Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə61/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   78

232
üçün  çox  faydalı  oldu.  Sovetlər  İttifaqının  dağılması  ilə 
ondan  ayrılıb  müstəqil  dövlətlərini  qurmuş  respublika-
ların  timsalında  böyük  ərazilər  itirmiş  və  zəngin  təbii 
resursları  əlindən  çıxmış,  öz  ərazilərində  isə  dağıntıla-
ra  məruz  qalmış  Rusiyanın  yenidən  özünə  gələ  bilməsi 
üçün  zaman  lazım  idi. Amerikanın  və  Qərb  ölkələrinin 
müstəqillik əldə etmiş yeni ölkələrlə bağlı strategiyasını 
həyata keçirmək üçün sərf etdiyi illər Rusiyada tədricən 
sabitliyin bərpa edilməsi, iqtisadiyyatın böhrandan çıxa-
rılması, hərbi sənayenin dirçəldilməsi və ordunun yeni-
dən qurulması üçün kifayət etdi. Qərbin Rusiya və gənc 
müstəqil dövlətlərlə məşğul olduğu dövrdə Asiya ilə ma-
raqlar arxa plana keçdiyi üçün Uzaq Şərq və Sakit Okean 
hövzəsi ölkələrində iqtisadi islahatlar daha böyük sürətlə 
həyata keçirilməyə başladı. İki sistemin sərt qarşıdurma-
sı bitdiyi üçün Asiya ölkələri də dövlət büdcəsində hərbi 
potensialın inkişaf etdirilməsinə yox, iqtisadi islahatların 
daha da genişləndirilməsinə ayrılan vəsaitin həcmini bir 
neçə dəfə artırmaq imkanı qazanmışdılar. Beləliklə, Asiya 
ölkələrində  XX  əsrin  yetmişinci  illərindən  etibarən  baş-
lanmış dirçəliş, yüzilliyin sonuna doğru daha sürətlə irəli 
gedərək daha böyük inkişaf səviyyəsinə çatdı. Çin Xalq 
Respublikası,  Yaponiya,  Koreya  Respublikası  məhz  XX 
əsrin səksən-doxsanıncı illərində dünyanın ən güclü döv-
lətləri kimi beynəlxalq münasibətlərdə həlledici rola ma-
lik oldular. Bu dövrdə Asiyada “kiçik əjdahalar” adlanan 
yeni dövlətlər də parlamağa başlamışdır. “Kiçik əjdaha” 
Asiya dövlətləri qrupuna Koreya Respublikası ilə yanaşı, 
Malayziya, Sinqapur, Tayvan, İndoneziya və başqa ölkələr 
də daxil edilir. Bunların sırasında isə Koreya Respublika-


233
sından sonra ən çox diqqəti cəlb edən Sinqapur və Malay-
ziyadır. Tayvan ətrafında bir qədər mübahisəli məsələlər 
olduğu  üçün  ölkədə  inkişafla  yanaşı,  müəyyən  siyasi 
proseslər də yaşanır. Sinqapur və Malayziya isə müstəqil 
dövlətlər kimi geniş iqtisadi islahatlar aparmış, ölkədə in-
kişafın ən yüksək səviyyəsini təşkil edə bilmişdir. Hətta 
indi dünyada inkişafın Sinqapur modeli və ya Malayziya 
möcüzəsi kimi anlayışlar da meydana çıxmışdır. 
4.2. Sinqapur Respublikasının daxili və xarici siyasəti
Cənub-Şərqi  Asiyanın  şəhər-dövləti  olan  Sinqapur 
Malayziyanın  cənubunda  Sinqapur  boğazının  sahilində 
yerləşir.  Dünyanın  sivilizasiya  mərkəzlərindən  biri,  de-
mokratik ölkə olan Sinqapur XIX əsrin əvvəllərinə kimi 
Malayziyanın bir hissəsi kimi mövcud olmuşdur. Strateji 
və coğrafi baxımdan Sinqapur dəniz yollarının kəsişdiyi 
məkanda yerləşdiyi üçün bu ölkə Cənub-Şərqi Asiyanın 
qapısı hesab edilir. Sinqapur vacib strateji məkan olaraq 
tarixən nəhəng dövlətlərin diqqətini çəkmişdir. XIX əsr-
dən etibarən ingilislər bu ərazidə yerləşməyə başlamışlar. 
1826-cı ildə ölkə Britaniya işğalına məruz qalmışdır. Birinci 
Dünya müharibəsi illərində isə Sinqapuru yaponlar işğal 
ediblər.  Müharibədən  sonra  ingilislər  Sinqapur  şəhərini 
Britaniyanın dominionuna çeviriblər. Buna baxmayaraq, 
1963-cü  ildə  Sinqapur  Malayziya  Federasiyasının  tərki-
binə daxil olub. Nəhayət, 1965-ci ildə bu ölkə müstəqilli-
yini elan etməyə nail ola bilmişdir. Ölkənin Malayziyadan 
ayrılaraq müstəqillik qazanmasında Xalq Hərəkat Partiya-
sı nın mühüm rolu vardır. Belə ki, bu partiya Sinqapurun 
siyasi-dövlətçilik həyatında ən vacib rola malik olan təş-


234
kilatdır.  Parlamentli  respublika  siyasi  sisteminə  malik 
Sinqapur Respublikası 3 iyun 1959-cu ildə qəbul edilmiş 
konstitusiya əsasında idarə olunur. Qanunların və cəza-
ların sərtliyi ilə seçilən bu dövlətdə, statistik məlumatlara 
əsasən, cinayətin aşağı faizi müşahidə olunur və korrup-
siya halları demək olar ki, yox dərəcəsindədir.
Ölkənin daxili və xarici siyasətində maliyyə və texniki 
cəhətdən iqtisadi inkişaf əsas amil kimi götürülür. “Ver-
gilərin sadələşdirilməsi, faizlərin aşağı salınması, ixraca-
tın yüksəlməsi və 2004-cü ildə adambaşına düşən gəlirin 
200
0-ci ilə nisbətdə 8 faiz artması ölkə iqtisadiyyatı üçün 
yüksək  göstəricidir.  Buna  görədir  ki,  Sinqapur  iqtisadi 
inkişaf  tempini  son  illərdə  də  qoruyub  saxlayır.  Ümu-
mi Daxili Məhsulun (ÜDM) real artım tempi 2004-2008-
ci illərdə 6.8 faiz təşkil etmiş, lakin 2009-cu ildə dünyanı 
bürüyən  iqtisadi  böhrana  görə  həmin  göstərici  2.1  faiz 
azalmışdır. 2009-cu ilin göstəricilərinə əsasən ÜDM alıcı-
lıq qabiliyyəti pariteti nəzərə alınmaqla 234,5 mlrd. ABŞ 
dolları həcmində olmuş, real artım nisbəti 2,6 faiz təşkil et-
miş, adambaşına ÜDM 50300 ABŞ dolları həddində qeydə 
alınmışdır. ( http://mfa.gov.az/files/file/ Singapur.pdf)
Sinqapur 1967-ci ildə ASEAN təşkilatına üzv olmuşdur. 
Çoxtərəfli  inkişaf,  sülh  və  sabitlik,  təhsilin  inkişafı,  elm 
və  texnikanın  inkişafının  vəhdəti  kimi  məqsədləri  olan 
ASEAN Cənub-Şərqi Asiya ölkələrinin birləşdiyi regional 
təşkilatdır. XX əsrin 60-cı illərindən region ölkələrinin va-
hid fəaliyyət prinsiplərinə əsasən qurulmuş təşkilata ya-
randığı zaman ilk üzv olan dövlətlər içərisində Sinqapur 
və Malayziya öndə durmuşdur. İndoneziya, Tailand, Fi-
lippin də ASEAN təşkilatının ilk üzvləridir. Buna əsasən 


235
Sinqapur həm də ASEAN-ın ilk təsisçilərindən hesab olu-
nur. Regionallıq konsepsiyasının tərəfdaşı olaraq Sinqa-
pur ASEAN və APEC-in ən fəal üzvlərindəndir. 
ASEAN-ın  tarixində  ən  mühüm  hadisələrdən  biri  xa-
rici  işlər  nazirlərinin  1971-ci  ildə  Malayziyanın  paytaxtı 
Kuala-Lumpur  şəhərində  keçirilən  müşavirəsində  Cə-
nub-Şərqi Asiyanı “sülh, azadlıq və tərəfsizlik zonası”na 
çevirmək haqqında konsepsiyanın bəyənilməsi olmuşdur. 
Sinqapur BMT-nin, Qoşulmama Hərəkatının və Brita-
niya Birliyinin üzvüdür. Beynəlxalq birlik qarşısında və-
zifələrinə  hörmətlə  yanaşan  Sinqapur  BMT-nin  Küveyt, 
Anqola, Namibiya, Kamboca və Şərqi Timorda təşkil et-
diyi sülhməramlı missiyalarda iştirak edir. İraqda sülhün 
və təhlükəsizliyin bərpa olunması məqsədilə 2003-cü ildə 
yaranan koalisiya qoşunlarının tərkibində olan Sinqapur 
İran körfəzinə özünün bir hərbi gəmisini və bir hərbi hava 
nəqliyyat təyyarəsini göndərmişdir ( http://mfa.gov.az/fi-
les/file/Singapur.pdf). 
Sinqapur dövlətinin inkişafı, dünyaya açılması əsasən 
iqtisadi-ticarət əlaqələri üzərində qurulmuşdur. Ölkənin 
xarici siyasətində dünyanın lider ölkələri ilə əlaqələrin qu-
rulmasına mühüm əhəmiyyət verilir. Sinqapur müstəqil 
bir  dövlət  olaraq  özünün  əsas  hərbi-siyasi  görüşlərini 
və  məsləhətləşmələrini,  dövlətlərarası  münasibətlərini 
Amerika Birləşmiş Ştatları ilə birlikdə müzakirə edir. Bu 
mənada,  ölkənin  siyasi  həyatında Amerika  faktoru  mü-
hüm yer tutur. Bundan başqa, Sinqapur Asiya qismində 
daha  çox  Yaponiya  ilə  əlaqələrə  üstünlük  verir.  Ölkədə 
elmi-texniki əməkdaşlıqda və iqtisadi islahatlarda Yapo-
niya təcrübəsinə yaradıcı şəkildə istinad edilir. Avropanın 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə