139
tamlığından asılı olaraq, elektrik enerjisinin, materialların,
əmək ehtiyatlarının orta məsrəfini və digər məsrəf mad-
dələrini nəzərə alan məhsul vahidinin vaxt tutumu, əmək
tutumu, maya dəyəri də qiymətləndirilir.
Təklif olunan «vaxt tutumu» termini («əmək tutu-
mu» termininə bənzərliyinə görə) artırılan dəyərlinin hər
vahidinə edilən vaxt məsrəfi deməkdir (hər tona, hər pul
vahidinə, hər məmulata və i.a. sərf edilən dəqiqələr). Pro-
sesin vaxt tutumu onun məhsuldarlığı ilə tərs mütənasib-
dir. Göstərilən xidmət nəticəsində artırılan dəyərlinin əldə
olunan miqdarına vaxt aid edilməzsə, xidmətlərin ISO -
9004-2-1991-də qeyd olunan gözləmə vaxtı, xidmətin təq-
dim edilməsi vaxtı, texnoloji silsilə vaxtı kimi xarakteristi-
kaları natamam olar. Vaxt sərfinin işçinin əmək haqqına
nisbəti keyfiyyətin ümumiləşdirilmiş göstəricilərindən irə-
li gələn fərdi göstəricisindən biridir.
Vəzifələrdən (məsələlərdən) və qiymətləndirmənin
məqbul hesab edilən əmək tutumundan asılı olaraq, qiy-
mətləndirilən göstəricilər sisteminin seçimindən ötəri gös-
təricilər sisteminin strukturlaşdırılmasını (qurulma-sını),
onların qarşılıqlı əlaqələrinin və K.İsikavanın səbəb-nəticə
diaqramından istifadə etməklə təsiredici amillərin müəy-
yənləşdirilməsini təklif edirik.
İstehlakçıdan ötrü informasiyasız obyekt mövcud
olmadığından hər bir məhsulda (prosesdə) daxildə, məhsu-
lun içərisində yerləşdirilən və zahiri texniki informasiya
vasitəsi olan sənəd, yaxud şifahi informasiya elementinin
və s. nəzərdə tutulmasını təklif edirik. Bundan irəli gələ-
rək, məhsulun məlum göstəricilərinə (təyinatı, etibarlığı və
i.a.) daha bir-informativ göstəricinin də əlavə edilməsi lü-
zumu meydana çıxır. Onlar müxtəlif kateqoriyalı istifadə-
140
çilər tərəfindən obyektin öyrənilmək və vəziyyətinə nəza-
rət olunmaq üçün uyğunluğunu xarakterizə etməlidirlər.
«Sisteməmələgətirən» göstəriciyə müvafiq surətdə
tələb olunan təhlilin dərinliyindən asılı olaraq, texniki qur-
ğuların informasiya elementinin keyfiyyəti sənədlərdəki
qeyri-müvafiqliklərin orta miqdarı ilə, istehlakçılar tərə-
findən məhsuldan istifadənin mənimsənil-məsi prosesinin
vaxt tutumu, əmək tutumu və qiymətlən-dirilməsi ilə, ha-
belə nəzarət prosesindən ötəri lazım olan vaxtla qiymət-
ləndirilə bilər. İnformativ göstəricilərin həcminə erqono-
mika tərəfindən öyrənilən fizioloji-psixoloji və psixoloji
göstəricilərin bir hissəsi də təsir göstərir.
İnformativ göstəricilərin qiymətləndirilməsi zamanı
dolayı əlamətlərin mövcudiyyət üzrə əmək tutumu az olan
sadələşdirilmiş ekspert metodlarından istifadə edilməsi də
təbii olar (izahedici şəkillərin mövcudiyyəti və anlaşıqlığı,
diaqnostika vasitələrinin zənginliyi və i.a.).
6.5. Keyfiyyətin idarə olunmasında kvalimetriya
metodarı
Məhsulun keyfiyyət göstəricilərinin qiymətlərinin
müəyyənləşdirilməsindən ötrü aşağıdakı metodlar tövsiyə
oluna bilər:
1)ölçmə;
2)qeydiyyat;
3)erqonometrik;
4)analitik;
5)ekspert;
6)kombinə edilmiş.
141
Ölçmə – məhsulun keyfiyyət göstəricilərinin müəy-
yənləşdirilməsi ölçmə vasitələrindən istifadə edilməsinə
əsaslanır.
Qeydiyyat – müəyyən hadisələrin, əşyaların, məs-
rəflərin müşahidə olunması və miqdarının hesablanması
əsasında həyata keçirilən metoddur.
Erqonometrik – duyğu orqanlarının qavramasının
təhlili əsasında həyata keçirilən metoddur. Ondan qənnadı,
ətriyyat, tütün məmulatlarının və i.a. keyfiyyətinin erqo-
nomik göstəricilərinin müəyyənləşdirilməsindən ötəri isti-
fadə olunur.
Analitik metod – məhsulun keyfiyyətinin tək-tək, ya-
xud kompleks xüsusiyyətlərini xarakterizə edən qiymət-
ləndirmə göstəricilərinin müəyyənləşdirilməsindən ötrü,
habelə qiymətləndirmənin son nəticələrinin formalaşdırıl-
masından ötəri məhsulun keyfiyyət göstəricilərinin onun
parametrlərindən analitik - hesablama asılılıqlarından isti-
fadə edilməsini nəzərdə tutur. Analitik metoddan istifadə
edilməsi məhsulun qiymətləndirilən xüsusiyyətini və qiy-
mətləndirmənin nəticələrini xarakterizə edən ayrı-ayrı pa-
rametrləri arasında qarşılıqlı əlaqələrin müəyyən olunması
imkanlarından, habelə həmin parametrlər və xüsusiyyətlər
haqqında ilkin (çıxış, başlanğıc) məlumatın tamlığından
və keyfiyyətindən asılıdır.
Statistik metod – qiymətləndirilən məhsulun və sta-
tistik prosedurlar vasitəsilə emal olunan baza nümunə-ləri-
nin parametrləri və xüsusiyyətləri haqqında statistik məlu-
matın toplanılmasına əsaslanır.
Ekspert metodu – qiymətləndirilən məhsulun və eks-
pert prosedurları vasitəsilə baza nümunələrinin parametr-
142
ləri və xüsusiyyətləri haqqında məlumatın emal olunma-
sına və ona nəzarət edilməsinə əsaslanır.
Kombinə edilmiş metod – müxtəlif birləşmə tərzində
analitik, statistik və ekspert metodlarının kombinasiyasın-
dan ibarətdir.
Keyfiyyət göstəricilərinin səviyyəsinin qiymətləndi-
rilməsi zamanı istifadə edilməsindən asılı olaraq metodlar
aşağıdakı kimi olur:
-
differensial;
-
kompleks;
-
inteqral;
-
qarışıq.
Differensial metod ayrı-ayrı göstəricilər üzrə (tək-tək
və kompleks) qiymətləndirilən məhsulla baza nümunə-lə-
rinin müqayisəsindən ibarətdir. Bu zaman qiymətləndir-
mənin nəticəsi hər bir qiymətləndirmə göstəricisi üzrə
ayrı-ayrılıqda təqdim olunur. Məhsulun keyfiyyətinin qiy-
mətləndirilməsinin differensial metodu aşağıdakı nəti-cə-
lərin əldə olunmasına imkan verir:
1)
əgər məhsul bəzi göstəricilər üzrə baza nümunə-
sindən geri qalırsa, qalan göstəricilər üzrə ondan üstün de-
yilsə, qiymətləndirilən məhsulun keyfiyyəti baza nümunə-
sinin keyfiyyətindən geri qalır;
2)
əgər məhsul heç olmazsa bəzi göstəricilər üzrə ba-
za məhsulundan üstündürsə, lakin qalan göstəricilər üzrə
geri qalırsa, qiymətləndirilən məhsulun keyfiyyəti baza
məhsulunun keyfiyyətindən üstündür;
3)
əgər məhsulların müvafiq keyfiyyət göstəriciləri-
nin qiymətləri eynidirsə, qiymətləndirilən mənsulun key-
fiyyəti baza məhsulunun keyfiyyətinə müvafiqdir.
Dostları ilə paylaş: |