Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə9/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   111

______________Milli Kitabxana_____________ 

 25


Bastda - pişik və s. fetiş hesab olunurdu. Qədim Roma miflərində 

canavarlar («Roma dişi canavarı»), ağacdələnlər və digər canlı 

varlıqlar haqqında danışılırdı. Onlar İtaliya yarımadasında 

yaşayan qəbilələrə düşmənə qalib gəlmək, qəhrəmanlıq 

göstərmək, gələcəyi görmək və s.-də kömək edirdi. Mədəniyyət 

tarixinin bir çox səhifələri fetişizmlə  əlaqədardır, lakin onlardan 

biri müasir insana olduqca amansız və  qəbuledilməz  şəkildə 

görünür. Söhbət kannibalizmdən (adam yeməkdən) gedir. 

Kannibalizm çox qədim tarixə malikdir. Əcdadlarımız olan 

neandertallar adamyeyənlər idi. Homo sapiyens 40 min əvvəl 

planetdə adamyeyən kimi peyda oldu. Sonralar insan mədəniyyəti 

qəti imperativ ilə adam yeməyi qadağan etdi. Sonra qan 

qarışdırmaya (yaxınlarla evlənmə) qadağa qoyuldu. İkinci qadağa 

daha universal idi və insan cəmiyyətində ciddi şəkildə qorunmağa 

başladı. Bu tabu (qadağa) kannibalizmdən daha qədimdir. «Tabu» 

ibtidai mədəniyyətlə  əlaqədar olan ən mühüm anlayışlardan 

biridir, onun pozulması  dəhşətlə müşahidə olunur. Tabunun 

qorunması təhlükədən xilas olunmağın yeganə vasitəsidir. 

İbtidai incəsənət. İncəsənət tarixini yazanlar hələ keçən əsrin 

sonunda yalnız ilkin incəsənət kimi Qədim Misir incəsənətindən 

başlayırdılar. 90 il bundan əvvəl bəşəriyyət kinonu kəşf etdiyi 

zamanda daş dövrünün incəsənətini, paleolit təsviri sənəti, 

rəssamlığını  və heykəltəraşlığını da özü üçün aşkar etdi. Həmin 

vaxtdan başlayaraq ibtidai cəmiyyətin incəsənəti tədqiqat üçün ən 

populyar sahəyə çevrildi. Həmin proses indi də davam 

etməkdədir.  

İbtidai incəsənətin yaranması ilə  əlaqədar saysız-hesabsız 

nəzəriyyələr mövcuddur. Bədii fəaliyyət ibtidai mədəniyyətin 

bütün mərhələlərində mövcud olmuşdur. Ona görə  də incəsənət 

onun varlığının daimi üsulu olmuşdur. Sənət alət istehsalından 

başlanır.  İnsanın  ən qədim alətinin tarixi 2.5 milyon il bundan 

əvvəl başlanır. İnsanların düzəltdiyi alətlərin materialına əsaslanan 

arxeoloqlar ibtidai dünyanın tarixini üç dövrə bölürlər. Bunlar daş 

dövrü, tunc dövrü və dəmir dövrüdür. Öz növbəsində daş dövrü də 

bir neçə alt dövrə bölünür. Ən qədim daş dövrü, yaxud paleolit 

(təqribən e.ə. 2.6 milyon ildən XII minilliyə  qədər), orta daş 




______________Milli Kitabxana_____________ 

 26


dövrü, yaxud da mezolit (təqribən e.ə. XII minillikdən VII 

minilliyə  qədər), yeni daş dövrü, yaxud da neolit (e.ə. XII 

minillikdən IV minilliyə qədər), mis daş dövrü, yaxud da eneolit 

(e.ə. III-II minilliklər), tunc əsri (e.ə. II-I minilliklər). Dəmir dövrü 

təqribən birinci minilliyin ortalarından başlayır. 

Öz növbəsində Paleolit də üç dövrə - aşağı, orta və yuxarı 

(yaxud da sonrakı) dövrə bölünür. İbtidai incəsənətin ilkin 

mərhələsi üçün səciyyəvi cəhəti sinkretizm (latınca birləşmə) 

olmuşdur. Bu da müxtəlif görüşlərin bir yerdə ifadə olunması idi. 

Dünyanın bədii mənimsənilməsi ilə əlaqədar olaraq insanın 

fəaliyyəti eyni zamanda homo sapiyens (ağıllı insan) 

formalaşmasına da şərait yaratmışdır. Bu mərhələdə ibtidai 

insanın bütün psixi proses və  həyəcanlarının imkanları hüceyrə 

şəklində kollektiv şüuraltı vəziyyətdə, arxetip adlanan proobrazda, 

ilkin formada olmuşdur. Dünyanın dərki kortəbii baş verirdi, hər 

bir anlayışın arxasında obraz, canlı  əməl gizlənirdi. Bizə  gəlib 

çatan ilk ibtidai təsviri sənət əsəri Orinyak (Fransa) (e.ə. 33 min - 

18 min) mərhələsində olmuşdur. Qadın heykəlciyi (daşda və 

sümükdə) həmin sənət  əsərlərindəndir. Həmin dövrdə 

heyvanların, mamontların, filin, atın, maralın ümumi cizgilərini 

əks etdirən təsvirlər də yaranmışdır.  İbtidai incəsənət  əsərləri 

əsasən ovçuluq və əmək prosesi ilə əlaqədar olmuşdur. 

Bir sıra sənətşünaslar paleolit dövrünün təsviri fəaliyyətini 

üç mərhələyə bölürlər. Onlardan hər biri keyfiyyətcə yeni təsvir 

formalarının yaranması ilə səciyyələnir.  

Sümük, təbii maket və s.-dən kor pozisiyalar, süni təsviri 

forma - iri gil heykəltəraşlığı, barelyef profil konturu, yuxarı 

paleolit təsviri yaradıcılığı, mağara yazıları, sümük üzərində 

qravyuralar - natural yaradıcılıq nümunələridir. 

Analoji mərhələni ibtidai incəsənətdə, tipik musiqi 

yaradıcılığında da görmək mümkündür. Musiqi (natural 

pantomimanın musiqi elementləri, təbiətdəki səslərin təqlidi, səsin 

təqlid motivləri, süni intonasiya formaları, səs yüksəltmə 

vəziyyətini  əks etdirən motivlər, intonasiya ardıcıllığı, iki və üç 

səsli motivlər) hərəkət, mimika, jestlərdən və s.-dən ayrılmamışdı. 

Əvvəllər insanlar yalnız öz ehtiyacları üçün təbiətin verdiyi 




______________Milli Kitabxana_____________ 

 27


şeylərdən - daş, ağac, sümük və s.-dən istifadə edirdilər. Yeni daş 

dövründə insan sənət  əsərləri yaratmaq məqsədi ilə odadavamlı 

gildən istifadə etməyə başlayır.  

İbtidai cəmiyyətdə  təsviri sənətin, demək olar ki, bütün 

növləri: rəsmlər, heykəlciklər, təsvirlər (mineral rənglərdən 

istifadə etməklə  rəngli təsvirlər vermək), heykəltəraşlıq (daşdan 

yonulmuş, yaxud da gildən düzəldilmiş fiqurlar) və s. yaranmışdı. 

Dekorativ sənət növləri (daş, sümük üzərində işləmələr, relyeflər 

və s.) bu qəbildəndir. İbtidai cəmiyyətin inkişafının son dövründə 

bürünc, qızıl və gümüşün emalı ilə bağlı  bədii sənət növləri 

yaranırdı.  

İbtidai icma dövrünün sonunda yeni memarlıq tikililəri - 

qalalar yaranmağa başladı. Sonralar yaşayış  məskənləri, dəfnlə 

əlaqədar məqbərələr və s. meydana çıxdı. 

İbtidai dövrün incəsənəti dünya incəsənətinin sonrakı 

inkişafı üçün əsas olmuşdur. Qədim Misir, Şumer, İran, Hindistan, 

Çin, Azərbaycan və s. mədəniyyətlərin formalaşmasında ibtidai 

dövr mədəniyyətinin əvəzsiz xidməti olmuşdur. 

Dini görüşlər. Təqribən e.ə. XXX minillikdə ibtidai 

incəsənət meydana gəldi. Bu incəsənətin yaranması insanların 

gündəlik həyatı ilə bağlı idi. “Ağıllı insan” buynuzdan kiçik 

heykəllər düzəldir, sümük üzərində  təsvirlər cızır, təbiətdən  əldə 

etdiyi boyalarla mağara divarlarında rəsmlər çəkirdi. Belə  təsviri 

sənət nümunələri  İspaniyada Altamira mağarasının divarlarında 

aşkar olunmuşdur. Mağarada təsvir edilmiş bizonların bir qismi 

sakit durmuş, digər qismi düşmən üzərinə atılan vəziyyətdə təsvir 

edilmişdir. Sonralar dünyanın müxtəlif yerlərində mağaraların 

divarlarında, qaya üzərində bu tipli ibtidai incəsənət nümunələri 

aşkar olunmuşdur. Beləliklə, incəsənət Paleolit dövründə 

yaranmışdır. 

İnsanlar ov və döyüş səhnələrini, ovlayacaqları heyvanların 

hərəkətlərini təqlid edirdilər. Buradan da rəqs meydana gəlmişdir. 

Bu yolla insanlar bildiklərini gənclərə öyrədirdilər. Memarlıq 

rüşeymləri, heykəltəraşlıq nümunələri Paleolit dövründə 

yaranmışdı.  İnsanlar heyvanların gözəlliyini, onların zahiri və 

daxili aləmini təsvir edə bilmişlər. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə