Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə63/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   78

240
respublika olmasına baxmayaraq Sinqapurun dünya icti-
maiyyəti tərəfindən yarıavtoritar dövlət kimi qəbul edil-
məsinə böyük təsir etmişdir. Lakin bu hal heç vaxt ölkə-
nin iqtisadi inkişafına və dünya ölkələri ilə əlaqələr yarat-
masına maneçilik törətməmişdir. 
Bu  gün  Sinqapur  dünyanın  iqtisadi  mərkəzlərindən 
biri  kimi  əsasən  maliyyə  və  ticarət  sahələrində  liderlik 
edir. Müasir Sinqapur hazırda dünyanın dördüncü ma-
liyyə  mərkəzlərindən  biri  kimi  qəbul  olunur.  Sinqapur 
limanı isə dünyanın ən böyük beş limanından biri hesab 
edilir. Sinqapurun qloballaşmış və diferensiallaşmış iqti-
sadiyyatı əsasən ticarətdən, xüsusən də sənaye mallarının 
emalından ibarətdir. Eyni zamanda, Sinqapur dünyanın 
əsas elektronika məhsulları ixrac edən ölkələrindən biri 
kimi də böyük nüfuz qazanmışdır. 
Sinqapur adambaşına düşən gəlirlər baxımından 2005-
ci  ildə  dünyanın  ən  varlı  ölkəsi  kimi  elan  olunmuşdur. 
Bununla belə, Sinqapur həm də sosial cəhətdən ən qütb-
ləşmiş ölkə hesab edilir. Lakin təhsil, səhiyyə, məşğulluq 
sahələrində Sinqapurun dünyanın lider ölkələrindən biri 
olması onun beynəlxalq aləmdə müsbət siyasi obrazının 
formalaşmasına böyük təsir etməkdədir.
Ərazisi  və  əhalisi  etibarilə  kiçik  dövlət  hesab  edilmə-
sinə baxmayaraq, atıq bir-neçə onillikdir ki, Sinqapurun 
çoxşaxəli beynəlxalq siyasi konsepsiyası mövcuddur. Bu 
illər  ərzində  Sinqapurun  sürətli  iqtisadi  inkişafı  dünya 
siyasi  arenasında  onun  mövqeyini  xeyli  yüksəltmişdir. 
Sinqapur Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyasının 
(ASEAN) yaradıcısı olan beş dövlətdən biri kimi, eyni za-
manda, Asiya-Sakit  Okean  İqtisadi  Əməkdaşlıq  Cəmiy-


241
yətinin (APEC), Şərqi Asiya Ölkələri Sammitinin, Qoşul-
mama Hərəkatının, Beynəlxalq Dəniz Təşkilatının (İMO), 
Beynəlxalq  Valyuta  Fondunun  fəal  üzvlərindəndir.  Bu 
ölkə  1965-ci  ildən  isə  BMT-nin  üzvü  olaraq  fəaliyyətini 
davam etdirməkdədir. Sinqapur dünyanın aparıcı dövlət-
ləri ilə, xüsusən də Britaniya və Birləşmiş Ştatlarla yaxşı 
münasibətlərə malikdir. Sinqapur Malayziya, Avstraliya, 
Yeni  Zelandiya  və  Birləşmiş  Krallıqla  bərabər  müdafiə 
paktı imzalamışdır (FPDA). Bu mənada, bu gün ekspert-
lər Sinqapurun beynəlxalq siyasi mövqeyini müsbət qiy-
mətləndirirlər.
Ümumiyyətlə,  Sinqapur  müstəqil  dövlət  kimi  geniş 
xarici əlaqələrə malikdir. Belə ki,  bu  gün  ölkə  dünyanın 
186  ölkəsi  ilə  diplomatik  münasibətlər  yarada  bilmişdir. 
Sinqapurun xarici siyasət konsepsiyasında qeyd edilir ki, 
ölkənin xarici siyasəti milli maraqların inkişaf etdirilməsi, 
digər ölkələrlə əlaqələrin genişləndirilməsi, beynəlxalq cə-
miyyətin bərabərhüquqlu üzvünə çevrilməsi, sinqapurlu-
ların ölkə daxilində və ölkədən xaricdə inkişafına yardım-
ların edilməsi maraqlarından çıxış etməkdən ibarətdir. 
1
Ekspertlər Sinqapurun beynəlxalq siyasətdəki mövqe-
yini hökumətin “siyasi realizm” kursu ilə eyniləşdirirlər. 
Belə  ki,  ölkənin  əsas  məqsədi  regionda  güclü  dövlətin 
yaradılmasına nail olmaq və öz təhlükəsizliyini təmin et-
məkdən ibarətdir. Bu baxımdan həm milli, həm də coğrafi 
səbəblərdən Sinqapurun Malayziya və İndoneziya ilə mü-
nasibətləri daha böyük əhəmiyyət kəsb edir. Baxmayaraq ki, 
60-70-ci illərdə Sinqapur həm İndoneziya, həm də Malay-
ziya  ilə  müəyyən  narazılıqlarla  rastlaşmış,  lakin  sonra-
1
 
Bax: Singapore Missions Overseas. Ministry of Foreign Affairs. Retrieved 27 January 
2014.


242
lar vəziyyət tarazlaşdırılmış, bu ölkələr arasında normal 
əlaqələr formalaşmışdır.
Qeyd etdiyimiz kimi, Sinqapur təbii ehtiyatlara malik 
deyildir. Bütün təbii sərvət ehtiyaclarını ölkə qonşu döv-
lətlərin, xüsusən də Malayziya və İndoneziyanın hesabı-
na yerinə yetirir. Buna görə də XX əsrin 70-ci illərindən 
başlayaraq,  Sinqapurun  hakim  dairələri  əhalinin  sosial 
rifahını  və  iqtisadi  çiçəklənməni  təmin  etmək  üçün  ilk 
növbədə  öz  qonşuları  ilə  münasibətlərini  nizamlamağa 
üstünlük verməyə başlamışlar. Bu mənada, müasir Sinqa-
purun xarici siyasət konsepsiyası əsasən regionalizmə is-
tiqamətlənmişdir. Bu məqsədlə Sinqapur ASEAN, ATEC 
kimi  təşkilatların  fəaliyyətini  stimullaşdırmaqla  onların 
fəaliyyətinin  daha  da  genişləndirilməsinə  kömək  edir. 
Belə ki, ölkənin mövcud maliyyə imkanları bu kimi mötə-
bər təşkilatların mərkəzlərini öz ərazisində yerləşdirməyə 
və maliyyələşdirməyə imkan verir. Bu, həm də Sinqapu-
run dünyada tanınmasına və ölkədə tranzit əlaqələrinin 
inkişafında da mühüm rol oynayır.
Bununla belə Sinqapurun regional siyasəti göstərir ki, 
ölkə  təkcə  Cənub-Şərqi  Asiya  ilə  əlaqələr  qurmaqla  ki-
fayətlənmir. Asiya-Avropa  Qarşılaşması,  Şərqi Asiya  və 
Latın  Amerikası  ölkələrinin  Əməkdaşlıq  Forumunun, 
Asiyanın 21 ən böyük şəhərləri, Şərqi Asiya ölkələri Sam-
miti kimi təşkilatlarda fəallıq göstərməsi Sinqapurun bey-
nəlxalq münasibətlərini daha geniş məkanın hüdudlarına 
salmaqdadır.
Beləliklə,  müasir  dünyanın  beynəlxalq  sistemində 
Sinqapurun özünəməxsus yeri formalaşmışdır. Mütəxəs-
sislərin  fikrincə,  Sinqapur  öz  beynəlxalq  siyasətini  bir 


243
vaxtlar  baş  nazir  olmuş  Sinnatambi  Racaratnamın  kon-
sepsiyası əsasında reallaşdırmaqdadır. Sinnatambi Raca-
ratnam dünya siyasətini “beynəlxalq siyasətin cəngəlləyi” 
adlandıraraq belə hesab edirdi ki, ölkənin mövcudluğunu 
təmin etmək üçün sülh və regiondakı iqtisadi çiçəklənmə 
əsas məsələdir. Bunun üçün Sinqapur daxildə qeyri-sta-
bil ölkələrlə, iqtisadi cəhətdən zəif və dünya səviyyəsin-
də inteqrasiyaya girişməyən dövlətlər, eyni zamanda, iri 
ölkələrlə  münaqişələrdə  olan  ölkələrlə  həmişə  ehtiyatla 
davranmışdır. Həmin məqsədin reallaşması üçün Sinqa-
pur ilk növbədə qonşuları olan və həmçinin ASEAN-da 
təmsil  olunan  ölkələrlə  sıx  əməkdaşlıq  etmişdir.  Bu  si-
yasət ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanma-
sına həmişə müsbət təsir göstərmişdir. Bu isə Sinnatambi 
Racaratnamın  siyasi  kursu  əsasında  regionda  qüvvələ-
rin tarazlığına nail olmaq və Sinqapuru daha iri ölkələ-
rin asılılığından çıxarmaqda mühüm rol oynamışdır. Bu 
isə həm də ölkənin suveren siyasi kursunun reallaşması 
demək idi. 
İndoneziyanın  üçüncü  prezidenti  olmuş  Buhariddin 
Yusif Həbibi bir vaxtlar geridə qalmış Sinqapuru “yaşıllıq 
içərisində qırmızı ləkə” adlandırırdı. Bu mənada, Sinqa-
pur  rəhbərləri  ölkənin  geosiyasi  mövqeyini  çox  gözəl 
başa düşürdülər. Bir tərəfdən, onu əhatə edən müsəlman 
ölkələrinin siyasi təzyiqi, digər tərəfdən isə kəskin resurs 
çatışmamazlığı  və  iri  dövlətlərin  regiondakı  maraqları 
Sinqapurun beynəlxalq münasibətlərini daha çox öz döv-
lətinin təhlükəsizliyini və müstəqil siyasi fəaliyyətini tə-
min etməyə istiqamətlənmişdir. S.Racaratnam belə düşü-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə