Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə65/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   78

248
çıxarır. Sinqapur hərbçiləri mütəmadi olaraq bu ölkənin 
hərbi  mütəxəssisləri  tərəfindən  təlimatlandırılır.  Sinqa-
pur ordusu İsrailin ən müasir silahları ilə təchiz olunur. 
Hərbi  texnikanın  modernləşməsi  prosesi  də  İsrail  silah-
lı  qüvvələrinin  nümunəsi  əsasında  gerçəkləşir.  Bundan 
başqa,  qeyd  etmək  lazımdır  ki,  ölkənin  quru  ərazisinin 
azlığı hərbi sahədə onun müxtəlif ölkələrlə sıx əməkdaş-
lığına gətirib çıxarmışdır. Tez-tez keçirilən hərbi təlimlər, 
xüsusən  də  Hərbi  Hava  Qüvvələrinin  təlimləri  zamanı 
Sinqapur rəsmilərinin digər ölkələrə müraciət etməkdən 
başqa yolu qalmır. Ərazi məhdudluğu Sinqapurun Hərbi 
Hava Qüvvələri bazalarını dünyanın müxtəlif ölkələrinə, 
xüsusən də ABŞ-ın müxtəlif ştatlarına, Avstraliya, Fran-
sa kimi uzaq ölkələrə səpələnməsinə səbəb olmuşdur. Bu 
mənada  Sinqapurun  beynəlxalq  sistemdəki  mövqeyini 
müəyyənləşdirən məsələlərdən biri də dövlətin hərbi si-
yasətidir.  Müdafiə  və  təhlükəsizlik  məsələləri  Sinqapu-
run müxtəlif ölkələrlə hərbi ittifaqına geniş imkanlar açır. 
Hərbi  sahədəki  münasibətlər  həmin  ölkələrlə  iqtisadi 
əlaqələrin genişlənməsinə də öz təsirini göstərir. 
Beləliklə,  Sinqapurun  regional  inkişafı,  geniş  iqtisa-
di əlaqələri və beynəlxalq siyasi sistemdəki mövqeyi bu 
ölkənin qlobal əməkdaşlıq çərçivəsində daha da irəli get-
məsi üçün böyük imkanlar yaradır. Bu mənada Sinqapur-
la  qarşılıqlı  şəkildə  əməkdaşlıq  etmək  yalnız  inkişaf  və 
sabitliyə  xidmət  edə  bilər.  Azərbaycan  Respublikasının 
Sinqapurla əlaqələri və əməkdaşlığı ölkəmizin dövlətçilik 
maraqlarına tam cavab verir.


249
4.4. Azərbaycan-Sinqapur əlaqələri
Cənub-Şərqi Asiya regionunun həyatında mühüm rol 
oynayan Sinqapurla Azərbaycan arasında iqtisadi, siya-
si,  mədəni,  humanitar  münasibətlərin  qurulması  Azər-
baycan  xarici  siyasətinin  əsas  məqsədlərindən  biridir. 
Qlobal  siyasi-iqtisadi  əlaqələrin  yaradılması  və  inkişaf 
etdirilməsi bir-birindən daha uzaq ölkələrin yaxınlaşma-
sına kömək edir. Azərbaycan üçün belə ölkələrdən biri də 
Sinqapurdur.
Azərbaycan  Respublikası  ilə  Sinqapur  Respublikası 
arasında diplomatik münasibətlər 15 avqust 1994-cü ildə 
qurulmuşdur.  Azərbaycan  Respublikasının  İndoneziya 
Respublikasındakı  fövqəladə  və  səlahiyyətli  səfirliyinin 
əsasında 13 yanvar 2012-ci ildə eyni zamanda ölkəmizin 
Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfir-
liyi də açılmışdır. 
Azərbaycanın və Sinqapurun bir-biri ilə iqtisadi və si-
yasi əməkdaşlığının ortaq nöqtələri vardır. Təsadüfi deyil 
ki, 2012-ci ildə ölkələrimiz arasında diplomatik münasi-
bətlər yaranan kimi Sinqapur Prezidenti Toni Tan Keng 
Yama ölkəsinin Azərbaycanla çoxtərəfli əməkdaşlığa xü-
susi əhəmiyyət verdiyini bəyan etmişdir. Sinqapur eyni 
zamanda, Azərbaycan Respublikasının Dağlıq Qarabağın 
qaytarılması uğrunda apardığı mübarizəni ədalətli hesab 
edir və Ermənistanın təcavüzkarlığı nəticəsində yaranmış 
bu  hərbi-siyasi  münaqişənin Azərbaycanın  ərazi  bütöv-
lüyünün  qorunub  saxlanılması  yolu  ilə  həll  edilməsinə 
tərəfdar olduğunu bildirir.


