Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə17/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   111

______________Milli Kitabxana_____________ 

 53


yaradıcılığının təsiri altında nağıllar da meydana gəlmişdi. Adətən 

nağıllar əkinçi əhalinin məişətini, həyatını və dünyagörüşünü əks 

etdirirdi. Bunlardan "İki qardaş haqqında nağıl", "Cadulanmış 

şahzadə", "Düz və əyri haqqında nağıl", "Gəmi qəzasına uğramış 

barədə nağıl", "Firon Xufu və cadugərlər" və s. göstərmək olar. 

Qədim misirlilər nağıl vasitəsilə xeyirxahlığı, müdrikliyi tərənnüm 

edirdilər, sadə adamın fərasətini,  ədalətini və  cəsarətini 

açıqlayırdılar. Nağıllarda allah və fironların qüdrətinin sarsılmaz 

olması ideyası  əks olunmuşdur,  əyanların zalımlığı  və  qəddarlığı 

təsvir edilmişdir. 

Birinci nağılda əhvalat iki qardaş - Bata və Anubis ətrafında 

baş verir. Hər iki qardaş birgə işləyir, böyük qardaş Anubis, kiçik 

qardaşı Bataya atalıq edir. Bir gün çöldə  səpin üçün taxıl azlıq 

edir, Anubis Batanı evə taxıl gətirməyə göndərir. Bata evə gələndə 

Anubisin arvadı onu yoldan çıxarmağa cəhd edir, lakin Bata 

nifrətlə onu rədd edir, taxılı götürüb çölə qayıdır. Axşam Anubisin 

arvadı ərinin qulağını doldurub Bataya şər atır. Anubis qardaşını 

öldürmək niyyətinə düşür. O, pəyədə gizlənir və Batanı gözləyir. 

Bata mal-qaranı evə gətirərkən inəklərdən biri Bataya qardaşının 

niyyətini açır. Bata qaçır, Anubis onu təqib edir. Allahlar Bataya 

kömək edir, qardaşlar arasında keçilməz çay yaranır. Ertəsi gün 

Bata qardaşına günahsız olduğunu sübut edir və uzaq ölkəyə 

yaşamağa gedəcəyini bildirir. Əgər Batanın başına iş  gələrsə, 

qardaşı bunu qabdan içdiyi suyun köpüklənməsindən biləcəkdi. 

Böyük qardaş qayıdır və arvadını öldürür. 

Bata uzaq ölkədə (Sidr ağacı dərəsində) evlənir. Ovçuluqla 

məşğul olur. Arvadına tövsiyə edir ki, dəniz kənarına getməsin, 

çünki dəniz onu uda bilər. Arvad ərinin nəsihətini yaddan 

çıxararaq dəniz sahilinə gedir. Dəniz coşur və onu təqib edir. O, 

çətinliklə xilas olur, lakin onun saçından bir tük dənizə düşür və 

su onu Misir sahilinə  gətirir. Dəniz zülfünün xoş  ətir iyini firon 

Narmerə çatdırır.  Ətir iyi fironun dəniz kənarında yuyulan pal-

paltarına keçir. Firon aqilləri toplayır və xoş iyin səbəbini soruşur. 

Firona izah edirlər ki, xoş iy sidr dərəsində yaşayan ilahə qadının 

zülfündən gəlir. Firon uzaq ölkəyə qoşun göndərir, ilahə arvadı 

tapdırır. Arvad Batanın həyat sirrini onlara acır və içərisində 




______________Milli Kitabxana_____________ 

 54


Batanın canı olan sidr ağacını kəsdirir. Bata vəfat edir. 

Anubis Sidr dərəsinə  gəlir, sidr ağacının gülləri içərisində 

Batanın ürəyini tapır və onu həyata qaytarır. Hər ikisi Misirə 

qayıdır. Bata arvadını tapıb cəzalandırır, çünki o, Batanın canını 

saxlayan sidr ağacını kəsməyi məsləhət görmüşdü. Firon öləndən 

sonra Bata hökmdar olur. Nağıl xeyrin şər üzərində  qələbəsi ilə 

qurtarır. Burada ölən və dirilən allah mövzusu da öz əksini 

tapmışdır. 

"Düz və əyri barədə" nağılın da qəhrəmanları iki qardaşdır. 

Kiçik qardaş böyük qardaşın paxıllığını çəkir. Qardaşlar arasında 

mübahisə başlayır. Kiçik qardaş  şərt kəsir ki, əgər mübahisəni 

udsa, böyük qardaşın gözlərini çıxaracaqdır. Kiçik qardaş 

mübahisəni udur, qardaşının gözlərini çıxarır və  əmlakına sahib 

olur. Bir müddət sonra qardaşının iki quluna əmr edir ki, koru 

aparıb öldürsünlər. Onu səhraya aparırlar. Yazıqları  gəlir, orada 

qoyub qayıdırlar. Bir neçə ovçu nnu səhrada görür, evdə  həmin 

korun gözəlliyi barədə bacılarına danışırlar. Bacı koru görmək 

istəyir, onu gətirirlər. Qız ona vurulur. Onu dalandar vəzifəsinə 

təyin edir. Sonra gizlicə ona arvad olur. Onların oğlu olur, 

böyüyür. Yoldaşlarından müdrikliyi və biliyi ilə  fərqlənir. 

Yaşıdları onun paxıllığını  çəkirlər. Sataşmaq məqsədilə onun 

atasının kim olduğunu soruşurlar. Uşaq bunu anasından bilmək 

istəyir. Oğul atasının başına gələn hadisəni öyrənir və uzun 

əhvalatlardan sonra əmisini cəzalandıraraq atasının  əmlakını 

qaytarır. 

Bu nağıl mövzuları  şərq xalqları  ədəbiyyatında indi də 

yaşayır. Qədim Misir nağılları "Min bir gecə" nağıl silsiləsinin 

yaranmasına təsir göstərmişdi. 

Qədim misirlilər təbiətdə  və insan həyatında baş verən 

hadisələri dini ideologiya əsasında izah edirdilər. Bunların 

içərisində "Osiris haqqında"  əfsanə geniş yayılmışdı. Osiris ölən 

və dirilən təbiət allahı hesab olunurdu. Qardaşı Set onu 

qəddarcasına öldürür. Osirisin arvadı  İsida və bacısı Neftida 

allahlardan kömək diləyirlər, Osirisi tapıb dirildirlər. İsidanın oğlu 

olur. Adını Qor qoyurlar. Qor Setdən atasının intiqamını alır, 

allahlar hakimiyyəti ona verirlər. 




______________Milli Kitabxana_____________ 

 55


Misirdə  də dünyanın  əmələ  gəlməsi haqda əfsanə vardı. 

Günəş allahı Ra dünyanı xəlq edən hesab edilirdi. O, səmanı, yeri, 

bitkiləri, heyvanları, quş  və balıqları sudan yaratmışdı. Bu 

təsəvvürlərin bəziləri qədim yəhudilərin dini dünyagörüşünə  də 

təsir göstərmişdi. 

Misirin qonşu ölkələr ilə iqtisadi və  mədəni  əlaqələri bədii 

ədəbiyyatın yeni janrında - səyahətlərin təsvirində öz əksini 

tapmışdı. Bu səpkidən “Gəmi qəzasına uğramış barədə nağıl” 

rəvayətini misal göstərmək olar. Firon öz məmurunu Punta 

göndərir. Gəmi qəzaya uğrayır və  dənizçi sirli adaya düşür. 

Adanın hökmdarı xeyirxah ilan surətində ona qonaqpərvərlik 

göstərir, var-dövlətindən ona hədiyyələr verir, Misirə yola salır. 

“Misirli Sinuxet haqqında” hekayətdə qorxusundan 

Suriyaya qaçmış adlı-sanlı saray əyanından bəhs edilir. Əsərdə 

Sinuxetin yolda çəkdiyi 

əzab-əziyyətdən, Suriyada 

varlanmasından, vətən həsrətindən  əzab çəkməsindən danışılır. 

Uzun müddət Suriyada yüksək vəzifə tutmasına və yaşamasına 

baxmayaraq, Sinuxet vətən həsrəti ilə yanırdı, doğma yurduna 

qayıtmağa fürsət axtarırdı. Sonralar yeni fironun dəvəti ilə o, 

Misirə qayıdır. 

Nəsihət xüsusiyyətli  əsərlər  əsasən Orta və Yeni səltənət 

dövründə yaranır. Nəsihətlər mövcud olan dövlət və ictimai 

quruluşu müdafiə edirdi. Burada sosial ziddiyyətlər, aşağı 

təbəqələrə münasibət, dövlət idarəetmə qaydaları, mirzəlik 

sənətinin üstünlüyü, xalq üsyanlarının acı  nəticələri və s. əks 

olunmuşdur. Nəsihət səpkili  əsərlərdən "Ptaxotepin nəsihəti", 

"Herakliopol hökmdarı Axtoyun oğlu Merikara nəsihəti", "I 

Amenexetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin 

nəsihəti", "Nefertitinin nəsihəti"ni göstərmək olar. 

Axtoyun oğlu Merikara nəsihəti aşağı təbəqələrə, yoxsullara 

və onların sırasından çıxan fərasətli və müdrik adamlara 

münasibət qaydasından bəhs edir. Hökmdar belə adamlardan uzaq 

olmağı, fərasətliləri  əzməyi oğluna tövsiyə edir. Burada dövlətin 

idarə olunması qaydaları da əks olunmuşdur. Duauf oğlu Axtoyun 

nəsihətində bir çox peşələrin ağır zəhmət tələb etməsi sadalanır və 

mirzəlik peşəsinin daha üstün və  şərəfli olması qeyd olunur. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə