Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə68/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   78

260
yaratmamışdır. Bu o deməkdir ki, Malayziya İsraili döv-
lət kimi rəsmi olaraq tanımır.
1
 Bu mənada Malay liderləri 
Qüds şəhəri paytaxt olmaqla müstəqil Fələstin muxtariy-
yətinin  yaradılması  tələbləri  ilə  çıxış  edirlər.  Malayziya 
belə hesab edir ki, məhz bu yolla regionda sülhün bərqə-
rar olmasına nail olmaq mümkündür. Malayziya son za-
manlar  İsrailin  Qəzzadakı  hərbi  əməliyyatlarını  müsbət 
qarşıla mır  və  həmin  prosesləri  beynəlxalq  hüquqa  zidd 
akt kimi qiymətləndirməkdədir. Ölkə rəsmiləri bu fikirdə-
dirlər ki, İsrail tərəfindən nəiinki Fələstində hərbi cinayət-
lər törədilir və insan hüquqları pozulur, hətta muxtariy-
yətin  ərazi  bütövlüyünə  qarşı  beynəlxalq  hüquqa  mane 
olan münasibətlər göstərir. Buna görə Malayziya İsrailin 
cəzalandırılması  üçün  Beynəlxalq  Cinayət  Məhkəmə-
sinə müraciət etmişdir (Bax: Lee Yuk Peng (7 June 2010). 
«Malaysia wants Israel referred to International Criminal 
Court (Updated)». The Star. Retrieved 21 May 2011. http://
www.thestar.com.my/story/?file=%2f2010%2f6%2f7%2f-
nation%2f20100607121340&sec=nation).
Ümumiyyətlə,  Malayziya  Amerika  Birləşmiş  Ştatları-
nın və Qərbin “terrorçu dövlət” adı ilə damğaladığı bir 
sıra  müsəlman  ölkələrinə  münasibətlərinə  mənfi  müna-
sibət  bəsləyir.  Ölkə  liderləri  hesab  edirlər  ki,  dünya  ic-
timaiyyəti  müsəlman  ölkələrinə  qarşı  fərqli  münasibət 
nümayiş etdirməlidir. Malayziya belə fikirdədir ki, istə-
nilən münaqişənin həlli onun əhalisinin sosial və iqtisadi 
problemlərinin  həllində  öz  əksini  tapmalıdır.  Ona  görə 
də Birləşmiş Millətlər Təşkilatının köməkliyi ilə İraqda da 
iqtisadi  və  siyasi  sabitliyin  yaradılmasına  nail  olunması 

«Malaysia: Anti-Semitism without Jews». Jerusalem Center for Public Affairs. Retrieved 
5 September 2010. http://jcpa.org/publication/phas/


261
Malayziyanın  təklifləri  sırasında  mühüm  yer  tutur.  Bu 
mənada,  Kuala-Lumpur  İraqda  xarici  müdaxilənin  da-
yandırılmasını,  başqa  sözlə,  ölkədən  ABŞ  qoşunlarının 
tam olaraq çıxarılmasını və buraya BMT sülhməramlıla-
rının cəlb olunması çağırışlarını irəli sürür.
Malayziyanın  illərdən  bəri  davam  edən  Əfqanıstan 
məsələsində xüsusi mövqeyi vardır. Ölkə belə hesab edir 
ki, Əfqanıstanda təhlükəsizliyin və sabitliyin bərqərar ol-
ması üçün orada xarici hərbi qüvvələrin yerləşdirilməsi 
vacib  deyildir.  Malayziyanın  fikrincə,  tədricən  ölkədən 
xarici qüvvələr çıxarılmalı, Əfqanıstanın milli ordusu ye-
nidən qurularaq öz xalqını və ərazilərini qorumalıdır.
Son zamanlar İranın nüvə silahı istehsal etmək məqsə-
di  dünya  ictimaiyyətini  narahat  etməkdədir.  Nüvə  si-
lahına  qarşı  çıxış  edən  Malayziyanın  mövqeyi  Tehra n la 
MAQATE arasında konstruktiv danışıqların aparılmasına 
istiqamətlən miş dir. Malayziya belə hesab edir ki, MAQA-
TE real vəziyyəti öyrənib dünya ictimaiyyətini obyektiv 
şəkildə məlumatlandırmalı və bundan sonra obyektiv qə-
rarlar qəbul edilməlidir. 
Ümumiyyətlə,  beynəlxalq  münasibətlərdə  Malayziya 
sülhməramlı mövqeyi ilə beynəlxalq aləmin diqqətini cəlb 
etməkdədir. Malayziya hər hansı bir məsələnin həllində 
zor və güc tətbiq olunmasına, həmçinin iqtisadi sanksiya-
lara qarşı mövqe nümayiş etdirməkdədir. Məsələn, Ma-
layziya həm İranın, həm də Şimali Koreyanın nüvə proq-
ramına  qarşı  dövlətlərin  iqtisadi  sanksiya  təkliflərinin 
əleyhinə çıxış etmiş, dünyada baş verən problemlərin həl-
lində birgə iqtisadi tədbirlərin, maliyyə və ticarət korpo-


262
rasiyaların yaradılması, dialoqdan istifadə kimi kollektiv 
tədbirlərin tərəfdarı olduğunu göstərmişdir. 
Malayziya Sakit okean hövzəsi regionunda aktiv inves-
tor ölkə kimi özünü təqdim edir. Məsələn, Malayziya ar-
tıq uzun illərdir ki, Sinqapurda, Kambocada, Tayvanda, 
Vyetnamda, İslam Əməkdaşlıq Təşkilatına daxil olan bir 
sıra müsəlman ölkələrində və Millətlər Cəmiyyəti çərçivə-
sində (xüsusən də Afrikada) reallaşmaq da olan layihələrə 
investisiyalar qoymaqdadır. Həyata keçirdiyi investisiya 
proqramları  iqtisadi  əhəmiyyəti  ilə  yanaşı,  eyni  zaman-
da  ölkənin  siyasi  etimadının  da  artmasına  müsbət  təsir 
göstərir. 
Malayziyanın rəsmi xarici siyasəti ilk növbədə ölkənin 
müstəqilliyinə  və  suverenliyinin  təhlükəsizliyinə,  həm-
çinin  siyasi  sistemindən  asılı  olmayaraq  dünya  ölkələ-
rini  planetdə  sülhün  bərqərar  olmasına  cəlb  etməkdən 
ibarətdir.  Eyni  zamanda  Cənub-Şərqi  Asiya  regionunda 
təhlükəsizliyin  və  sabitliyin  saxlanılması na  nail  olmaq, 
yerləşdiyi regionun sürətli iqtisadi inkişafının təmin edil-
məsinə kömək etmək də Malayziyanın xarici siyasətinin 
prioritetlərinə  daxildir.  Bundan  başqa,  Malayziya  hö-
kuməti tarixən islam dininin ən mütərəqqi ideyaları ilə il-
hamlanmış və onun bütün müsəlman ölkələri üçün örnək 
olduğunu sübut etməyə çalışmışdır. Bu mənada, Malay-
ziya ölkələrinin həm daxili, həm də xarici siyasətinə praq-
matik yanaşır. Malayziya dövlətlər arasında ortaya çıxan 
istənilən problemi güc və zorakı yollarla deyil, beynəlxalq 
qanunlar çərçivəsində və beynəlxalq məhkəmələrin qəra-
rı əsasında həll etməyə istiqamətlənmişdir. Təsadüfi deyil 
ki, Malayziyanın tarixində Çin, Bruney və Sinqapurla ya-


263
ranan ərazi və dəniz sərhədləri münaqişələrinin həllində 
ölkə liderləri daim konstruktiv mövqe göstərə bilmişlər. 
Malayziyanın  hərbi  qüvvələri  də  ölkənin  beynəlxalq 
statusunda  müəyyən  rola  malikdir.  Ölkə  aktiv  şəkildə 
sülhməramlı  qüvvələrdə  iştirak  edir.  Livanda  və  BMT-
nin bir sıra sülhməramlı missiyalarında Malayziya ordu-
su böyük çəkiyə malik olmuşdur. O, Sinqapur, Avstraliya, 
Yeni Zelandiya, Birləşmiş Krallıq kimi ölkələrlə bağladı-
ğı müqavilələr əsasında ölkənin ordu birləşmələri həmin 
dövlətlərin silahlı qüvvələri ilə bərabər müxtəlif vaxtlar-
da suda, həm də quruda və havada hərbi təlimlər keçir-
mişdir. 
Lakin əksər dövlətlər kimi Malayziyanın da qonşuları 
olan  ölkələrlə  müəyyən  münaqişələri  vardır.  Ümumiy-
yətlə, Malayziyanın bir neçə qonşu ölkələrlə, xüsusən də 
İndoneziya,  Bruney  kimi  dövlətlərlə  ərazi  mübahisələri 
öz həllini tapmamışdır. 1957-ci ildə Britaniyanın koloni-
yalarından biri kimi müstəqillik əldə edən Malayziya eyni 
zamanda,  Millətlər  Birliyinin  üzvü  seçilməklə,  İngiltərə 
ilə müştərək müdafiə razılaşması imzalamışdır. Bu müqa-
vilə Britaniyaya Malayziya nın sərhədlərini müdafiə etmək 
bəhanəsi ilə öz qoşunlarını yeni yaranmış dövlətin ərazi-
sində saxlamaq məqsədini reallaşdırmaq imkanlarını ver-
mişdir (1948-1960). Müqavilə həm də Britaniyanın Malay-
ziya ərazisini digər torpaqların hesabına genişləndirmək 
imkanı  da  yaratmışdır.  Belə  ki,  1962-1966-cı  il  hadisələ-
rində göründüyü kimi, ölkə ərazisində yerləşən Britaniya 
qüvvələri İndoneziya ilə ərazi münaqişəsinin Malayziya-
nın  xeyrinə  həll  olunmasına  kömək  edir  və  Sinqapuru, 
Saravakı və Şimali Borneonu Malayziyanın tərkibinə ke-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə