Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə93/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   99

206
v FƏSİL
4.3.  Ərazinin təbii ehtiyatlarının və landşaftının davamlı idarə edilməsi barədə 
təsəvvür  bütün  maraqlı  tərəflərin  iştirakı  ilə  for ma laşır.  Model  meşə 
mübahisəli və ziddiyyətli məsələlərin həlli üçün effektiv meydandır.
4.4.  Model  meşənin  idarə  edilməsinin  əsasında  tərəflərin  qarşılıqlı  etimadı, 
şəffaflıq,  müx təlif  dəyərlərə  və  maraqlara  hörmətlə  yanaş maq,  idarəetmə 
qərarlarının birgə qəbulu durur.
4.5.  Maraqlı  tərəflərin  nümayəndələri  hamı  üçün  anlaşıla  bilən  qaydaların  və 
qərarın  qəbulu  prosesində  iştirak  etmək  və  təkliflər  vermək  imkanlarına 
malikdir.
4.6.  Model  meşələr  idarəetmənin  effektivliyini  təmin  etmək  və  prioritetləri 
müəyyən etmək üçün şəffaflığı, hesabatlılığı əks etdirən qurumlara malikdir.
4.7.  Model meşələrin fəaliyyətini təmin et mək üçün katiblik, şuralar və digər icra 
mexa nizmləri yaradılır.
5.  Fəaliyyət proqramı
5.1.  Model  meşələrin  fəaliyyəti  təbii  ehtiyatların  idarə  edilməsində  yaranan 
problemləri və dəyərləri, maraq tərəflərin tələbatını əks etdirir.
5.2.  Model  meşələrin  idarə  edilməsi  effektiv  planlaşdırma  və  monitorinqə 
əsaslanır.
5.3.  Fəaliyyətin strateji inkişaf planı və proq ramı maraqlı tərəflərin ehtiyatlarını, 
də yər və problemlərini əks etdirməklə meşə sektoru nun inkişafına dair, digər 
milli  və  regional  proqramların  məqsəd  və  vəzifələrini  nəzərə  alır.  Strateji 
inkişaf və monitorinq planının həyata keçirilməsi üçün əməli mexanizmlər 
yaradılır.
5.3.  Model  meşələr  təbii  ehtiyatların  davamlı  idarə  edilməsi  üsullarının, 
texnologiyalarının,  tə şəb büs  və  yanaşmalarının  əməli  tətbiqinə  və  elmi 
tədqiqatların  aparılmasına  şərait  yara dır.  Model  meşələrdə  planlaşdırma 
qabaqcıl elmi texnologiyaları, həmçinin ənənəvi bi lik ləri nəzərə alır. Model 
meşələr  qlobal,  regional  yerli  səviyyədə  təbii  ehtuyatların  davamlı  idarə 
edilməsində siyasi qərarların hazırlanması işinə cəlb olunmuş maraqlı tərəflər 
üçün faydalı biliklərin toplanmasına və sintezinə kömək edir.
5.4.  Məlumat  şəbəkəsinin  inkişafı  və  poten sialı nın  artırılması,  məlumat 
mübadiləsi.
6.  İnformasiya  mübadiləsi,  informasiya  şəbəkə sinin  inkişafı  və  potensialının 
artırılması
6.1.  Model meşələr təbii ehtiyatların davamlı idarə edilməsində maraqlı tərəflərin 
əmək daşlıq  potensialının  və  təcrübə  müba dilə sinin  inkişaf  etdirilməsinə 
şərait yaradır.
6.2.  Model meşələr təbii ehtiyatların davamlı idarə edilməsi üzrə milli və yerli 
səviyədə potensialın inkişaf etdirilməsinə kömək edir.
6.3.  Model meşələr təhsil proqramlarını və üzunmüddətli informasiya dəstəyini 
təşkil edir və şərait yaradır.
6.4.  Model meşələr digər təşkilatlarla elmi və praktik nailiyyətlər sahəsində fəal 


