276
ləri Spratli adalarının mənsubiyyəti məsələsidir. Buna
baxmayaraq, ASEAN-a üzvlük Vyetnama bir çox region
dövlətləri ilə mübahisələrini tənzimləmək imkanı yarat-
mışdır. Regiondakı tərəfdaşlarından əlavə, bütövlükdə
dünya siyasətində nüfuzunu möhkəmləndirməyə çalışan
Vyetnam hətta aralarında ciddi ərazi və digər mübahisələr
olan dövlətlərlə belə, münasibətləri gərginləşdirməməyə
çalışır. Ölkə rəsmiləri belə hesab edirlər ki, Vyetnamın iq-
tisadi qüdrətinin artırılması və əhalinin rifah halının yax-
şılaşdırılması bir çox problemlərin həllinə müsbət təsir
göstərə bilər.
Vyetnam bir çox beynəlxalq təşkilatlarda təmsil olunur.
1977-ci ildən BMT-nin, 1995-ci ildən ASEAN-ın, 2007-ci il-
dən Ümumdünya Ticarət Təşkilatının və Asiya-Sakit oke-
an İqtisadi Əməkdaşlığı Təşkilatının üzvü olan Vyetnam
Sosialist Respublikası hazırda regionun sürətlə inkişaf
edən, xarici iqtisadi əlaqələrini genişləndirən ölkələrin-
dən biridir.
Vyetnam xarici siyasətdə Cənub-Şərqi Asiya regionun-
dakı qonşuları ilə münasibətlərə xüsusi əhəmiyyət verir.
Lakin ölkənin xarici siyasəti problemsiz də deyildir. Belə
ki, Vyetnamın qonşuluğundakı dövlətlərdən olan Kam-
boca ilə münasibətlərində ziddiyyətlər qalır. Çünki Kam-
bocanın Vyetnam və Laosa ərazi iddiaları vardır. Ərazi
mübahisələrinin həll edilməməsi ümumi inkişafa mane
olan amillərdən biridir.
Kambocada ötən əsrin 70-ci illərində hakimiyyətə qarşı
partizan müharibəsi aparan “Qımızı kxmerlər”in siyasəti
Vyetnam ilə münasibətlərə mənfi təsir göstərirdi. “Qır-
mızı kxmerlər” Vyetnamın sərhəd bölgələrinə basqınlar
277
edir, dinc əhalini qırırdılar. Yalnız Kamboca kommunist-
ləri olan “qırmızı kxmerlər”in müqavimətinin qırılma-
sından sonra Kamboca hökuməti ilə Vyetnam arasında
münasibətlər tənzimləndi və Vyetnam qoşunlarını bu
ölkədən çıxardı. Həmin dövrdən etibarən tərəflər müna-
sibətlərdə gərginliyin artmasına yol verməməyə çalışır-
lar. Münaqişəli şəraitlərin tənzimlənməsində danışıqların
aparılmasına üstünlük verirlər. Belə ki, 2014-cü il fevralın
14-də Cenevrədə Vyetnamın BMT, Ümumdünya Ticarət
Təşkilatı və digər beynəlxalq təşkilatlardakı daimi nü-
mayəndəliyinin Laos və Kambocanın BMT-dəki missiya-
ları ilə dostluq görüşü təşkil etməsi həmin məqsədə xid-
mət edirdi. Görüş zamanı keçirilən müzakirələrdə tərəflər
bildirdilər ki, bu görüş üç ölkə arasında qardaşlıq müna-
sibətlərinin möhkəmləndirilməsi üçün əlverişli imkan-
dır.
1
Həqiqətən də həmin görüşdən sonra münasibətlərdə
müəyyən istiləşmə hiss olunmağa başladı.
ASEAN ölkələri ilə əlaqələr Vyetnam üçün əhəmiyyətli
olsa da, bu ölkələr onun üçün müasir texnologiyalar və
investisiya axını mənbəyi deyildir. Həmin səbəbdən Vyet-
namın dünyanın inkişaf etmiş ölkələri, artıq qeyd edildiyi
kimi Qərb dövlətləri ilə əlaqələri genişləndirməyə ehtiya-
cı vardır.
Qərb ilə əməkdaşlığın genişləndirilməsi heç şübhəsiz,
təkcə müasir texnologiyaların tətbiqi niyyətləri ilə bağlı
deyildir. Vyetnamın əvvəllər də yazıl dı ğı kimi, qonşuları
ilə ərazi münaqişələri vardır. Məsələn, regionun ən güclü
dövləti olan Çin ilə Vyetnam arasında tarixi düşmənçiliyə
Parasel və Spratli adaları üstündə rəqabət də əlavə olun-
1
Укрепление дружеских отношений между Въетнамом, Ласом и Камбоджей в
Женеве, 2014, 16 февраль- http://vovworld.vn/ru, (14.08.2014)
278
muşdur. Belə ki, tarixdən məlum olduğu kimi, Çin qonşu
Laos və Kambocada Vyetnamın təsirinin güclənməsinə
daim mane olmuş, bu ziddiyyətlər 1979-cu ildə araların-
da hərbi toqquşma ilə nəticələnmişdi. Hətta hər iki ölkədə
sosialist sisteminin mövcud olması, kommunist ideologi-
yasının mövcudluğu münaqişələrin yaranmasının qarşı-
sını ala bilməmişdir.
Vyetnam və Çin arasında digər bir münaqişə də törə-
dilmişdir. Belə ki, Parasel adalarından olan Sişa uğrun-
da hərbi toqquşma baş vermiş, sonda Çin qalib gələrək
adaya nəzarəti ələ keçirmişdir. Vyetnam isə hələ də adaya
iddia irəli sürür. Bu isə ik ölkə arasında münasibətlərdəki
soyuqluğun səbəblərindən biridir.
Spratli adaları üstündə isə 1988-ci ildə Vyetnam ilə Çin
arasında toqquşma olmuş, yenə də Çin qalib gəlmiş, bu
zonada öz nəzarət sahəsini bir qədər genişləndirə bilmiş-
dir. Qeyd etmək lazımdır ki, Spratli adalarına Çin və Vyet-
namdan başqa Tayvan, Filippin, Malayziya və Bruney də
iddia edir. Çünki insan məskunlaşmamış bu adalar çox
mühüm strateji əhəmiyyət kəsb edir. Belə ki, bu adalara
sahib olmaq Cənubi Çin dənizi su məkanına və buradan
keçən dəniz nəqliyyatı yollarına nəzarət etmək deməkdir.
Əlverişli coğrafi-strateji mövqeyi səbəbindən adalar sanki
«bölüşdürülə bilməyən alma» halına gəlmişdir.
Mövcud olan bütün ziddiyyətlərə baxmayaraq, XX əs-
rin 90-cı illərindən Vyetnam-Çin münasibətləri sürətlə
normallaşmağa başladı. Uzun illər mövcud olan ziddiy-
yətlərdən sonra 1991-ci ilin noyabr ayında iki ölkənin rəs-
mi nümayəndələri münasibətlərin normallaşdığını elan
etdilər. 1993-cü ilin noyabr ayında isə Vyetnam Sosialist
279
Respublikasının Prezidenti Le Dık An Çin Xalq Respub-
likasına səfər etdi. Bu, 1955-ci ildən bəri Vyetnam dövlət
başçısının Çinə ilk səfəri idi. Bir il sonra isə Çin Xalq Res-
publikasının Prezidenti Tszyan Tszemi nin Vyetnama səfəri
oldu. Danışıqlar zamanı mübahisəli sərhəd problemləri
müzakirə olundu. Quru sərhədi və Tonkin körfəzindəki
sərhədə dair müzakirələr uğurlu keçdi. Lakin Parasel və
Spratli adalarının mənsubiyyəti məsələsinə gəldikdə isə
tərəflər status-kvonun saxlanmasında maraqlıdırlar. İki
ölkə aralarındakı münasibətləri normallaşdırmaq niyyə-
tindədir. Bunun da başlıca səbəbi tərəflərin öz iqtisadi in-
kişafları yolunda maneələri aradan qaldırmaq səyləridir.
Onların fikrincə, ziddiyyətlər və münaqişə başlıca diqqəti
dinc quruculuqdan və inkişafdan yayındırır.
Lakin regionda münaqişələrin davam etməsində ma-
raqlı olan xarici dövlətlər də vardır. Qeyd etmək lazımdır
ki, Amerika Birləşmiş Ştatları özünün strateji maraqları
naminə Cənubi Çin dənizində təhlükəsizlik məsələlərinə
müdaxilə etməyə səy göstərir. Belə ki, ABŞ regiondakı
mövqelərini itirməmək üçün müxtəlif vasitələrdən isti-
fadə edir. Belə ki, mütəmadi olaraq keçirilən Şərqi Asi-
ya Sammitlərindən 2010-cu ildə Hanoyda keçirilmiş 5-ci
toplantıya ilk dəfə olaraq ABŞ da qatılmış oldu. İndonezi-
yanın Bali adasında keçirilən və belə demək mümkünsə,
“siyasiləşmiş” VI Sammit zamanı ABŞ tərəfi Çinin istək-
lərinin əksinə olaraq, Cənubi Çin dənizində təhlükəsiz-
lik və sabitlik məsələsinin müzakirəsi təşəbbüsünü irəli
sürdü. Pekinin mövqeyi isə ondan ibarət oldu ki, Parasel
və Spratli adalarının mənsubiyyəti məsələsi Şərqi Asiya
sammitlərində çoxtərəfli formatda deyil, yalnız maraqlı
Dostları ilə paylaş: |