288
Beləliklə, ötən əsrdə nail olunan iqtisadi inkişaf və
dünya siyasətində mövqeyini möhkəmlətmək məqsədi-
ni uğurla reallaşdırması Vyetnam Sosialist Respublikası-
nı istər region, istərsə də dünya səviyyəsində beynəlxalq
münasibətlərin fəal subyektinə çevirmiş, ölkənin xarici
iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsinə ciddi
təkan vermişdir. Artıq Vyetnam Asiyanın dünya bazarla-
rına sürətlə çıxan, möhkəmlənən və digər ölkələrlə rəqa-
bət aparmaq qabiliyyəti olan dövlətinə çevrilmişdir.
6.2. Azərbaycan Respublikası – Vyetnam əlaqələri
Qədim və zəngin tarixə malik, çoxlu müharibə və it-
kilərlə qarşılaşmış, 22 il parçalanmış vəziyyətdə qalan
Vyetnam 1976-ci ildə Kommunist Partiyasının rəhbərliyi
altında birləşdikdən sonra daxili və xarici siyasətdə bir sıra
uğurlar qazanmışdır. İslahatlar sayəsində məqsədyönlü
şəkildə inkişaf etməkdə olan Vyetnam Sosialist Respubli-
kası qonşuları və dünya dövlətləri ilə iqtisadiyyat, siyasət
və mədəniyyət sahələrində geniş əlaqələr qurmuşdur.
Ümumiyyətlə, Vyetnamın iqtisadi inkişafında başlıca
amillərdən birini bu ölkənin xarici iqtisadi əlaqələri təşkil
edir. Beynəlxalq və regional təşkilatlarda iştirakı bu ölkə-
nin böyük həcmli iqtisadi yardımlar, kreditlər almasına,
eləcə də ayrı-ayrı regionlarda ticarət əlaqələri qurması iq-
tisadiyyatının inkişafına müsbət təsir göstərmişdir.
Vyetnamın daxil olduğu Cənub-Şərqi Asiya regionu
ilə əlaqələr Azərbaycan Respublikasının da xarici siyasə-
tində mühüm yerlərdən birini tutur. Belə ki, son illərdə
Azərbaycanın qlobal miqyasda nüfuzunun artmasndan
sonra ölkəmizin Cənub-Şərqi Asiya regionu ilə də əlaqələ-
289
ri genişlənmişdir. Vyetnam ilə Azərbaycan arasında dip-
lomatik münasibətlər müstəqilliyimizin əldə edildiyi ilk
dövrlərdən qurulsa da, iki ölkə arasında münasibətlərin
XXI əsrdəki inkişafı xüsusilə nəzərə çarpır.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Vyetnam əlaqələ-
rinin əsası hələ Sovetlər İttifaqı dövründə qoyulmuşdur.
Bu sahədə əvəzsiz rolu olan Ümummilli lider Heydər Əli-
yevin xidmətləri xüsusilə qeyd edilməlidir. Belə ki, 1983-
cü ilin oktyabrında Sovet-Vyetnam dostluq və əməkdaş-
lıq müqaviləsinin beş illiyi münasibətilə Vyetnam Sosia-
list Respublikasında keçirilən təntənəli tədbirlərdə iştirak
üçün SSRİ Nazirlər Sovetinin birinci müavini Heydər Əli-
yevin rəhbərliyi ilə SSRİ nümayəndə heyəti Hanoya səfər
etmişdi. Oktyabr ayının 28-də Sovet nümayəndə heyətini
Vyetnam partiya və hökumət rəhbərləri qəbul etmişdilər.
Heydər Əliyevin o zaman Vyetnam Kommunist Partiyası-
nın Mərkəzi Komitəsinin baş katibi Le Zuan və digər Vyet-
nam liderləri ilə yüksək səviyyəli görüşləri iki ölkə arasın-
da münasibətlərin inkişafında mühüm rol oynamışdır.
Oktyabrın 31-də isə Hanoyda SSRİ ilə Vyetnam Sosia-
list Respublikası arasında dostluq və əməkdaşlıq haqqın-
da müqavilənin beş illiyi münasibətilə keçirilən mitinq-
də nitq söyləyən Heydər Əliyev beş il əvvəl imzalanan
müqavilənin iki ölkənin münasibətlərini keyfiyyətcə yeni
mərhələyə çatdırmasından və Sovet-Vyetnam dostluğu-
nun getdikcə möhkəmlənməsindən bəhs etmişdi.
1
Həmin dövrdə Azərbaycan və Vyetnam arasında səna-
ye, xüsusilə neft və qaz sektoru, təhsil və digər sahələr-
1
“Mən
fəxr edirəm ki, azərbaycanlıyam: Ümummilli lider
Heydər Əliyevin həyat və
fəaliyyəti” (elektron resurs), Bakı: Regionların İnkişafı İctimai Birliyi, 2008, 57s.-http://
filis.preslib.az/projects/toplu/v2/fl_2.pdf