250
Məlumdur  ki,  Azərbaycanla  Sinqapur  arasında  yük-
sək  səviyyəli  münasibətlər  nisbətən  gec  baş  tutmuşdur. 
2010-cu  ildə  Sinqapurun  xarici  işlər  naziri  C.Y.Yeonun 
Azərbaycanda olması 1994-cü ildən bəri ölkələr arasında 
diplomatik  münasibətlərin  yaranmasından  sonra  Sinqa-
pur rəsmilərinin Azərbaycana ilk yüksək səviyyəli səfəri 
kimi əlaqələrin başlanmasının start nöqtəsi hesab olu nur. 
Səfər zamanı nazir Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev tərə findən qəbul edilmiş, ikitərəfli əməkdaş-
lıqla əlaqədar məsələlər müzakirə olun  muş dur. 
Azərbaycan  Sinqapurla  bir  çox  sahələrdə  və  müxtəlif 
beynəlxalq təşkilatlar çərçivəsində fəal şəkildə əməkdaş-
lıq  edir.  Beləliklə,  2011-ci  ildə  Azərbaycanın  BMT  Təh-
lükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi prosesində 
ölkəmizə verdiyi dəstək, həmçinin Qoşulmama Hərəka-
tına üzv ölkələrin Sammiti zamanı Ermənistan-Azərbay-
can, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prin-
sipləri əsasında həlli ilə bağlı qəbul edilən qətnaməyə səs 
verməsi  Azərbaycan-Sinqapur  əlaqələrinin  əhəmiyyətli 
hadisələri sayıla bilər. 
Azərbaycan  və  Sinqapur  beynəlxalq  münasibətlərin 
qlobal  iqtisadi  və  siyasi  münasibətlər  çərçivəsində  yara-
dılması  istiqamətində  inkişafda  maraqlı  olduqlarını  nü-
mayiş  etdirməkdədirlər.  Müasir  şəraitdə  dövlətlərara-
sı  əlaqələrin  spektri  çox  genişdir  və  bu  münasibətlərin 
iştirakçısı  olan  ölkələr  əməkdaşlığın  bütün  sahələrində 
tərəqqi əldə etmək üçün geniş qarşılıqlı maraqlar əsasında 
təmaslar qurur lar. Bu, Azərbaycan-Sinqapur münasibətlə-
rinə də aiddir. Bu mənada, Sinqa pur la Azərbaycan arasın-
da siyasi münasibətlərin yüksək səviyyədə təzahürü kimi 


251
20-21  noyabr  2012-ci  ildə  Azərbaycan  Respublikasının 
Prezidenti cənab İlham Əliyevin Sinqapur Respublikasına 
dövlət səfəri ölkələrarası münasibətlərin daha da inkişaf 
etdirilməsi  baxımından  böyük əhəmiyyətə malikdir. Səfər 
çərçivəsində Sinqapurun Prezidenti ilə aparılan işgü zar da-
nışıqlar əsasında bir çox mühüm sahələrdə əməkdaşlığa 
dair  razılaşdırmalar  əldə  olun muşdur.  Bununla  Azərbay-
can-Sinqapur  əlaqələri  yeni  mərhələyə  qədəm  qoy muş dur. 
Hər iki tərəfin apardığı məqsədyönlü iş nəticəsində qısa 
müddətdə  əlaqələrin  inkişafı  baxımından  mühüm  nəti-
cələrə nail olunmuşdur. Belə ki, Azərbaycan və Sinqapur 
ölkələri arasında 2013-cü il üzrə idxal 42302.6 ABŞ dollar 
ixrac isə 179.7 ABŞ dolları həcminə çatmışdır (Bax: AR Xa-
rici  İşlər  Nazirliyi  http://www.mfa.gov.az/files/file/Azerbay-
can_-_Sinqapur_ munasibet le ri_ 13. 08. 2014. pdf) .
Azərbaycan  və  Sinqapur  arasında  qarşılıqlı  sərmayə 
qoyuluşu istiqamətində də artıq müəyyən fəaliyyət möv-
cuddur.  Azərbaycanın  Dövlət  Neft  Şirkəti  Sinqapurda, 
Sinqapurun  bir  neçə  şirkəti  isə Azərbaycanda  müəyyən 
iş qurublar. Sinqapurun «Keppel Offshore and Marine» 
şirkəti Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan İn-
vestisiya Şirkəti ilə 52 hektar sahəsi olan yeni gəmiqayır-
ma zavodu və tərsanənin inşasına, idarə olunmasına dair 
əməkdaşlıq  haqqında  Saziş  imzalayıb.  Bununla  yanaşı, 
«Surbana Corporation», «Sembcorp» və «Frankilin Offs-
hore Group» kimi bir sıra Sinqapur şirkətləri də Azərbay-
canda müxtəlif layihələrdə yaxından iştirak ediblər.
Azərbaycan hökumətinin Sinqapurlu iş adamlarına eti-
bar etmələrinin təzahürlərindən biri də dövlət başçısının 
sərəncamına  uyğun  olaraq  2013-cü  ildə  Bakı  şəhərinin 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə