Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə60/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   78

228
inkişaf təcrübəsini xarici jurnalistlərlə bölüşmək məqsə-
dilə  Cənubi  Koreyada  seminar  və  konfranslarda  iştirak 
edən  Azərbaycan  nümayəndə  heyəti  səfər  müddətində 
ölkənin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq üçün 
muzeylərdə, digər milli, tarixi, mədəni müəssisələrdə ol-
muşlar. Bu səfər mədəniyyət və informasiya sahələrində 
mübadiləyə və qarşılıqlı anlaşmaya da xidmət etmişdir.
Sürətlə  inkişaf  edən Azərbaycan-Koreya  Respublikası 
iqtisadi əməkdaşlığının nəticəsi olaraq Azərbaycan Res-
publikası  Dövlət  Neft  Fondu  (ARDNF)  Cənubi  Koreya-
nın  paytaxtı  Seul  şəhərində  yerləşən  və  dəyəri  447  mil-
yon ABŞ dolları təşkil edən «Payn Avenyu A qülləsi» ofis 
kompleksini satın almışdır. Moskva, London, Paris kimi 
şəhərlərdə investisiya imkanlarını inkişaf etdirən ARDNF 
Asiyanın ən böyük paytaxt şəhərləri içərisində Seulu seç-
məsində Koreya Respublikasının daşınmaz əmlak bazarı-
na etimadın göstəricisidir. Qeyd etmək lazımdır ki, Seul-
da əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu 
tərəfindən Asiya və Sakit Okean hövzəsində həyata keçi-
rilən bu tipli ilk böyük həcmli investisiyadır. Seul Asiyada 
uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətli-
liyi ilə seçilən ən cəlbedici investisiya regionlarından biri-
dir. Bu, ölkənin güclü inkişaf etmiş daxili iqtisadiyyatına 
və  yüksək  kapitala  malik  maliyyə  sektorunun  mövcud-
luğuna əsaslanır.»Payn Avenyu A qülləsi» Seulun biznes 
mərkəzində  -  aparıcı  Koreya  və  beynəlxalq  təşkilatların 
ofislərinin cəmləşdiyi ərazidə yerləşən ən cəlbedici inves-
tisiya aktivlərindən biri kimi səmərəli fəaliyyət göstərir.
Göründüyü kimi, Azərbaycan-Cənubi Koreya münas-
bətləri  siyasət,  iqtisadiyyat,  yeni  texnologiyalardan  isti-


229
fadə, elm, təhsil və mədəniyyət sahəsində ardıcıl olaraq 
inkişaf edir. Çoxtərəfli əlaqələrin qurulmasında və inkişaf 
etdirilməsində  hər  iki  ölkənin  maraqlarının  uyğun  gəl-
məsi münasibətlərin müsbət inkişaf dinamikasını şərtlən-
dirir.  Qarşılıqlı  maraqlar  üstündə  qurulan  Azərbaycan- 
Koreya  Respublikası  münasibətləri  dünya  siyasətində, 
xüsusən də ölkəmizin Asiya ölkələri ilə münasibətlərində 
yeni məzmun daşıyır. 
Ümumiyyətlə, Azərbaycan-Koreya Respublikası müna-
sibətləri həm hər iki ölkə, həm də bütövlükdə beynəlxalq 
münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir. 
Koreya Respublikasının ayrı-ayrı dövlət münasibətlərinin 
və özəl qurumlarının Azərbaycan Respublikasında fəaliy-
yəti üçün də ölkəmizdə dövlət səviyyəsində münasib şə-
rait və geniş imkanlar yaradılmışdır. Koreya Respublikası 
Azərbaycanın tikinti-inşaat işlərində, körpülərin salınma-
sında, su kəmərlərinin çəkilməsində, avtomatlaşdırılmış 
idarəetmə sistemlərinin yaradılmasında yaxından iştirak 
edir.  Koreya  Respublikasında  istehsal  edilən  məhsullar, 
xüsusən də avtomobil və müasir informasiya texnologi-
yaları  Azərbaycan  bazarında  mühüm  yer  tutur.  Artıq 
Azərbaycan-Koreya  Respublikası  birgə  müəssisələri  də 
formalaşmaqdadır.  Bundan  başqa,  ölkələrimiz  arasında 
qarşılıqlı əməkdaşlığın  təmin edilməsi üçün zəruri olan 
hüquqi müqavilə bazası da formalaşdırılmışdır. Azərbay-
can-Koreya  Respublikası  əlaqələri  geniş  perspektiv  im-
kanlara malikdir. 


