Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə62/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   78

236
da inkişaf etdirilmiş ölkələri ilə Sinqapur geniş əlaqələr 
yaratmışdır. Məhz dünyanın diqqətində olan, dövlətlər-
lə  çoxtərəfli  münasibətlər  Sinqapuru  dünya  siyasətində 
və iqtisadiyyatında yerini və inkişaf dinamikasını müəy-
yənləşdirir.  Almaniya,  Fransa,  Britaniya,  ümumiyyətlə, 
A
vropa  dövlətlərilə  qurulan  əlaqələr  Sinqapurun  xarici 
siyasətinin əsaslarında dayanır. Ölkənin xarici siyasətinin 
əsasını  iqtisadi  əlaqələr  təşkil  edir.  Beynəlxalq  münasi-
bətlər sistemində Sinqapur iqtisadi faktorlara görə yerini 
müəyyən  edir.  Sürətli  inkişafa  malik  olan  digər  dövlət-
lər kimi Sinqapur da xarici siyasətində ölkəsinin iqtisadi 
təminatında  maraqlı  olduğunu  nümayiş  etdirir.  İqtisa-
di  gəlirlərini  əsasən  elektronika  avadanlıqlarından  əldə 
edən  Sinqapur  dövlətinin  adı  texnologiya  sektorunda 
dünya üzrə inkişaf etmiş ölkələrin sırasına daxildir. Ölkə-
də elektronika sənayesi olduqca yüksək səviyyədə inki-
şaf etmişdir. Dünyanın əksər aparıcı ölkələrinin elektron 
mallar istehsal edən bir çox böyük zavodları və filialları 
Sinqapurda fəaliyyət göstərir. Bu gün Sinqapur Asiyanın 
ən iri kommersiya, maliyyə və sənaye mərkəzlərindən bi-
ridir. Ölkənin xarici ticarət dövriyyəsi 460 milyard dollar 
təşkil edir ki, bunun da böyük hissəsi elektronika sənaye-
si hesabına qazanılır.
Malayziyadan  ayrılaraq  müstəqillik  elan  edən  Sinqa-
pur müstəqil dövlətçiliyin ilk illərində olduqca kasıb ölkə 
olmuşdur. Lakin aparılmış genişmiqyaslı islahatlar nəti-
cəsində  ölkə  qısa  müddətdə  Cənub-Şərqi Asiyanın  əsas 
maliyyə  və  ticarət  mərkəzlərindən  birinə  çevrilmişdir. 
Belə ki, Li Kuan Yunun qurduğu hökumət xarici investor-
ları ölkəyə cəlb etməklə Amerikanın transmilli korporasi-


237
yalarının Sinqapurda yüksək miqyaslı texnologiya səna-
yesinin təməlini qoymasına nail olmuşdur. Bundan sonra 
Sinqapur iri addımlarla irəliləməyə başlamışdır. 
Sinqapur  əhalisinin  say  etibarilə  çox  hissəsini  çinlilər 
təşkil  edir.  2013-cü  ilin  statistik  məlumatlarına  əsasən, 
əhalinin 74,2 faizi çinlilərdən, 13,4 faizi malaylardan, 9,2 
faizi isə hindlilərdən ibarətdir. Azad bazar iqtisadiyyatına 
malik olan Sinqapurun sürətlə inkişaf edən iqtisadiyyatı 
ölkəyə gələn miqrantların sayının azaltmasına ciddi təsir 
göstərmişdir. Son on ildə Sinqapurdakı əcnəbilərin sayı 
ölkə əhalisinin 40 faizini təşkil edir. Əcnəbilər ölkə iqtisa-
diyyatında işçi qüvvəsi olaraq çox mühüm rol oynayırlar. 
Hazırda Sinqapurda istehsal sənayesində çalışanların 80 
faizi,  xidmət  sahələrində  çalışanların  50  faizi  əcnəbilər-
dən ibarətdir. Nisbətən ucuz işçi qüvvəsinə malik olması 
Sinqapurun iqtisadiyyatının inkişafına təsir göstərən əsas 
faktorlarından biridir.
 
4.3. Müasir beynəlxalq münasibətlər və Sinqapur 
Coğrafi  məlumatlardan  məlumdur  ki,  Sinqapur  Cə-
nub-Şərqi Asiyada 63 kiçik, o cümlədən 1 böyük adada 
yerləşən  müstəqil  şəhər-dövlətdir.  Dövlət  Sakit  okean 
hövzəsindəki  boğazlarla  İndoneziya  və  Malayziya  ilə 
həmsərhəd  yerləşir.  Ölkənin  quru  sahəsi  kiçik  olduğu 
üçün Sinqapur dövləti meliorasiya tədbirləri nəticəsində 
ərazisini genişləndirmək üzrə daim tədbirlər həyata keçi-
rir. Buna görədir ki, 1960-cı ildə 581 kv. km olan Sinqapu-
run sahəsi hazırda 710 kv. km-ə çatdırılmışdır. Ekspert-
lər bildirirlər ki, bu dinamika ilə ölkə ərazisi 2030-cu ildə 
daha  100  kv.km  artırıla  bilər  (Singapore  -  Encyclopedia 


238
Britannica»». Webcache.googleusercontent.com. 2013-11-
17. Retrieved 2014-07-18.). Bu isə öz növbəsində Sinqapu-
run iqtisadi inkişafının yeni dalğasını müəyyən edə bilə-
cəkdir. 
Maraqlıdır,  bu  qədər  kiçik  ərazisi  olan  Sinqapurda  5 
milyondan çox əhali yaşayır ki, bu da Sinqapuru dünya-
nın ən sıx ikinci ölkəsinə çevirmişdir. Sinqapur əhalisinin 
əksəriyyətinin, yəni 75 faizi çinlilərdən, yerdə qalan əha-
lisinin  isə  malaylardan,  hindistanlılardan  və  digər  Asi-
ya  xalqlarından  ibarət  olduğu  üçün  ölkədə  tolerantlığa 
və multikultural həyat tərzinə ciddi fikir verilir. Bunun-
la belə, artmaqda olan əhalinin böyük əksəriyyəti, daha 
dəqiq isə 2 milyon nəfəri əsasən ölkə xaricindən gəlmələr-
dir. Bu mənada, ölkə rəhbərliyi Sinqapuru multikultural 
dövlət kimi idarə edərək dörd dövlət dilini rəsmi dil ola-
raq qəbul etmişdir. Ölkədə ingilis, malay, mandarin (çin), 
tamil dillərindən dövlət dili kimi istifadə olunur. 
Çinlilər  Sinqapurda  çoxluq  təşkil  etsələr  də,  XX  əsrin 
yetmişinci illərindən etibarən dövlət başçıları antiirqçi və 
antimillətçi siyasətə üstünlük verirlər. Ölkədə həmrəylik 
və birgəyaşayış siyasətinə qarşı atılan hər hansı bir kiçicik 
addım dövlətin xüsusi qurumları tərəfindən ciddi şəkildə 
cəzalandırılır. Ekspertlərin fikrincə, məhz bu cür həmrəy-
lik  siyasətinin  inkişaf  etdirilməsi  istiqamətində  dövlətin 
atdığı ciddi addımlar Sinqapurun müasir inkişafının əsası 
hesab  olunmalıdır.  Yalnız  bu  yolla  ölkədə  ictimai-siyasi 
sabitlik  qorunub  saxlanılmış  və  daha  da  möhkəmləndi-
rilmişdir. Bu isə iqtisadi islahatların ardıcıl olaraq həyata 
keçirilməsinə münasib şərait yaratmışdır. 


239
Etimoloji  baxımdan  Sinqapur  adı  malay  dilindən 
“sinqa”-aslan kimi tərcümə edilir. II Dünya müharibəsi il-
lərində Yaponiya tərəfindən işğal olunan Sinqapur müha-
ribədən sonra 1951-ci ildə Britaniya Krallığının tərkibində 
muxtar dövlət olaraq fəaliyyət göstərmişdir. Lakin 1963-cü 
ildə referendum nəticəsində Federativ Malayziyanın tər-
kibinə qatılan Sinqapur öz siyasi statusu ilə razılaşmaya-
raq 9 avqust 1965-ci ildə müstəqilliyinə nail ola bilmişdir. 
Qeyd etmək lazımdır ki, Sinqapurun müstəqilliyi malaylar 
üçün elə də ağır və təhlükəli hesab edilmir. Belə ki, əslin-
də Malayziyanın tərkibində olarkən sinqapurlular ölkənin 
etnik tarazlığını çinlilərin xeyrinə dəyişdirmək təhlükəsi 
ilə üzləşirdilər. Bununla belə, Sinqapur indiyədək Malay-
ziya ilə münasibətdə ehtiyatlı siyasət yürütməkdədir. Mə-
lumdur ki, Sinqapur təbii resurslar baxımdan ehtiyatlara 
malik  deyildir.  Ölkə  yarandığı  vaxtdan  başlayaraq  hətta 
içməli suyu və tikinti materiallarını belə qonşu Malayziya-
dan idxal edir.
1
 Bu kimi asılılıq Sinqapur rəhbərlərini daha 
geniş beynəlxalq siyasət yürütmək üçün addımlar atma-
ğa, daim yeni yollar axtarmağa sövq etmişdir.
Siyasi baxımdan Sinqapur hələ 1951-ci ildən, ölkə Bri-
taniya  imperiyasının  tərkibində  olduğu  vaxtdan  1990-
cı ilədək Li Kuan Yu tərəfindən idarə olunurdu. Bir çox 
ekspertlər düşünür ki, müasir Sinqapurun inkişafında Li 
Kuan Yunun əvəzolunmaz xidmətləri olmuşdur. Belə ki, 
Li Kuan Yu iqtisadi cəhətdən geridə qalmış Sinqapurun 
inkişaf etmiş iqtisadi mərkəzə çevrilməsinədək çətin şə-
raitdə böyük işlər görə bilmişdir. Bununla belə, Li Kuan 
Yunun uzun müddət hakimiyyətə rəhbərliyi, parlamentli 
1
 Ли Куан Ю. Сингапурская история: из третьего мира в первый. М.: 2005 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə