Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə69/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   78

264
çirməkdə fəal iştirak etmişdir. Britaniya ordusu Malayzi-
yanı tərk etdikdən sonra isə ölkə öz silahlı qüvvələri ilə 
müdafiə olunmağa başlamışdır. 
Müsəlman ölkələri olmalarına və yaxın qonşuluq müna-
sibətlərinə baxmaya raq, Malayziya ilə İndoneziya arasın-
da münasibətlərin hamar müstəviyə keçməsi heç də tez 
asanlıqla baş vermir. İndoneziya Prezidenti Sukarnonun 
zamanında münasibətlər ən kəskin həddinə çatmışdır. Bu 
iki ölkə arasında münaqişə Sukarnonun Bruney üsyanı-
nı müdafiə etməsi, Malayziyaya kəskin ərazi iddiaları ilə 
yadda qalmışdır.
1
 Lakin Sukarnonun siyasi səhnədən get-
məsi və Suxartonun hakimiyyətə gəlməsi ilə İndoneziya-
nın mövqeyində dəyişikliklər baş vermişdir. Bu gün hər 
iki ölkə ASEAN və ATEC təşkilatlarının üzvü kimi yaxın 
mövqedə  fəaliyyət  nümayiş  etdirir.  Ölkələrin  arasında 
hazırda yalnız Ambalat adası üstündə mübahisələr qal-
mışdır. Həmin ada isə neftlə zəngin olduğu üçün tərəflər 
iddialarından əl çəkmək istəmirlər. 
Malayziya ilə Sinqapur arasında əsas münaqişə Sinqa-
puru içməli su ilə təmin edən ölkənin meliorasiya prob-
lemləri ilə bağlıdır. Belə ki, Sinqapur tərəfindən həddən 
artıq içməli suyun istifadəsi Malayziyanın ekoloji duru-
muna  mənfi  təsir  göstərməkdədir.  Malayziya-Sinqapur 
münaqişələri göstərir ki, dünyada yeni dövrün qarşıdur-
malarında su problemi kəskinləşməkdədir. 
Lakin sülh və əmin-amanlıq tərəfdarı olan Malayziya 
dövləti bu mübahisələri dialoq qurmaq və danışıqlar yolu 
ilə həll etməyə çalışır. Bu cür danışıqlardan sonra 2009-cu 
ildə Bruney Saravakda yerləşən Limbanqa ərazisinə olan 
1
 Капица М. С., Малетин Н. П. Сукарно: политическая биография / М.: Мысль, 
1980, с.222


265
iddialarından əl çəkmiş, bir sıra dəniz sərhədlərinə dair 
mübahisələri isə danışıqlarla həll etməyə doğru düşünül-
müş addımlar atmışdır.
Malayziyanın digər iri müsəlman ölkəsi olan Pakistanla 
da isti münasibətləri mövcud idi. Lakin 1965-ci ildə İndo-
neziya ilə Malayziya arasında münaqişəni həll etmək üçün 
vasitəçi rolunu oynamağa çalışan Pakistan heç bir uğur 
əldə etmədikdən sonra Malayziya ilə diplomatik əlaqələri 
pozmalı olmuşdur. Bu zaman Malayziya Hindistana me-
yillənmiş və onu BMT Təhlükəsizlik Şurasında müdafiə 
etməyə başlamışdır. Malayziyanın baş naziri isə ölkəsinin 
addımını belə izah etməyə çalışır ki, Malayziya üçün bey-
nəlxalq əlaqələr dini əlaqələrdən daha üstündür. Bununla 
belə, hər iki ölkə arasında 2008-ci ildə imzalanmış ticarət 
müqaviləsi əsasında ölkələrarası əlaqələr müəyyən səviy-
yədə davam etməkdədir.
Sakit  Okean  hövzəsi  regionunda  Malayziyanın  Yapo-
niya  ilə  münasibətləri  daha  çox  iqtisadi  münasibətlərə 
əsaslanır.  İri  Yaponiya  şirkətlərinin  Malayziyada  böyük 
müəssisələri vardır. 2011-ci ilin statistikasına görə, Yapo-
niyanın Malayziya ərazisində 1400 şirkəti fəaliyyət göstə-
rir. Məhz bu prosesin nəticəsində Malayziya da yeni tex-
niki nailiyyətlərin inkişafı sürətlənmişdir. Bundan başqa, 
Malayziya  Yaponiyada  istehsal  olunan  “Halal”  markalı 
yeyinti məhsullarına da daha çox üstünlük verir. Malay-
ziya-Yaponiya  əlaqələri  nəticəsində  bu  ölkədə  də  müa-
sir informasiya texnologiyalarına əsaslanan yerli sənaye 
özünəməxsus inkişaf tapmaqdadır. 
Beləliklə, bir müsəlman dövləti kimi qloballaşan dün-
yada  Malayziyanın  sürətli  inkişaf  təcrübəsi  Azərbay-


266
can  üçün  də  əhəmiyyətlidir.  Həmçinin ASEAN  regionu 
ölkələri ilə əlaqələrin yaradılması baxımından da inkişaf-
da olan Azərbaycan üçün Malayziya cəlbedici və əlverişli 
ölkə sayıla bilər.
Bütün bunlarla bərabər, Malayziyada xaricə ixrac edilən 
məhsullarla yanaşı, iqtisadiyyatın inkişafında dövlət sek-
torlarının böyük yeri vardır. Kənd təsərrü fa tı nın inkişafı 
və sənaye istehsalına görə Malayziya iki coğrafiyaya bö-
lünür. Qərbi Malayziyanın qərb və cənub hissəsi təsərrü-
fat və sənaye baxımından aktiv, şimal və şərq rayonları 
isə bir qədər passiv iqtisadi inkişafa malikdir. Ölkənin ki-
fayət qədər böyük valyuta ehtiyatları olduğu üçün bura-
da iqtisadi inkişafın qarşısına çıxan maneələr, böhranlar 
güclü təsirə malik ola bilmir. Malayziyanın daxili borcu-
nun az olması da iqtisadi inkişafın sürətinə müsbət təsir 
göstərən amillərdəndir. İraq müharibəsi zamanı baş ver-
miş 1997-ci il böhranı ölkə iqtisadiyyatına güclü təsir et-
məsə də, 2008-ci il dünya böhranı proseslərində ölkənin 
iqtisadi  inkişafında  geriləmələr  müşahidə  olunmuşdur. 
Lakin Malayziya hökumətinin qəbul etdiyi yeni proqram-
lar əsasında ölkədə aparılan islahatlar yenidən dirçəlişin 
təmin olunmasına şərait yaratmışdır. 
XX əsrin sonu, XXI əsrin əvvəlləri Cənub-Şərqi Asiya 
regionunda elmi-texniki və iqtisadi inkişafın sürətlənmə-
sində,  bölgənin  ixrac  potensialının  artmasında  Malay-
ziyanın  böyük  payı  vardır. Artıq  dünyanın  hər  yerində 
Cin,  İndoneziya,  Malayziya,  Tailand,  Sinqapur,  Cənubi 
Koreya istehsalı olan məhsullar yayılmışdır. Politoloqla-
rın fikrincə, “Asiya ölkələrində iqtisadi partlayışla yanaşı, 
burada  daha  çox  inteqrasiya  proseslərinin  genişlənməsi 


267
müşahidə  olunur.  Bu  proses  Cin,  Tayvan,  Honq  Konq, 
Aomının  daxil  olduğu  “Böyük  Çin”  regionunun  yara-
dılmasına  gətirib  çıxara  bilər.  İkincisi,  böyük  masştablı 
olan Cənub-Şərq inteqrasiyasında Hind-Cin ölkələri, xü-
susilə, sürətlə inkişaf edən Tayvan, nəhayət, Asiya-Sakit 
okean ölkələri: İndoneziya, Malayziya, Sinqapur, Bruney 
çox fəal iştirak edir”.
1
 2009-cu ilin statistik məlumatlarına 
əsasən, ölkənin ümumi daxili məhsulun real artım nisbəti 
1.7 faizdir. 
1967-ci ildə ASEAN təşkilatının ilk təsisçilərindən olan 
Malayziyanın xarici siyasəti, beynəlxalq münasibətləri re-
gional əməkdaşlıq istiqamətində iştirak etmək d ə  dir. Təşki-
latın fəaliyyətində ayrı-ayrı illərdə idarəedici funksiyaya 
malik  olan  Malayziya  ASEAN  ölkələrinin  39-cu  Daimi 
Komitəsinin sədri seçilmiş və səmərəli dialoq yarada bil-
məsi ilə fərqlənmişdir. Həmçinin 2005-ci ilin dekabr ayın-
da ASEAN  ölkələri Sammitinə və Cənubi Asiya  dövlət-
ləri sammitinə ev sahibliyi etmiş Malayziya regional in-
kişafa dəstək verdiyini nümayiş etdirmişdir. 2006-cı ilin 
iyul ayında ASEAN-ın Nazirlər Toplantısının və ASEAN 
ölkələri Regional Forumunun Malayziyada keçirilməsi də 
ölkənin regiondakı nüfuzunu göstərən faktlardandır.
Malayziyanın xarici siyasətində islam ölkələri arasında 
lider olmaq kimi istəyi də vardır. 2003-cü ildə İKT-nin (Is-
lam Konfransı Təşkilatının) və BQH-nın (Bloklara Qoşul-
mama Hərəkatının) sədri seçilməsi Malayziyanın dünya 
arenasında  maraq  obyektinə  çevrilməsində  mühüm  ha-
disə sayılır. Həmin ildə Malayziya-Rusiya münasibətləri 
də yeni səviyyəyə çatdırılmışdır. Rusiya Federasiyasının 
1
 
Bax. Ağalar Abbasbəyli. Dünya siyasəti. Bakı, 2011, səh. 435


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə