Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə59/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   78

224
təşkil  edilmişdir.  “Azərbaycan  Respublikası  və  Koreya 
Respublikası  arasında  münasibətlərin  və  əməkdaşlığın 
prinsipləri haqqında” 2006-cı il mayın 11-də Bakı şəhərin-
də Birgə Bəyannamə imzalanmışdır. Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyev və Koreya Respublika-
sının Prezidenti Roh Moo-Hyun qarşılıqlı maraq doğuran 
məsələlər haqqında geniş müzakirələr apararaq dostluq 
münasibətlərini gücləndirməyi və ölkələr arasında daha 
sıx əməkdaşlığı təşviq etməyi zəruri hesab edərək, yeni 
tarixi epoxada münasibətlərin və əməkdaşlığın prinsiplə-
ri haqqında aşağıdakıları bəyan etmişlər:
1. Azərbaycan Respublikası və Koreya Respublikası öz 
münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq və si-
yasi, iqtisadi, sosial, mədəni, elmi və texnoloji sahələrdə, 
həmçinin ümumi maraq doğuran digər bütün sahələrdə 
qarşılıqlı  faydalı  və  möhkəm  əməkdaşlığı  inkişaf  etdir-
mək niyyətindədirlər.
2. Hər iki dövlət hakimiyyətin bütün qanadları - icra-
edici,  qanunverici  və  məhkəmə  hakimiyyətləri  arasında 
əlaqələri həvəsləndirəcəkdir. Onlar ümumi maraq doğu-
ran məsələlərin müzakirəsi üçün öz dövlət başçıları, xari-
ci işlər nazirləri və hökumətlərinin digər üzvləri və ya on-
ların nümayəndələri arasında məsləhətləşmələri canlan-
dıracaqlar. Bununla əlaqədar hər iki tərəf zəruri olduqda, 
müvafiq  dövlət  qurumları  arasında  müxtəlif  sahələrdə 
birgə komissiyalar yaradacaqdır”. 
Hazırda Azərbaycan və Koreya Respublikası arasında 
qarşılıqlı maraq doğuran çoxsaylı layihələr işlənib həya-
ta keçirilir. İqtisadi əməkdaşlığın nümunəsi olaraq Bakı 
şəhərində  Koreya  Ticarətin  və  İnvestisiyaların  Təşviqi 


225
Agentliyi  (KOTRA)  və  Koreya  Beynəlxalq  Əməkdaşlıq 
Agentliyinin (KOICA) nümayəndəliklərindən əlavə, “SK 
C&C”,  “ULTRA  Construction”,  “Samsung”,  “Daewoo”, 
“KON”, “HEERİM” və “STX” kimi Koreya şirkətlərinin 
filialları da ölkənizdə fəaliyyət göstərir. Bunun nəticəsi-
dir  ki,  ölkələrimiz  arasında  ticarət  dövriyyəsinin  həcmi 
ildən-ilə artmaqdadır. Müqayisə üçün, 2006-cı ildə ticarət 
dövriyyəsinin ümumi həcmi 115 milyon dollar təşkil etdi-
yi halda, sonrakı ildə bu rəqəm 216 milyon dollar səviyyə-
sinə qalxmışdır. Həmin göstərici 2009-cu ildə 273 milyon, 
2010-cu ildə isə 375 milyon dollar olmuşdur. 2008-ci ildə 
isə  Koreya  Respublikası  və Azərbaycan  arasında  ticarət 
dövriyyəsi özünün pik nöqtəsinə çataraq, 859 milyon dol-
lar təşkil etmişdir.
1
 
Tikinti və nəqliyyat sahəsində əməkdaşlıq, elektron hö-
kumət layihəsinin işlənməsi, informasiya texnologiyaları 
mütəxəssislərinin hazırlanması, sürətli internet layihələri-
ni əhatə edən informasiya texnologiyaları istiqaməti, kənd 
təsərrüfatı sahəsi ölkələr arasındakı iqtisadi münasibətlə-
rin əsasını təşkil edir. “Koreyanın STX şirkəti Azərbaycan-
da Etanol zavodunun tikintisi barədə “AZMECO” şirkəti 
ilə 220 milyon ABŞ dolları dəyərində saziş imzalamışdır”. 
İmzanan sənədlərin reallaşdırılması münasibətlərin mad-
di təməllərini möhkəmləndirmişdir. Koreya Respublika-
sının Azərbaycandakı səfirliyi və Koreya Respublikasının 
Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycanda Koreya 
layihələrinin miqyasının genişləndirilməsi üçün geniş iş 
aparır.  Eyni  zamanda, Azərbaycan  Respublikasının  Cə-
nubi Koreyadakı səfirliyi də ölkələr arasındakı əlaqələrin 
1
 
Rövşən Cəmşidov. “Azərbaycan-Koreya arasında maraq doğuran layihələr”. 2011; 
http://www.gun.az/ interview/11754.


226
inkişaf etdirilməsi üçün ardıcıl olaraq müvafiq tədbirlər 
həyata keçirir. 
Azərbaycan  və  Cənubi  Koreya  arasındakı  əlaqələrdə 
təhsil  və  mədəniyyət  sahəsindəki  əməkdaşlıq  geniş  im-
kanlara malikdir. Hazırda ölkədə təhsil alan tələbələr də 
daxil  olmaqla  Koreya  Respublikasında  90  nəfərə  yaxın 
Azərbaycan  vətəndaşı  yaşayır.  Azərbaycan  dili,  mədə-
niyyəti  və  tarixinin  Koreyada  öyrənilməsi,  bu  ölkədə 
Azərbaycan üzrə mütəxəssislərin hazırlanması məqsədilə 
2008-ci ildən etibarən Koreya Xarici Dillər Universitetin-
də  Azərbaycan  dilinin  tədrisinə  nail  olunmuşdur.  Bu-
nun davamı olaraq 2009-cu ilin aprel ayında Koreyanın 
ən nüfuzlu tədris ocağı sayılan Seul Milli Universitetinin 
kitabxanasında Azərbaycan  bölməsi  yaradılmışdır.  Təh-
sil  əməkdaşlığının  nəticəsi  kimi Azərbaycan  Dillər  Uni-
versiteti və Koreya Xarici Dillər Universiteti, Bakı Dövlət 
Universiteti və Koreya Politexnik Universiteti, Naxçıvan 
Dövlət  Universiteti  ilə  Kimçonq  və  Busan  universitetlə-
ri, Azərbaycan Texniki Universiteti və Koreya Politexnik 
Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 
və Koreya Milli Rəssamlıq Universiteti arasında əməkdaş-
lıq sazişləri imzalanmışdır. Həmçinin Azərbaycan səfirli-
yinin təşəbbüsü ilə Koreyada yaşayan azərbaycanlı gənc-
lərin təşkilatlanması, soydaşlarımız arasında milli birliyin 
və həmrəyliyin möhkəmləndirilməsi məqsədilə 2009-cu il 
21  mart  tarixində  Seulda  “Buta” Azərbaycan  tələbə  təş-
kilatı yaradılmışdır”.
1
 «Buta» Azərbaycan-Koreya Tələbə 
Təşkilatı Koreya Respublikasında Azərbaycanın diaspor 
fəaliyyətini təmin etmək istiqamətində səmərəli fəaliyyət 
1
 Güclü Azərbaycan diasporu dövlətimizin maraqlarının həmin ölkələrdə təminatçısıdır, 
2011;http:// old.yap. org.az/view.php?lang=az&menu=20&id=15995


227
göstərir.  Bu  ölkədə  təhsil  alan  azərbaycanlı  tələbələrin 
təşkilatlanması, onlar arasında əlaqələrin və həmrəyliyin 
daha da möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi, 
müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniy-
yəti ilə bağlı məlumatların Koreya ictimaiyyətinə çatdırıl-
ması təşkilatın əsas fəaliyyət istiqamətləridir.
Koreya  Beynəlxalq  Əməkdaşlıq  Agentliyinin  xətti  ilə 
Azərbaycan  Texniki  Universitetində  təhsil  sahəsində 
yüksək  texnologiyaların  tətbiqi  üzrə  layihə  həyata  keçi-
rilmişdir. Eyni zamanda, KOJKO 6 dekabr 2012-ci il ta-
rixində Naxçıvan Dövlət Universiteti ilə tədris prosesinin 
və idarəetmənin modernləşdirilməsinə dair müqavilə im-
zalamışdır. Müqavilənin şərtlərinə uyğun olaraq Naxçı-
van Dövlət Universitetində Koreya texnologiyası əsasın-
da tədris laboratoriyaları və elektron idarəetmə sistemləri 
yaradılmışdır. Naxçıvan Dövlət Universitetinin əməkdaş-
ları Koreya ali məktəblərində stajirovka keçmişlər. Bun-
dan başqa, Naxçıvan Dövlət Universitetində 2011-ci ildən 
Koreya mədəniyyət mərkəzi fəaliyyət göstərir. Universi-
tetdə təşkil edilən təlim kurslarında Koreya dili öyrədilir. 
Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin ərazisin-
də Koreya Dostluq parkı yaradılmışdır. 
Koreya Respublikası ilə Azərbaycan arasında qurulan 
mədəni  əlaqələr  çərçivəsində  Koreyanın  mədəniyyətini, 
tarixi  inkişaf  yolunu,  milli  adət-ənənələrini,  təcrübəsi-
ni  öyrənmək  məqsədilə  Koreya  Beynəlxalq  Əməkdaşlıq 
Təşkilatı  (KOICA)  Azərbaycan  jurnalistlərindən  ibarət 
nümayəndə heyətini “Azərbaycanlı jurnalistlər üçün Ko-
reyanın  inkişaf  təcrübəsinin  öyrənilməsi”  adlı  proqram 
əsasında əməkdaşlığa cəlb etmişdir. Ölkənin həyatını və 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə