126
dirməyə, həm təhlilçiyə, həm də idarəetməyə sistemli ya-
naşma mümkündür.
Keyfiyyətin kəmiyyət qiymətləndirməsi məhsulun
həyat silsiləsinin bütün mərhələlərində əsaslandırılmış qə-
rarların qəbul edilməsi üçün lazımdır: marketinq tədqiqat-
larından istehsaldan çıxarılmağa qədər qərarın qəbul olun-
ması. Keyfiyyətin kvalimetriyası rəqabət qabiliyyətliyini
müəyyənldəşdirməyə, keyfiyyətlə qiymə-tin qarşılıqlı əla-
qələrini yaratmağa, istehsal proseslərinin keyfiyyətini təh-
lil etməyə, məhsulun təkmilləşdirilməsi və məsrəflərin
azaldılması yollarını müəyyənləşdirməyə imkan verir. Bu
zaman məhsulun keyfiyyətinə, layihələrə və qərarlara kva-
limetriya metodlarının və yanaşmalarının aid edilməsi
keyfiyyəti idarəetmənin bütün sahələrində çoxmeyarlı qə-
rarların ən yaxşı variantlarının seçilməsinin təsirli apara-
tını yaradır.
6.2.Kvalimetriyanın konseptual müddəaları
Müasir tələblərdən irəli gələrək, müasir kvalimet-ri-
yanın aşağıdakı ilkin konseptual müddəalarını formalaş-
dırmaq olar:
1) kvalimetriya müəyyənləşdirilmə üçün yararlı olan
kəmiyyət və keyfiyyət formalarında obyektin həyat silsi-
ləsinin hər hansı mərhələsində qiymətləndirilən obyektin
keyfıyyəti haqqında məlumat əldə etməyə imkan verir;
2) kvalimetriya obyektin keyfiyyətinin qiymətlən-
dirilməsinə dinamiklik kateqoriyası kimi baxır, yəni baza-
rın konyukturası dəyişildikdə onun keyfiyyətinin dəyişil-
məsi imkanını, istismar təcrübəsini nəzərə almaqla layihə
127
keyfiyyətinin tətbiqini, texniki proseslərin və istehsal vasi-
tələrinin təkmilləşdirilməsini nəzərdə tutur;
3)kvalimetriyanın əsas metodik prinsipləri aşağıdakılardır:
-bütövlükdə obyektin keyfiyyətini əmələ gətirən həm
ayrıca götürülmüş xüsusiyyətlər səviyyəsində, həm də
bütün xüsusiyyətlər məcmuu səviyyəsində obyektin xüsu-
siyyətlərinin ölçülə bilməsi və keyfiyyətinin qiymətləndi-
rilə bilməsi prinsipi;
- obyektin keyfiyyətinin və ayrı-ayrılıqda götürülmüş
etalon nümunəsinin, yaxud onların məcmusunun keyfiy-
yətinin qarşılaşdırılması (qarşı-qarşıya qoyulması) prinsipi;
- eyni tipli obyektin müxtəlif icralarının rəqabət edən
variantlarının keyfiyyətinin müqayisəsi prinsipi;
4)kvalimetriya bir-biri ilə qarşılıqlı surətdə əlaqədar
olan iki sahədə formalaşır və inkişaf edir; nəzəri kvalimet-
riya sahəsində keyfiyyətin qimətləndirilməsinin metod və
vasitələrinin ümumi prinsipləri formalaşdırılır ki, bu da
qiymətləndirilən müxtəlif təbiətli obyektlərdən ötəri vahid
(eyni, yeganə) olur; tətbiqi kvalimetriya sahəsində konkret
obyektlərin qiymətləndirilməsindən ötrü işçi aləti nəzəri
kvalimetriyanın müddəalarının nəzərə alınması şərti ilə
formalaşır, bu zaman keyfiyyətin qiymətləndirilməsi me-
todları və vasitələri həmin obyektlərin təbiətini və onların
keyfiyyətlərinin təzahürünün real şəraitini nəzərə alırlar;
5) qiymətləndirilən obyektin hər hansı sadə, yaxud
mürəkkəb xüsusiyyəti keyfiyyət göstəricisinin absolyut
(mütləq),yaxud nisbi qiyməti ilə, yaxud qatılıq əmsalı ilə
qiymətləndirilə bilər.
Keyfiyyət göstəricilərinin mütləq qiymətlərinin
müəyyənləşdirilməsi fiziki eksperimentlər (meterologiya
metodları) əsasında, psixoloji eksperimentlər (eksperimen-
128
tal psixologiya metodları) əsasında yerinə yetirilə bilər.
Estetik və erqonomik xüsusiyyətlərin ekspert ölçmələri
obyektin fəaliyyətinin (işinin) analitik modellərinin (tex-
niki və iqtisadi elmlər tərəfindən işlənib hazırlanmış səmə-
rəlilik metodları) qurulması əsasında həyata keçirilir.
Keyfiyyət göstəricisinin nisbi qiyməti ictimai qüsur
səviyyəsinin vaxt ötdükcə dəyişilən göstəricisinin qiyməti
ilə qarşılaşdırma yolu ilə müəyyənləşdirilir. Keyfiyyət sə-
viyyəsinin qiyməti K = f(K
j
,M
j
) funksiyası kimi təqdim
oluna bilər ki, burada K keyfiyyət göstəricisinin nisbi qiy-
məti və M
j
çəkililik əmsalıdır. f funksiyası müxtəlif asılı-
lıqları (orta ölçülü vahidləri) ifadə edə bilər. Bundan baş-
qa, K n - ölçülü fəzada skalyar formasında deyil, vektor
şəklində təqdim oluna bilər:
6)kvalimetriyada aşağıdakılar qiymətləndirmə ob-
yektləridir: müəyyən növlü hazır məhsulun keyfiyyəti, ya-
xud müəyyən keyfiyyətli, kəmiyyətli və qiymətli məhsula
istehlakçı sorğusunun tələblərinin konkret icrası nəticəsin-
də buraxılan məhsulun keyfiyyəti, müəyyən məhsulun, ya-
xud konkret tərzdə icra olunan məhsulun mövcud işlənib
hazırlanan, yaxud yeniləşdirilən standartı-nın tələbləri, hə-
min məhsulun istehsalçı müəssisəsində mövcud olan key-
fiyyət sistemi;
7)kvalimetriya mövqeyindən məhsulun təsnifatının
əlamətləri olan əsas amillərə, onun keyfiyyətinin qiymət-
ləndirilməsinin şərtləri baxımından həmin məhsulun hazır-
lanması və satışı sahəsi, ondan təyinatı üzrə istifadə olun-
masının üsulları və formaları aiddir. Bu amillər məhsulun
hər bir növünə müvafiq olan xüsusiy-yətlərin, qiymətlən-
dirmə göstəricilərinin, keyfiyyətin qiymətləndirilməsinin
vəzifə və metodlarının tərkibinin seçimini müəyyənləşdirir.
129
Məhsulun keyfiyyətinin kvalimetriyasının əsas məq-
sədləri aşağıdakılardan ibarətdir:
-marketinq tədqiqatları səviyyəsində - məhsulun bü-
tün ehtimal olunan istismar sahələrinin öyrənilməsi və sis-
temləşdirilməsi əsasında onun bazar üçün yeniliyinin sə-
viyyəsini nəzərə almaq şərtilə cari və perspektiv tələbata
məhsulun keyfiyyətinin müvafiqliyinin müəyyən edilməsi;
-işlənib hazırlanma mərhələsində - məhsulun keyfiy-
yətini əmələ gətirən xüsusiyyətlərin aşkara çıxarılması və
hərtərəfli təhlili əsasında məhsulun texniki səviyyəsinin və
rəqabət qabiliyyətliyinin müəyyən edil-məsi və müasir
elmi-texniki nailiyyətlərdən və konstruk-tor-texniki yeni-
liklərdən işlənib hazırlanan məhsulda isti-fadə edilməsi
dərəcəsinin müəyyən olunması;
-istehsal mərhələsində - istehsal yeniliyinin səviy-yə-
si və texnoloji prosesin sabitliyi nəzərə alınmaqla mənim-
sənilən, buraxılan və yeniləşdirilən məhsulun keyfiyyət
səviyyəsinin müəyyən edilməsi.
Keyfiyyətin kvalimetriyası məqsədlərinə uyğun su-
rətdə məhsulun keyfiyyətinin qiymətləndirilməsi vəzi-fəsi
aşağıdakı kimi bölünə bilər:
- layihəqabağı məsələlər (vəzifələr);
- layihə məsələləri (vəzifələri);
- istehsal məsələləri (vəzifələri);
- istismar məsələləri (vəzifələri).
Məhsulun keyfiyyətinin qiymətləndirilməsinin layi-
həqabağı məsələləri (vəzifələri) keyfiyyətinə və kəmiy-
yətinə görə məhsula tələbatın kompleks qiymətlən-diril-
məsindən və məhsulun bazara görə yeniliyinin qiy-mətlən-
dirilməsindən ibarətdir.
Dostları ilə paylaş: |