143
Kompleks metod – eyni təsnifat qrupunun göstərici-
lər məcmuunu, yaxud müxtəlif təsnifatı qruplarının göstə-
ricilər məcmularını ümumiləşdirən birinci kompleks gös-
tərici üzrə məhsulun və baza nümunələrinin qiymətlən-di-
rilməsindən ibarətdir. Kompleks göstərici özlüyündə tək -
tək və (yaxud) kompleks göstəricilərdən ibarət funksiya-
dır və aşağıdakı kimi ifadə oluna bilər:
1)
məhsulun funksional yararlığını, ona olan tələba-
tın ödənilməsini
əks etdirən baş göstərici ilə;
2)
sadə və (yaxud) mürəkkəb xüsusiyyətlərin nisbi
vacibliyini nəzərə almaqla məhsulun keyfiyyətini ifadə
edən bir rəqəmə tək-tək və (yaxud) kompleks göstəriciləri
yaxınlaşdıran orta ölçülüb-biçilmiş göstərici ilə.
144
VII FƏSİL. MÜƏSSİSƏDƏ KEYFİYYƏTƏ
NƏZARƏTİN TƏŞKİLİ
7.1. Keyfiyyətə nəzarət müəssisənin rəqabət
mübarizəsində amil kimi
Bazar iqtisadiyyatının ən mühüm əlamətlərindən biri
bazarın subyektləri və obyektləri arasında rəqabətin aparıl-
masıdır. Ayrı-ayrı şəxslər və ya təsərrüfat vahidləri ara-
sında hər hansı bir sahədə eyni bir məqsədə nail olmağa
rəqabət deyilir. Digər tərəfdən rəqabət subyektlər arasında
mübarizə formasıdır.
Rəqabətlə rəqabətə davamlılıq anlayışı da sıx bağ-
lıdır.
Rəqabətə davamlılıq – rəqabətə davam gətirmək,
ona qarşı durmaq bacarığıdır. Bununla yanaşı rəqabətə da-
vamlılıq anlayışını həm mallara (iş və xidmətlərə), həm də
müəssisələrə, şirkətlərə və başqa təşkilatlara tətbiq edirlər.
Malın rəqabətə davamlılığı verilmiş malın rəqibin malın-
dan, birincisi eyni bir ictimai tələbata uyğunluq dərəcəsi
ilə, ikincisi isə bu tələbatın təmin edilməsinə çəkilən xərc-
lər üzrə fərqi əks etdirən nisbi xüsusiyyətdir. Xərclər de-
dikdə alıcının malın alınması və onun istehlakı və ya isti-
fadəsi zamanı bütün xərclərlə əlaqədar məsrəflərin daxil
olduğu istehlak qiyməti başa düşülür.
Malın rəqabətə davamlılığı üç qrup meyarla səciyyə-
lənir:
-
faydalılıqla (keyfiyyət, istifadənin səmərəliliyi:
-
istehlakçının verilmiş mal vasitəsi ilə ödənilməsi
zamanı xərclərin müəyyənlədirilməsilə (alınması ilə, isti-
fadəsi ilə, texniki xidmətlə, təmirlə və s.), çünki, bazar