285
Bu addımlar Vyetnamın getdikcə artan beynəlxalq nü-
fuzunun göstəricilərindəndir. Buna baxmayaraq, ABŞ ilə
Vyetnam arasında hələ də öz həllini tapmamış məsələlər
mövcuddur. Bunlar insan hüquqları məsələsi və ABŞ-ın
Vyetnama silah satışına qoyduğu embarqodur. Lakin Vyet-
nam bu problemlərin də həlli üçün səy göstərir. Ona görə
də ABŞ-la Vyetnam arasında sərt qarşıdurma görünmür.
Vyetnamın xarici siyasət fəaliyyətində xüsusi yerə malik
dövlətlərdən biri də
Rusiya Federasiyasıdır. Doğrudur,
Sovet İttifaqının dağılmasından sonrakı ilk vaxtlarda Ru-
siyanın Vyetnama marağı bir qədər zəifləmişdir. XX əsrin
sonlarında Moskva Hanoy ilə ticarət-iqtisadi əməkdaşlığı
bərpa etmək sahəsində cəhdlər etsə də, hələ Rusiya Fede-
rasiyasının Vyetnama münasibətdə aydın, uzunmüddətli
strategiyası müəyyənləşdirilməmişdir.
1
Buna baxmaya-
raq, son zamanlar Rusiya siyasi dairələrinin bəyanatları
Cənub-Şərqi Asiya regionu istiqamətində bu dövlətin si-
yasətinin getdikcə fəallaşdığını göstərir. Belə ki, Rusiya
Asiyada Çin və ABŞ-ın fəallaşmasından narahatdır. Bu
dövlət regionda mövqelərinin tamamilə itirilməsini istə-
mir. Rusiyanın ABŞ-a qarşı Çin ilə eyni mövqedə durma-
sına baxmayaraq, Birləşmiş Ştatların Asiyadakı nüfuzu-
nun artması Rusiyanın maraqlarına uyğun gəlmir. Rusiya
ABŞ-ın nüfuzunun genişlənməsinin qarşısının alınması
üçün bütün vasitələrdən istifadə edir. Heç əbəs deyildir
ki, 2012-ci ildə Rusiya Kamran körfəzindəki hərbi-dəniz
bazasından istifadəyə yenidən marağının yarandığını bə-
yan etmişdir. Çox güman ki, bu maraq Rusiya-Vyetnam
1 Коболев К. Въетнам в системе новых политических отношений в Юго-Восточ-
ной Азии.
Интернет журнал, RAU, №25. 1993, www.observer.materik.ru/observer/
N25_93/25_07.HTM
287
Regionda marağı olan dövlətlərin Rusiyaya təhlükə
kimi baxmadığına daha bir misal Kamran buxtasında Ru-
siya hərbi bazasının saxlanması haqqında Rusiya ilə Vyet-
nam arasında razılaşmaya ASEAN və ABŞ-ın da etiraz et-
məmələridir. Çünki onlar bu hərbi bazanı ciddi təhlükə
hesab etmirlər. Qeyd etmək lazımdır ki, həmin baza mü-
bahisəli Spratli adaları yaxınlığında yerləşir.
Vyetnam Sosialist Respublikasının xarici siyasət fəa-
liyyətində Hindistan Respublikası ilə münasibətlər
özünəməxsus yer tutur. Bu münasibətlərin tarixi o qədər
də dərin deyildir. Vyetnam ilə
Hindistan arasında müna-
sibətlər 1972-ci ildə qurulsa da, 2007-ci ildə Vyetnamın baş
naziri Nquen Tan Zunqun Hindistana rəsmi səfərindən
sonra iki ölkə strateji əməkdaşlıq haqqında birgə bəyanat
imzalamışdır. Bu bəyanat Vyetnam-Hindistan ikitərəf-
li əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malikdir.
Bəyanatda ölkələr arasında əməkdaşlığın əsas istiqamət-
ləri və həyata keçirilmə formaları öz əksini tapmışdır.
Hindistan ilə Vyetnam arasında müdafiə və təhlükəsiz-
lik sahəsində əlaqələr baxımından yüksək səviyyəli hərb-
çilərin görüşləri, hərbi treninqlər və birgə təcrübə müba-
diləsi məsələləri genişlənir.
1
Bir sözlə, Vyetnamın Cənubi
Asiya regionunda xarici siyasət kursu uğurla həyata keçi-
rilməkdədir. Və Vyetnam Sosialist Respublikası Asiyada
inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir.
Bundan başqa, Vyetnam Sosialist Respublikası hələ So-
vetlər İttifaqı dövründə yaxşı əlaqələri olmuş Müstəqil
Dövlətlər Birliyi ölkələri ilə də əlaqələrini yenidən qur-
mağa səy göstərir.
1
Sadhavi Chauhan, İndia-Vietnam defence cooperation: slow but steady progress // Orf
issui brief,
November, 2013, 8 p., s.3.