Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə84/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   94

 
 
338 
 
Hazırlıq mərhələsində ekspert sifarişçisi borcludur: 
-ekspertizada  iştirak  etmək  üçün  ƏE-də  səlahiyyətli 
və  ekspertiza-aktını  təsdiqləyən  hissəsinin  imzalanması 
üçün öz nümayəndələrini (2 nəfərdən az olmamaqla) seç-
məlidir; 
  -əgər mal gömrük və ya karantin xidmətləri tərəfin-
dən nəzərdən keçirilməlidirsə, onda onların iştirakı, lazım 
olduqda isə istehlakçı və ya mal göndərənin nümayəndələ-
ri olmalıdır; 
  - lazım olduqda ekspert xarici görünüşün tərtibatını 
yoxlamalı,  tanış  olmalı,  nümunəni-etalonu  təqdim  etmə-
lidir; ekspert üçün iş yeri və ƏE üçün lazım olan vasitələri 
hazırlamaq (normativ və texniki sənədlər, avadanlıq, düz-
gün işləyən və etibarlı ölçü vasitələri və s.); 
-  malı  ekspertizaya  hazırlamaq  (məsələn,  partiyalara 
ayırmaq,  lazım  olduqda  çeşidlərə,  ölçülərə  əsasən  yerdə-
yişmə aparmaq); 
- mala düzgün yanaşmanı təşkil etmək; 
-ekspert qiymətləndirilməsinin gedişinə kömək məq-
sədilə  köməkçi  işçiləri  seçmək  (malların  yerləşməsi,  ye-
şiklərin açılması, seçmələrin aparılması və s.); 
-ekspertizanın  aparılmasında  və  ekspertin  şəxsi  təh-
lükəsizliyinin təmin edilməsi üçün təhlükəsizlik texnikası-
na riayət olunmasını təmin etmək. 
Hazırlıq  mərhələsində  ekspert  normativ  sənədlərlə 
tanış olmalıdır (standartlarla, mal qablaşdırmaları ilə, təli-
matlarla və s.) və uyğun ekspertiza həyata keçirməlidir. 
Əsas mərhələ. Əsas mərhələnin başlanğıcı ekspertin 
ekspertiza yerinə gəlməsini və ya ekspertiza olunan malın 
qiymətləndirilməsi üçün işçi qrupunun  yığılmasını (məsə-
lən, dequstasiya və ya yeni malların ekspertizası üçün) he-


 
 
339 
 
sab  etmək  olar.  Kəmiyyətcə  və  keyfiyyətcə  əmtəə-mal 
ekspertizası  üçün  sifarişçi  ekspertə  aşağıdakı  sənədləri 
təqdim etməlidir
  -  əgər  ekspertin  çağırışı  telefonoqramla  həyata  ke-
çirilibsə, yazılı  ərizəsi; 
  - mal-qoşma sənədlərini, mal-nəqliyyat fakturaları-
nı, sertifikatlarını, keyfiyyət haqqında şəhadətnaməni, fak-
tura  hesablarını  və  əmtəə-mal  ekspertizasına  məruz  qalan 
mal haqqında informasiyanı daşıyan digər sənədləri
  -əgər  o  çağırılıbsa,  sifarişçinin  çağırışının  təsdiq-
lənmiş surətini
  -qəbul  aktları,  mal  göndərənlə  mal  alan  arasında 
fikir ayrılığı aktını (yaranmış ziddiyyətlər əsasında ekspert 
çağırıldıqda lazım olur), ilkin ekspertiza aktları (təkrar və 
ya  yoxlama  ƏE  aparıldıqda),  kommersiya  aktları,  nümu-
nələrin  seçilməsi  aktları.  Mal  nümunələri  sınaqlarının 
nəticələri və ya protokolları; 
-alqı-satqı və ya mal göndərənin müqaviləsi; 
-digər lazım olan texniki və ya normativ sənədlər. 
Ekspertiza  aparılmasından  imtina  etməyin  digər 
səbəbləri bunlar ola bilər: 
-malın  olmaması,  sifarişçiyə  onun  daxil  olan  müd-
dətlərinin pozulması; 
  -ekspertizanın  aparılması  üçün  lazımi  şərait  olma-
dıqda (iş yerinin, ilin soyuq aylarında isti yerlərin yaradıl-
maması,  köməkçi  fəhlələrin  ayrılmaması,  yararsız  və  ya 
istismar müddəti bitmiş ölçü cihazlarının olması); 
  -malların saxlanılmasının təmin edilməməsi
  -ekspertlərin  şəxsi  təhlükəsizliyi  və  təhlükəsizlik 
texnikasına əməl olunması. 
Bütün  göstərilən hallarda  ekspert sonrakı sərəncam-


 
 
340 
 
ların alınması üçün ekspert təşkilatının uyğun bölmə rəisi-
nə  müraciət  etməlidir.  Əgər  rəhbər  eksperti-zanın  aparıl-
masından imtina edərsə, onda ərizə ləğv edilir, sifarişçiyə 
isə  ekspert  təşkilat  məktub  formasında  arqumentləşdiril-
miş  imtina  verir.  Ekspert  qiymətləndirilməsi  -  əsas 
mərhələnin  vacib  tərkib  hissəsidir.  Ekspertizanın  aparıl-
masında  ekspert  ekspertizanın  keçirilməsi  haqqında  təli-
mat və başqa normativ sənədləri rəhbər tutur. 
  Yekun  mərhələ.  Bu  mərhələ  əvvəl  aparılan  işləri 
yekunlaşdıran vacib  mərhələlərdən biridir. Bu mərhələnin 
məqsədi  alınan  nəticələrin  təhlili  və  qiymətləndirilməsi, 
həmçinin onların sənədli tərtibatıdır. Nəticələrin tam, düz-
gün  olması,  onların  arqumentləşdirilməsinin  dəqiq  yerinə 
yetirilməməsi,  düzgün  aparılan  qiymətləndirilməni  şübhə 
altına ala bilər. 
Ekspertizanın nəticələri ekspertiza aktı və  ya dequs-
tasiya  protokolu,  ya  da  başqa  formada  tərtib  edilə  bilər. 
Ekspertizanın  nəticələrinin  sənədləşdirilməsi  üçün  xüsusi 
formalı blanklar tətbiq edilir  və onlar ekspert təşkilatının 
rəhbərliyi  tərəfindən  təsdiq  edilə  bilər.  Bundan  başqa 
blanklar konkret ekspertizanın aparılması üçün işlənib ha-
zırlana  bilər.  Eləcə  də  ekspertiza  aktlarının  sənədləşdiril-
məsini  ekspert  sərbəst  formada  seçə  bilər,  ancaq  aktda 
ekspertiza obyektinin çeşid, kəmiyyət və keyfiyyət xarak-
teristikaları  haqqında  bütün  lazımi  məlumatlar  əks  olun-
malıdır.  Bu  məlumatlar  yoxlanıla  bilən  olmalıdırlar,  yəni 
təkrar ekspertiza təyin ediləndə, müəyyən dərəcəli xətalar-
la olanlar təsdiq olunmalıdır. 
 
 


 
 
341 
 
XV FƏSİL. KEYFİYYƏTƏ NƏZARƏTİN 
SƏNƏDLİ VƏ  İNFORMASIYA TƏMİNATI 
 
15.1. Keyfiyyət sisteminin normativ-metodiki 
təminatı 
 Keyfiyyət sisteminin, onun elementlərinin, tələbləri, 
müddəaları,  funksiyalarının  bölüşdürülməsi,  məsuliyyət, 
hüquq və vəzifələrin, bölmələrin qarşılıqlı əlaqələrinin və 
s. yaradılması və istifadəsi sistemli idarəetmə prinsiplərinə 
və İSO beynəlxalq standartlarına uyğun olaraq sənədləşdi-
rilməlidir. Bu sənədli kompleksin yaradılmasının metodiki 
əsasını bazar  konsepsiyasının xüsusiyyətlərini əks etdirən 
reqlamentləşdirmə (standartlaşdırma, unifikasiya) və plan-
laşdırma təşkil edir. Bu o deməkdir ki, keyfiyyətin yüksəl-
dilməsi  və  təmin  edilməsi  sahəsində  məqsəd  və  fəaliyyət 
istehlakçıların tələblərinə və bazarın təklifiərinə, həmçinin 
bağlanmış  kontraktlara  uyğun  təyin  edilir.  Bu  kontraktlar 
bütün icraçıların keyfiyyətin təmin edilməsi  sahəsində  öz 
funksiyalarını dəqiq, texnologiyaya uyğun, səhvsiz  yerinə 
yetirmələrini  tələb  edir.  Bunun  üçün  proqramda  bu  məq-
sədlərə nail olmanın resurs təminatı nəzərdə tutulmalıdır. 
Beləliklə,  KS-nin  normativ-metodiki  təminatı  müx-
təlif statuslu reqlamentləşdirici sənədlər komplek-sinin ya-
radılmasını tələb edir. Bu kompleksə daxil olan sənədlərin 
keyfiyyətinə çox yüksək tələblər qoyulmalıdır. Burada in-
formasiya  dəqiq  və  məntiqi  ardıcıllıqla  yerləş-dirilməli, 
şərh edilən məlumatlar isə qısa, konkret, sadə və dəqiq ol-
malıdır. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə