296
ribəsində qalib gələndən sonra bütün SSRİ, o cümlədən
Azərbaycan neft və qaz hasilatı və emalında, Bakıdakı
kimi güclü neft sənayesi zonaları yaradılmasında Vyetna-
ma kömək etmişdir”. Bundan əlavə, Vyetnam prezidenti
sovet dövründə Heydər Əliyevin Vyetnama səfərindən
bəhs edərək ölkədəki quruculuq işlərində onun Vyetnam
xalqını dəstəklədiyini də qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əli-
yev də öz növbəsində iki ölkə arasında münasibətlərin
inkişaf etdiriləcəyi və müxtəlif sahələrdə əməkdaşlıqla
bağlı konkret tapşırıqlar verildiyi haqqında danışmışdır
(“Vyetnam Prezidenti Truonq Tan Sanq tərəfindən İlham
Əliyevin şərəfinə dövlət ziyafəti verilmişdir”, 19 may,
2014- president.az/articles/11770).
Azərbaycan Respublikası Prezidentinin Vyetnama bu
səfəri məhsuldar və konstruktiv səfər hesab edilə bilər.
Əslində bu səfər Azərbaycanın son illərdə aktivləşən
Vyetnam siyasətində zirvə nöqtəsidir. Belə ki, İlham Əli-
yevin bu səfəri iki ölkə arasında münasibətlərdə dövlət
başçısının ilk səfəri idi. Səfər çərçivəsində ölkələrimiz
arasındakı münasibətlərdə, demək olar, bütün sahələr
müzakirə edilmiş və bir sıra mühüm əhəmiyyətli sənəd-
lər imzalanmışdır. İmzalanan sənədlər dövlətlər arasında
münasibətlərin inkişafını daha da möhkəmləndirmişdir.
Belə ki, Azərbaycan Prezidentinin Vyetnama səfəri çərçi-
vəsində “Azərbaycan Respublikası hökuməti və Vyetnam
Sosialist Respublikası hökuməti arasında ticarət-iqtisadi,
elmi-texniki əməkdaşlıq haqqında saziş” və “Azərbaycan
Respublikası hökuməti və Vyetnam Sosialist Respublika-
sı hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə
münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması
297
və vergidən yayınmanın qarşısının alınması haqqında
Konvensiya” imzalanmışdır. Bir sözlə, səfər gedişində
aparılan danışıqlar və əldə edilən razılaşmalar sayəsində
Azərbay can və Vyetnam arasında əlaqələrə dair bütün
məsələlər əhatə olunmuş, gələcək genişmiqyaslı inkişafın
əsası qoyulmuşdur. Bununla belə, qeyd etmək lazımdır
ki, karbohidrat ixracı iki ölkə arasında münasibətlərdə
xüsusi yer tutur. 2014-cü ilin may ayının 18-də ARD-
NŞ ilə Vyetnamın “Vyetnam Oyl and Qaz Qrup” şirkəti
(“Petrovyetnam”) arasında Azərbaycanın quru ərazilərin-
də “Muradxanlı”, “Cəfər li” və “Zərdab” neft yataqlarının
daxil olduğu blokun bərpası, kəşfiyyatı və hasilatın pay
bölgüsü haqqında saziş bağlanmışdır. Bu müqavilənin
imzalanması ölkələrimiz arasında iqtisadi əlaqələrə yeni
təkan vermişdir. Artıq həmin istiqamətdə işlərin başlan-
ması əlaqələrimizin inkişafında mühüm addımdır.
Siyasi və ticarət-iqtisadi əlaqələrlə yanaşı, Azərbaycan
ilə Vyetnam arasında mədəniyyət, idman, təhsil sahəsin-
də də əlaqələr genişlənməkdədir. İki ölkə arasında huma-
nitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi
istiqamətində addımlardan biri də Heydər Əliyev Fondu-
nun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın Hanoy Ədəbiyyat Muzeyi ilə
tanışlığı olmuşdur. Bu zaman Azərbaycanın birinci xanı-
mına məlumat verilmişdir ki, Ədəbiyyat məbədinin əsası
1070-ci ildə İmperator Li Than Tonq tərəfindən qoyulmuş
və məbəd Çin alimi Konfutsiyə həsr edilmişdir. 1076-cı
ildə Ədəbiyyat məbədinin ərazisində Kral, dövlət qulluq-
çuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin öv-
ladlarının təhsil alması məqsədilə universitet - İmperial
Akademiya yaradılmışdır. Bu təhsil ocağı Vyetnamın ilk
298
milli universiteti hesab olunur. Orta əsrlərdə dövlət im-
tahanlarında yüksək nəticələr əldə etmiş şəxslərin adları
bu məbədin həyətindəki xüsusi daş lövhələrin üzərində
qeyd olunmuşdur.
1
Qeyd etmək lazımdır ki, yeni tarixi epoxada keçirilmiş
bu tədbirlər ötən əsrdə iki ölkə arasında əməkdaşlığın ye-
nidən bərpası və Azərbaycan-Vyetnam münasibətlərinin
tarixinin müasir davamıdır. Ümumilikdə isə bu görüşlər
və danışıqlar Azərbaycan dövlətinin Asiya siyasətinin is-
tiqamətlərindən birini təşkil edir.
Ümumilikdə isə bu görüşlər, danışıqlar imzalanan
sənədlər Azərbaycan dövlətinin Asiya siyasətinin is-
tiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, müstəqil münasibətlər qurulduqdan son-
ra ötən müddət ərzində iki ölkə arasında artıq qarşılıqlı
əməkdaşlığın normativ-hüquq bazası yaradılmış, əlaqələ-
rin istiqamətləri və formaları müəyyənləşdirilmiş, ilkin
addımlar atılmışdır. Bütün bunlar Azərbaycan-Vyetnam
əlaqələrinin gələcək inkişafına nikbin baxmağa böyük
əsas verir.
ƏSAS MƏNBƏLƏR
1. Azərbaycan Respublikasının Prezidenti İlham Əli-
yev Vyetnamda dövlət səfərindədir. “Bakinskiy ra-
boçiy” qəzeti, 19 may 2014-cü il
2. Abbasbəyli A. Rusiya Federasiyasının xarici siyasəti
XX əsrdə (rus dilində). Bakı, 2005
3. Baxşəliyev R. Azərbaycan-Vyetnam əlaqələri yük-
1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnamda dövlət səfərindədir.
“Bakinskiy raboçiy” qəz., 19 may, 2014
299
sələn xətlə inkişaf edir. “Azərbaycan” qəz., Bakı,
2014, 22 may
4. Ağalar Abbasbəyli. Dünya siyasəti. Bakı, “Nurlar”,
2011
5. İsmayılqızı X. İlham Əliyev: Mən əminəm ki, Azər-
baycan Vyetnam üçün regionda strateji tərəfdaş ola-
caq. “İki sahil” qəz., 2014, 22 may
6. Коболев К. Въетнам в системе новых политических
отношений в Юго-Восточной Азии. Интернет
журнал, RAU, №25
7. “Mən fəxr edirəm ki, azərbaycanlıyam: Ümummil-
li lider Heydər Əliyevin həyat və fəaliyyəti” (elekt-
ron resurs), Bakı: Regionların İnkişafı İctimai Birli-
yi, 2008, 57s.-http://filis.preslib.az/projects/toplu/v2/
fl_2.pdf
8. Мартин Гастингс. Въетнам. Москва, «БАНР», 2008
9. Укрепление дружеских отношений между
Въетнамом. Лаосом и Камбодже Женеве, 2014, 16
феврал – http://vovworld.vn/ru. (14.08.2014)/
10. Уветов Р. История Въетнама епохи обновления –
www.iposmsk.ru/lib/pdf/cvetov.pdf,s.1-18.
11. Василенко И.А. Геополитика современного мира.
М.: Гардарики, 2006, 317 с.
12. Воронова Т.А., Ле Анъ Куан. Внешнеэкономи-
ческое сотрудничество Въетнама со странами
ASEAN и направления расширения торгово-ин-
вестиционного взаимодействия //Российский
внешнеэкономический вестник, №8, 2012, с.46-57
13. Володин Д. США, Китай и новое военно-страте-
гическое уравнение в ATR //MG и MO, 2006, №2,
с.74-81
Dostları ilə paylaş: |