333
saxlanılması zamanı taranın kütləsi dəyişə bilər. Ən çox
kəmiyyət dəyişmələri taxta, karton və kağız taralar üçün,
ən
az metal, şüşə və polimer taralar üçün xarakterikdir.
Zərərli qablarda olan malların ekspertizası zamanı
keyfiyyət və kəmiyyət ayrıca qiymətləndirilməlidir. Kə-
miyyət ekspertizası zamanı ekspert göstərməlidir ki, zədəli
mal qabın kütləsinə necə təsir edib, onun səbəbini, nəticə-
ni akta qeyd etməlidir. Bundan əlavə malların oğurlanması
nəticəsində qablar zədələnə bilər. Beləliklə, məlum olur
ki, zədələnmələrin səbəbləri, hər şeydən əvvəl subyektiv
xarakter daşıyır.
Malların müxtəlif kəmiyyət xarakteristikalarının
müəyyən edilməsi üçün aşağıdakı ölçü metodlarından isti-
fadə edilir: birbaşa və bilavasitə.
Birbaşa ölçü metodları - malların kəmiyyətini vasitə-
siz və ya müqayisəli qiymətləndirmə metodlarıdır. Malın
kəmiyyətə görə qəbulu zamanı çəkmə, uzunluğunun, həc-
minin ölçülməsi və digər göstəricilər birbaşa metodlara
aiddir. Ölçməyə başlamazdan əvvəl ekspert göstərilən
ölçü cihazlarının təsdiqləmə vasitələrinin olmasını yoxla-
malıdır.
Bilavasitə ölçmə metodları - malların kəmiyyət xa-
rakteristikaları göstəricilərinin vasitəli, əsasən hesablama
yolu ilə müəyyən edilməsi metodudur. Bu metod birbaşa
ölçü metodundan istifadə mümkün olmadıqda tətbiq edilir.
Bilavasitə ölçü metodları birbaşa ölçü metodlarını ancaq
tamamlayır.
Hesablama metodlarının düzgün aparılmasına bax-
mayaraq, birbaşa ölçmələrdə buraxılan səhvlər bilavasitə
ölçmə metodlarından alınan nəticələrə təsir göstərəcək.
334
Keyfiyyət ekspertizası malın bütün normativ tələblə-
rə uyğunluğunun ekspert tərəfindən qiymətlən-dirilməsi-
dir. Bu ekspertiza malın təhvil-təslim, uzun müddət ərzin-
də qalması və ya hər hansı bir qüsurun aşkar olunması za-
manı aparılır.
Təyinatından asılı olaraq keyfiyyət ekspertizası 5
növə bölünür:
-
keyfiyyətinə görə qəbul ekspertizası;
-
səlahiyyətə (komponentliyə)
görə ekspertiza;
-
yeni malların ekspertizası;
-
malların dequstasiyası;
-
müqavilə üzrə ekspertiza.
Keyfiyyətə görə qəbul ekspertizası - qəbul zamanı
nəticələrin düzgünlüyünün təsdiq edilməsi üçün ekspertlə-
rin apardığı keyfiyyət qiymətləndirilməsidir.
Aşağıdakı hallarda ekspertizanı aparmaq labüddür:
- əgər mal göndərənlə mal qəbul edənin arasında zid-
diyyət varsa;
- malın keyfiyyətinin sənədlərdə göndərilənlərdən
fərqi varsa;
- qablaşdırmanın düzgün olmaması
aşkar olunarsa;
- daşınma və saxlanma zamanı keyfiyyət itkiləri aş-
kar olunarsa, bu ekspertizanın aparmaq labüddür və onları
əsas hesab etmək olar.
Kəmiyyət ekspertizasından fərqli olaraq keyfiyyət
ekspertizasının geniş normativ bazası var. Standartlar, tex-
niki şərtlər, təlimatlar, kodekslər və s. Sanitar-gigiyenik
ekspertiza - əmtəə ekspertizasının mühüm növlərindən biri
olub, onun əsas məqsədi istehlakçılar üçün malların təhlü-
kəsizliyinin təsdiq edilməsidir. Sanitar-gigiyenik eksperti-