Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə18/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   111

______________Milli Kitabxana_____________ 

 56


"Ptaxotepin nəsihəti"  əsərində  əxlaq qaydalarından, yaxşı 

davranışdan bəhs edilir, "xırda adamı" öz taleyi ilə razılaşmağa 

çağırır. Onu inandırmağa çalışır ki, allah ancaq adlı-sanlı adamı 

yüksəldir. Bu nəsihətə görə, xırda adamlar itaətkar olmalı, öz 

ictimai mənşəyini heç zaman yaddan çıxarmamalı, vəzifəli 

adamlara itaət etməlidirlər. Nəsihət mövcud olan quruluşun 

möhkəmləndirilməsini tövsiyə edir. 

"İpuserin kəlamı" və "Nefertitinin nəsihətləri" yoxsulların 

və qulların Orta səltənətin sonunda baş vermiş üsyanını  bədii 

şəkildə şərh edir. 

"Natiq kəndli" hekayəti kəndlinin  əmlakının (iki eşşəyinin) 

əlindən alınmasından, onun şikayətindən, saraya gəlməsindən, 

hökmdarı öz natiqliyi ilə valeh etməsindən danışır. 

"Miskin adamın öz ruhu ilə söhbəti" hekayəti dialoq 

şəklində verilmiş və burada mövcud olan həyat qaydalarına etiraz 

əks olunmuşdur. Əsərdə miskin adamın bədbinliyi, əzab-əziyyətli 

həyatı, ölüm arzusu ilə yaşaması  təsvir olunur. Əsərdə axirət 

dünyasının və  əbədi həyatın olmasına  şübhə ilə yanaşılır, dini 

dünyagörüşləri şübhə altına alınır. 

Sinfi cəmiyyətdə incəsənət firon hakimiyyətinin 

möhkəmləndirilməsinə xidmət edirdi. 

Qədim Misir memarlığı dini ibadətin güclü təsiri altında 

olmuşdu. Məhz buna görə allahların və ilahi mənşəli hesab edilən 

fironun  şərəfinə  əzəmətli məbədlər, saraylar, ehram və heykəllər 

yaradılırdı. Artıq qədim səltənət dövründə Misir memarlığını 

fərqləndirən  əzəmətlilik  əlaməti meydana gəlmişdi. Firon 

ehramları buna misal ola bilər. 

Ehramın ən qədim nümunəsi Sakkarada təmsil olunmuşdur. 

Firon Coserin şərəfinə burada pilləli ehram tikilmişdi. IV sülalə 

fironları Xufu,  Menkaura, Xafra əzəmətli ehramlar tikdirmişdilər. 

Ehramın yanında, sonralar isə (XVIII sülalə dövründən etibarən) 

kənarda axirət məbədləri (axirət dünyası ilə bağlı dini mərasimləri 

icra etmək üçün) tikilirdi. Məbədlərin divarında ilahiləşdirilmiş 

fironun həyatı  və  şücaətləri təsvir olunurdu. Bundan başqa, 

misirlilərin gündəlik həyatını əks etdirən səhnələr də vardı: burada 

dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn mərasimində  iştirak 




______________Milli Kitabxana_____________ 

 57


edən əkinçilər, balıqçılar, çobanlar, ağı tutanlar təsvir olunmuşdu. 

Yeni Səltənət dövründə incəsənət və memarlıq yüksək 

inkişaf səviyyəsinə qalxır. Bu dövrdə qayanı  kəsib yeraltı  dəfn 

sərdabələri inşa edirdilər. I Setinin yeraltı  dəfn sərdabəsinin 

yüzlərlə otaqları vardı. Burada minlərlə heykəllər qoyulmuşdu. 

Xəzinəsində saysız-hesabsız varidat saxlanılırdı.  Ən möhtəşəm 

memarlıq dəsti Fivadakı (Karnak və Lüksorda) Amon məbədi 

hesab olunur. Məbəd dəstinin yüzdən çox otağı, geniş  həyət 

sahələri, keçidləri, nəhəng heykəlləri, sfinksləri, sütun abidələri 

varmış. Onun təkcə böyük salonu 16 cərgədə ucalan 134 sütundan 

ibarət imiş. Böyük salonun 12 mərkəz sütunu 21 m 

hündürlüyündə imiş. Salonun sahəsi 5 min m

2

-dən artıq imiş. 



Əzəmətli tikintilərdən Deyr əl-Bəhridə Xatşepsutun xeyrat 

məbədini və  Mədinət-Abuda III Ramzesin böyük məbədini 

göstərmək olar. III Ramzesin məbədi dördbucaq şəklində 

tikilmişdi. Buraya kanal çəkilmişdi. 

Qaya məbədləri əzəmətli və dəbdəbəli idi. Abu-Simbeldə II 

Ramzesin məbədi qaya içərisində inşa edilmişdi. Qayanın 

içərisində çoxlu otaq, sütun və heykəllər tapılmışdı. Firon 

sarayları burada böyük bir zövqlə tikilir, otaqlara nəfis və  zərif 

bəzəklər vurulurdu. 

Heykəltəraşlıq memarlığın mühüm sahəsini təşkil edirdi. 

Hər bir məbəd və saray ehram və sərdabə heykəllərlə dolu olurdu. 

Bunlar həm nəhəng, həm də nisbətən xırda  şəkildə yonulurdu. 

Heykəltəraşlar Misir allahlarını  və fironlarının surətini 

yaradırdılar.  Əyan və sadə adamlara həsr olunmuş heykəllər də 

düzəldilirdi. Divar təsviri geniş  təmsil olunmuşdu. Təsviri sənət 

vasitəsilə müxtəlif səhnələr  əks etdirilir, zəngin bədii surətlər 

yaradılırdı. Təsviri sənət müharibə səhnələri, firon ailəsi, əkinçilik 

və balıqçılıqla məşğul olma səhnələri, qurbankəsmə  və  dəfn 

mərasimləri, hədiyyələr gətirilməsi və ov səhnələri kimi geniş 

mövzuları əhatə edirdi. 

Dini təsəvvürlər qədim Misir cəmiyyətinin bütün 

sahələrində özünü təzahür etdirirdi, mədəniyyətin hər bir 

sahəsində müəyyən iz buraxırdı. Din qədim misirlilərin 

ideologiyasını təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları, yəni 




______________Milli Kitabxana_____________ 

 58


heyvanlara,  əşyalara və  əcdadlara ibadət Misir tarixinin bütün 

dövrlərində mövcud olmuşdur. Fetişizm (əşyalara ibadət) və 

totemizm (totem heyvanlara ibadət) sadə dini təsəvvürlər idi. 

Qədim misirlilər təbiət qüvvələrini ilahiləşdirmişdilər. Onlar 

günəşə, aya, suya, Nil çayına, vəhşi və ev heyvanlarına və s. 

sitayiş edirdilər. Misir dini sistemi tədricən yaranırdı  və Yeni 

səltənət dövründə bitkin şəklə düşmüşdü. Misirdə xeyli sayda 

allahlara ibadət olunurdu. II Ramzesin Het hökmdarı ilə 

müqaviləsində min Misir allahı  və ilahəsi  şahid kimi yad edilir. 

Bu allah və ilahələrin hamısının adları məlum deyildir. Misirin hər 

guşəsində dini ibadət mövcud idi. Allahlar haqda təsəvvürlər 

müxtəlif təbiət qüvvələrinin və ictimai hadisələrin təcəssümü kimi 

meydana gəlmişdi. Dini təsəvvürlər nəticəsində yerli, vilayət 

(nom) və ümum Misir ibadətləri möhkəmlənirdi. Adətən mərkəz 

şəhərlərin allahları bu və ya digər siyasi şəraitdən asılı olaraq 

ümum Misir allahına çevrilirdi. 

Misir panteonunda Amon allah ali mövqe tutmuşdu. O, 

allahların hökmdarı  və fironun havadarı hesab olunurdu. Onun 

məskəni Fiva şəhəri sayılırdı. Misir panteonunun nüfuzlu 

allahlarından biri Ra idi. O, Günəş allahı kimi məlum idi. Onu 

gündüz üfüqündə  səma gəmisində  təsəvvür edirdilər. Günəş 

allahına sitayiş Heliopol şəhərində yayılmışdı. Yeni Səltənətin 

əvvəlində Ra-Günəş allahı Amon allahı ilə birləşdirildi və Amon-

Ra ibadəti yarandı. Amon-Ra dünyanın yaradıcısı kimi qələmə 

verilirdi. Exnatonun dövründə Aton ("Günəş üfüqü") allahına 

sitayiş  bərqərar oldu. Memfis şəhərində allah Ptax məskən 

salmışdı. Guya Ptax allahları  və dünyanı yaratmışdı. Misir 

panteonunda Osiris, onun bacısı və arvadı İsida, oğlu Qor şərəfli 

yer tuturdular. Osiris firon hakimiyyətinin havadarı olmaqla 

yanaşı, axirət dünyasının allahı kimi təsəvvür edilirdi. O, ölən və 

dirilən təbiəti təcəssüm edirdi. Təbiətdə  qış  və yaz fəsillərinin 

gəlməsi onun adı ilə bağlanırdı. O, ər-arvad məhəbbətinin və 

analığın himayəçisi idi. 

Qor səma və  işıq allahı idi. İlk Misir fironları Qoru firon 

hakimiyyətinin havadarı kimi təsəvvür edirdilər. Qədim misirlilər 

Nil çayına sitayiş edirdilər, onu Hapi adlandırırdılar. Tot 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə