Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə15/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   111

______________Milli Kitabxana_____________ 

 47


Əsrlər keçdikcə dünyanın yaranması və allahların yaranması 

haqqında təsəvvürlər də  zənginləşmişdir. Müxtəlif sahələrdə öz 

funksiyalarını yerinə yetirən allahlar xarakterinə görə insanlara da 

bənzəyirdilər. 

Öz təbiətinə görə yumşaq olan Xatxor inək şəklində təzahür 

edəndən sonra qaniçən Okoya çevrilir. Bəlkə  də bunlar Xatxor 

bayramında artıq içib sərxoş olmamaq üçün uydurulmuşdur. 

Xatxonrun rolunu məhəbbət hamisi kimi təhlil etməyə meyl də 

mövcud idi. 

Mifin ikinci hissəsi Ranın bəşəriyyətdən yorulması motivi 

ilə əlaqədardır. Ra inəyin çiynində oturduğu halda olsa da, özünün 

iki qayığı ilə üzdüyü şəkildə  təsvir olunmuşdur. Bu kosmoqonik 

nəqletmə  səmanın yaranmasını izah edir. Bundan əlavə  səma 

sahələrinin və inəyin ayaqlarmı tutan 8 ilahənin mövcudluğu söz 

oyunu kimi də  təsvir olunur. Misir mifologiyasında söz oyunu 

geniş yer almışdı. Söz oyunu himnlərdə  və  mərasimlərdə 

yaradılırdı. Hər  şeydən  əvvəl, səma inəyi və yaxud bəzi 

mənbələrdə qeyd edildiyi kimi, inək-səma haqqındakı təsəvvürlər 

tarixəqədərki dövrə gedib çıxır. Qədim mətnlərə  əsasən inəyin 

hüdudsuz okeandan qalxaraq səmaya çevrilməsi barədə 

təsəvvürlər həmin mifə qədər mövcud olmuşdur. İkincisi, günəşin 

il qayığının səmanı  su  kimi  ifadə edən konsepsiyaya görə, səma 

həm gecə, həm gündüz qayıqlarında üzməkdədir. Həmin səma 

suları yer okeanlarına müvafiqdir. Təəccüblü deyildir ki, səma 

inəyi də yer inəyinə oxşayır. Bu sular Nilə bənzəmir, çünki qədim 

misirlilər bilirdilər ki, Nil cənubdan  şimala axır. Günəş isə 

Şərqdən Qərbə  hərəkət edirdi. Üçüncüsü, öz qızı Nutu səmaya 

qardaşı  və  əri Kebinyerin üzərinə qaldıran allah-kişi inəyin 

qarnından tutmuşdur. Nutun onu qaldıran allahların qayıqlarını 

apardığını, sonra onların duzlara çevrildiyi haqqında təsəvvürlər 

hələ çox qədimlərdən məlum idi. Allahların, ulduzların və günəş 

allahının qayıqlarda üzməsi haqqında təsəvvürlərin  əsası var idi. 

Qayıq Nil çayında təbii və rahat nəqliyyat növü idi. Geniş 

yayılmış əks olunan səma haqqında dördüncü konsepsiya nisbətən 

rasionalist xarakter daşıyır. Səma allahlar tərəfindən qorunan və 

dörd dayaqla saxlanılan üst qatdır.  İnəyin dörd ayağı burada 




______________Milli Kitabxana_____________ 

 48


səmanın dörd dayağını əvəz edib. Dayaqları qoruyan 8 Xex ilahə 

dünyanın dörd tərəfini təmsil edən allahlar cərgəsinə daxildir. 

Dünyanın dörd tərəfinin göstəricisi olan say-rəqəm misirlilərdə 

həmişə müqəddəs olmuşdur. 

Misirlilərin səma haqqında dörd müxtəlif təsəvvürləri 

olmuşdur. İnək, okean, qadın Nut və yerin üstü səma həmin dörd 

rəqəminə daxildir. 

Qədim Misir miflərində dünyanın və insanların yaradılması 

əfsanələri mühüm yer tutur. İlk baxışda bu əfsanələr özlərinin 

ziddiyyətli rəngarəngliyi ilə adamları çaş-baş sala bilər. 

Allahların, insanların və kainatın yaradıcısı rolunda gah 

heyvanlar, gah allahlar, gah da ilahələr çıxış edir. Bir əfsanəyə 

görə Günəş  səma inəyindən doğulur, digərinə görə bitkilərdən, 

üçüncü qrupa görə isə qaz yumurtasından doğulur. Yaradılma 

üsulu və yaradıcılar da müxtəlif olur. Bütün miflər üçün ümumi 

olan cəhət budur ki, ibtidai xaosdan bu və ya digər allahlar 

meydana gələrək bu və ya digər şəkildə dünyanı yaradırlar.  

Dünyanın yaranması haqqında miflərin əksəriyyəti ən qədim 

zamanlarda qəbilə-tayfa münasibətlərinin hökm sürdüyü Nil 

vadisində yaranmışdır. Sonralar isə ictimai münasibətlərin inkişaf 

etməsi, qədim misirlilərin dünyanı anlama üsullarının 

təkmilləşməsi ilə  əlaqədar olaraq həmin miflər də bir sıra köklü 

dəyişikliklərə uğramışdır. Nəticədə dünyanın yaranması haqqında 

mif bir növ «işlənmiş»  şəkildə  gəlib çatmışdır. Dünyanın 

yaranması haqqında miflərin  əksəriyyəti bizə tam şəkildə  gəlib 

çatmamışdır. Misir mifləri zəngin olduğu qədər, həm mürəkkəb, 

həm də ziddiyyətli xarakterdədir. 

Səma-inək haqqında mifə əsaslanaraq Misir mifologiyasının 

xarakteri haqqında bəzi fikirlər demək mümkündür. Hər bir hadisə 

üçün çoxsaylı mifoloji müddəalar mövcud ola bilər. Mifoloji 

müddəalara münasibətdə  səxavətlilik Misir üçün səciyyəvi bir 

haldır. Ehkamlar olmadığından təriqətlər haqqında da təsəvvürlər 

olmamışdır. Dini dözülməzlik və fanatizm yalnız ölkənin 

tənəzzülə uğradığı dövrlərdə təzahür etmişdir. Fanatizm yalnız II 

minillikdə, təqribən e.ə. 1370-ci ildə Ehnatonun Misir dinini zorla 

mifologiyadan azad etmək cəhdi zamanı meydana çıxmışdır. 




______________Milli Kitabxana_____________ 

 49


Ehnatona qədər magiya və fetişizm daha geniş yayılmışdı. 

Misirlilər özləri üçün insana adi görünən anlayışlarla 

obrazları, hadisələri, obrazlar qrupunu, yaxud bir sıra hadisələri 

izah etməyə  cəhd edirdilər. Onlara görə  həmin hadisə, obraz və 

anlayışlar «allahlar dünyasına» mənsub idi. «Allahlar dünyası» 

ifadəsi mövcud olan kimi təsəvvür edilməsinə baxmayaraq 

bilavasitə insan əqli və hissi ilə əldə edilə bilməyən nə varsa, onu 

özünə daxil edir, «simvol» vasitəsilə ifadə edilirdi. «Simvol» 

insanın allahlar dünyasındakı  bəzi ünsürləri bəşəri kateqoriyalar, 

daha dəqiq desək, məntiq və hissi qavrayış kateqoriyaları ilə 

vermək cəhdidir. Doğrudur, elə  də olur ki, onların  əksəriyyətini 

təbiət qanunları ilə uyğunlaşdırmaq o qədər də zəruri olmur. Hələ 

e.ə. III minillikdə Misirin müdrik adamları bu barədə özlərinə 

həmin məsələni aydınlaşdıraraq qeyd edirdilər ki, simvolu onun 

əks etdirdiyi predmetin əsli kimi qəbul etmək olmaz. Bu mənada 

Misir simvolu ya predmet forması, ya hərəkət, ya da söz forması 

kimi qəbul edilə bilərdi. Həmin dövrdə  hər bir simvol mifoloji 

anlayış olmadığı halda, hər bir mifoloji anlayış allahlar dünyasının 

predmetinin simvolik inikası idi. Şübhəsiz, zəka simvolun 

həqiqiliyini yoxlamaq imkanına malik deyildi. Mifoloji anlayış 

yalnız o halda həqiqidir ki, o allahlar dünyasının hər hansı bir 

hadisəsini insana aydın ola bilən kateqoriyalarla ifadə edə bilirdi 

və insan tərəfindən etiqad kimi qəbul olunurdu. 

Misir mifologiyası bütün mifoloji anlayışların cəmidir. 

«Mif» ifadəsini Misir mifologiyasının müəyyən tərkib hissəsini 

göstərmək üçün istifadə etmək olar. «Misir dini» bu mənada 

qədim misirlilərin mifoloji anlayışlardan ümumi istifadəyə sakit 

razılıq verməsinin təzahürüdür. «Misir teologiyası» bu mənada 

Misir teoloqları tərəfindən mifologiyanın konstruktiv və şərhçilik 

aspektlərindən təfsiridir. 

Misir kahinləri öz təbliğatlarında miflərdən geniş  şəkildə 

istifadə edirdilər. Çoxlarına məlum olan miflər qədim dini 

himnlərdə  təkrar olunurdu. Amon-Ra allahların, insanların, 

heyvanların və bitkilərin yaradıcısı kimi tərənnüm edilirdi. Onun 

əbədi düşməni olan əjdaha-ilan üzərində  qələbəsi qeyd edilirdi. 

Həmin təbliğatda yaradıcı allah kimsəsizlərin və  əzabkeşlərin 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə