268
Prezidenti Vladimir Putinin Malayziyaya səfər etməsi
dünyanın diqqətinin Malayziya yönəlməsinə səbəb ol-
muşdur. Xüsusə, səfər zamanı hərbi əhəmiyyətə malik
olan müqavilələrin imzalanması ciddi maraq doğurmuş-
dur.
1999-2001-ci illərdə Malayziya BMT-nin üzvü kimi bu
təşkilatın rəhbərliyi altında Bosniya, Anqola, Küveyt, Qər-
bi Sahara və Liberiyada keçirilmiş sülhməramlı əməliy-
yatlarda ölkənin silahlı qüvvələri iştirak etmişdir. Lakin
burası da maraqlıdır ki, Malayziya İraqa və Əfqanıstana
qoşunlarının göndərilməsinə razılıq verməmişdir.
5.2. Azərbaycan-Malayziya ikitərəfli əməkdaşlığı
Keçmiş Sovetlər İttifaqı zamanı Azərbaycanla Malayzi-
ya arasında heç bir əlaqə olmamışdır. Ölkəmizin Malayzi-
ya ilə münasibətləri dövlət müstəqilliyi illərindən etibarən
formalaşmağa başlamışdır. Malayziya 31 dekabr 1991-ci
ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımış-
dır. Lakin ölkələr arasındakı diplomatik əlaqələr 5 aprel
1993-cu ildə yaradılmışdır. Malayziyanın Azərbaycanda
rəsmi diplomatik nümayəndəliyi - səfirliyi isə 2014-cü
ildə açılmışdır. Azərbaycan Respublikasının Malayziyada
səfirliyinin açılması haqqında qərar isə 20 sentyabr 2005-
ci ildə verilmiş və 2006-cı ildən həmin ölkədə Azərbaycan
səfirliyi fəaliyyətə başlamışdır.
Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibət-
lər 13-14 dekabr 1994-cu ildə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin İslam Konfransı Təşkilatının
Mərakeş Krallığının Kasablanka şəhərində keçirilmiş 7-ci
Zirvə Toplantısında Malayziyanın sabiq Baş naziri Ma-
269
hatir bin Məhəmmədlə görüşündən sonra inkişaf etməyə
başlamışdır. Görüş zamanı iki dövlət arasında ikitərəfli
münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmış,
hər iki dövlətin BMT və İKT çərçivəsindəki əməkdaşlığın-
dan razılıq ifadə edilmiş və gələcəkdə müxtəlif sahələr-
də əməkdaşlığın inkişaf perspektivləri müzakirə olun-
muşdur. Bu tarixi görüş gələcək əlaqələrin mühüm siyasi
təməlinə çevrilmişdir.
Azərbaycanla Malayziya arasında ikitərəfli münasi-
bətlər cənab İlham Əliyevin Azərbaycan Respublikası-
nın Prezidenti seçilməsindən sonra əməli fəaliyyətlə da-
vam etmişdir. Bu mənada 2006-cı il Malayziya-Azərbay-
can münasibətlərinin tarixində daha səmərəli olmuşdur.
Azərbaycan Respublikasının xarici işlər naziri ilə Malay-
ziya xarici işlər nazirinin 16-18 mart 2006-cı il tarixlərində
Kuala-Lumpur şəhərində keçirilmiş görüşündə ikitərəfli
əlaqələrə dair məsələlər müzakirə olunmuşdur. Azərbay-
can tərəfi həmçinin “Malayziyanın İqtisadi İnkişafı” adlı
brifinqdə iştirak etmişdir. Ölkələr arasında yaxınlaşma və
tanışlıq prosesləri real olaraq başlanmışdır.
19-21 iyun 2006-cı il tarixlərdə isə Malayziyanın xarici
işlər naziri S.H.Albar İslam Konfransı Təşkilatının Xarici
İşlər Nazirlərinin Bakıda keçirilən 33-cu iclasında iştirak
etmək ücün Azərbaycan Respublikasında səfərdə olmuş-
dur. Həmin ilin avqust ayında isə Azərbaycanın Baş nazi-
ri A.Rasi-zadə Kuala-Lumpur şəhərində İslam Konfransı
Təşkilatının Fövqəladə Zirvə toplantısında iştirak etmiş-
dir. 2006-cı ildə Azərbaycan Malayziya tərəfinin turizm,
korrupsiya, miqrasiya məsələlərinə dair təşkil etdiyi bir
270
neçə rəsmi və qeyri-rəsmi görüşlərdə, seminarlarda, fo-
rumlarda təmsil olunmuşdur.
Beləliklə, 2006-cı il Azərbaycan-Malayziya münasibət-
lərində dönüş ili kimi qiymətləndirilə də bilər. Təsadüfi
deyil ki, Azərbaycanın Malayziyada səfirliyi də məhz bu
ildə açılmışdır. Bununla belə, bu iki ölkə arasında müna-
sibətlər daha çox beynəlxalq təşkilatlar, xüsusən də İslam
Konfransı Təşkilatı çərçivəsində həyata keçirilmişdir.
Azərbaycan tərəfi Malayziya şirkətlərinin ölkəmizin
neft sahəsində iştirak etmələrində maraqlı olduğunu ifa-
də etmişdir. Təsadüfi deyil ki, 2010-cu ildə Azərbaycan
Respublikasının fövqəladə hallar nazirinin Malayziyaya
səfəri zamanı konkret sahə üzrə əlaqələrdən başqa, ölkələ-
rin neft və qaz şirkətlərinin əlaqələrinə dair məsələlər də
müzakirə obyektinə çevrilmişdir.
Azərbaycan və Malayziya arasında parlamentlərarası
əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2011-ci ilin may
ayında Azərbaycan-Malayziya parlamentləra ra sı əlaqələr
üzrə işçi qrupunun rəsmi nümayəndə heyəti Malayziyaya
səfər etmişdir. Malayziya parlamentində də Azərbaycana
qarşı böyük maraq və rəğbət vardır.
Bütün bunlara görə Azərbaycanla Malayziya arasın-
da əlaqələr inkişaf etməkdədir. Azərbaycan Respubli-
kası Xarici İşlər Nazirliyinin təqdim etdiyi rəsmi statis-
tikaya əsasən, 2011-2012-ci illərdə ölkələr arasında iqti-
sadi əlaqələr formalaşmış, turizm sektorunda müəyyən
canlanma müşahidə olunmuşdur. Bundan sonra hər il
ikitərəfli qarşılıqlı əlaqələrdə müsbət dinamika nəzərə
çarpmaqda davam etməkdədir.
271
Azərbaycan Respublikası və Malayziyanın hava nəq-
liyyatı qurumları arasında 2012-ci ildə Anlaşma Memo-
randumu, eyni zamanda, Azərbaycanın “Silk Way Airli-
nes” və Malayziyanın “MASkargo” aviaşirkətləri arasın-
da əməkdaşlığa dair Memorandum imzalanmışdır. Bu
müqavilələr iki ölkə arasında turizmin inkişafına böyük
təkan vermişdir.
Azərbaycanın süni peykinin 2013-cü ildə orbitə bu-
raxılması ilə ölkəmizlə İKT sahəsində əməkdaşlıq təklif-
ləri arasında Malayziya da vardır. Belə ki, Malayziya hö-
kuməti «Azerspace-1»in xidmətindən istifadə üçün Azər-
baycanla müvafiq müqavilə bağlamışdır.
Göründüyü kimi, Azərbaycan-Malayziya əlaqələri qısa
müddət ərzində böyük məsafə qət edə bilmişdir. Ölkələr
arasında əlaqələr özünəməxsus perspektivə malikdir.
ƏSAS MƏNBƏLƏR:
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi-
nin rəsmi vebsaytı, Azərbaycan-Malayziya münasibətləri
http://mfa.gov.az/files/file/Azerbaycan%20-%20Malay-
sia%20munasibetleri.pdf.4.07.2013
2. Azərbaycan Malayziyada keçirilən 3-cü İƏT Mo-
deli Sammitində təmsil olunur. http://mod.az/az/so-
ciety/religion/24469- azerbaycan-malayziyada- kechiri-
len-3-cu-et-modeli-sammitinde-temsil-olunur-foto.html
3. Dünya ölkələri (tərtib edəni H.Səmədov). Bakı, «KM»,
2013
4. Капица М.С., Малетин Н.Р. Сукарно: политическая
биография. Москва, «Мысль», 1980
Dostları ilə paylaş: |