230
ƏSAS MƏNBƏLƏR
1.  Ağalar Abbasbəyli. Dünya siyasəti. Bakı, “Nurlar”, 
2001
2.  А.А. Евдакимова. История стран Востока в новое 
время. Ростов на Дону. «Феникс», 2011
3.  Ziyad Səmədzadə. Çin qlobal dünya iqtisadiyyatın-
da. Bakı, 2009
4.  İsa Həbibbəyli. Azərbaycan-Cənubi Koreya əlaqələ-
rində  Naxçıvan.  Kimçonq  Universiteti.  “Elmi  əsər-
lər”. 2012. №12, səh.133-135
5.  Məmməd  Qaraqoyunlu.  Ümumi  coğrafiya.  Bakı, 
«Oka/ofset, 2012
6.  Краткий  политический  словарь.  Москва. 
«Политическая литература», 1988 
7.  Васильев Л.С. История Востока, том 1-II. Москва, 
«Юрайт», 2011
8.  Milli strategiyalar, ideologiyalar və beynəlxalq mü-
nasibətlər:  tarix,  nəzəriyyə  və  müasir  praktikalar 
(məqalələr). Bakı, «Elm», 2012


231
4. DÜNYA SİYASƏTİNDƏ SİNQAPUR
4.1. Dünya siyasətində gedən proseslərin işığında 
Sovetlər  İttifaqı  dağılandan  sonra  Amerika  dünya  si-
yasi  meydanında  təkqütblü  ölkə  olaraq  göründü.  Doğ-
rudur, bu vaxta qədər Amerika Birləşmiş Ştatlarının Av-
ropa ölkələri kimi müttəfiqləri var idi. Həmin mərhələdə 
Amerika-Çin, Amerika-Yaponiya və Koreya Respublikası 
ilə də normal münasibətlər mövcud idi. Lakin Çin Xalq 
Respublikası  istisna  olmaqla  həmin  ölkələrin  siyasi  sis-
temi ilə Amerikanın dövlət sistemi eyni idi. Bu mənada 
onların arasında kəskin siyasi rəqabət və ya qarşıdurma-
dan söz açmaq mənasız olardı. O zaman Çin Xalq Res-
publikası da Amerikanın və Qərb ölkələrinin bazarların-
da özünə münasib yer tapa bildiyi üçün bu böyük Asiya 
ölkələrinin hərbi-siyasi maraqları deyil, iqtisadi iddiaları 
daha çox diqqəti cəlb edirdi. İkincisi isə yuxarıda adları 
çəkilən ölkələrdən heç biri Amerika ilə qarşıdurma yarat-
maqda keçmiş SSRİ adlanan nəhəng Sovet imperiyası qə-
dər  hərbi-iqtisadi  qüdrətə  malik  deyildi.  Bütün  bunlara 
görə Amerika Birləşmiş Ştatları Sovetlər İttifaqının dağıl-
masından sonrakı iki mərhələdə Avropadakı müttəfiqləri 
ilə yeni qurulmuş müstəqil dövlətləri dəstəkləmək, onla-
rın sovet sosialist sistemindən, Rusiyanın cazibə qüvvə-
sindən tam ayrılmasını təmin etmək istiqamətində geniş 
miqyaslı iş aparırdı. Bu, həm də gənc müstəqil dövlətləri 
öz ətrafına çəkmək məqsədi daşıyırdı. Təxminən on il da-
vam edən bu proses həm Rusiya, həm də Asiya ölkələri 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə