Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə6/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   111

______________Milli Kitabxana_____________ 

 16


barədə çoxlu misallar gətirə bilərik. Onlardan bir neçəsini 

nəzərdən keçirək. «Qara pəncə» adlı hindu qəbiləsi qabaqcadan 

baharın gəlişini öldürülmüş dişi bizonun (vəhşi öküzün) 

bətnindəki rüşeymin inkişaf səviyyəsi ilə xəbər verə bilirdilər. Bu 

cür qabaqcadan xəbərvermə adətən dəqiq olurdu. Yaxud da hindu 

osaqa qəbiləsi vəhşi bitkilər-qarğıdalı  və  vəhşi öküzü ovsunda 

birləşdirirdi. Bu çulğaşma aşağıdakı kimi izah olunurdu. Yayda 

osaqa qəbiləsi çöldə qarğıdalı çiçəklənənə  qədər vəhşi öküzü 

ovlayırdı. Onlar yaxşı bilirdilər ki, qarğıdalı çiçək açdıqdan az 

sonra yetişməyə başlayır. Bu o demək idi ki, qarğıdalı məhsulunu 

yığmağa qayıtmaq vaxtı gəlib çatmışdır. 

Üçüncü strategiya analogiyaya görə  əqli nəticənin 

çıxarılmasıdır. Animist təfəkkürün oxşar  əlamətlərini ayırmaq 

zərurəti buradan doğur. Animistik təfəkkür isə yer üzünü, təbiəti 

ilahi qüvvələr, ruhlar və iblislərlə doldurur. Bu strategiyanı təsdiq 

edən nümunələr çoxsaylıdır. Məlum olduğu kimi, piqmey 

tayfalarının biri dişə  bənzər çovdar mahmızı ilan vuran zamanı 

çarə kimi tətbiq edirdilər. Yaxud da paleolit dövründə bəşəriyyətin 

mədəni inkişafında böyük inqilab sayılan odu götürək. Bütün 

xalqların mifologiya və  əfsanələrində od əbədiyyət simvoludur. 

Ona görə  də  əfsanələrdə od yaradılmamışdır,  əksinə, allahlardan 

oğurlanıb, insanlara verilmişdir. 

İnsan xarakteri mürəkkəb olub, kosmik, bioloji, psixi, sosial 

və  mədəni aspektlərə malikdir. Bu baxımdan ibtidai mədəniyyət 

dedikdə, böyük tarixə malik yığıcılıq və ovçuluq mədəniyyəti 

nəzərdə tutulur. İbtidai mədəniyyətin spesifik xüsusiyyətlərindən 

biri onun yekcinsliyidir. Müasir kulturologiyada sosial-mədəni 

sistemlərin katerogen (qeyri-yekcins), qomagen (yekcins) və 

qomeostatik tiplər kimi üç tipi göstərilir. Birincisi üçün aksioloji 

(dəyər) plüralizmi; ikincisi üçün differensiyasiya edilmiş, 

antaqonist maraqlara malik olan çoxsaylı sosial qrupların 

mövcudluğu səciyyəvidir. 

İbtidai-sosial-mədəni sistem öz inkişaf dinamikasına malik 

olub, mövcud sistemli strukturun yenidən dirçəlməsinə imkan 

verir. İbtidai mədəniyyətin digər xüsusiyyəti onun sinkretikliyidir 

ki, bu da öz təcəssümünü totemizmdə tapmışdır. Onun üçüncü 




______________Milli Kitabxana_____________ 

 17


xüsusiyyəti isə tabu (qadağalar) mədəniyyətini təmsil etməsidir. 

30 min il ərzində arxaik mədəniyyət aradan çıxmamış, bu 

gün də yaşayır. «Əcdadlar kultu» formasında tarixi dünya anlamı 

prinsipini insanlar çox qədim dövrlərdə  dərk etmişlər. Onlar 

yaxınlarının birdəfəlik bu həyatı  tərk etməsinə inana bilmirdilər. 

Belə hesab edirdilər ki, ölülər onlarla yanaşı yaşayır, 

davranışlarını, adətlərə  sədaqətlərini müşahidə edirlər. Deməli 

indi ilə keçmiş arasında bir növ asılılıq, qırılmaz  əlaqə 

mövcuddur. Mədəniyyət elementləri bu cür yaranmışdır. 

Müasir dövrdə biz onları «tarixi yaddaş», «məsuliyyət», 

«vətənpərvərlik», «vicdan», «ləyaqət», «borc» və s. Adlandırırıq. 

Arxaik mədəniyyətin qalıqları saysız-hesabsız xırda  şeylərlə 

məsələn, kosmik gəmidəki həmail (gözmuncuğu), qaranlıqdan 

qorxma, tatuirovka (bədənə  şəkillər döydürülməsi) və s. 

göstərmək olar. Bunlar yuxarıda qeyd etdiyimiz kimi, saysız-

hesabsızdır. Burada müəyyən qanunauyğunluğun olduğunu nəzərə 

almaq lazımdır. Həyati situasiyalar (doğum, ölüm, dəfn, nikah, 

xəstəlik və s.) əhəmiyyətli olduğu qədər də ibtidai mədəniyyət irsi, 

onun mərasim, simvol, psixoloji qaydaları  və stereotipləri də 

mühüm yer tutur. 

Bəzi tədqiqatçılara görə müasir cəmiyyətin mədəniyyətində 

sivilizasiya təbəqəsi olduqca zəifdir və  çətin situasiyalarda 

(zorakılıq, aclıq, qorxu, sosial böhran və kütləvi psixoz) onlar tez 

təzahür edir. 

Bu zaman ibtidai şüurun güclü fantomları  təzədən 

dirçəldilir, müvafiq mədəni forma alır, müharibə təbilləri gurlayır, 

insanlar təsəvvürlərində yaratdıqları düşmən cəsədləri üzərində 

rəqs edir, onların məhv edilməsinə ürəkdən sevinirlər. 

Sosial hipnoz (ibtidai cəmiyyətdə bu kollektiv rəqs və 

nəğmə oxunması ilə  təmin edilirdi) işi o yerə  gətirir ki, insanlar 

yalnız onlara təlqin edilən  şeyləri görürlər, yerdə qalanlarmı isə 

rədd edirlər. Bəşər mədəniyyətinin başlanğıc mərhələsinin 

qanunauyğunluqlarının anlaşılmasında  əsas problem onun öz 

xarakteri ilə bağlıdır. Həqiqi arxaiklik bizdən minilliklərlə bir 

məsafədə durur. Neolit dövrünün homo sapiyensinin şüuru, 

birbaşa öyrənilməkdən çox fərziyyə predmeti kimi daha faydalı 




______________Milli Kitabxana_____________ 

 18


ola bilər. Hətta müasir dövrdə geridə qalmış  qəbilələrin  şüurunu 

öyrənmək də  çətindir. Çünki onlar bu və ya digər dərəcədə 

sivilizasiyanın təsirini görə bilmişlər.  İbtidai mədəniyyəti 

anlamağın ikinci çətinliyi onun formalarının çoxsaylı  və 

rəngarəng olmasında, ümumiləşdirilməyin demək olar ki, qeyri-

mümkünlüyü ilə əlaqədardır. 

On min illərlə bir dövrü əhatə edən ibtidai mədəniyyətdə 

ümumi, bütöv olan bir şey tapmaq mümkündürmü? İbtidai 

mədəniyyətin inkişafında çoxsaylı  mərhələlərin olduğunu çox az 

adam inkar edə bilər. Müasir Avstraliya aborigenləri, eskimoslar, 

Cənubi Amerika ovçuları-hindularının mədəniyyətində ümumi 

qanunauyğunluqlar tapmaq olduqca çətindir. Görəsən bizim 

şüurumuzla ibtidai insanın  şüuru arasında köklü fərqlər 

olmuşdurmu? Bu sualın cavabının birinci variantını  təkamül 

məktəbinə daxil olanlar verir. Əsas müddəa budur: insan psixikası 

cəmiyyətin inkişafının bütün mərhələlərində birtiplidir. Təfəkkür 

qanunları universal və dəyişməzdir. 

İbtidai insanların dinə  qədərki fikirlərinə aid nəzəriyyələr 

kifayət qədər əsaslandırılmamışdır, çünki ibtidai insanların dünya 

haqqında təsəvvürlərinin müxtəlif formalarına aid materiallar daha 

çoxdur.  Əgər buraya ibtidai inkişaf mərhələsində yaşayan, 

məsələn, Avstraliya aborigenlərini və b. həyat tərzinin 

öyrənilməsini də daxil etsək, güclü və zəngin material əldə etmiş 

olarıq.  İlkin dini təsəvvürlər kompleksi çoxcəhətlidir. Lakin 

onların  əksəriyyəti son nəticədə  təbiətdə insanın yeri və rolu, 

insanın  ətraf aləmlə  əlaqələrinin öyrənilməsi baxımından bir sıra 

forma və metodlara bölünür. Bu formalar totemizm, animizm, 

magiya, fetişizm və mifologiyadan ibarətdir. Yuxarıdakı 

formaların hamısı vacib olsa da, onların içərisində mifologiya 

özünəməxsus yer tutur. Mifologiyada insanlara öz totem-əcdadları 

ilə əlaqəsini, təbiətin bu və ya digər qüvvəsinin canlılaşdırılması, 

fetişin və magiyanın sehrli gücünü izah edən material istənilən 

qədərdir. 

Müxtəlif xalqların rəngarəng miflərinin və müxtəlif adlar 

altında çıxış edən allahları, qəhrəmanları və mifik hökmdarlarının 

olmasına baxmayaraq, ən qədim dövrlərdə  bəşər mədəniyyətinin 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə