliyə, beynəlxalq kon-
vensiyalara və sazişlərə, beynəlxalq standartlara, insan hüquq larının təmin olun-
masına və milli-mənəvi dəyər lərə əsaslanması nəzərə alınır.


210
v FƏSİL
Əməkdaşlıq  prinsipi.  Meşə  ehtiyatlarından  istifadə  edən  yerli  əhalinin  bütün  sosial 
qrupları, icra orqanları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nüma yən dələri 
arasında  əməkdaşlıq  əlaqələrinin  yaradılması  mühüm  şərtdir.  Davamlı  inkişaf  sahəsində 
meşə idarə çiliyi orqanlarının və ictimaiyyətin birgə səyləri sayə sində arzuolunan nəticələri 
əldə etmək mümkündür. Maraqlı tərəflər arasında düzgün əməkdaşlıq əlaqələrinin qurul-
masından, müvafiq vəzifə bölgüsündən asılı olaraq bu sahəsi fəaliyyət göstərmək müm-
kündür.
Razılaşdırma  prinsipi.  Meşəçilik  münasibətlərində  iştirak  edənlərin  bütün  səylərinin 
birləşdirilməsi vasitəsilə davamlı inkişafa nail olmaq mümkündür. Bu qaydalardan birində 
deyilir: “Qlobal düşün, lokal fəaliyyət göstər”. Yəni, yerli şəraitdə fəaliyyət göstərərkən 
problemin qlobal miqyasda həllini nəzərə almaq lazımdır. Meşədən istifadə edən tərəflərin 
razılaşdırılmayan fəaliyyətinin yarada biləcəyi vəziyyətlərin aşkara çıxarılması, meşənin 
biomüxtəlifliyinə təsirin aradan qaldırılması, fəaliyyətin xarici şəraitə uyğunlaşdırılması və 
ya fəaliyyətin həyata keçirilməsi üçün mövcud şərtlərin dəyişdirilməsi (qanunvericilikdə 
müvafiq dəyişikliklərin edilməsi), mübahisəli vəziyyətlərin müzakirəsi, qanunvericililiyə 
riayət və digər hallarda davamlı idarəetməyə xələl gətirməyən münasibətlərin razılaşdırıl-
ma yolu həyata keçirilməsi bu prinsipə əsaslanır.
Ənənəvi meşəçilik fəaliyyətindən fərqli olaraq meşələrin davamlı idarə edilməsi müəyyən 
kriteriyaların və indiqatorların tətbiq olunması, meşəçilik təsərrüfat larında müasir üsulların 
tətbiqi, əhalinin meşə və meşə ehtiyatlarının qorunmasında, səmərəli istifadəsində iştirakı 
mükəmməl qanunvericilik sisteminin tətbiqinə əsaslanır. Bütün bunlar dünya ölkələrində 
təbii meşələrin azalmasının qarşısını almaqla meşə plantasiyalarının yaradılması, davamlı 
inkişaf prinsiplərinin həyata keçirilməsi üçün önəmlidir. Meşələrin davamlı idarə edilməsi 
barədə əhalinin biliklərinin artırılması meşə ekosistemlərinin qorunub saxlanması üçün çox 
vacib  şərtlərdən  biridir.  Son  illərdə  təbii  meşələrin  əhəmiy yətinin  qlobal  miqyasda  dərk 
olunması, xüsusi mühafizə olunan təbiət ərazilərin yaradılmasına və biomüxtəlifliyin qo-
runmasına aid geniş miqyaslı proqramların həyata keçirilməsinə səbəb olmuşdur. 
qanunsuz oduncaq tədarükünün 
qarşısının alınMasına daİr avropa 
İttİfaqının 995/2010 reqlaMentİ
2010-cu  ilin  iyun  ayında Avropa  parlamenti  qanunsuz  tədarük  olunan  oduncağın  və 
oduncaq məhsullarının idxalına qadağan qoyulması barədə yeni qanun qəbul etmişdir. Bu 
qanunvericilik  aktının  müzakirələri  5  il  müddətində  davam  etmişdir. Avropa  İttifaqının 
Nazirlər  Şurası  Parlamentin  (Aİ)  №  995/2010  və  Şuranın  20.10.2010-cu  il  tarixli  meşə 


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə