Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə4/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   111

______________Milli Kitabxana_____________ 

 10


Rudolf gölü ətrafında tapılmışdır. Gürcüstan və Azərbaycan 

respublikalarının sərhədində olan Udabno kəndi yaxınlığında 

insanabənzər meymunların qalıqları aşkar edilmişdir. İbtidai icma 

quruluşu Daş, Tunc və Dəmir dövrlərinə bölünür. 

Daş dövrü aşağıdakı dövrlərə bölünür: 

1. Paleolit (Qədim daş) dövrü; 

2. Mezolit (Orta daş) dövrü; 

 3. Neolit (Yeni daş) dövrü. 

Paleolit (Qədim daş) dövrü e. ə. 12-ci minillikdə başa 

çatmışdır. İnsanın əmələ gəlməsi və insan cəmiyyətinin təşəkkülü 

2.6-3 milyon il bundan əvvəl başlanmışdır.  İlk insanlar təbii 

mağaralarda və açıq havada yaşamışlar. Alimlər  ən qədim 

insanların sümüklərinin qalıqlarına  əsaslanaraq onların xarici 

görkəmini müəyyən edə bilmişlər. Ən qədim insanlar iri meymuna 

oxşayırdılar. Onların əlləri dizlərinə qədər uzanır, ayaq üstə gəzir

ov edir, yem toplayır, müdafiə olunurdular. Onların alnı ensiz və 

maili idi. Beyni müasir insan beynindən kiçik idi. İlk insanların 

beyninin tutumu 600-700 sm

həcmində olmuşdur.  İnsanın  əmək 



fəaliyyətinə başlaması onun beyninin inkişafına, nitqinin 

yaranmasına, qamətinin düzəlməsinə kömək etmişdir. Paleolit 

dövrünün  ən qədim insan məskəni və insan qalığı Afrikada 

(Tanzaniyada) Oldovay dərəsində tapılmışdır. İndoneziyada Yava 

adasında Trinil şəhəri yaxınlığında pitekantrop, Çində sinantrop, 

Almaniyada Heyderberq və Neandertal vadisində Neandertal, 

Azərbaycan Respublikasının Füzuli şəhəri yaxınlığında, Quruçay 

vadisinin sol yamacında Azıx mağarasında Azıxantrop adamının 

qalıqları aşkar edilmişdir. 

Qədim insanların vəhşi heyvanlar kimi iti caynaqları  və 

dişləri yox idi. Onlar vəhşi heyvanlardan qorunmaq üçün daş  və 

dəyənəklərdən istifadə edirdilər.  İnsanın ilk əmək aləti sivri daş, 

dəyənək və yerqazan çubuq olmuşdur. Əmək alətinin hazırlanması 

nəticəsində insanın  əmək fəaliyyəti başlandı.  İnsanın tədricən, 

ardıcıl  əmək fəaliyyəti onun bütün orqanizminin dəyişməsinə 

səbəb oldu. Ən çox insanın əli, onunla birlikdə beyni inkişaf etdi. 

Alimlər əmək alətləri hazırlamaq bacarığı olan insanları “bacarıqlı 

insan” adlandırırdılar. 




______________Milli Kitabxana_____________ 

 11


İnsanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. İnsanlar 

meyvə  və bitki köklərini və toxumlarını, quş yumurtalarını 

toplamaqla məşğul olurdular. Bu məşğuliyyət yığıcılıq adlanır. 

Qədim insanların yaşayışını  təmin edən  əsas vasitələrdən biri də 

ovçuluq olmuşdur. Ovçuluq insanın  əsas məşğuliyyət sahəsinə 

çevrildikdən sonra yığıcılıq ikinci dərəcəli rol oynamağa başladı. 

İnsanlar vəhşi heyvanlardan müdafiə olunmaq, birgə qida 

əldə etmək üçün kollektivlərdə birləşdilər.  İnsanların tarixi 

birliyinin ilk forması olan ibtidai insan sürüsü meydana gəldi. 

İbtidai insan sürüsü sabit deyildi. Onlar bir-biri ilə qarışır və 

ayrılırdılar. 

İnsanlar  əmək prosesində topladıqları  təcrübəni inkişaf 

etdirərək, nəsildən nəslə ötürmüşlər. Onlar əvvəlki əmək alətlərini 

təkmilləşdirir, hər il yeni-yeni əmək alətləri hazırlayırdılar. Bir 

neçə yüz min il bundan əvvəl insanlar daşdan əl çapacağı, qaşov, 

bıçaq, sümükdən biz, iynə hazırlamışdılar.  İnsanlar 20-30 min il 

bundan əvvəl harpun düzəltdilər. Alətlər içərisində üstünlüyü daş 

alətlər tutduğuna görə bu dövr daş dövrü adlanır. Daş dövrü iki 

milyon ildən artıq davam etmişdir. 

Qədim insanın həyatında od böyük rol oynamışdır. İnsanlar 

ildırımın çaxması, üzvü maddələrin qızışıb yanması  nəticəsində 

baş verən yanğından od əldə etmişlər.  İnsan  əmək fəaliyyəti 

nəticəsində süni od əldə etməyi öyrəndi. İnsan daşı daşa vuranda 

qızışıb qığılcım çıxmasını, ağacı deşəndə istinin yaranmasını 

müşahidə etmişlər. Azıx mağarasında 700 min il yaşı olan ocaq 

yeri aşkar olunmuşdur. Odun əldə edilməsi insanın heyvanlar 

aləmindən ayrılmasını sürətləndirdi. 

Mükəmməl  əmək alətləri və oda yiyələnən insanlar daha 

geniş  ərazilərə yayılmağa başladılar. Afrika, Asiya və Avropada 

məskən salmış insanlar sonralar Amerika və Avstraliyaya 

yayılmışlar. Son tədqiqatlar təsdiq edir ki, Berinq boğazının 

ayırdığı Uzaq Şərqlə Alyaska yarımadası  əvvəllər bitişik olub. 

Təqribən 11 min il bundan əvvəl Orta Asiyadan köçmüş insanlar 

Amerikaya gedib çıxmışlar. 

Təqribən 100 min il bundan əvvəl yer üzündə  kəskin 

soyuqlar düşdü və axırıncı buzlaşma başlandı. Qalınlığı 2 km-ə 




______________Milli Kitabxana_____________ 

 12


qədər olan buzlaqlar cənuba irəliləyirdi. Heyvanların bir qismi 

cənuba çəkildi, bir qismi yeni iqlimə uyğunlaşdı, bir qismi isə 

məhv oldu. İnsanlar tundranın və soyuq çöllərin iqliminə 

uyğunlaşdılar. Bu dövrün insanları pusquda duraraq vəhşi 

heyvanları üstü ağac budaqları ilə örtülmüş çuxura, ya da uçuruma 

salıb ovlayırdılar.  

İlk paltarı  dəridən olan insan təbii mağaralarda 

məskunlaşmışdı. Düzən yerlərdə mamont sümüyündən və dəridən 

yurd tikirdilər. Milyon illər ərzində insanın şüuru və nitqi inkişaf 

etdi. Paleolit dövrünün sonunda təqribən 40 min il bundan əvvəl 

neandertal tipli insanlar müasir tipli insana çevrilməyə başladılar. 

Alimlər bu insan tipini “ağıllı insan” (homo sapiyens) 

adlandırdılar. “Ağıllı insanın” beyni “bacarıqlı insanın” beynindən 

iki dəfə böyük idi, aydın nitqə malik idi, məntiqi düşünməyi 

bacarırdı, düz qamətli, hündürboylu idi. Təbii  şəraitdən asılı 

olaraq, yəni isti, sərt küləklər, şaxtaların təsiri ilə “ağıllı insanın” 

zahiri görünüşündə  fərqlər yarandı, ağ irq (avropoid), qara irq 

(neqroid), sarı irq (monqoloid) meydana gəldi.  İbtidai insan 

sürüləri tədricən qəbilə (nəsil) icmasına çevrildi. Təqribən 30 min 

il bundan əvvəl nəsli icma və ya qəbilə meydana gəldi. Qan 

qohumluğu ilə bir-birinə bağlı olan, əmlakı ümumi olan, birgə 

yaşayan və birgə  fəaliyyət göstərən insan kollektivinə  qəbilə 

deyilir. Qəbilə ibtidai insan sürüsünə nisbətən sabit idi. Qəbilədə 

kişilər ov edir, balıq tutur, əmək aləti düzəldirdilər. Qadınlar uşaq 

saxlayır, yeməli bitki yığır, dəridən paltar tikir, yemək hazırlayır 

və s. işlər görürdülər. Qəbilədə əsas işləri qadınlar yerinə yetirirdi. 

Ona görə  də qohumluq ana xətti ilə müəyyən edilirdi. Qəbilənin 

ilk dövründə ana nəsli (matriarxat) hökmran idi. Qəbiləni 

ağsaqqallar idarə edirdi. Onlar əmək alətlərinin hazırlanması, 

qidanın toplanması  və bölüşdürülməsinə, gənclərə ovçuluğun 

öyrədilməsinə rəhbərlik edirdilər.  

Qədim insanların birlikdə çalışdıqları  nə ümumi əmlaka 

birlikdə sahib olduqları bu cür yaşayış qaydası ibtidai icma 

quruluşu adlanırdı. İbtidai icma quruluşunda qədim insanlar kiçik 

kollektivlərdə yaşayırdılar, birgə  işləyir, ümumi əmlaka malik 

idilər, istismar yox idi, əmək məhsulu bərabər bölüşdürülürdü. Bu 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə