338
Hazırlıq mərhələsində ekspert sifarişçisi borcludur:
-ekspertizada iştirak etmək üçün ƏE-də səlahiyyətli
və ekspertiza-aktını təsdiqləyən hissəsinin imzalanması
üçün öz nümayəndələrini (2 nəfərdən az olmamaqla) seç-
məlidir;
-əgər mal gömrük və ya karantin xidmətləri tərəfin-
dən nəzərdən keçirilməlidirsə, onda onların iştirakı, lazım
olduqda isə istehlakçı və ya mal göndərənin nümayəndələ-
ri olmalıdır;
- lazım olduqda ekspert xarici görünüşün tərtibatını
yoxlamalı, tanış olmalı, nümunəni-etalonu təqdim etmə-
lidir; ekspert üçün iş yeri və ƏE üçün lazım olan vasitələri
hazırlamaq (normativ və texniki sənədlər, avadanlıq, düz-
gün işləyən və etibarlı ölçü vasitələri və s.);
- malı ekspertizaya hazırlamaq (məsələn, partiyalara
ayırmaq, lazım olduqda çeşidlərə, ölçülərə əsasən yerdə-
yişmə aparmaq);
- mala düzgün yanaşmanı təşkil etmək;
-ekspert qiymətləndirilməsinin gedişinə kömək məq-
sədilə köməkçi işçiləri seçmək (malların yerləşməsi, ye-
şiklərin açılması, seçmələrin aparılması və s.);
-ekspertizanın aparılmasında və ekspertin şəxsi təh-
lükəsizliyinin təmin edilməsi üçün təhlükəsizlik texnikası-
na riayət olunmasını təmin etmək.
Hazırlıq mərhələsində ekspert normativ sənədlərlə
tanış olmalıdır (standartlarla, mal qablaşdırmaları ilə, təli-
matlarla və s.) və uyğun ekspertiza həyata keçirməlidir.
Əsas mərhələ. Əsas mərhələnin başlanğıcı ekspertin
ekspertiza yerinə gəlməsini və ya ekspertiza olunan malın
qiymətləndirilməsi üçün işçi qrupunun yığılmasını (məsə-
lən, dequstasiya və ya yeni malların ekspertizası üçün) he-
339
sab etmək olar. Kəmiyyətcə və keyfiyyətcə əmtəə-mal
ekspertizası üçün sifarişçi ekspertə aşağıdakı sənədləri
təqdim etməlidir :
- əgər ekspertin çağırışı telefonoqramla həyata ke-
çirilibsə, yazılı ərizəsi;
- mal-qoşma sənədlərini, mal-nəqliyyat fakturaları-
nı, sertifikatlarını, keyfiyyət haqqında şəhadətnaməni, fak-
tura hesablarını və əmtəə-mal ekspertizasına məruz qalan
mal haqqında informasiyanı daşıyan digər sənədləri;
-əgər o çağırılıbsa, sifarişçinin çağırışının təsdiq-
lənmiş surətini;
-qəbul aktları, mal göndərənlə mal alan arasında
fikir ayrılığı aktını (yaranmış ziddiyyətlər əsasında ekspert
çağırıldıqda lazım olur), ilkin ekspertiza aktları (təkrar və
ya yoxlama ƏE aparıldıqda), kommersiya aktları, nümu-
nələrin seçilməsi aktları. Mal nümunələri sınaqlarının
nəticələri və ya protokolları;
-alqı-satqı və ya mal göndərənin müqaviləsi;
-digər lazım olan texniki və ya normativ sənədlər.
Ekspertiza aparılmasından imtina etməyin digər
səbəbləri bunlar ola bilər:
-malın olmaması, sifarişçiyə onun daxil olan müd-
dətlərinin pozulması;
-ekspertizanın aparılması üçün lazımi şərait olma-
dıqda (iş yerinin, ilin soyuq aylarında isti yerlərin yaradıl-
maması, köməkçi fəhlələrin ayrılmaması, yararsız və ya
istismar müddəti bitmiş ölçü cihazlarının olması);
-malların saxlanılmasının təmin edilməməsi;
-ekspertlərin şəxsi təhlükəsizliyi və təhlükəsizlik
texnikasına əməl olunması.
Bütün göstərilən hallarda ekspert sonrakı sərəncam-
340
ların alınması üçün ekspert təşkilatının uyğun bölmə rəisi-
nə müraciət etməlidir. Əgər rəhbər eksperti-zanın aparıl-
masından imtina edərsə, onda ərizə ləğv edilir, sifarişçiyə
isə ekspert təşkilat məktub formasında arqumentləşdiril-
miş imtina verir. Ekspert qiymətləndirilməsi - əsas
mərhələnin vacib tərkib hissəsidir. Ekspertizanın aparıl-
masında ekspert ekspertizanın keçirilməsi haqqında təli-
mat və başqa normativ sənədləri rəhbər tutur.
Yekun mərhələ. Bu mərhələ əvvəl aparılan işləri
yekunlaşdıran vacib mərhələlərdən biridir. Bu mərhələnin
məqsədi alınan nəticələrin təhlili və qiymətləndirilməsi,
həmçinin onların sənədli tərtibatıdır. Nəticələrin tam, düz-
gün olması, onların arqumentləşdirilməsinin dəqiq yerinə
yetirilməməsi, düzgün aparılan qiymətləndirilməni şübhə
altına ala bilər.
Ekspertizanın nəticələri ekspertiza aktı və ya dequs-
tasiya protokolu, ya da başqa formada tərtib edilə bilər.
Ekspertizanın nəticələrinin sənədləşdirilməsi üçün xüsusi
formalı blanklar tətbiq edilir və onlar ekspert təşkilatının
rəhbərliyi tərəfindən təsdiq edilə bilər. Bundan başqa
blanklar konkret ekspertizanın aparılması üçün işlənib ha-
zırlana bilər. Eləcə də ekspertiza aktlarının sənədləşdiril-
məsini ekspert sərbəst formada seçə bilər, ancaq aktda
ekspertiza obyektinin çeşid, kəmiyyət və keyfiyyət xarak-
teristikaları haqqında bütün lazımi məlumatlar əks olun-
malıdır. Bu məlumatlar yoxlanıla bilən olmalıdırlar, yəni
təkrar ekspertiza təyin ediləndə, müəyyən dərəcəli xətalar-
la olanlar təsdiq olunmalıdır.
341
XV FƏSİL. KEYFİYYƏTƏ NƏZARƏTİN
SƏNƏDLİ VƏ İNFORMASIYA TƏMİNATI
15.1. Keyfiyyət sisteminin normativ-metodiki
təminatı
Keyfiyyət sisteminin, onun elementlərinin, tələbləri,
müddəaları, funksiyalarının bölüşdürülməsi, məsuliyyət,
hüquq və vəzifələrin, bölmələrin qarşılıqlı əlaqələrinin və
s. yaradılması və istifadəsi sistemli idarəetmə prinsiplərinə
və İSO beynəlxalq standartlarına uyğun olaraq sənədləşdi-
rilməlidir. Bu sənədli kompleksin yaradılmasının metodiki
əsasını bazar konsepsiyasının xüsusiyyətlərini əks etdirən
reqlamentləşdirmə (standartlaşdırma, unifikasiya) və plan-
laşdırma təşkil edir. Bu o deməkdir ki, keyfiyyətin yüksəl-
dilməsi və təmin edilməsi sahəsində məqsəd və fəaliyyət
istehlakçıların tələblərinə və bazarın təklifiərinə, həmçinin
bağlanmış kontraktlara uyğun təyin edilir. Bu kontraktlar
bütün icraçıların keyfiyyətin təmin edilməsi sahəsində öz
funksiyalarını dəqiq, texnologiyaya uyğun, səhvsiz yerinə
yetirmələrini tələb edir. Bunun üçün proqramda bu məq-
sədlərə nail olmanın resurs təminatı nəzərdə tutulmalıdır.
Beləliklə, KS-nin normativ-metodiki təminatı müx-
təlif statuslu reqlamentləşdirici sənədlər komplek-sinin ya-
radılmasını tələb edir. Bu kompleksə daxil olan sənədlərin
keyfiyyətinə çox yüksək tələblər qoyulmalıdır. Burada in-
formasiya dəqiq və məntiqi ardıcıllıqla yerləş-dirilməli,
şərh edilən məlumatlar isə qısa, konkret, sadə və dəqiq ol-
malıdır.
Dostları ilə paylaş: |