Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə66/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   78

252
“Qələbə meydanı” adlanan ərazisində və onunla kəsişən 
yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacla-
rın aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin 
təmin  edilməsini  nəzərdə  tutan  layihənin  işə  başlaması 
oldu.  Layihənin  podratçısı  olan  “Akkord  Sənaye  Tikinti 
İnvestisiya Korporasiyası” ASC, öz fəaliyyətini Sinqapu-
run  “Surbana  International  Consultants”  şirkətinin  təq-
dim etdiyi layihə əsasında həyata keçirmişdir. 
Azərbaycanla  Sinqapur  arasında  beynəlxalq  iqtisadi 
əməkdaşlıq layihələrindən biri də Azərbaycanda gəmiqa-
yırma zavodunun yaradılması olmuş dur. Bu böyük zavo-
dun qurulması Azərbaycanın Sinqapurun “Keppel” şirkəti 
ilə birgə fəaliyyə ti nin mühüm iqtisadi nəticəsidir. Burada 
quraşdırılan müasir tipli avadanlı q lar aparıcı xarici şirkət-
lərin istehsalıdır və pay bölgüsü də 90 faiz Azərbay canın, 
10 faiz “Keppel” şirkətinin üzərinə düşür. İcraçılıq prose-
sində bütün operatorluq işi Sinqapurun “Keppel” şirkə-
tinə  həvalə  edilmişdir.  Bu  da  Prezident  İlham  Əliyevin 
dediyi kimi, Azərbaycanla Sinqapur arasında “beynəlxalq 
əmək daş lı ğın  gözəl  təzahürüdür,  yeni  formasıdır”.  Za-
vodun açılış mərasimində işti rak edən Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, bu 
zavodun  layihə  kimi  reallaşmasında  2012-ci  ildə  onun 
Sinqapura rəsmi səfəri zamanı dövlət səviyyəsində mü-
zakirə edilən məsələlərin əhəmiyyəti olmuşdur. 
Azərbaycan  tərəfi  Sinqapurla  humanitar,  mədəni  mü-
badilə və təhsil sahələ rin də də əməkdaşlıqla bağlı böyük 
planlarının  olduğunu  ifadə  edir.  Hazırda  azərbaycanlı 


253
gənclər Sinqapur universitetlərində təhsil almaqdadırlar. 
Azərbaycan–Sinqapur əlaqəlri geniş prespektiv imkan-
lara malikdir. 
ƏSAS MƏNBƏLƏR
1  Abbasbəyli A. Dünya siyasəti. Bakı, “Nurlar”, 2011 
2.  Dünya  ölkələri  (tərtib  edəni  H.Səmədov).  Bakı, 
«KM», 2013
3.  Ли Киан Ю. Сингапурская история: из третьего 
мира в первый. Москва, 2005
4.  Sinqapore Missions Overseas. Petrieved, 2014
5.  Страны мира. Энциклопедия. Москва, 2006


254
5. BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ MALAYZİYA
5.1. Malayziya dünya siyasətində
Məlum olduğu kimi, Malayziya Cənub-Şərqi Asiyanın, 
həmçinin  Sakit  okean  hövzəsinin  ən  böyük  müsəlman 
ölkələrindən biridir. Onun ərazisi Cənubi Çin dənizi tərə-
findən  bölünərək  iki  hissədən:  Qərbi  Malayziyadan  və 
Şərqi Malayziyadan ibarətdir. Malayziyanın ən iri hissə-
si Şərqdə yerləşən Sabah və Sarabah adlanan ərazi hesab 
olunur. Ölkənin paytaxtı Kuala-Lumpur isə Qərbi Malay-
ziyadadır.  Ölkə  Tailand,  İndoneziya,  Filippin,  Sinqapur 
kimi ölkələrlə həmsərhəddir.
Malayziya  1957-ci  ildə  özünün  dövlət  müstəqilliyi-
ni qazanmışdır. Bu vaxta qədər Malay Krallığı Britaniya 
imperiyasının  tərkib  hissəsi  idi.  1963-cü  ildə  Malaziya-
nın ərazisinə Sinqapur, Saravak və Şərqi Borneo də daxil 
edilir və ölkə federativ dövlətə çevrilir. Lakin 1965-ci il-
dən Sinqapur Malayziyanın tərkibindən çıxaraq müstəqil 
dövlət kimi fəaliyyət göstərməyə başlayır.
Malayziya yerləşdiyi regionda ən iri müsəlman ölkələ-
rindən biri olub, siyasi quruluşuna görə konstitusiyalı fe-
derativ monarxiyadır və əksər müasir monarxiyalı döv-
lətlərdə  olduğu  kimi  burada  da  rəmzi  xarakterə  malik 
kral hakimiyyəti mövcuddur. Malayziyada hökuməti baş 
nazir idarə edir. 
Demokratik vəziyyətinə görə maraqlı ölkə olan Malay-
ziyanın sosial, etnik və dini tərkibi müxtəlifdir. Ölkənin 
konstitusiyasında vicdan azadlığını təmin etməklə ərazi-
sində yaşayan bütün millətlərə və dinlərə hörmətlə yana-


255
şıldığı bildirilir. Malayziyada dini ənənəsinə görə əhali-
nin 61 faizi islam dininə, digər hissəsi isə müxtəlif dinlərə, 
xüsusən də buddizmə, xristianlığa, induizmə, konfuizmə 
və başqa dinlərə sitayiş edir. Ölkədə tolerantlığa xüsusi 
diqqət yetirilir, dini zəmində qarşıdurmalara yol verilmir. 
Bununla belə, ölkənin çoxmillətli və çoxdinli sosial tərki-
bi  Malay  liderlərinin  islam  dinini  dövlət  dini  kimi  elan 
etməsinə mane olmamışdır. Ümumiyyətlə isə ölkə kons-
titusiyasına görə, hər bir malay doğulduğu andan müsəl-
man hesab olunur.
Malayziya müstəqilliyini əldə etdikdən sonra Asiyanın 
ən sürətli inkişafa malik dövlətinə çevrilmişdir. Ekspert-
lər göstərirlər ki, son 50 il ərzində onun inkişaf dinamika-
sında enmə halları müşahidə olunmamışdır. 
Malayziya təbii sərvətlərlə zəngin ölkə olduğundan, iq-
tisadiyyat ilk əvvəllər ölkənin təbii sərvətlərinə əsaslanır-
dı. Son  onilliklərdə isə Malayziyada turizm,  ticarət, elm 
və texnika, təhsil, səhiyyə kimi sahələrdə inkişaf daha da 
sürətlən miş dir.  Xüsusi  turizmin  inkişafı  sahəsində  ölkə-
də mühüm nailiyyətlər qazanılmışdır. İqtisadi qüdrətinə 
görə Malayziya Cənubi Asiyada üçüncü, dünyada isə 29-cu 
yeri tutur. (Bax: List of countries by GDP (PPP) https://en. 
wikipedia. org/wiki/ List_ of_ countries_by_GDP_(PPP)). 
Bu  mənada  ekspertlər  Malayziyanı  regionun  ən  güc-
lü  dövlətlərindən  biri  hesab  edirlər.  Doğru  olaraq  qeyd 
olunduğu kimi, Malayziyanın iqtisadi qüdrəti onun bey-
nəlxalq sistemdəki roluna da təsir edir. Müasir Malayziya 
Millətlər Birliyi, Birləşmiş Millətlər Təşkilatı, İslam Əmək-
daşlıq Təşkilatı, ASEAN, ATEC və Qoşulmama Hərəkatı 
da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların fəal üz-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə