292
duqlarını bildirmişdir. Görüş zamanı Nquyen Puonq Nqa
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nü-
mayəndə heyətini Vyetnama rəsmi səfərə dəvət etmişdir.
Azərbaycan və Vyetnam arasında ikitərəfli görüşlərdə
müzakirələrin mövzusu göstərmişdir ki, Vyetnam SSRİ
zamanı olduğu kimi, müasir dövrdə də neft və qaz sekto-
runda əlaqələrdə xüsusilə maraqlıdır. Qeyd etmək lazım-
dır ki, Vyetnam Milli Neft və Qaz Qrupu (Petro Vietnam)
ölkəmizdəki həmkarları ilə əməkdaşlıq üçün hələ 2011-ci
ildə Azərbaycanda öz ofisini açmışdır.
Digər sahələrdə də iki ölkə arasında əlaqələr uğurla in-
kişaf etdirilir. Bunlara misal olaraq, 2007-ci ildə Azərbay-
can Respublikasının rabitə və informasiya texnologiyaları
nazirinin Vyetnama işgüzar səfərini, 2013-cü il 11-13 aprel
tarixlərində isə Vyetnamın xarici işlər naziri müavininin
Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun Məzunları Forumunda iştirakını və digər
ikitərəfli əlaqələri göstərmək olar. Bu forum Azərbay-
can-Vyetnam münasibətlərində əhəmiyyətli səhifələrdən
biri olmuşdur. Həmin səfərlər sayəsində artıq bir neçə
sahə üzrə əməkdaşlıq üçün zəmin hazırlanmışdır.
Müşahidələr göstərir ki, iki ölkə arasında ticarət-iq-
tisadi əməkdaşlıq genişlənir. Belə ki, ölkələr arasında
ikitərəfli ticarət dövriyyəsi 2013-cü ildə 325 milyon dol-
lar təşkil etmişdir. Bu da 2012-ci illə müqayisədə ticarət
dövriyyəsinin 10 dəfə artması deməkdir. Məlum olduğu
kimi, Vyetnam ölkəmizə əsasən mobil telefonlar, kompü-
ter, elektronika və dəniz məhsulları ixrac edir, Azərbay-
candan isə xam neft və benzin alır. Bu proses ildən-ilə ge-
nişlənməkdə davam edir.
293
Beləliklə, iki ölkə arasında uzun müddətdir ki, diplo-
matik münasibətlərin mövcudluğuna baxmayaraq, yal-
nız son bir neçə il ərzində ikitərəfli əlaqələrdə nəzərəçar-
pacaq fəallıq nəzərə çarpır. Bunun da bir sıra səbəbləri
vardır. Məlum olduğu kimi, aralarındakı əlaqələr müəy-
yən tarixə malik olsa da, Azərbaycan - Vyetnam münasi-
bətləri əsasən tələbə və neft sahəsində təcrübə mübadilə-
sindən ibarət olmuşdur. Digər sahələrdə geniş miqyaslı
birgə fəaliyyət nəzərə çarpmır. Fikrimizcə, bu hal təbiidir.
Çünki regionlarımız arasındakı məsafə maraqların uz-
laşdığı əməkdaşlıq üçün təbii çətinliklər yaratmışdır. Bu
mənada yalnız neft və qaz sektoru istisnadır. Lakin son
dövrlərdə Cənub-Şərqi Asiya regionundakı proseslər və
iqtisadi inteqrasiya, sürətli artım tempi, eləcə də geniş
bazar və ucuz işçi qüvvəsi bütün dünya sərmayəçilərini
bu regiona cəlb etmişdir. Bir çox siyasi şərhçilər son illər-
də Azərbaycanın Vyetnama artan marağını məhz ölkələ-
rin Cənub-Şərqi Asiya regionu bazarına çıxmaq niyyəti
ilə izah edirlər.
Hələ SSRİ dövründə Azərbaycan-Vyetnam iqtisadi
əlaqələrinə dair vaxtilə Azərbaycan Respublikasının Pre-
zidenti Heydər Əliyevin Milli Məclisin 1993-cü il 29 sent-
yabrda keçirilən iclasında çıxışı zamanı dediyi aşağıdakı
sözlər mühüm əhəmiyyətə malikdir: “Mən Moskvada iş-
lədiyim dövrdə Afrikanın cənubunda, Cənubi Asiyada -
Laosda, Vyetnamda, Şimali Koreyada olarkən orada Bakı
kondisionerlərini görəndə sevinirdim ki, Azərbaycan
Respublikasının, Azərbaycan xalqının da istehsal etdiyi
məhsullar dünya miqyasına çıxıb”.
1
Bu fakt ölkələrimiz
1
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (çıxışlar, nitqlər, bəyanatlar, məktublar,
müsahibələr). Birinci kitab. Bakı: Azərnəşr, 1997, 612 s, s.126
294
arasında, SSRİ-nin vahid xarici siyasi kursu çərçivəsində
olsa da, hələ o zamandan əlaqələrin mövcud olduğunu
göstərir.
Son illərdə Azərbaycan-Vyetnam münasibətlərində irə-
liləyiş müşahidə olunur. Belə ki, Prezident İlham Əliye-
vin 2014-cü ilin 18 may tarixində başlanan və həmin ayın
20-dək davam edən Şərqi və Cənub-Şərqi Asiya regionu-
na səfəri Azərbaycan Respublikasının bu regiona mara-
ğının artdığını bir daha göstərir. Qeyd etmək lazımdır ki,
Azərbaycan Prezidentinin Cənub-Şərqi Asiya regionuna
bu səfəri Vyetnamdan başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Vyetnam Sosialist Respublikasına ölkənin prezidenti
Truonq Tan Sanqın dəvəti ilə səfər etmişdir. Səfər zamanı
Prezident İlham Əliyevlə Truonq Tan Sanq arasında əv-
vəl təkbətək, sonra nümayəndə heyətlərinin iştirakı ilə
geniş tərkibdə görüş keçirilmiş, beynəlxalq təşkilatlarda
əməkdaşlığın genişləndirilməsi, enerji, elm, təhsil, tu-
rizm, investisiya qoyuluşları və s. sahələrdə əməkdaşlıq
məsələləri geniş müzakirə olunmuşdur.
Bundan başqa, Azərbaycan Respublikasının Preziden-
ti Vyetnam Sosialist Respublikası Milli Assambleyasının
sədri Nquyen Sinh Hanq və ölkənin baş naziri Nquyen
Tan Zunq ilə də görüşmüşdür. Danışıqlar zamanı ikitərəf-
li siyasi, iqtisadi, mədəniyyət və humanitar sahələrdə
əməkdaşlıq məsələləri müzakirə obyektinə çevrilmişdir.
Ölkəmizin Prezidenti İlham Əliyevin Vyetnam səfəri
zamanı daha bir görüş Azərbaycan ali məktəblərinin mə-
zunu olmuş vyetnamlılarla təşkil olunmuşdur. Məlum ol-
duğu kimi, Sovet dövründə Sovet İttifaqı-Vyetnam dost-
luğunun tərkib hissəsi kimi bu ölkəyə hərtərəfli yardım
295
proqramı əsasında çox sayda vyetnamlı tələbə SSRİ-də, o
cümlədən Azərbaycan SSR-də təhsil almışdır. Vyetnamın
neft və qaza tələbatının olması ilə əlaqədar həmin sektor-
da mütəxəssislərə ehtiyac duyulduğundan Azərbaycana
gələn tələbələrin əksəriyyəti bu sahə üzrə təhsil alırdılar.
İlham Əliyevin bir zamanlar Azərbaycanda təhsil almış
həmin Vyetnam vətəndaşları ilə görüşü zamanı da onla-
rın hazırda iki ölkə arasında münasibətlərdə mühüm rol
oynadıqları qeyd olunmuşdur.
Səfərin gedişində mayın 19-da keçirilən Azərbay-
can-Vyetnam biznes forumunda iki ölkə arasında ti-
carət-iqtisadi əlaqələrin prioritetləri və bu sahədə təklif-
lər müzakirə olunmuşdur. Forumda Azərbaycanı 50-dən
artıq iş adamı təmsil etmiş və onlar vyetnamlı sahibkarlarla
fikir mübadiləsi aparmışlar. İki ölkə arasında kənd təsər-
rüfatı, qida sənayesi, xüsusilə də neft-qaz sənayesi, kimya,
maşınqayırma, yüngül sənaye və digər sahələrdə əmək-
daşlığı genişləndirmək qərara alınmışdır.
1
Azərbaycan Respublikası Prezidentinin Vyetnama
dövlət səfərinin sonunda Vyetnam Sosialist Respublika-
sının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Han
tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin şərəfinə dövlət ziyafəti verilmişdir. Bu məra-
simdə çıxış edən Vyetnam Prezidenti Vyetnam xalqının
müstəqillik uğrunda mübarizəsinin və yeni dövlət quru-
culuğunun çətin illərində Azərbaycan xalqının göstərdiyi
köməyi heç vaxt unutmayacaqlarını vurğulamış və sabiq
prezident Ho Şi Minin 1959-cu ildə Bakıya səfərdən son-
ra dediyi sözləri diqqətə çatdırmışdır: “Vyetnam müha-
1
İsmayılqızı X. İlham Əliyev: Mən əminəm ki, Azərbaycan Vyetnam üçün regionda
strateji tərəfdaş olacaq. “İki sahil” qəz., 2014, 22 may, s.6
Dostları ilə paylaş: |