207
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
təcrübə mübadiləsi aparır.
6.5.  Model meşələr müxtəlif yanaşmalar və tədbirlər vasitəsilə milli, regional və 
bey nəlxalq  səviyyələrdə  nailiyyətlər,  təcrübə  və  informasiya  mübadiləsini 
həyata keçirir.
6.6.  Model meşələr informasiya şəbəkələrini yaradır və tənzimləyir.
6.7.  Model  meşələr  digər  model  meşələrlə  birgə  tədbirlərdə  iştirak  edir. 
Model  meşələr  milli,  regional  və  beynəlxalq  model  meşə  şəbəkələrinin 
möhkəmləndirilməsi  məq sədilə  icra  orqanlarının  həyata  keçirdikləri 
fəaliyyətdə və birgə tədbirlərdə iştirak edir.
Ekoloji və sosial cəhətdən əsaslandırılmış, iqtisadi cəhətdən effektiv meşə idarəet-
məsi sahəsində bütün əlaqədar təşkilatların ictimaiyyətlə birgə fəaliyyəti daha davamlı 
nəticələrin əldə edilməsinə kömək edir.
Meşələrİn davaMlı İdarə edİlMəsİnİn 
əsas prİnsİp və qaydaları
Rio-92 Beynəlxalq Konfransında qəbul edilmiş “Davamlı İnkişaf Konsepsiyası”nın əsas 
27 prinsipi vardır. Bu prinsiplər indiki və gələcək nəsillərin tələbatını nəzərə almaqla ətraf 
mühitin  qorunması,  yoxsulluğun  aradan  qaldırılması,  bütün  vətəndaşların  maraqlarının 
təmin olunması və digər məsələləri əhatə edir. Meşələrin davamlı idarə edilməsi sahəsində 
əsas 5 əsas prinsip irəli sürülür:

ehtiyatların şüurlu istifadəsi;

effektivlik prinsipi;

sosial ədalət prinsipi;

əməkdaşlıq prinsipi;

razılaşdırılma prinsipi.
Ilk 3 prinsip konkret şəraitdə nəzərə alınacaq məsələ ləri, sonuncu 2 prinsip isə metod-
oloji səciyyəyə malik olub, davamlı inkişafa hansı yollarla nail olmağın müm künlüyünü 
göstərir.
Şüurlu istifadə prinsipi. Bu prinsipin əsas məqsədi gələcək nəsillərə hazırki imkanlar-
la müqayisədə indi kindən az olmayan təbii ehtiyatların çatmasına şərait yaratmaqdır. Bu 
o deməkdir ki, bütün mühüm təbiət ehti yatları uzunmüddətli perspektivdə qorunmalıdır. 
Meşə  nin davamlı idarə edilməsi çox vaxt oduncaq ehtiyatının artması ilə qiymətləndirilir 
və bu zaman meşə nin digər mühüm xüsusiyyətləri nəzərə alınmır. Məsələn; meşə planta-
siyalarında oduncaq ehtiyatı qısa müddətdə artsa da, biomüxtəlifliyin və ya su rejiminin 
qorunub sax lanması təmin olunmur. Bəzən sahibkarların: “Meşə mənim mülkiyyətimdir və 
mən öz nəsillərim üçün daha yaxşı istifadə üsullarını bilirəm” - deyərək digər vətən daşların 


208
v FƏSİL
meşədən  istifadə  hüququnu  pozması  halları  yolverilməzdir.  Bu  prinsipə  əsasən  bəşəri-
yyətin gələcək həyatı üçün meşələrin bütün mühüm funksiyalarının qorunub saxlanması 
daha vacibdir. Əgər indiki nəsillər öz tələbatlarını kifayət qədər ödəyə bilmirsə, əlbəttə ki, 
gələcək nəsillərin normal həyat fəaliyyəti üçün imkanlar da azalacaqdır. Gələcək nəsillərin 
təbii ehtiyatlara olan tələbatı indikindən fərqli ola bilər. Əgər indiyə qədər bir çox ölkələrdə 
iynəyarpaqlı ağaclardan istifadə edilirdisə, son illər tez və sürətlə böyüyən əsməqovaq ağa-
clarına üstünlük verilir.
Bu prinsipin əsas müddəaları aşağıdakı qaydalarda təsvir edilir:
Bərpaolunma qaydası. Meşə bərpa olunan sərvətdir. Lakin qeyri-səmərəli təsərrüfatçılıq 
fəaliyyəti  meşənin  məhsuldarlığını  azaldır.  Buna  görə  də  ehtiyatların  isti fadəsinin  sürəti 
bərpaolunma sürətindən çox olma malıdır. Məs: meşəqırmaları arasındakı fasilə meşənin 
təbii bərpasına kifayət etməlidir. Lakin oduncaq ehtiyatı nın bərpası, heç də meşənin bütün 
funksiyalarının bərpa sı demək deyildir. Müxtəlif yaşlı əsrlik ağacları olan təbii meşə bioloji 
müxtəlifliyə görə sonradan əməllə gələn cavan meşədən fərqlənir. Buna görə də ehtiyatın 
istifadəsi zamanı meşənin sosial-ekoloji funksiyaları mütləq saxlanmalıdır.
Əvəzolunma qaydası. Bəzi ölkələrdə meşə sahə lərindən digər məqsədlər üçün (tikinti, 
kənd təsərrüfatı və s.) istifadə edildikdə yerli əhaliyə əvəzində müəyyən güzəştli ödənişlər 
nəzərdə tutulur. Bu zaman meşələrin resurs potensialının itirilməsinin qarşısını almaq hər 
zaman mümkün olmur. Yerli əhaliyə dəyən ziyan həc mində əhali üçün sosial proqramlara, 
təhsilə və yerli isteh sal sahələrinin inkişafına ayrılan investisiyaları artır maq tələb olunur. 
Təsərrüfat fəaliyyəti zamanı meşəyə antropogen təsirin səviyyəsi qiymətləndirilməli, mühi-
tin vəziyyətinin pisləşməsinə səbəb ola biləcək tədbirlərin qarşısı alınmalıdır. 
Təsirlərin intensivliyinin qeydə alınması qaydası. Artmaqda olan antropogen təsirlərə 
meşə ekosistemlərinin davamlılığının azalması müşahidə oluna bilər (sənaye çirklənməsi, 
məişət tullantıları, meşə döşənəyinin tap dan ması və s.). Müxtəlif stress yaradan təsirlərə 
meşə  ekosisteminin  dözümlülüyü  və  bü  təsirdən  sonra  bərpa  olunma  qabiliyyəti  nəzərə 
alınmalıdır. Eyni zamanda əhalinin sosial qruplarının fəaliyyətinə olan təsirlər də qeydə 
alınmalıdır (Məs, sənaye təyinatlı meşələrdə əhali nin müxtəlif sosial qrupları arasındakı 
ziddiyyətlər). Bu problemə aid eimi biliklərin olmamasını bəhanə etməklə lazımi tədbirləri 
həyata keçirməyən təşkilatlara bəraət qazandırmaq olmaz. Əgər vəziyyət getdikcə gərgin-
ləşsə də belə tədbirləri davam etdirmək vacibdir.
Təhlükəsizlik tədbirlərinin qəbul edilməsi qaydası. İnsanın təsərrüfat fəaliyyəti ətraf 
mühitə ciddi və bəzən geri dönməz zərər vurur. Buna görə də təbii ehtiyatlardan istifadə 
etməzdən öncə  təbiətə təsirin  qiymətləndirilməli və  nəzərdə tutulan fəaliyyətin təsiri  ilə 
ətraf mühitin vəziyyətinin pisləşməsinin qarşısını ala bıləcək tədbirlər həyata keçirilməlidir. 
Məsələn, əgər ərazidə körpü tiki lirsə, hidroloji rejim pozulmamalıdır.
Bütün ehtiyatların qeydə alınması qaydası. Gələcək nəsillər üçün qoruyub saxlamaq 
məqsədilə təbii ehtiyatları vaxtaşırı qeydiyyata almaq lazımdır. Bu zaman əgər oduncaq eh-


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə