272
6. VYETNAM SOSİALİST RESPUBLİKASI
DÜNYA SİYASƏTİNDƏ
6.1. Beynəlxalq münasibətlər sistemi və Vyetnam
Məlum olduğu kimi, Cənub-Şərqi Asiya regionu uzun
müddət dünyanın gərgin regionlarından biri olmuş və bu
qeyri-sabitlik xüsusilə Vyetnamda özünü daha çox göstər-
mişdir. Ümumiyyətlə, Vyetnamın tarixində sülh dövrləri
çox az müddət davam etmişdir. Vyetnam qədim, lakin
münaqişələr və müharibələrlə zəngin bir tarixə malikdir.
Qanlı münaqişələr və üzücü müharibələr ölkə iqtisadiy-
yatına ağır zərbə vurmuş, əhalinin sosial-iqtisadi şəraitini
ağırlaşdırmışdır.
Ərazi baxımından əlverişli mövqeyə malik olan bu ölkə-
nin cənubundakı Kamran körfəzi Hind okeanı və Sakit
okean arasında mühüm strateji mövqedə yerləşir. Bura-
dakı Kamran limanı Asiyanın ilk hərbi limanı olmuşdur.
Bu liman hazırda da böyük dövlətlərin diqqət mərkəzin-
dədir. Hərbi-strateji əhəmiyyəti nəzərə alındıqda liman
regionda maraqları olan dövlətlərin münasibətlərinə təsir
göstərə bilmək imkanlarına malikdir.
Vyetnamın digər dövlətlər üçün cəlbedici olmasının
səbəbləri içərisində əlverişli strateji-coğrafi mövqeyindən
əlavə, ölkənin təbii ehtiyatlarını və insan resurslarını da
qeyd etmək lazımdır. ABŞ-ın Vyetnamdakı səfiri D.Pe-
terson 2000-ci ildə müsahibələrindən birində bu ölkə-
nin Qərb üçün cəlbedici olması haqqında belə demişdi:
“Vyetnamın cəlbedici tərəflərindən danışarkən ilk növ-
275
Respublikasının sosial-iqtisadi inkişafı və rəqabət qabiliy-
yətinin səviyyəsi ilə müəyyən olunur. Hazırda ASEAN
dövlətləri ilə Vyetnam arasında ticarət-iqtisadi əməkdaş-
lığın iki səviyyəsi mövcuddur: inteqrasiya birliyinin yeni
üzvləri və Bruney ilə əməkdaşlığın aşağı səviyyəsi; Sinqa-
pur, Malayziya, Tailand, İndoneziya və Filippin ilə iqtisadi
əlaqələrin nisbətən yüksək səviyyəsi. Vyetnamın Bruney
və Myanma ilə iqtisadi əlaqələri, demək olar ki, yoxdur.
Başqa sözlə, bu ölkələrin idxal və ixracatında Vyetnamın
payı cəmisi 1 faiz təşkil edir.
1
ASEAN üzvü olan dövlətlər
də Vyetnama əlverişli satış bazarı kimi baxırlar. Xüsusilə,
bu ölkələrin mühafizəkar Avropa və Amerika bazarlarına
məhdud çıxışı şəraitində Vyetnam bazarının rolu daha da
artmışdır. Məsələn, Sinqapur Vyetnamda ən böyük inves-
tisiya sahibi olmaqla hələ ötən əsrin 90-cı illərindən bəri
bu ölkədə 49 iqtisadi layihəni reallaşdırmışdır. Bundan
əlavə, ASEAN ölkələri ilə Vyetnam arasında iqtisadi və
ticarət sahəsində əməkdaşlıq, kreditlər, aviasiya, nəqliy-
yat sahələrini əhatə edən 40-dan çox saziş imzalanmışdır.
Həmin sənədlərdə əməkdaşlığın başlıca istiqamətlərinin
reallaşdırılmasının forma və mexanizmləri müəyyənləş-
dirilmişdir.
ASEAN ölkələri arasında siyasi əlaqələrə gəldikdə isə
üzv dövlətlərin siyasi quruluşları arasındakı fərqlərin bu
münasibətlərə təsir etmədiyini demək olar. Lakin ASEAN
daxilində ölkələr arasında bəzi mübahisəli məsələlər hələ
də həll edilməmişdir. Bu problemlər içərisində ən əsası
Vyetnam, Bruney, Filippin və Malayziyanın iddia etdik-
1
Воронова Т.А., Ле Анъ Куан. Внешнеэкономическое сотрудничество Въетнама со
странами ASEAN и направления расширения торгово-инвестиционного взаимо-
действия //Российский
внешнеэкономический вестник, №8, 2012, с.46-57