Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə67/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   78

256
vüdür.  Beynəlxalq  təşkilatlarda  Malayziya  böyük  nüfuza 
malik dir.
Son  zamanlar  Malayziya  regional  əməkdaşlığın  fəal 
müdafiəçisi qismində çıxış edir. Təsadüfi deyildir ki, Ma-
layziyanın  da  beynəlxalq  sistemdə  mövqeyi  regionaliz-
mə  əsaslanır.  Bu  mənada  Malayziya  Cənub-Şərqi Asiya 
ölkələrinin Assosiasiyası (ASEAN) və İslam Əməkdaşlıq 
Təşkilatının  təsisçilərindən  biri  kimi  həmin  təşkilatların 
inkişafında  və  genişlənməsində  böyük  maraq  nümayiş 
etdirir. 
Ekspertlər  qeyd  edirlər  ki,  müasir  Malayziyanın  bey-
nəlxalq  münasibətlərinin  əsas  prinsipləri  dövlətlərara-
sı  münasibətlərdə  çoxqütblü  strukturun  yaradılmasına, 
dünya gücləri arasında tarazlığın yaradılması ideyasına, 
inkişaf etməkdə olan ölkələrin siyasi və iqtisadi maraq-
larının  müdafiəsinə  istiqamətlənmişdir.  Bu  ölkə  dünya-
da, xüsusən də regionda nüvə silahının və digər kütləvi 
qırğın silahlarının yayılmasına qarşı çıxış edir, tərksilah 
tərəfdarı olan dövlət kimi tanınır. Bu məqsədlə Malayzi-
ya Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə 
Müqavilənin, Nüvə Silahının Yayılmaması barədə müqa-
vilələrin tərəfdaşı olmaqla yanaşı, kosmik məkanın hər-
bi məqsədlərlə istifadəsinə qarşı da çıxmaqdadır. Bütün 
bunlar isə Malayziyanın dünyada sülh və təhlükəsizliyin 
inkişafına mühüm töhfələr verdiyini göstərir. 
Malayziyanın  beynəlxalq  münasibətlər  sistemində  is-
tinad  etdiyi  prinsip lər dən  biri  də  inkişaf  etməkdə  olan 
ölkələrin beynəlxalq siyasi münasibətlərə cəlb olunması 
məsələsidir. Bu məqsədlə Malayziya diplomatları və si-
yasi xadimləri BMT-nin yenidən təşkili, xüsusən də Təh-


257
lükəsizlik Şurasının daimi nümayəndəliyinin üzvlərinin 
inkişaf etməkdə olan ölkələrin timsalında sayının artırıl-
ması  və  Baş  Assambleyanın  rolunun  genişləndirilməsi 
məsələsində də israrla çıxış edirlər. Malayziya İslam Kon-
fransı Təşkilatının (sonralar İslam Əməkdaşlıq Təşkilatı-
nın) və Qoşulmama Hərəkatının da daha nüfuzlu təşkilat-
lara çevrilməsi üçün hərtərəfli modernləşməsinin həyata 
keçirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir.
Malayziya islamın qloballaşması prosesinə daha böyük 
maraq göstərir. Təsadüfi deyil ki, İslam Konfransı Təşki-
latının təsisçilərindən biri də Malayziya olmuş dur. 1971-ci 
ildə Malayziyanın baş naziri, Malayziya “müstəqilliyinin 
ata sı”  Tunku  Əbdül  Rəhman  İslam  Konfransı  Təşkilatı-
nın ikinci baş katibi vəzifəsinə seçilmişdir (Former Secre-
taries-General–OIC Organisation of İslamic Cooperation 
http://www.oic-oci.org/oicv2/page/?p_id=38&p_ref=14&-
lan=en).
Malayziya “sivilizasiyalı islam” konsepsiyasının tərəf-
darıdır və dünyada yanlış olaraq formalaşmış müsəlman 
dünyasının obrazını düzəltmək tərəfdarıdır. Bu mənada 
Malayziya islam terrorizmi, fundamental islamçılıq anla-
yışlarını qəbul etmir və həmin anlayışların heç də xoş ol-
mayan məqsədlərlə yaradıcılığını iddia edir. Ona görə də 
Malayziya “sivilizasiyalı islam” obrazını öz dini siyasəti-
nin nümunəsində və beynəlxalq təşkilatlarda dinə müna-
sibətlərində göstərir. Ölkə həm İslam Əməkdaşlıq Təşki-
latında, həm də digər təşkilatların humanitar missiyaların-
da fəal iştirak edir.
Malayziya  beynəlxalq  terrorizmə  qarşı  mübarizənin 
qarşısını  kəsən  ölkələrdən  biridir.  Təsadüfi  deyildir  ki, 


258
2003-cü ildə Malayziyanın paytaxtı Kuala-Lumpur regi-
onal antiterror mərkəzi seçilmişdir. Bununla belə, Malay-
ziya son illərdə dünya ictimaiyyətinin təfəkküründə for-
malaşmış “İslam terrorizmi və fundamentalizmi” anlayı-
şına özünəməxsus yanaşır. Belə ki, “sivilizasiyalı islam” 
konsepsiyasının  tərəfdarları  olan  bu  ölkənin  siyasətçilə-
ri  bəyan  edirlər  ki,  ümumiyyətlə,  terrorizm  beynəlxalq 
təzahür  olub,  səhvən  yalnız  islamın  adına  yazılmışdır. 
Ölkə siyasətçilərinin fikrincə, digər dinlərə mənsub olan 
ölkələrdə terrorizm halları az deyildir. Buna görə də ter-
rorla  mübarizə  birtərəfli  qayda  və  zor,  güc  yolu  ilə  de-
yil, terroru ortaya atan, yaradan səbəblərlə, yəni inkişaf 
etməkdə olan ölkələrdə yoxsulluq və savadsızlığı, iqtisadi 
və mədəni geriliyi aradan qaldırmaqla mübarizə apar maq 
lazımdır. Buna görə də Malayziya dünya ictimaiyyətini ter-
rorla mübarizə sin də vasitələrin seçilməsində daha məqbul 
yolların axtarılmasına çağırır.
Ümumiyyətlə, Malayziyanın dövlət olaraq beynəlxalq 
münasibətlərdə  regionalizmə  əsaslanması  da  regionun 
iqtisadi inkişafına, bu regionda yerləşən ölkələrin siyasi 
və iqtisadi sabitliyinin təminatı kimi yanaşır. Bu mənada, 
ölkənin xarici siyasəti regionalizmə əsaslanaraq Asiya-Sa-
kit  okean  hövzəsində  çoxtərəfli  strukturların  rollarının 
artırılması tendensiyasını daha dinamik şəkildə nümayiş 
etdirir.  Malayziya  liderləri  dünyanın  qütblərindən  biri 
hesab etdiyi ASEAN-ın roluna böyük əhəmiyyət verirlər. 
Məsələn, bu məqsədlə Malayziyanın təşəbbüsü ilə 2005-ci 
ildə Kuala-Lumpurda birinci Şərqi Asiya sammiti keçiril-
məsi ekspertlər tərəfindən Asiya-Sakit okean hövzəsində, 
həm də ASEAN-ın fəaliyyətində Kuala-Lumpurun qətiy-


259
yət nümayiş etdirməsi kimi dəyərləndirilirdi. Bu, həm də 
Malayziyanın regionda sülh və təhlükəsizliyə, habelə sa-
bitlik və əməkdaşlığa nə qədər böyük əhəmiyyət verdiyi-
ni göstərmişdir. 
Malayziyanın  beynəlxalq  siyasətinin  regionalizmə 
əsaslanan  yeni  istiqamətini  müəyyənləşdirən  Baş  nazir 
Mahathir ibn Məhəmməd uzun müddət ATEC-ə alterna-
tiv ola biləcək iqtisadi birliyin yaradılmasına can atmaqla 
nəhayət,  ASEAN  kimi  regional  təşkilatın  formalaşdırıl-
masının  və  inkişaf  etdirilməsinin  üzərində  dayanır. Ha-
zırda Malayziya ASEAN-ın tərkibini genişləndirmək fikrini 
irəli sürə rək müdafiə edir. Artıq ASEAN-a Çin, Yaponiya, 
Cənubi Koreya kimi ölkələr də cəlb olunmuşdur. Hazırda 
isə Laos, Vyetnam, Birma kimi ölkələrin də ASEAN təşki-
latına daxil olmaları üçün danışıqlar aparılır. Malayziya 
yeni yaradılmış G-15 və G-77 kimi birliklərin də üzvüdür. 
Bu dövlət Asiya İnkişaf Bankının, Antarktika Müqavilə-
sinin (2011-ci il) üzvü olaraq da beynəlxalq təşkilatlarda 
səmərəli fəaliyyət göstərir.
Qeyd  olunduğu  kimi,  Malayziyanın  qarşıya  qoydu-
ğu prioritet strateji məsələlərdən biri regionda tərksilah 
məsələləridir. Ölkə qəbul olunmuş 1995-ci il Müqaviləsi-
nin şərtlərinə görə, regionda nüvə silahından azad möv-
cud olan Cənub-Şərqi Asiyanın reallaşmasına çalışır. Bu, 
Malayziyanı bütün dünyada sülh və əməkdaşlıq tərəfdarı 
olan bir ölkə kimi tanıdır.
Malayziya müsəlman həmrəyliyinin nümayəndəsi kimi 
Yaxın Şərqdə baş verən problemlərə də həssas yanaşır. Bu 
illər ərzində Fələstin xalqının azadlıq mücadiləsini müda-
fiə edən Malayziya İsraillə rəsmi diplomatik münasibətlər 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə