Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə2/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   111

______________Milli Kitabxana_____________ 

 

4



elm kimi XX əsrin  əvvəllərində meydana gəlmişdir. Onun 

yaranmasında ABŞ alimi Lesli Uayt (1900-1975) xüsusi rol 

oynamışdır. Lesli Uayt öz nəzəriyyəsini "Kulturologiya" 

adlandırmışdır. Lesli Uaytın bu elmi tədqiqatı "insan və 

mədəniyyət" anlayışlarını  əhatə etdiyindən kulturologiya dünya 

elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir. 

Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi 

aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. 

Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud 

bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil 

edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o, 

mədəniyyətləri və sivilizasiyaları  dərindən və  hərtərəfli  şəkildə 

öyrənir, onun məzmun və mahiyyətini üzə  çıxarır, hansı 

səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir. 

Kulturologiya dünyada gedən prosesləri, həm də xalqımızın 

mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf 

etdirilməsini və  gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir 

vəzifə kimi qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların 

biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, ətraf 

mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf 

meyllərini öyrənir. Bu baxımdan informasiya-kommunikasiya və 

rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş 

ölkələrdəki mədəniyyət sənayesinin təşəkkülü kulturoloji 

prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən bu 

tendensiyalardan baş  çıxara bilən kulturoloq kadrların 

hazırlanması ölkəmiz üçün böyük aktuallıq kəsb edir. 

Mədəniyyət insanın ictimai şüuru və yaradıcılığı  əsasında 

formalaşan bir anlam olsa da o, həm də  hər bir yaradıcı  fərdin 

meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima 

təkrarlanan mənəvi mühitidir. Bu mühit həm yaradıcılığa həm də 

milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə 

zəngindir. Məhz bu zənginliklər “mədəniyyətşünaslıq” və ya 

“kulturologiya” kimi anlamların yaranmasına, onların ictimai 

şüurda möhkəm yer tutmasına şərait yaradır. 

İctimai-siyasi quruluşların xüsusiyyətlərindən asılı olaraq 

mədəniyyət və kulturologiya anlayışlarına müxtəlif mövqelərdən 




______________Milli Kitabxana_____________ 

 

5



yanaşılmışdır. XX əsrin  əvvəllərində yaşamış türk alimi Ziya 

Göyalpa görə “kültürlə  mədəniyyət” bir-biri ilə  fərqlənən 

anlayışlardandır. Ziya Göyalpın fikrincə “kültür milli olduğu 

halda, mədəniyyət uluslararasıdır-beynəlmiləldir. Kültür yalnız bir 

millətin din, əxlaq, hüquq, ağıl, estetik, dil, iqtisadiyyat və texnika 

ilə bağlı yaşayışlarının uyumlu-ahəngdar bir bütünüdür. 

Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlərin 

toplumsal ictimai həyatlarının ortaq bir bütünüdür...”

1

 

Kulturologiya insanşünaslığa xidmət edən və qloballaşan 



dünyada cəmiyyətimizin gələcək inkişafı üçün son dərəcə aktual 

olan elmlərdən ən vacibidir. Bu elm bəşəriyyətin min illərlə yığıb 

saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək nəsillərə 

çatdırdığı  mənəvi sərvətlərin və  dəyərlərin öyrənilməsi və 

mənimsənilməsi üsulları haqqında bir elm olub, bu mənəvi 

dəyərlərin quruluşu, ondan istifadə olunması, inkişafı, fəaliyyəti 

və s. məsələləri öyrənir. Bu gün insan tərəfindən mədəniyyət 

fenomeninin kəşfi, onun mexanizminin açılması, cəmiyyətin 

intellektual səviyyəsinin yüksəldilməsini tələb edir. Bu həm də 

insanın özünün cəmiyyətdəki yerinin və rolunun müəyyən 

edilməsinə, bir mədəniyyətin digərindən fərqlənməsinə kömək 

edir. Kulturologiya insanın mənəvi aləmini, şəxsiyyətin müəyyən 

sosio-kultur rolunu, insanın mədəni təkmilləşməsi, həyat tərzini, 

mentalitetini, əxlaqi-mənəvi keyfiyyətlərini və dəyərlərini, insanla 

elmin qarşılıqlı münasibətini və s. öyrənir. Bu mənada qloballaşan 

dünyada kulturologiya Azərbaycan cəmiyyəti üçün olduqca zəruri 

bir elmdir. Bu elm mövcud cəmiyyətdə yeridilən mədəniyyət 

siyasətinin  əsas prioritetlərini müəyyən edir. Mədəniyyət üçün 

prioritet olan kulturologiya sahəsi bu gün bəşəriyyətin min illərlə 

yığıb saxladığı, zənginləşdirdiyi və  gələcək nəsillərə layiqli 

səviyyədə çatdırdığı  mənəvi sərvətlər toplusudur ki, bu toplunu 

qorumağa isə biz hamımız borcluyuq. 

                                                 

1

 



Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, “Maarif”, 1991, s. 40. 

 



______________Milli Kitabxana_____________ 

 

6



İBTİDAİ DÖVRÜN MƏDƏNİYYƏTİ  

Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı 

zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan 

maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və 

tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi 

mənbələr  əsasən yaşayış yerlərindən və  qəbir abidələrindən  əldə 

edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil 

lövhələr, papirus və s. əşyalar üzərindədir. 

Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, 

qayaüstü təsvirlər və s.) və  tədqiqat nəticəsində  əldə edilmiş 

materiallar (əmək alətləri, silahlar, bəzək  əşyaları  və s.) qədim 

keçmişi öyrənmək üçün son dərəcə  əhəmiyyətli tarixi-kulturoloji 

mənbələrdir. Bu abidələr vasitəsilə qədim insanların yaşayış tərzi, 

istifadə etdikləri  əmək alətləri, adət-ənənələri, dini görüşləri 

haqqında məlumatlar  əldə edilir, onların davranış  və  məişət 

həyatı, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan 

öyrənilir və tədqiqat obyektinə çevrilir. 

Müxtəlif tipli qəbir abidələri-daş qutu qəbirlər,  torpaq 

qəbirlər, kurqanlar,  küp qəbirlər, taxta qutu, katakomba və 

onlardan əldə edilmiş materiallar qədim insanların adət-ənənələri, 

dünyagörüşləri, dini inancları  və s. haqqında geniş kulturoloji 

məlumatlar verir. 

Qəbir abidələri insanlar arasında müxtəlif dəfn 

mərasimlərinin mövcud olduğunu göstərir. Mərhumun qırmızı 

oxra ilə boyanması, parçalanaraq, yandırılaraq dəfn edilməsi 

adətləri olmuşdur. Dəfn adətləri və  qəbir avadanlıqları  qədim 

insanların axirət dünyasına inamlarının olduğunu göstərir. 

Təqribən beş min il bundan əvvəl bəzi xalqlarda yazı 

meydana gəlmişdir. Papirus, gil lövhələr, ağac, daş, dəri, parça, 

kağız və s. üzərində yazılı tarixi mənbələr dövrümüzə qədər gəlib 

çıxmışdır. Hələ  qədimdə  əl ilə kitablar yazılmışdı.  İsgəndəriyyə 

kitabxanasında 700 min cild əlyazmasında kitab olmuşdur. İndiyə 

qədər qalmış yazıların çoxu oxunmuşdur, lakin hələ də alimlərin 

oxuya bilmədiyi bəzi yazılı mənbələr var. Alimlər bu yazılı tarixi 

mənbələr (sənədlər) əsasında tarixi-kulturoloji biliklər əldə edirlər. 

Qədim Şərq ölkələri geniş coğrafi ərazidə təmsil olunmuşdu. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə