119
mulatın is-tismar şərtləri ilə müəyyən olunur. Bununla əla-
qədar olaraq, iqtisadi göstəricilərin hesablanması ekspert
komissiyaları tərəfindən aparılmalıdır ki, bunların da tər-
kibinə bazarın konyukturasına sahib olan xarici ticarət təş-
kilatlarının nümayəndələri daxil edilməlidir.
Rəqabət qabiliyyətliyi səviyyəsinin kompleks qiy-
mətləndirilməsi metodlarından biri qiymətləndirilən və ba-
za məhsulunun keyfiyyətinin inteqral göstəricilərinin
qarşı-qarşıya qoyulmasına əsaslanır.
Bu zaman nəzərə almaq lazımdır ki, əgər məhsulun
keyfiyyəti hər hansı bir anda onun xüsusiyyətlərinin özlü-
yündə hətta müəyyən bir məcmunu təmsil edirsə, onda
məhsulun
rəqabət qabiliyyətliliyi, məsələn; satış şəraiti, tə-
ləbat və təkliflər kimi müxtəlif xarici amillərin dəyişilməsi
ilə
əlaqədar olaraq, əhəmiyyətli surətdə dəyişilə bilər.
Rəqabət qabiliyyətliyinin qiymətləndirilməsi lüzu-
mu əksər hallarda hələ məhsul meydana çıxana kimi, yəni
onun layihələndirilməsi və işlənib hazırlanması mərhələ-
sində əmələ gəlir. İş burasındadır ki, rəqabət qabiliyyətli-
yinin ən çox istifadə edilən göstəricilərindən biri kimi, is-
tehlak (tələbat) və işlənib hazırlanma dövründə xərclərin
səviyyəsinin 80%-dən artıq bir hissəsi məmulatın işlənib
hazırlanmasının müxtəlif mərhələlərində nəzərdə tutulan
xarakteristikalarından asılıdır.
İşçi layihələndirmə və təcrübi nümunənin hazırlan-
ması mərhələsində konstruktor həmin xərclərin ən çoxu
15% aşağı salınmasına təsir
göstərə bilər, məmulatın isteh-
salı başlandıqdan sonra isə həmin göstəricinin yalnız cə-
misi 5% -ə qədər dəyişilməsinə nail olmaq mümkündür.
Qiymətləndirilən məhsulun baza məhsulu ilə müqa-
yisəsi nəticəsində aşağıdakı qərarlardan biri çıxarılır:
120
-
məhsul yüksək (yaxud lazımi qədər yüksək)
rəqabət
qabilliyyətliyinə malikdir;
-
məhsulun rəqabət qabiliyyətliyi lazımi
qədər deyil;
-
məhsul rəqabət qabiliyyətliyinə malik deyil.
Qərara aparıcı rəqiblərin məhsulları ilə müqayisədə
qiymətləndirilən məhsulun üstünlükləri və çatışmazlıqları
barədə nəticələr və onun rəqabət qabiliyyətliyinin yüksəl-
dilməsindən ötəri görülməli olan tədbirlər də əlavə olunur.
Rəqabət qabiliyyətliyi səviyyəsinin (əmsalının) müəyyən-
ləşdirilməsi üzrə bir çox müəlliflərin rəyi aşağıdakı kimi
formalaşdırılır:
(5.3)
burada K - rəqabət qabiliyyətliyinin əmsalıdır;
U,
–
müvafiq surətdə qiymətləndirilən və baza nümunələrinin
xidmət müddəti ərzində keyfiyyətinin inteqral göstə-
ricisidir;
müvafiq surətdə qiymətləndirilən və ba-
za nümunələrinin istismarından əldə edilən məcmu faydalı
səmərədir; 3,3
- müvafiq surətdə qiymətləndirilən və ba-
za nümunələrinin alınmasına və istismarına sərf edilən
tam məsrəflərdir.
Əgər keyfiyyət göstəriciləri və iqtisadi göstəricilər
eyni bərabərdə olarsa, belə metod ədalətli hesab edilə bi-
lər, lakin real həyatda belə fakt heç müşahidə olunmur.
Buna görə də biz belə hesab edirik ki, rəqabət qabiliyyət-
liyi əmsalının müəyyənləşdirilməsi zamanı malların rəqa-
bət qabiliyyətliyinin müəyyənləşdirilməsin-dən ötəri gös-
təricilərin ümumi yığımına (toplusuna) daxil olan hər bir
göstəricinin sanballığı da nəzərə alınmalıdır.
Malların rəqabət qabiliyyətliyinin aşağıdakı tərzdə
müəyyən olunmasını təklif edirik.
121
Rəqabət qabiliyyətliyi ayrı-ayrılıqda keyfiyyətin sə-
viyyəsi və iqtisadi göstəricilər üzrə müəyyənləşdirilir.
Sonradan isə onların hər birinin ekspert metodu ilə
müəyyən olunan sanballılıq əmsalı nəzərə alınmaqla, rəqa-
bət qabiliyyətliyinin inteqral göstəricisi müəyyənləşdirilir:
(5.4)
burada
K
y
- keyfiyyət səviyyəsinə görə qiymətlən-
dirilən malın rəqabət qabiliyyətliyi əmsalıdır;
,
-qiy-
mətləndirilən malın və baza
nümunəsinin keyfiyyətinin sə-
viyyəsidir;
(
) (
) (5.5)
burada
K
e
- qiymətləndirilən malın iqtisadi göstərici-
ləri üzrə rəqabət qabiliyyətliyi əmsalıdır;
,
qiymətlən-
dirilən malın və baza nümunəsinin alınması (qiymət, nəq-
liyyat
xərcləri, gömrük rüsumu və i.a.) və istismarı (təmiri,
profilaktikası və i.a.) ilə bağlı xərclərdir;
,
-qiymət-
ləndirilən malın və baza nümunəsinin alınması (ehtiyat
hissələri, malların daşınması və i.a.)və istismarı (təmiri və
xidmət göstərilməsi, mənəvi itki (zərər) və i.a.) ilə bağlı
pulsuz xidmətlərin məbləğidir.
M
y
və
M
e
sanballılıq əmsalları nəzərə alınmaqla rə-
qabətqabiliyyətliyinin inteqral əmsalı aşağıdakı düstur üz-
rə müəyyənləşdirilir:
(5.6)
Əgər K>1 -dirsə, onda məhsul rəqabət qabiliyyətli-
dir. Nəzərə almaq lazımdır ki, orta hesabla sosial təyinatı-
na görə eyni əhəmiyyətli, bərabər qiymətli mallar müqayi-
sə edilməlidir.