342
Müəssisə səviyyəsində KS-ni keyfiyyət sahəsin-dəki
siyasət, müəssisə standartlarının, texniki şərtlərin, rəhbər-
lik sənədlərinin, normativ-texniki və normativ-metodiki
sənədlərin və keyfiyyət üzrə digər sənədlərin tələbləri əsa-
sında qurmaq lazımdır. Bu sənədlər komplek-si KS-nin
bütün elementlərinin və yarımsistemlərinin qarşılıqlı əla-
qələrini məhsulun həyat tsiklinin bütün mərhələlərində və
idarəetmə səviyyələrində reqlament-ləşdirməlidir. Sahə,
sahələrarası, respublika, dövlətlərarası (MDB çərçivəsin-
də) və beynəlxalq səviyyələrdə sənədlər kompleksi sahə,
dövlət (AZS), dövlətlərarası (MDB dövlətləri üçün
QOST) və beynəlxalq standartlara, həmçinin digər NTS-ə
və NMS-ə (təlimatlar, metodikalar. rəhbərlik sənədləri və
s.) əsaslana bilər.
KS-i
çərçivəsində
realizə
edilən menecmentin ən va-
cib tərkib hissələrindən biri keyfiyyət sahəsindəki siyasət-
dir. Ona görə də sistemin NTS-ləri içərisində bu sahədə
hazırlanan sənəd birinci yerdə durmalıdır.
Müəssisə səviyyəsində KS-nin bütün sənədlər komp-
leksini əsasverici, ümumi və xüsusi sənədlərə bölürlər.
Əsasverici sənədlər müəssisədə istifadə olunan NTS və
NMS-ə, keyfiyyət sahəsində işlənib hazırlanmış siyasətə
uyğun olaraq bütövlükdə KS-nin və onun ayrı-ayrı yarım-
sistemlərinin qurulma prinsiplərini, məzmununu və tətbiqi
qaydalarını təyin etməlidir.
Ümumi sənədlər ümumsis-
temli məsələləri reqlamentləşdirir, məsələn, keyfiyyət üzrə
müşavirələrin keçirilməsi, keyfiyyət qruplarının işinin təş-
kili və s.
Xüsusi sənədlər sistemlərin (yarımsistemlərin)
345
Zəruri hallarda rəhbərliyə əlavə kimi keyfiyyət üzrə
plan hazırlana bilər. Bu planda keyfiyyət sisteminin elə
elementləri və prosedurlar nəzərdə tutulur ki, onlarsız ke-
çinmək mümkün deyildir.
Prosedurlar hər bir keyfiyyət sisteminin ayrılmaz
hissəsidir. Lakin xarici sənədləşdirmədə prosedur dedikdə,
adətən, istənilən NTS və NMS, o cümlədən prosedurların
özləri, standartlar, təlimatlar, müddəalar, alqoritmlər.
Funksional matrisalar və s. başa düşülür. Bizim ölkənin
KS-ləriındə MS-larının geniş istifadə olunması məqsədə-
uyğundur. Bu kateqoriyalı standartların yaradılması və tət-
biqi üzrə kifayət qədər təcrübə vardır. Bu cür standartların
bizim ölkədə işlənib hazırlanmasının özünü doğrultmuş
qaydaları mövcuddur. Bu prosedur qaydalar standartların
işlənib hazırlanmasının aşağıdakı mərhələlərini nəzərdə
tutur:
1) standartın işlənməsinin təşkili və texniki tapşırığın
tərtib edilməsi:
2) standartın layihəsinin hazırlanması (birinci redak-
siyasının) və
onun rəyə göndərilməsi;
3) rəylərin təhlili. Standartın layihəsinin son redaksi-
yasının işlənib hazırlanması və təsdiqlənməyə təqdim edil-
məsi;
4) standartın layihəsinin baxılması, təsdiqi və qey-
diyyatı;
5) standartın
nəşr edilməsi, onun geniş yayılması.
Prosedurlar, bir qayda olaraq, müvəqqəti yaradılmış
işçi qrupu tərəfındən işlənib hazırlanır. Bu qrupa o şəxslər
daxil edilir ki, prosedurlar onlar üçün yaradılır, buraya,