Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə92/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   99

204
v FƏSİL
siyalı qruplarının yaradılması əsas məsələlərdən biridir. Bu sahədə maraqlı tərəflərin əsas 
vəzifəsi yerli şəraitdə davamlılıq barədə ümumi rəyə nail olmaq, qarşıya ümumi məqsədlər 
qoyub nəticələr əldə etməkdir. Bu fəaliyyətin nəticəsində davamlılıq modeli hazırlanır və 
bu model müxtəlif şəraitdə tətbiq olunmaq üçün formalaşdırılır.
Kanadada model meşələrin təşkilinin ilk müsbət təcrübəsi model meşələrin beynəlxalq 
şəbəkəsinin yaradılması üçün əsas oldu. 1992-ci ildə BMT-nin ətraf mühit və inkişaf üzrə 
beynəlxalq konfransında bu təşəbbüs irəli sürüldü və digər ölkələrə bu prosesdə iştirak et-
mək təklif olundu.
Hazırda  Beynəlxalq  model  meşələr  şəbəkəsinə  (BMMŞ)  dünyanın  20-dən  artıq 
ölkəsində  50  model  meşə  daxildir.  Beynəlxalq  şəbəkənin  kaytibliyi  Kanadanın  paytaxtı 
Ottava şəhərində yerləşir. Bu icra orqanının əsas vəzifəsi meşə landşaftlarının və təbii ehti-
yatların davamlı idarə edilməsinin qabaqcıl təcrübəsinin qlobal səviyyədə inteqrativ olaraq 
inkişaf etdirilməsidir.
Model meşə - bir tərəfdən coğrafi anlayış, digər tərəfdən isə meşələrin və təbii ehtiyat-
ların davamlı idarə edilməsində ictimaiyyətin iştirak etdiyi xüsusi prosesdir. Coğrafi nöqteyi-
nəzərdən model meşə kifayət qədər böyük ərazidə meşələr, kənd təsərrüfatı sahələri, xüsusi 
mühafizə olunan təbiət əraziləri, su obyektləri və yaşayış məntəqələrini əhatə edir. Model 
meşə - davamlılığa nail olmaq üçün ərazinin təbii ehtiyatları barədə kifayət qədər məlumatı 
olan insanların könüllü iştirakı və əməkdaşlığı sayəsində yaradılır.
Model meşənin əsas tərkib hissələri aşağıdakılardır:
• 
landşaft – meşə ehtiyatlarının və onların sosial, iqtisadi, ekoloji istifadə imkan-
larının bütün müxtəlifliyini əks etdirən kifayət qədər böyük ərazidir;
• 
ictimaiyyətin  geniş  iştirakı  –  regionda  təbii  ehtiyatların  səmərəli  istifadəsində 
maraqlı olan davamlı inkişafın yerli prioritetlərini və məqsədini həyata keçirmək 
üçün ümumi fəaliy yət üsullarını hazırlayaraq birgə məqsədə nail olan insanların 
əməkdaşlıq münasibətləri şəffaflıq və razılaşma prinsipləri üzərində qurulur;
• 
davamlılıq  –  model  meşənin  yaradılması  əməli  siyasi  və  qanunvericilik  səvi-
yyəsində  təbii  ehti yat ların  davamlı  idarə  edilməsinə  yönəldilir.  Bu  prosesdə 
maraqlı tərəflər təbii ehtiyatların davamlı idarə edilməsinə innovativ yanaşmaların 
hazırlanmasında müntəzəm olaraq iştirak edirlər.
Dünyada 50-yə qədər model meşə fəaliyyət göstərir ki, bu möhtəşəm təşəbbüs vasitəsilə 
beynəlxalq model meşələr şəbəkəsi davamlı inkişaf məsələlərinin inno vativ cəhətdən prob-
lemin az vəsait qoyuluşu tələb edən və effektiv həlli imkanlarını nümayiş etdirir.
İsveçin boreal meşələrindən başlayaraq, Pataqo niyanın mülayim meşələri və İndonezi-
yanın tropik meşələrinə qədər müxtəlif landşaftlarda model meşələr uğurla fəaliyyət göstərir. 
Bu landşaftların hər biri tarixi baxımdan unikal, yerli əhalinin mədəniyyətinə, təsirinə görə 
təkrarolunmaz, ölkə qanunvericiliyə görə müxtəlifdir. 
Coğrafi ərazilərin və regionların müxtəlifliyinin nəzərə alaraq Beynəlxalq model meşələr 
şəbəkəsinin üzvləri arasında əlaqələri və vəhdəti təmin edən əsas 6 prinsip vardır. Model 
meşələrin fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:


205
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
1.  Əməkdaşlıq
1.1.  Hər  bir  model  meşə  ərazinin  təbii  ehti yat larının  istifadəsi  sahəsində  öz 
maraqlarını  müdafiə  edən  maraqlı  tərəflərin  könüllü  dialoqu  üçün  neytral 
sahədir.
1.2.  Model  meşədə  maraqlı  tərəflər  cəmiyyətin  müxtəlif  sektor  və  maraqlarını 
təmsil  etsələr  də  ərazinin  təbii  ehtiyatlarının  davamlı  idarə  edilməsi  kimi 
ümumi məqsədə xidmət edirlər.
1.3.  Dialoqda elm və təhsil sahəsinin, icti maiyyətin, özəl sektorun, qeyri-dövlət 
və  yerli  təşkilatların  nümayəndələri  iştirak  edir.  Model  meşə  çərçivəsində 
istənilən  səviy yədə  idarəetmə  ictimaiyyətin  geniş  və  könüllü  şəkildə  cəlb 
olunmasına əsaslanır. Model meşədə əməkdaşlıq sahəsində ayrı-ayrı şəxslərin 
və qrupların mənafelərinin pozulmasına yol verilmir.
2.  Landşaft
2.1.  Meşənin ekoloji, sosial və iqtisadi əhəmiy yətinin geniş spektrini əks etdirən 
iri coğrafi ərazidir.
2.2.  Ərazinin təbii ehtiyatlarını maraqlı tərəflər ekoloji, sosial və iqtisadi aspektdə 
nəzərdən keçirirlər.
2.3.  Model  meşə  müxtəlif  ekosistemləri,  təbii  ehtiyatların  idarə  edilməsinə 
müxtəlif sxem və yanaşmaları, bu ehtiyatlara olan mülkiy yət hüquqlarını əks 
etdirən müəyyən coğ rafi ərazidə yerləşir. Meşə və digər təbii ehtiyatlar yerli 
əhalinin müxtəlif məhsullara və xidmətlərə olan tələbatını təmin edir. Model 
meşə iştirakçı tərəflərin müxtəlf maraq larının və təbiətdən istifadənin müx-
təlif növlərinin təmsil olunduğu “fəaliyyət sahəsi”dir.
3.  Davamlılıq
3.1.  Maraqlı  tərəflər,  ümumilikdə,  təbii  ehti yat ların  və  meşə  landşaftlarının 
qorunub sax lan msına və davamlı istifadəsinə riayət edirlər.
3.2.  Davamlı inkişafa yanaşmalar təbii ehtiyat ların istifadəsindən alınan iqtisadi 
və sosial səmərələrin əldə olunmasına və ədalətli bölüş dürülməsinə yönəldilir.
3.3.  Model  meşələr  yerli  əhalinin  davamlı  inki şafı  üçün  lazımi  şərait  yaradan 
iqtisadi tərəq qiyə və diversifikasiyaya yardım edir. Mo del meşələr üstünlük 
və  çatışmazlıqların  əda lətli  bölüşdürülməsi  şəraitində  davamlı  inki şaf 
sahəsində innovativ yanaşmaların hazır lanmasına yardım edir.
3.4.  Model meşələr landşaftın bütövlüyünü qoru yan fəaliyyəti dəstəkləyir.
3.5.  Model  meşələr-landşaftın  ekoloji  tamlığını  bərpa  edən  və  tənzimləyən 
üsulların öyrə nilməsi və tətbiqi sahələridir.
4.  İdarəetmə
4.1.  Model  meşələrin  idarəedilməsi  maraqlı  tərəflərin  birgə  uğurlu  fəaliyyətini 
təmin etmək üçün şəffaflıq, hesabatlılıq, iştirak və təmsil olunma prinsipləri 
üzərində qurulur.
4.2.  Maraqlı tərəflər model meşələrin məqsəd və vəzifələrinə dair vahid razılıq 
prinsipinə əsaslanaraq birgə fəaliyyət göstərirlər.


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə