______________Milli Kitabxana_____________
223
dövlət qurumuna çevrilmişdi və ona hökmdar başçılıq edirdi.
Lullubilər Assuriyanın Nuzi şəhərində də məskunlaşmış və
yerli hürri tayfası ilə yaxın əlaqədə olmuşlar. Bu şəhərdə həm
lullubi, həm də hürri qullarının əməyindən istifadə olunurdu.
Azad lullubilər muzdlu döyüşçü kimi orduda xidmət
edirdilər.
Hürrilər onları nullu (nullahhi), yəni yadelli adlandırırdılar.
Lullubilərin döyüş məharəti qonşularda vahimə yaradırdı. Bəzən
urartulular lullubi etnik adını “düşmən” mənasında işlədirdilər.
Kuti (yaxud Quti) dövlət qurumu. Urmiya gölündən qərbdə
və cənub-qərbdə Kuti tayfa birliyi yaşamışdır. E.ə. III minilliyin
ikinci yarısında Kuti (yaxud Kutium) dövlət qurumu yaranmışdır.
E.ə. XXII əsrin əvvəlində kutilər Akkad dövlətini süquta
uğratmışlar. Bu zaman Kuti dövlətinin sərhədləri şimalda Urmiya
gölünün qərbindən cənubda İran körfəzinə qədər uzanmışdır.
Kutilər Şumer və Akkadda mövcud olan idarə sistemini
saxlamışlar. Ölkə canişinlər vasitəsi ilə idarə edilirdi. Kutilərə
tabe olan Şumer şəhər hakimləri ensi rütbəsini saxlamışdılar.
Kuti hökmdarlarının şərəfinə yazılmış qısa mətnli kitabələr
akkad dilində tərtib olunurdu. Kutilərin hakimiyyəti illərində
Mesopotamiyada şəhərlərarası toqquşmalara son qoyulmuşdur.
Yuxarı dənizdən (Urmiya gölü), Aşağı dənizə (İran körfəzi) qədər
uzanan ticarət yollarında
əmin-amanlıq yaranmışdır.
Mesopotamiyaya xarici hücumların arası kəsilmiş, Urmiya gölü
hövzəsi ilə dinc əlaqələr yaranmışdır. Şumer və Akkad gəncləri
kuti qoşunlarına xidmətə cəlb olunmuşlar.
Kutilər Mesopotamiya (İkiçayarası) mədəniyyətinə cəlb
olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi
yazılar ilə tərtib olunurdu.
Kutilər Ay allahına, məhəbbət, bərəkət və məhsuldarlıq
ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə ənənəvi məbəd
tikintisini davam etdirir, yaxud sökülmüş məbədləri bərpa
edirdilər. Kutilər və onların hökmdarları türk mənşəli idilər.
E.ə. III minilliyin sonunda Kuti və Lullubi dövlətləri xırda
vilayətlərə parçalandılar.
E.ə. III minillikdə Mesopotamiyada əvvəl Şumer şəhər-
______________Milli Kitabxana_____________
224
dövlətləri, sonra da Akkad dövləti mövcud olmuşdur. Bu dövrdə
qədim Azərbaycanın ərazisində yaranmış dövlət qurumları daha
çox Mesopotamiya dövlətləri ilə hərbi münaqişələrə girməli
olurdular. “En-Merkar və Aratta hökmdarı” dastanına görə Aratta
ilə Şumer arasında münasibətlər tez-tez dəyişir, gah düşmənçiliyə,
gah dostluğa çevrilirdi. verilmişdir.
E.ə. XXVIII-XXVII əsrlərdə Şumerdə Uruk şəhər-dövləti
yüksək inkişaf mərhələsinə çatmışdır.
Lullubi hökmdarları Akkada qarşı döyüşlər aparmışlar.
Şumer
şəhər-dövlətləri Akkadın hakimiyyəti altında
birləşdirilmişdir. Odur ki, lullubilər Akkad müdaxiləsinin qarşısını
almaq üçün Mesopotamiyaya hücumlar etmiş, geniş ərazidə ağalıq
uğrunda mübarizə aparmışlar. Akkad dövlətinin işğalçı siyasətinə
qarşı hərbi ittifaqlar yaranmışdır.
İşğalçılara qarşı uğurlu mübarizə aparmaq üçün Lullubi
ərazisindəki xırda dövlət qurumlarını birləşdirmək lazım idi.
E.ə. XXIII əsrin sonu-XXII əsrin əvvəlində Urmiya
gölündən cənubda güclü Lullubi dövləti yaradılmışdır.
Hökmdar Anubanininin dövründə dövlət daha da
qüvvətlənmişdir. Anııbanininin uğurları “Daş sütun” üzərində
mixi yazılarla həkk olunmuşdur. Anubanini böyük dövlət
yaratmışdı. Bu dövlət Urmiya gölünün cənub və cənub-şərq
bölgələrini əhatə edirdi.
Urmiya gölü yaxınlığında dövlət yaratmış kutilər də
Mesopotamiyada baş verən hadisələrə qarışırdılar. Onlar daha çox
Akkad ilə hərbi münaqişələrə girirdilər. Kutilər Şumer şəhərləri
ilə müttəfiqlik edir, bəzən də onların köməyinə gəlirdilər. Akkad
hökmdarı Naram-Suen kuti tayfalarına qarşı düşmənçilik siyasəti
aparırdı.
Kuti hökmdarları Mesopotamiyaya yürüşlər edirdilər. E.ə.
XX əsrin əvvəlində kutilərin hökmdarı Yarlaçaş Mesopotamiyaya
hücum edib Akkad dövlətinə süquta yetirdi. Mesopotamiya 100
ilə yaxın kutilərin hakimiyyəti altında qaldı.
Mesopotamiyada sonuncu Kuti hökmdarı Tirikana qarşı
Uruk şəhərində qiyam olmuşdur. Tirikan döyüşdə əsir düşdü. E.ə.
XXII əsrin sonunda Mesopotamiyada kutilərin hakimiyyətinə son
______________Milli Kitabxana_____________
225
qoyuldu. E.ə. III minilliyin sonunda Kuti dövləti tədricən
zəifləmiş və siyasi qurum kimi süqut etmişdir.
Mesopotamiyada kutilərin hakimiyyəti tənəzzülə uğradıqdan
sonra burada III Ur Şumer sülaləsinin hökmdarlığı bərqərar oldu.
Bu sülalənin hökmdarları Lullubilər ölkəsinə və qonşu ərazilərə
dəfələrlə dağıdıcı yürüşlər etmişlər. Kutilərin cənub torpaqları bu
sülalənin siyasi təsiri altına düşmüşdür. Ur hakimlərindən biri
“Kutium canişini” və “Su ölkəsinin hökmdarı” rütbəsini daşıyırdı.
Lakin e.ə. 2003-cü ildə su tayfaları Elam ilə birlikdə III Ur
sülaləsini devirdilər. Su ölkəsi müstəqil oldu. Turukki və su
tayfaları Mesopotamiyada baş verən hadisələrə qarışmağa
başladılar.
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar. Onlar
Kuti və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət
qurumları süquta uğradıqdan sonra turukki tayfaları
müstəqil siyasət yürüdürdülər. Həmin tayfalar Zaqros dağ
keçidləri vasitəsilə Mesopotamiyaya daxil olmuşlar.
Aşağı Zab çayının (Dəclə çayının qolu) yuxarı axarında
yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər və turukkilər) burada
yaşayan tayfalarla ünsiyyətə girərək, həmin torpaqlarda
məskunlaşmışlar. Lakin Mesopotamiyanın şimalında yaranmış
Assuriya dövləti bu ərazini işğal etmək istəyirdi. Turukkilər
müqavimət göstərərək öz torpaqlarını müdafiə etdilər, əks-hücuma
keçib assuriyalıların nəzarəti altında olan Şuşarra vilayətini
tutdular.
E.ə. II minilliyin əvvəllərində Azərbaycan tayfalarını ayrı-
ayrı başçılar, yaxud xırda hökmdarlar idarə edirdilər. Bu dövrdə
kuti, lullubi və turukkilərin tayfa birliyi yaranmışdı. Onların ardı-
arası kəsilməyən hərbi təzyiqi Assuriya dövlətini zəiflətmişdi.
Babilistan hökmdarı Hammurapi (e.ə. 1792-I750) təhlükəni öz
ölkəsindən sovuşdurmaq üçün Mesopotamiyanın şimalında baş
verən hadisələrə qarışmalı oldu və həmin tayfalara qalib gəldi.
Buna baxmayaraq, turukkilər tədricən Babilistan ərazisində də
məskunlaşdılar. Qədim Babilistan sənədlərində burada yaşayan
tayfalar arasında turukkilərin də adı çəkilir.
E.ə. XIV əsrin sonundan Assuriyanın qüdrəti yenidən artdı.
Dostları ilə paylaş: |