122
VI FƏSİL. KVALİMETRİYA - MƏHSULUN
KEYFİYYƏTİNİN KƏMİYYƏTCƏ
QİYMƏTLƏNDİRİLMƏSİ METODU KİMİ
6.1.Kvalimetriyanın prinsipləri və spesifik
problemləri
Kvalimetriya (latınca qualis –―necə, necə keyfiyyət-
də‖ və metreo –―ölçürəm‖ sözlərindən) - məhsulun key-
fiyyətinin kəmiyyətcə qiymətləndirmə metodlarını birləş-
dirən elm sahəsidir. Kvalimetriyanın əsas vəzifələri aşağı-
dakılardır:
- keyfiyyət göstəriciləri nomenklaturasının əsaslan-
dırılması;
- onların müəyyənləşdirilməsi və optimallaşdırıl-ma-
sı metodlarının işlənib hazırlanması;
-birtipli məmulatların və məmulatların parametrik
sıralarının optimallaşdırılması;
-keyfiyyətin ümumiləşdirilmiş göstəricilərinin qurul-
ması prinsiplərinin işlənib hazırlanması və standartlaşdır-
ma və keyfiyyəti idarəetmə məsələlərində onlardan istifa-
də şərtlərinin əsaslandırılması.
Kvalimetriya normativ sənədlərdə keyfiyyət göstəri-
cilərinin reqlamentləşdirilməsi, təhvil-təslim, dövri, birtip-
li və sertifikatlaşdırma sınaqları prosesində keyfiyyətin sə-
viyyəsinin və keyfiyyətə nəzarətin qiymətləndirilməsi üzrə
fəaliyyətin əsasını təşkil edən məsələlərin həllinin metodo-
logiyasını və metodikasını öyrənir. Bu sahədə ehtimal və
statistik metodlara, keyfiyyətin səviyyəsinin qiymətləndi-
rilməsi metodlarına, sınaqların nəticələrinin işlənib təhlil
123
olunmasına, nəticələrin interpretasiyası metodlarına və qə-
rarların qəbuluna daha çox diqqət verilir.
Həmin sahəyə aid əsas məsələlərdən biri məhsul
keyfiyyətinin səviyyəsinin qiymətləndirilməsindən ibarət-
dir. Qiymətləndirmə məhsulu ehtimal olunan satış baza-
rında iştirak edən, yaxud iştirak edəcək qiymətləndirilən
analoji məhsullarla analitik metodlarla müqayisə etmək
məqsədini güdür. Deməli, qiymətlən-dirmə metodunun se-
çimi qiymətləndiriləcək məhsulun düşə biləcəyi bazar şə-
raitinin tədqiqatçı tərəfindən dərk olunmasından asılıdır.
Özü də bu zaman, o, həmin amilləri həm nəzərə ala bilər,
həm də nəzərə almaya bilər.
Kvalimetriya bir elm kimi ümumilik dərəcəsi ilə,
ölçmə və qiymətləndirmə vasitələri və metodları ilə fərq-
lənən, bir-birilə qarşılıqlı surətdə əlaqədar nəzəriy-yələr
sistemi tərzində çıxış edir. Belə nəzəriyyələrə aşağı-dakı-
lar aiddir:
-
ümumi kvalimetriya;
-
xüsusi kvalimetriya;
-
predmet kvalimetriyası.
Ümumi kvalimetriyada - ümumi nəzəri problemlər
araşdırılır: anlayışlar sistemi, qiymətləndirmə nəzəriyyəsi
(qanunlar və metodlar), kvalimetriyanın aksiomatikası
(aksiomalar və qaydalar), kvalimetrik şkalalaşdırma nəzə-
riyyəsi (o cümlədən boy sırası ilə düzülmə, sanballılıq).
Xüsusi kvalimetriyada – qiymətləndirmənin model-
ləri və alqoritmləri, qiymətləndirmələrin dəqiqliyi və düz-
günlüyü nəzərdən keçirilir: ekspert kvalimetriyası, ehti-
mal-statistik kvalimetriyası, indeks kvalimetriyası, kvali-
metrik taksomaniya, adətən ierarxik quruluşu olan mürək-
124
kəb istiqamətlənmiş obyektlərin təsnifat və sistemləşdirmə
nəzəriyyəsi.
Predmet (əşya) kvalimetriyası – qiymətləndirmə
predmeti (əşyası, obyekti) üzrə, məhsul və texnika kvali-
metriyası, əmək və fəaliyyət kvalimetriyası, qərarlar və la-
yihələr kvalimetriyası, proseslər kvalimetriyası, subyektiv
kvalimetriya, sorğu (tələbat) kvalimetriyası, məlumat (in-
formasiya) kvalimetriyası və s. mövcuddur.
Kvalimetriyanın təkmilləşdirilməsi onun predmeti
(əşyası, obyekti, mövzusu) və mündərəcatı haqqında müx-
təlif təsəvvürlərin nəticəsidir ki, onun da başlıca cizgiləri
aşağıdakılardan ibarətdir:
-
yalnız qiymətləndirmənin kəmiyyət metodlarının
nəzəriyyəsi kimi kvalimetriya haqqında təsəvvürlər;
-
əməyin məhsulu olan obyektlərin ölçülməsi və key-
fiyyətinin qiymətləndirilməsi sahəsində, yaxud kompleks
keyfiyyət göstəricilərinin quruluşu sahəsində kvalimet-
riyanın predmetinin məhdudlaşdırılması;
-
kvalimetriyanın predmetinin genişləndirilməsi,
onun kəmiyyətcə ölçülməyən obyektlərə aid edilməsi;
-
kvalimetriyanın predmetində qiymətləndirmənin iq-
tisadiyyatdan kənar metodlarına daha geniş (çox) yer (üs-
tünlük) verilməsi.
Özü də bu zaman kvalimetriyanın predmetinə baxış-
ların təkamülü baş verir. Sosioloji, pedaqoji, coğrafi və s.
kimi istiqamətlər meydana çıxmışdır.
Kvalimetriyanın strukturluğu, dinamikliyi (mütə-hər-
rəkliyi), müəyyənliyi və bütövlüyü qarşılıqlı əlaqə mexa-
nizmi ilə təmin olunur. Ümumi kvalimetriya tətbiq olunan
metodları və qiymətləndirmə modellərini nəzərə almaqla
xüsusi kvalimetriyanı əmələ gətirir, bu sonuncu isə pred-
125
met kvalimetriyasında öz əksini tapır. Özü də bu zaman
ümumi kvalimetriyanın xüsusi kvalimetriyanın və predmet
kvalimetriyasının qarşılıqlı əlaqələri ümumi, xüsusi və
tək-tək dinamikanı əks etdirir:
Kvalimetriyanın bir elm kimi aşağıdakı statuslarını
qeyd etmək (fərqləndirmək, nəzərə çatdırmaq) olar:
- iqtisadi;
- iqtisadi-texniki;
- ümumi elmi;
- sistematik.
İqtisadi status tələbat (istehlak) qiyməti ilə və qiy-
mətlə keyfiyyət kateqoriyasının qarşılıqlı əlaqəsinin si-
yasi-iqtisadı mündərəcəsindən irəli gəlir. İqtisadi status
baxımından kvalimetriya yaradılan obyektlərin və proses-
lərin iqtisadi xüsusiyyətlərinin nəzəri cəhətdən ölçülməsi
kimi ekonometriya metodlarını öz tərkibinə daxil edir.
Kvalimetriyanın iqtisadi-texniki statusu onun ob-
yektlərin və proseslərin iqtisadi və texniki xüsusiyyətləri-
nin kompleks qiymətləndirilmələrinə istiqa-mətlənməsini
əks etdirir ki, bu da səmərəliyin məsrəf-nəticə tədbirlərin-
də, iqtisadi-texniki göstəricilərdə, iqtisadi-texniki səviyyə-
lərdə və s. öz əksini tapır.
Ümumelmi status keyfiyyət kateqoriyasının fəlsəfı-
metodoloji və ümumelmi funksiyaları ilə müəyyən olunur
və böyük miqdarda predmet kvalimetriyalarının (məhsul,
texnika, əmək və i.a.) formalaşması ilə təsdiqlənir.
Kvalimetriyanın sistematik statusu onu sistematik
nəzəriyyə kimi müəyyənləşdirir. Bu da onunla əlaqədardır
ki, keyfiyyət kateqoriyasının-sistemə məxsus bütün əla-
mətləri-strukturluq, dinamiklik, müəyyənlik, nizam-lılıq
kimi aspektləri vardır. Beləliklə, burada həm qiymət-lən-
Dostları ilə paylaş: |