Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə91/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   99

202
v FƏSİL
Meşə sertifikatlaşdırma sistemi - meşə təsərrüfatının təşkili üzrə fəaliyyətin və isteh-
salat-təsərrüfat fəaliy yətinin sosial, iqtisadi və ekoloji aspektlərini nəzərə almaqla müəyyən 
ərazidə sertifikatlaşdırılmış meşələrin istifadəsinin cəmindən ibarətdir. Qanunvericilik üzrə 
meşələrdə həyata keçirilən fəaliyyətin keyfiyyəti aşa ğıdakı tələblər üzrə qiymətləndirilir:

  meşələrin idarə edilməsinin qiymətləndirilməsi;

  meşə təsərrütatı və xidməti tədbirləri aparılması;

  meşə infrastrukturunun saxlanması və tənzim lənməsi;

  meşənin bərpa olunması üsulları;

  unikal təbii komplekslərin, nadir və tükənməkdə olan növlərin qorunması;

  torpaq və su ehtuyatlarının qorunması;

  meşə müəssisələri işçilərinin, yerli əhalinin sosial hüquqlarının qorunması;

  ictimaiyyət üçün şəffaflıq səviyyəsi;

  qiymətləndirilə bilən göstəricilərin monitorinqi;

  digər istiqamətlər. 
Model Meşələr
Meşələr - təkamül prosesində formalaşmış canlıların həyatının əsasını təşkil edərək əl-
verişsiz iqlim dəyiş mələrinin qarşısını almaqla bərpa olunan təbii sərvətlər mənbəyi kimi 
qlobal əhəmiyyətə malikdir. Hələ 100 il bundan əvvəl dünyanın əkinçilik sahələrinin yarısı 
meşələrlə örtülü idisə, müasir meşə ehtiyatlarının qlobal qiymətləndirilməsi (FAO-2000, 
2005, 2010-cu illər) göstərir ki, hazırda meşələr quru sahənin 31%-ni örtür. Dünya meşələri-
nin ümumi sahəsi 4 milyard ha olub, orta hesabla planetin sakinlərinin adambaşına 0,6 ha 
meşə sahəsi düşməsini göstərir. Dünyanın meşə ilə zəngin 5 ölkəsi: ABŞ, Rusiya, Kanada, 
Braziliya və Çində ümumi meşə örtüyünün 2/3 hissəsi yerləşir. Dünyanın 10 ölkəsində, 
ümumiyyətlə, meşə yoxdur. 54 ölkədə isə meşələr quru sahənin 10%-ni təşkil edir. Son 10 
ildə hər il 13 milyon ha meşə sahəsi təbii fəlakət və təsərrüfat fəaliyyəti zamanı qırılaraq 
hətta 1990-cı illərdə bu rəqəm ildə 16 mln ha çatıbdır.
Meşə ehtiyatlarının 2010-cu ildə qlobal qiymət lən dirilməsinə əsasən dünya meşələrinin 
biokütləsində 289 gt karbon ehtiyatı vardır. 2005-2010-cu illər ərzində meşələrin qırılması 
nəticəsində  karbon  ehtiyatı  hər  il  0,5  gt  azalmışdır.  Dünyadakı  meşələrin  13%-i  xüsusi 
mühafizə olunan təbiət ərazilərinə daxildir: milli parklar, qoruqlar, yasaqlıqlar və s. Belə 
meşələrin  əsas  funksiyası  biomüxtəlifliyin,  torpaq  və  su  ehtiyatlarının  mühafizəsi,  milli 
irsin  qorunub  saxlanmasıdır.  2000-ci  ildən  etibarən  xüsusi  qorunan  ərazilərdə  meşələrin 
sahəsi 94 mln ha artmışdır.
Beynəlxalq  miqyasda  WWF  -  Ümumdünya  Vəhşi  Təbiət  Fondu,  IUCN-Beynəlxalq 
Təbiəti Mühafizə İttifaqı, Qrinpis - təbiəti mühafizə təşkilatı və digər bey nəlxalq qurumlar 
meşələrin davamlı idarə edilməsi sahə sində mühüm tədbirlər həyata keçirirlər. Bu fəaliyyə-
tin əsas istiqamətləri aşağıdakılardır:


203
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
• 
Meşələrin davamlı idarə edilməsinin və bio müxtəlifliyin qorunmasının təcrübədə 
tətbiqinə yönəldilmiş elmi və elmi-praktik fəaliyyətin təşkili;
• 
Idarəetmə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan orqanların məlumatlandırıl-
ması;
• 
Ekoloji cəhətdən məsuliyyətli qərarların qəbul edilməsi;
• 
Qərar və təşəbbüslərin qəbul edilməsində icti maiyyətin iştirakı;
• 
Meşələrin davamlı idarə edilməsində əhalinin iştirakını təmin etmək;
• 
Ekoloji maarifləndirmə tədbirləri və s.
Bu istiqamətlərdə həyata keçirilən tədbirlərdən biri də model meşələrin təşkilidir. Model 
meşə - meşələrin da vam lı inkişafı konsepsiyasını müdafiə edən ayrı-ayrı insan ların və bir 
sıra təşkilatların səylərini birləşdirir. Model meşə - iştirakçıların müxtəlif nöqteyi-nəzərini 
müzakirə etmək və iş təcrübəsini bölüşdürmək imkanlarının oldu ğu, həmçinin meşə təsər-
rüfatlarının davamlı idarə edil məsinin konkret regionun xüsusiyyətlərinə uyğun olan yeni 
yanaşmalarını işləyib hazırlamaq və tətbiq etmək üçün öz bilik və ehtiyatlarını birləşdird-
ikləri nadir bir forumdur. Model meşə - meşə idarəçiliyinin ən qabaqcıl metodlarının və tex-
nologiyalarının işlənib hazır lanması, tətbiq edilməsinin və monitorinqinin həyata keçirildi-
yi nəhəng laboratoriyadır. Burada meşə idarəçiliyi texnologiyalarının ən qabaqcıl metodları 
işlənib hazırlanır.
Model  meşələrin  əsas  məqsədi  meşədən  istifadə,  meşə  ehtiyatlarının  qorunması  və 
inkişafı məsələlərini əhatə edən davamlı meşə idarəçiliyidir. Bu məsələlərin həlli üsulları 
gələcək nəsillərin tələbatlarının təmin olunması üçün meşələrin resurs potensialının qorunub 
saxlanması şərtilə, həmin ərazidə yaşayan insanların sosial, iqtisadi və mədəni tələbatların-
dan, rifahından, sağlamlığından və təhlükəsizliyindən; planetdə həyatın saxlanılması üçün 
zəruri olan suyun, havanın, torpağın və ekosistemlərin mühafizəsindən; insan fəaliyyətinin 
ətraf mühitə təsirinin zərərli nəticələrinin aradan qaldırılmasından asılıdır. 
Meşə landşaftlarının davaMlı İdarə 
edİlMəsındə Model Meşələr təcrübəsİ
XX əsrin 90-cı illərində model meşələr üzrə Kanada proqramı hazırlandı. Proqramın 
əsas məqsədi meşələrin davamlı idarə olunması prosesinə fəal əməkdaşliq şəraitində müx-
təlif maraqlı tərəflərin cəlb edilməsi idi. Həmin illərdə Kanadada baş verən bir çox konflikt 
doğuran vəziyyətlər meşə təsərrüfatının idarə edilməsi üsullarına və meşə məhsullarının 
qeyri-ənənəvi satış üsullarına olan baxışların müxtəlifliyindən irəli gəlirdi. 
Model meşələr ideyası yenilikçi bir ideya olub vətəndaş cəmiyyətinin, dövlət struktur-
larının, meşə sənayesinin, yerli əhalinin, elmi- tədqiqat müəsisələrinin və qeyri-hökumət 
təşkilatlarının meşə landşaftlarının idarə edilməsinə fəal cəlb edilməsini nəzərdə tutur. Müx-
təlif və mürəkkəb landşaftlarda yaşayan maraqlı tərəflərin müstəqil, kompleks və çox funk-


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə