130
Məhsulun keyfiyyətinin qiymətləndirilməsi rəqib-lə-
rin məhsulları ilə müqayisədə onun daha tam öyrənil-məsi,
habelə texniki, iqtisadi və sosial amillər məcmuu üzrə is-
tehlakçıların perspektiv ehtiyatlarının və sorğuları-nın mə-
nimsənilməsi lüzumu nəzərə alınmaqla aparılma-lıdır.
Bazara görə yenilik mallarına elə məhsulların yerinə
yetirilməsi (icrası, hazırlanması) aiddir ki, bunlar tələbata
tam cavab verir, yaxud məlum tələbatı daha tam ödəyə
bilir, yaxud məlum tələbatı elə həmin səviyyədə ödəməklə,
istehlakçılar dairəsini əhəmiyyətli dərəcədə genişləndirir.
Lavihəqabağı məsələlərin həlli zamanı qiymətlən-
dirmə bazası kimi məhsulun genetik nümunələrinin key-
fiyyət göstəricilərinin qəbul edilməsi tövsiyə olunur ki,
bunlar da onun üçün proqnozlaşdırılan istehlakçı xüsusiy-
yətləri kompleksini daha yüksək səviyyədə həyata keçirir.
Keyfiyyətin qiymətləndirilməsinin layihə məsələ-ləri
(vəzifələri) məhsulun texniki səviyyəsindən, məhsulun
texnoloji səviyyəsindən, məhsulun ehtiyat tələbatı səviy-
yəsindən, xammalın, materialların və komplektləşdirici
məmulatların keyfiyyətindən ibarətdir.
Məhsulun keyfiyyətinin qiymətləndirilməsi, məh-su-
lun istehsal və istismar texnologiyasının və onun isteh-sa-
lının rentabelliyinin lazımi qədər yüksək səviyyədə olması
zamanı onun tətbiqinin real sahələrində istehlakçı-ların tə-
ləbatının maksimum ödənilməsi lüzumu nəzərə alınmaqla
aparılmalıdır.
Məhsulun keyfiyyətinin qiymətləndirilməsinin is-
tehsalat məsələləri (vəzifələri) aşağıdakılardan ibarətdir:
- məhsulun istehsal yeniliyinin qiymətləndiril-məsi;
- məhsulun təhlükəsizliyi səviyyələri;
- məhsulun ekoloji səviyyələri;
131
- yeniləşdirilən məhsulun keyfiyyəti;
- məhsulun keyfiyyətinin sabitliyi.
Məhsulun keyfiyyətinin qiymətləndirilməsi daha çox
rəqabət qabiliyyətliyinə malik məhsulun istehsalının mə-
nimsənilməsi, buraxılan məhsulun müasir səviyyədə olma-
sının dəstəklənməsi lüzumu nəzərə alınmaqla aparılma-
lıdır. Orijinal, yaxud malın hazırlanmasının konstruktor-
texniki əlamətləri üzrə modernizə edilmiş mallar istehsal
yeniliyi hesab olunur.
İstehsalat vəzifələrinin həyata keçirilməsi zamanı
qiymətləndirmənin bazası kimi ölkə müəssisələrinin və
xarici firmaların mövcud bazarda rəqabət edən məhsul nü-
munələrinin istehsal göstəriciləri qəbul olunur ki, bu za-
man insana və ətraf mühitə məhsulun dünya praktikasında
mövcud olan yolverilən mövcud zərərli təsir normaları
məcburi məhdudlaşdırıcı şərtlər kimi götürülür.
Məhsulun keyfiyyətinin qiymətləndirilməsinin istis-
mar məsələləri (vəzifələri) bazar konyukturasının dəyişil-
diyi şəraitdə məhsulun keyfiyyətinin, istehlak olunan məh-
sulun keyfiyyətinin, təmirdən sonrakı məhsulun keyfiyyə-
tinin dinamikasının qiymətləndiril-məsindən ibarətdir.
Qiymətləndirmə məhsulun keyfiyyətinin və rəqabət
qabilyyətliyinin yüksək səviyyədə saxlanılması lüzumu
nəzərə alınmaqla, məhsulun satışı və bölgüsü zamanı ba-
zar şəraitinin öyrənilməsi, habelə istismar sahəsində və tə-
mir zamanı onun ilkin xüsusiyyətlərinin bərpası sahəsində
məhsuldan istifadə olunmasına edilən müşahi-dələrin mə-
lumatlarının təhlil və ümumiləşdirilməsi əsasın-da aparıl-
malıdır.
132
6.3. Keyfiyyət göstəricilərinin təsnifatı
Keyfiyyət göstəriciləri - obyektin keyfiyyətinin tərki-
binə daxil olan, obyektin həyat silsiləsinin müəyyən şərtlə-
rinə nisbətdə nəzərdən keçirilən xüsusiyyətinin kəmiyyət
xarakteristikasıdır. Məhsul üçün bu, onun yaradılması, is-
tismarı və istehlakının (işlədilməsinin) müəyyən şərtləri-
dir. Xidmətlər üçün bu, onun işlənib hazırlanmasının və
göstəricilərinin müəyyən şərtləridir. Prosesdən ötəri bu,
onun hazırlanması və həyata keçiril-məsi üçün müəyyən
şərtlərdir.
Xarakter xüsusiyyətlərin miqdarından asılı olaraq,
tək-tək, kompleks və inteqral keyfiyyət göstəriciləri möv-
cuddur.
Keyfiyyətin tək-tək göstəriciləri - obyektin xüsusiy-
yətlərindən (sadə xüsusiyyət) yalnız birinə aid olan key-
fiyyət göstəricisidir ki, bu da obyektin həmçinin key-fiy-
yətinə daxil olan digər xüsusiyyətlərdən asılı olmayaraq
fərqləndirilə və qiymətləndirilə bilər.
Keyfiyyətin kompleks göstəriciləri obyektin key-fiy-
yətini əmələ gətirən bütün xüsusiyyətlər çoxluğu ilə qarşı-
lıqlı surətdə əlaqədar olan xüsusiyyətlər (mürəkkəb xüsu-
siyyətlər) məcmuunu xarakterizə edir.
∑
(5.1.)
burada
-hazırlıq əmsalıdır. Eyni zamanda məmu-
latın davamlılığını və təmirə yararlığını xarakterizə edir;
T- ləngiməyə görə orta əlavə işdir;
- məmulatın ayrı-ayrı
qovşaqlarının, bloklarının bərpa vaxtıdır.
133
Hər hansı ölçmə zamanı müqayisə etalonu ( m , K
2
)
lazımdır. Bundan ötrü kvalimetriyada aşağıdakılardan isti-
fadə olunur:
-
keyfiyyətin baza göstəricisi - keyfiyyətin müqayi-
səli qiymətləndirilməsi zamanı obyektin keyfiyyətinin eta-
lon kimi qəbul olunan göstəricisi;
-
keyfiyyətin nisbi göstəricisi - qiymətləndirilən ob-
yektin keyfiyyət göstəricisinin nisbi vahidlərlə ifadə olu-
nan baza keyfiyyət göstəricisinə nisbəti;
-
inteqral göstərici - keyfiyyətin kompleks göstəri-
cisi olub, obyektin keyfiyyətini bütövlükdə onun ümumi
səmərəliyi baxımından xarakterizə edir və təyinatı üzrə
obyektdən istifadə olunmasının faydalı səmərəsinin cəmi-
nin obyektin yaradılmasına və insana, ətraf mühitə təsiri
nəzərə alınmaqla obyektdən təyinatı üzrə istifadə olunma-
sına edilən xərclərə nisbəti kimi ifadə olunur.
Ümumiləşdirilmiş keyfiyyət göstəricisi - obyektin
elə xüsusiyyətlər məcmuuna aid olan keyfiyyət göstəri-ci-
sidir ki, bununla onun keyfiyyəti bütövlükdə qiymət-ləndi-
rilir.
Qiymətləndirmə zamanı rolundan asılı olaraq, ob-
yektin keyfiyyətinin təsnifat və qiymətləndirmə göstəri-ci-
ləri vardır.
Keyfiyyətin təsnifat göstəriciləri seçilmiş təsnifat sis-
temində obyektin müəyyən təsnifat qruplaşmasına məx-
susluğunu xarakterizə edir və obyektdən istifadə olunma-
sının növünü, ölçüsünü tətbiqi sahəsini və şərtlərini müəy-
yənləşdirirlər.
Təsnifat göstəricilərinə aşağıdakılar aiddir:
1)
məhsulun parametrik, yaxud birtipli növünü
müəyyənləşdirməyə xidmət edən göstəricilər;
Dostları ilə paylaş: |