333
saxlanılması zamanı taranın kütləsi dəyişə bilər. Ən çox
kəmiyyət dəyişmələri taxta, karton və kağız taralar üçün,
ən az metal, şüşə və polimer taralar üçün xarakterikdir.
Zərərli qablarda olan malların ekspertizası zamanı
keyfiyyət və kəmiyyət ayrıca qiymətləndirilməlidir. Kə-
miyyət ekspertizası zamanı ekspert göstərməlidir ki, zədəli
mal qabın kütləsinə necə təsir edib, onun səbəbini, nəticə-
ni akta qeyd etməlidir. Bundan əlavə malların oğurlanması
nəticəsində qablar zədələnə bilər. Beləliklə, məlum olur
ki, zədələnmələrin səbəbləri, hər şeydən əvvəl subyektiv
xarakter daşıyır.
Malların müxtəlif kəmiyyət xarakteristikalarının
müəyyən edilməsi üçün aşağıdakı ölçü metodlarından isti-
fadə edilir: birbaşa və bilavasitə.
Birbaşa ölçü metodları - malların kəmiyyətini vasitə-
siz və ya müqayisəli qiymətləndirmə metodlarıdır. Malın
kəmiyyətə görə qəbulu zamanı çəkmə, uzunluğunun, həc-
minin ölçülməsi və digər göstəricilər birbaşa metodlara
aiddir. Ölçməyə başlamazdan əvvəl ekspert göstərilən
ölçü cihazlarının təsdiqləmə vasitələrinin olmasını yoxla-
malıdır.
Bilavasitə ölçmə metodları - malların kəmiyyət xa-
rakteristikaları göstəricilərinin vasitəli, əsasən hesablama
yolu ilə müəyyən edilməsi metodudur. Bu metod birbaşa
ölçü metodundan istifadə mümkün olmadıqda tətbiq edilir.
Bilavasitə ölçü metodları birbaşa ölçü metodlarını ancaq
tamamlayır.
Hesablama metodlarının düzgün aparılmasına bax-
mayaraq, birbaşa ölçmələrdə buraxılan səhvlər bilavasitə
ölçmə metodlarından alınan nəticələrə təsir göstərəcək.
334
Keyfiyyət ekspertizası malın bütün normativ tələblə-
rə uyğunluğunun ekspert tərəfindən qiymətlən-dirilməsi-
dir. Bu ekspertiza malın təhvil-təslim, uzun müddət ərzin-
də qalması və ya hər hansı bir qüsurun aşkar olunması za-
manı aparılır.
Təyinatından asılı olaraq keyfiyyət ekspertizası 5
növə bölünür:
-
keyfiyyətinə görə qəbul ekspertizası;
-
səlahiyyətə (komponentliyə) görə ekspertiza;
-
yeni malların ekspertizası;
-
malların dequstasiyası;
-
müqavilə üzrə ekspertiza.
Keyfiyyətə görə qəbul ekspertizası - qəbul zamanı
nəticələrin düzgünlüyünün təsdiq edilməsi üçün ekspertlə-
rin apardığı keyfiyyət qiymətləndirilməsidir.
Aşağıdakı hallarda ekspertizanı aparmaq labüddür:
- əgər mal göndərənlə mal qəbul edənin arasında zid-
diyyət varsa;
- malın keyfiyyətinin sənədlərdə göndərilənlərdən
fərqi varsa;
- qablaşdırmanın düzgün olmaması aşkar olunarsa;
- daşınma və saxlanma zamanı keyfiyyət itkiləri aş-
kar olunarsa, bu ekspertizanın aparmaq labüddür və onları
əsas hesab etmək olar.
Kəmiyyət ekspertizasından fərqli olaraq keyfiyyət
ekspertizasının geniş normativ bazası var. Standartlar, tex-
niki şərtlər, təlimatlar, kodekslər və s. Sanitar-gigiyenik
ekspertiza - əmtəə ekspertizasının mühüm növlərindən biri
olub, onun əsas məqsədi istehlakçılar üçün malların təhlü-
kəsizliyinin təsdiq edilməsidir. Sanitar-gigiyenik eksperti-
335
zanın (bundan sonra sanekspertiza) obyektləri mallar
(məhsul), xidmətlər, proseslər, həmçinin malın bütün «hə-
yat dövrü» müddətində təhlükəsizliyini təmin edən amil-
dir. Bu halda Sanekspertizanın obyektləri texnoloji və ti-
carət avadanlıqlarının, nəqliyyat vasitələrinin, istehlak və
xidmətedici personalı daxil etməklə xammal, istehsalın,
saxlanılmanın, nəql edilmənin, realizasiyanın texnoloji
prosesləridir.
İdxal olunan istehlak malları sanitar qaydalara və in-
san üçün təhlükəsizliyin beynəlxalq tələblərinə uyğun gəl-
məlidir. Qanunda sanitar-epidemioloji təhlükəsizlik üzrə
sanitar-gigiyenik ekspertizalar və məsləhətlərin aparılması
ətraflı verilmişdir.
Həmçinin ekspertlər gigiyenik ekspertiza apararkən
dövlət sanitar-epidemioloji normalaşdırma nizamnaməsi
və dövlət sanitar- epidemioloji xidmət nizamnaməsini rəh-
bər tutmalıdırlar. Gigiyenik ekspertizanın normativ bazası
sanitar qaydalar və normalarla, onlar da öz növbəsində
dövlət
sanepidem
nəzarətinin nizamnaməsi ilə təsdiq olun-
muşdur.
Sanitar-gigiyenik ekspertizanın nəzəri və təcrübi
mahiyyətini daha dərindən araşdırmaq üçün bu prosesin
sistemli şəkildə təsnifatının verilməsi xüsusi əhəmiyyət
kəsb edir. Sanitar-gigiyenik ekspertizanın təsnifatı şəkil
14.7-də daha əyani şəkildə verilmişdir.
336
Şəkil 14.7. Sanitar-gigiyenik ekspertizanın
təsnifatı
Sanitar-gigiyenik ekspertiza
Ekspertiza obyektləri
Xammal
məhsulu
Texnoloji
proseslərin
mərhələlər
i
İstehsal və
xidmət
işçiləri
Qablaş-
dırma
Bitki
xammalı
Gigiyenik
Fitosanitar
Texnoloji
Tibbi
Ekspertiza obyektləri
337
14.5. Malların ekspertizasının aparılması
qaydaları
Əmtəə-mal ekspertizasının düzgün aparılması etibar-
lı və obyektiv nəticənin alınmasında vacib rol oynayır.
Əmtəə-mal ekspertizası 3 mərhələdə başa çatdırılır: hazır-
lıq, əsas və yekun.
Ekspert təşkilatları ayrı-ayrı təşkilatların əmtəə-mal
ekspertizası üzrə xidmətlərini aşağıdakı kimi aparır:
o
müəyyən edilmiş formalı müqavilələr;
o
sifarişçinin ekspertizaların aparılmasına göstərilən
xidmətlərə görə xərclərin ödənilməsi zəmanəti ilə uzun-
müddətli yazılı ərizəsinin olması.
Ekspertizanın hazırlıq mərhələsinə əmtəə-mal eks-
pertizanın aparılması üçün sifarişçi tərəfindən tərtib olu-
nan ərizə və qaimə daxildir.
Ekspertiza aparılmasına dair ərizə mal göndərən, mal
alan, nəqliyyat təşkilatı tərəfindən verilə bilər və ya müəy-
yən mal partiyası üzrə iddianı nəzərdən keçirən iqtisad
məhkəməsinin qərarı ilə təyin edilə bilər. Ərizədə malı,
həmçinin istehlakçıları, mal göndərənləri, mah alanları,
vasitəçiləri, göndərilmə və qəbulolma tarixləri, malqoşma
sənədlərinin nömrələrini düzgün identifikasiya etməyə im-
kan verən lazımi məlumatlar olmalıdır. Bundan başqa, si-
farişçi ekspert qarşısında qoyulan məqsəd və vəzifələri
müəyyən etməlidir.
Hazırlıq mərhələsində ekspertlə ekspertiza sifarişçisi
arasında münasibətlər müəyyənləşir. Eksper-tizanın apa-
rılması üçün ekspert sifarişçi ilə əlaqə yaradıb, ekspertiza-
nın vaxtını müəyyən etməlidir. Sifarişçidə telefonun olma-
ması halında, digər rabitə formaları istifadə edilir (poçt və
teleqraf, fakslar və s.).
Dostları ilə paylaş: |