Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə7/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   111

______________Milli Kitabxana_____________ 

 19


ümumi cəhətlərə malik olması heç kimdə şübhə doğurmamalıdır. 

Bu vəhdətin mövcudluğu mifin özünün atribut və s. cəhətləri ilə 

bu və ya digər sosial-etnik birliklərin müəyyən inkişaf 

mərhələsində xalqların mənəvi mədəniyyəti və mental 

təcrübəsinin nümunəsi rolunda çıxış etməsi tamamilə doğrudur. 

Lakin mif təkcə xatirə-yaddaş deyil, həmçinin insan fikrinin 

sərbəst uçuşudur ki, cəlbedici mədəniyyət dünyasına daxil olmaq 

üçün göstərilən cəhdin nağıl xassəli, fantastik və realist istəkləri 

məcmusu hesab oluna bilər.  İnsan fikri gündəlik konkret 

qayğılardan xilas olaraq poetik səyahətin sonsuz nöqtələrinə doğru 

istiqamət götürə bilir. Mifdə müasir sivilizasiyanın mənəvi 

potensialını doğuran ilkin rüşeym açıq-aydın görünür. Qədim 

cəmiyyətlərdə dünyanın dərki və insanın oradakı yeri əslində 

mifdə, mifologiyada səlis şəkildə anlaşıla bilərdi. Mif fərdi şüura 

qarşı qoyulan, ondan köklü şəkildə  fərqlənən kollektiv şüurun 

inikasıdır. Mif mədəniyyətin kollektiv tərəfindən sakral dərk 

edilməsidir. Mif ilkin dini təsəvvürlər komplektinin mərkəz oxu 

olmuşdur. Onun ümumi mədəniyyətlə əlaqəsi şəksizdir. Mif ilkin 

fikrin məcburi, zəruri formasıdır. Onun formalaşdığı kollektiv 

təsəvvürlər nə praktik müşahidələrin rasionalizminə, nə  də 

abstrakt mühakimələrə  əsaslana bilməzdi. Qrupların təsəvvürləri

hər  şeydən  əvvəl emosional əhval-ruhiyyəyə, özünü gerçək 

mühitə daxil etməyə arxalanır. 

Mifopoetik təfəkkür öz prinsipləri və öz məntiqi olan 

təfəkkürdür. Mifin fərqləndirici cəhəti ziddiyyətləri aradan 

qaldırmaq cəhdidir. Onun vəzifəsi bu ziddiyyətlərin nisbiliyini 

sübut etmək, onu əhatə edən dünya ilə eyniləşdirmək, insanı, onu 

əhatə edən dünya ilə vəhdətə gətirmək, insan və təbiətin, təbiət və 

cəmiyyətin uyğunluğuna nail olmaqdır. 

Hər hansı bir din kimi, mifin də son məqsədi qrupa mənəvi 

rahatlıq təmin etmək və bununla da onu yad şəraitə, özünü 

dərkinə, hətta düşmən əhatəsində olsa belə özünü təsdiqinə şərait 

yaratmaqdır. 

Arxaik mədəniyyəti təcəssüm etdirən miflər haqqında 

müasir təsəvvürlər bir sıra nəticələri çıxarmağa imkan verir:  

- Miflər adamların öz varlığını dərk etmək və şüurlu şəkildə 




______________Milli Kitabxana_____________ 

 20


emosional və  məntiqi assosiasiyaların köməyi ilə varlıqla 

çulğaşmaq cəhdidir.  

- Mifoloji təfəkkürün xüsusiyyətləri ümumi, mücərrəd 

anlayışların çatışmamağı ilə əlaqədardır.  

- Mif ibtidai insanın  şüurunun intuitiv olaraq təbiət 

hadisələrinin qaydası və qanunauyğunluğunun dərk edilməsidir.  

- Miflərin quruluşu insan psixikasının müəyyən 

xüsusiyyətlərini ifadə edir.  

- Miflər kollektiv təcrübə ilə əlaqədardır, bu isə individ üçün 

etiqad obyekti, əcdadların müdrikliyi kimi olmuşdur. Fərdi 

təcrübə onu dəyişdirə bilmir; mif əcdadların etiqadı kimi, 

subyektin işi kimi yoxlanmırdı, məntiqi  əsaslandırılmağa ehtiyac 

hiss etmirdi.  

- Mif təbiətin qanunauyğunluğunu  əks etdirirdi, mücərrəd 

təfəkkürün zəifliyinə görə onları  şəxsləndirirdi, onları  şüurlu 

fəaliyyət göstərən iradə ilə birləşdirirdi. Buradan isə 

mifologiyanın  əsas fəaliyyət göstərən simaları-allahlar təzahür 

edirdi.  

- Mifologiya - insanın özünü ifadə etməsi vasitəsidir. Mif 

insan yaradıcılıq qabiliyyətinin təzahürünün  ən qədim və  əbədi 

formasıdır. Miflər sistemi, müxtəlif tipli mifologiyalar özündə 

bəşər mədəniyyətinin müxtəlif forma və tiplərini əks etdirir. 

Totemizm, animizm, magiya. Totemizm (Şimali Amerika 

hindularının dilindən götürülmüşdür). Totemizm totemə (onun 

qəbiləsi sözündəndir) - insan kollektivlərinin (qəbilə, tayfa) ilə 

müəyyən heyvan və bitki növləri, habelə  hər hansı bir predmet 

arasında guya mövcud olan fövqəltəbii qan qohumluğu əlaqələrinə 

etiqad edilməsindən ibarətdir. Bu insan kollektivindəki vəhdəti və 

ətraf aləmdə onun əlaqələrini başa düşməyin birinci forması hesab 

olunur.  Əmələ  gəlməkdə olan qəbilə kollektivinin həyatı onun 

üzvlərinin ovladıqları müəyyən heyvan növləri ilə sıx bağlı idi. Bu 

və ya digər heyvanın həmin ovçu kollektivi ilə qohumluğu 

haqqında illüziyalı  təsəvvürün meydana gəlməsi totemizm üçün 

əsas olmuşdur. Tədricən belə bir təsəvvür inkişaf edib, şüurlara 

hakim kəsilir ki, bu heyvan həmin qəbilənin üzvlərinin ümumi 

əcdadıdır, yəni totemidir. 




______________Milli Kitabxana_____________ 

 21


İbtidai insanların istehsal fəaliyyəti, qəbilə və tayfaların sayı 

artdıqca, balıq totemləri və bitki totemləri haqqında təsəvvürlər 

yaranıb möhkəmlənirdi. Nəticədə xüsusi totem bayramları yaranır, 

həmin totemin yeyilməsi mərasimi bu bayramlarda əsas yer 

tuturdu. Əslində mərasimin bu cəhəti kollektivin qüvvəsini, onun 

əti yeyilən totemlə qan qohumluğunu möhkəmləndirməli və 

bununla da totemin təkrar istehsalına zəruri  şəraitin təminatçısı 

olmalı idi. İndinin özündə də bir sıra xalqlar arasında totemizmin 

qalıqları öz varlığını saxlamaqdadır. Hazırda adamların heyvana 

(məsələn, canavara, ayıya) çevrilə bilməsinə, heyvanların isə 

insan şəkli almasına olan etiqad formasında özünü göstərir. 

Totemizm elementləri özünü mifologiyada daha çox 

qoruyub saxlaya bilmişdir. Mifologiya isə özlüyündə ibtidai 

cəmiyyətin fəlsəfə tarixi hesab oluna bilər. Həmin cəmiyyətin 

dünyagörüşü isə mahiyyətcə mifoloji xarakter daşımışdır. Lakin 

həmin cəmiyyətin mənəvi-konseptual və idrakı sahələrində onun 

mədəniyyətinin iki qatı olan totemizm və magiya (sehrbazlıq) 

mühüm rol oynamışdır. Həm kitablardan, həm də xalqımızın 

tarixindən bizə  məlumdur ki, bu və ya digər heyvan, yaxud quş 

necə böyük hörmətə malik olmuşdur. Türk xalqlarında qurd, at, it 

qaranquş, göyərçin və s. heyvan və quşların etiqad və inamlarda 

öz xüsusi yeri vardır.  

Bu proses bütün dünya xalqlarında, mövcud olan dünya 

dillərində baş vermişdir. Məsələn, Qədim Misirdə allah Ra öküz 

obrazında, Osiris qırğı başlı  təsvir olunurdu. Yunanıstanda Zevs 

guya insanlara öküz və yaxud qartal, eləcə də qu quşu simasında 

görünürdü. 

Allah Pan keçi ayaqları  və buynuzları ilə yunan 

etiqadlarında məlum idi. Finikiya ilahəsi Aştart inək simasında, 

obrazında təqdim olunmuşdur. Meksika günəş allahı Teskatlipoka 

ayı başlı,  Şumer allahı Eya insan-balıq, xristian allahı Xristos 

quzu obrazında bizə  məlumdur. Qədim yunanların dinlərində 

ovçuluq ilahəsi Artemida xallı maral simasında təsvir olunmuşdur. 

Dəhşətli görünüşü olan köpək Serber cəhənnəmin girişinin 

mühafizəçisi olmuşdur. 

Bəzi ibtidai xalqlarda belə bir təsəvvür mövcud idi ki, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə