Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə64/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   78

244
nürdü ki, iri dövlətlərin Sinqapura olan maraqları onun 
beynəlxalq arenadakı azadlığına mane olan region ölkələ-
rinin əl-qolunu bağlamağa gətirib çıxaracaqdır. 
Məlumdur  ki,  Sinqapur  əhalisinin  böyük  bir  hissəsi 
çinlilərdən ibarətdir. Hələ 1949-cu ildə Çində aclıqdan və 
səfalətdən, həmçinin müharibələrdən əziyyət çəkən əha-
linin bir hissəsi (xüsusən də Fuczyan, Quandun, Xanyan 
bölgələrindən) Sinqapura köç etməyə məcbur olmuşdur. 
Çinlilərin regiona həmin köçü baş verdiyi illərdə Sinqa-
pur  hələ  müstəqil  dövlət  deyildi  və  Malayziyanın  bir 
hissəsi idi. Lakin müstəqillik əldə etdikdən sonra Sinqa-
purun  Çin  və  Tayvanla  münasibətlər  yaratmaq  arzusu 
bir tərəfdən onun regional maraqlarına xidmət edirdisə, 
digər tərəfdən isə etnik çinlilərin bir-biri ilə yaxınlaşma-
sından ibarət idi. Bununla belə, Sinqapur uzun müddət 
ÇXR-dən ehtiyatlanmış, siyasi münasibətlərdə müəyyən 
məsafə saxlamışdır. Bunu Sinqapurun Cənub-Şərqi Asi-
yada  yerləşən  ölkələr  arasında  Çin  Xalq  Respublikasını 
sonuncu  tanıyan  ölkə  kimi  də  tanınması  da  sübut  edir. 
Ölkələr arasında diplomatik münasibətlər yalnız 1990-cı 
ildə yaradılmışdır.
Kiçik ərazisi, təbii ehtiyatlar qıtlığı, müsəlman ölkələ-
rinin əhatəsində yerləşməsi bu illər ərzində Sinqapurun 
güclü hərbi dövlətə çevrilməsi cəhdlərini daha da stimul-
laşdırmışdır. Ərazi çatışmamazlığına görə 1975-ci ildə Çi-
nin təşəbbüsü ilə Sinqapur hərbi qüvvələrinin təlim mey-
danı kimi Tayvanın seçilməsinə razılıq olsa da, keçirilmə-
sinə razılaşsa da, ÇXR-in səyləri nəticəsində Sinqapur öz 
təlimlərini  onun  ərazisinə  –  Xanyana  keçirməyə  üstün-
lük vermişdir. Bu, Sinqapurun ÇXR-lə siyasi yaxınlığına 


245
müəyyən  mənada  təsir  göstərmişdir.  Bütün  çətinliklərə 
baxmayaraq,  Sinqapurla  Çin  arasında  geniş  iqtisadi  və 
ticarət əlaqələri mövcuddur. 2005-ci ildən etibarən Sinqa-
pur Çinin ticarət dövriyyəsində yer tutan 9-cu iri ölkə he-
sab olunur, Çin isə Sinqapurun ticarətində üçüncü ölkəyə 
çevrilir (Bax: Xinhua. Singapore exports benefit from FTA 
with  China.  http://www.china.org.cn/+(9  July  2010).  Bu 
gün Sinqapur Çinin sənaye tikintisinə böyük rəqəmlərlə 
ölçülən investisiyalar qoymaqdadır. Bütün bunlar Sinqa-
pur-Çin münasibətlərini tarazlıqda saxlamağa hesablan-
mış tədbirlərdir.
Lakin  Sinqapurun  Tayvanla  münasibətlər  yaratmaq 
niyyəti  ölkənin  Çinlə  olan  münasibətlərinə  xələl  gətirir. 
Hələ Britaniya imperiyasının, sonralar isə Malayziyanın 
tərkibində ikən daxili muxtariyyətə malik olan Sinqapur 
bu və ya digər şəkildə Çinlə münasibətlər yarada bilmiş-
dir. Bununla belə, Sinqapurun Tayvanla münasibətlərin-
dən  vaz  keçmək  fikrində  olmaması Çinlə  Sinqapur  ara-
sında  müəyyən  diplomatik  narazılıqlara  gətirib  çıxarır. 
Lakin  strateji  baxımdan  Sinqapur-Çin  münasibətlərinə 
böyük əhəmiyyət verən Çin Xalq Respublikası onun Tay-
vanla qeyri-rəsmi münasibətlərinə müəyyən mənada göz 
yumur. Sinqapur isə Çini narazı salmamaq üçün Tayvan-
la diplomatik münasibətlərini qeyri-formal səviyyədə hə-
yata keçirir. 
Hazırda  Tayvanın  Sinqapurda,  Sinqapurun  isə  Tay-
vanda ticarət nümayəndəliyi mövcuddur. Onlar arasında 
ticarət münasibətlərindən başqa hərbi əməkdaşlıq çərçi-
vəsində fəaliyyətlər də yaranmaqdadır. Belə ki, 70-ci illə-
rin ortalarına qədər Tayvan öz ərazisində Sinqapur hərbi 


246
təlimlərinin keçirilməsinə razılıq vermişdir. Rəsmi şəkil-
də Sinqapur “vahid Çin” konsepsiyasına sadiq qaldığını 
dəfələrlə  nümayiş  etdirsə  də,  yeganə  dövlətdir  ki,  ölkə 
həm də Tayvanda öz hərbi bazalarına malikdir. Beləlik-
lə də Çinin təzyiqlərinə baxmayaraq, Sinqapur Tayvanla 
münasibətlərində bu iki dövlət arasında ortaq məxrəcin 
tapılmasına nail ola bilir. Sinqapurun 2005-ci ildə İndo-
neziya  və  Malayziya  ilə  dəniz  quldurlarına  qarşı  birgə 
əməkdaşlıq müqaviləsinə tezliklə Tayvanın da qoşulması 
ölkələrarası  əlaqələrin  inkişafı  baxımından  düşünülmüş 
və əhəmiyyətli gediş hesab olunur.
İqtisadi əməkdaşlıq çərçivəsində və regionda sülhün və 
sabitliyin  təmin  edilməsi  məqsədilə  Sinqapur  rəhbərləri 
Avropa  ölkələri  ilə  də  münasibətləri  gərginlik  müstəvi-
sinə keçirmək fikrində olmadığını daim nümayiş etdirir-
lər. 
Sinqapurla ABŞ arasında münasibətlər hərbi, iqtisadi, 
səhiyyə, təhsil sahələri çərçivəsində sıx əməkdaşlığa əsas-
lanmışdır. Amerika Birləşmiş Ştatları 2010-cu ildə Sinqa-
purun Malayziya və Çindən sonra üçüncü ticarət əmək-
daşına çevrilmişdir. Bu, region dövlətləri ilə müqayisədə 
mühüm  göstəricidir.  Sinqapur  hakim  dairələri  ABŞ-la 
olan münasibətlərinə Çinlə siyasi balans yaratmaq imka-
nı kimi baxırlar. 2005-ci ildə ABŞ-la bağladığı strateji əhə-
miyyət daşıyan müqaviləyə əsasən, hər iki ölkə bir-biri-
nin regional münasibətlərinə hörmətlə yanaşaraq, terror-
la mübarizədə, onun yayılmasına qarşı birgə əməkdaşlıq, 
həmçinin birgə hərbi təlimlərin keçirilməsi haqqında razılı-
ğa gəlmişlər. Bu mənada Sinqapur-Amerika münasibətləri 
möhkəm əsaslara malikdir. Məsələn, 2001-ci ilin məlum 


247
11 sentyabr hadisələrindən sonra Sinqapur dərhal Ameri-
kanı dəstəkləyərək terrorizmlə mübarizə kampaniyasına 
qoşulduğunu bildirmişdir.
Əhali  sıxlığına  görə  dünyanda  ikinci  yerdə  dayanan 
Sinqapurun  Cənub-Şərqi  Asiyada  ən  yüksək  səviyyədə 
təchiz olunmuş güclü ordusu formalaşmışdır. Baxmaya-
raq  ki,  Sinqapur  Qoşulmama  Hərəkatının  fəal  üzvlərin-
dən biri kimi dünyada sülhün və sabitliyin tərəfdarı oldu-
ğunu dəfələrlə nümayiş etdirmişdir. Bununla belə, Sinqa-
pur öz ordusuna dövlətin suverenliyinin və müstəqilliyin 
əsas qarantı kimi baxır. Bu məqsədlə ölkə dövlət gəlirinin 
4.9  faizini  ordunun  saxlanılmasına  və  inkişaf  etdirilmə-
sinə xərcləməyi zəruri hesab edir.
Ümumiyyətlə, Sinqapur azadlığını əldə etdikdən son-
ra  Britaniya  qoşunları  Sinqapuru  tərk  edərkən  ölkənin 
silahlı  qüvvələri  cüzi  miqdarda  olmuşdur.  Bu  mənada, 
Sinqapurun  hərbi  qüdrətini  formalaşdırmaq  üçün  hələ 
XX  əsrin  axırlarından  Sinqapur  İsraillə  hərbi  əməkdaş-
lıq  etməyə  başlamışdır.  Sinqapurun  bu  addımı  əhalisi-
nin böyük hissəsi müsəlmanlardan ibarət olan Malayzi-
ya  və  İndoneziyanın  narazılığına  səbəb  olsa  da,  hər  iki 
müsəlman ölkəsindən təhlükə hiss edən Sinqapur İsrail 
hərbi mütəxəssisləri tərəfindən demək olar ki, öz Silahlı 
Qüvvələrini yenidən formalaşdırmağa nail ola bilmişdir. 
Beləliklə də İsrailin hərbi modeli əsasında Sinqapur Hərbi 
Qüvvələri (SAF) formalaşmışdır. Amerika-İsrail münasi-
bətləri də nəzərə alınarsa, bu həm də Sinqapurun okeanın 
o tayı ilə hərbi əməkdaşlıq baxımından da müttəfiq oldu-
ğunu göstərir. 
Sinqapurun  müdafiə  siyasəti  bu  günədək  İsraillə  isti 
siyasi və hərbi əməkdaşlığın davam etdirilməsinə gətirib 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə