280
tərəflərin özləri arasında müzakirə edilməlidir.
1
Məsələyə
Vaşinqtonun yanaşması göstərirdi ki, ABŞ öz maraqlarına
uyğun olaraq bölgədə gərginliyi artırmağa çalışır. Lakin
Çin ilə bərabər, Vyetnam və Spratli adalarına iddiası olan
digər dövlətlər də ilk növbədə dinc şəraitdə iqtisadi inki-
şafa çalışdıqlarından, adalar məsələsinin kəskinləşməsin-
də maraqlı deyildilər. Bu isə onların mövqelərinin ABŞ-
dan tamamilə fərqləndiyini sübut edirdi.
Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Dık
Lıonqun 2000-ci ildə Pekinə səfəri zamanı iki ölkə arasın-
da XXI əsrdə hərtərəfli əməkdaşlıq haqqında birgə bə-
yanat imzalanmışdır. Bu əməkdaşlıq sazişi əsasında ha-
zırda Çin Vyetnamda 60-dək layihə həyata keçirir və bu
layihələrin bəzisi Vyetnama kreditlər verilməsini nəzər-
də tutur. Beləliklə, iki ölkə arasında münasibətlər yük-
sələn xətt üzrə inkişaf etməkdədir. Bu, ABŞ və digər Qərb
dövlətlərinin maraqlarına aid olmayıb, Çinin regionda
nüfuzu və təsirinin güclənməsi deməkdir. Baxmayaraq
ki, Vyetnamın özündə də ABŞ və ümumiyyətlə, Qərblə
əməkdaşlığa meyil hiss olunur.
Ümumiyyətlə, hadisə və proseslərin gedişi göstərir ki,
son dövrdə ABŞ-ın Asiya-Sakit okean regionunda təh-
lükəsizlik strategiyasında Hindistan və Vyetnama diqqət
artmaqdadır. Lakin bu dövlətlər regionda ABŞ üçün Ya-
poniyanın əhəmiyyətini əvəz edə bilməz. Yaponiya tərə-
fi Birləşmiş Ştatların strateji müttəfiqi kimi regionda və
o cümlədən Vyetnamda mühüm rol oynamaqda davam
edir.
1
Целишев И.С.Восточная Азия: новая война роста и
структурная трансформация,
M.:İMGMO RAN, 2012, 118с., с.109