Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə14/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   111

______________Milli Kitabxana_____________ 

 44


Nil çayı misirlilər üçün həyat demək idi. Təsadüfi deyildir 

ki, qədim bədii yaradıcılıqda, həm də digər sahələrdə, o cümlədən 

xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer 

tutur. 


Məsələn, Nil çayını  tərənnüm edən himndən bir parça 

verməklə görərik ki, misirlilər Nili canlı varlıq və allah hesab 

edirdilər: 

Misir torpağına həyat gətirən 

Nil çayı daim yaşa, var ol sən

Sən bir az geciksən tükənər həyat, 

Əgər qəzəblənib çıxsan özündən. 

Şən yaxşı gələndə şənlənir həyat  

Ölkə fərəhlənər, ölkə şad olar.  

Alqış deyər gənclər, körpələr sənə,  

Düşürlər sənin şad qədəmlərinə. 

Misirlilərin etiqadına görə, ruh heykəldə yaşaya bilərdi. 

Öləni  əzəmətli pozada təsvir edirdilər. O, həyatda kimi idisə, 

ölümündən sonra da həmin adam, yəni firon və ya əyan olaraq 

qalmalı idi. 

Misirin tarixi, mədəniyyəti, incəsənəti, özünü bu və ya digər 

şəkildə Misir mifologiyasında göstərmişdir. Günəş allahı eləcə də 

insanların və allahların padşahı Ra qocaldıqdan sonra öyrənir ki, 

Nilin yuxarı hissəsində  və  səhrada adamlar onun əleyhinə  nə isə 

fikirləşirlər. O zaman Ra kişi allahları Şu, Geb və Nunu, eləcə də 

qadın allahları Tefnut, Nut və Okonu Ranın daxil olduğu allahlar 

şurasını çağırdı. Bu şura insanlardan gizlin olaraq çağırılmışdı. 

Allahların məsləhəti ilə Ra Okonu Xatxor ilahəsi simasında 

bəşəriyyəti məhv etməyə göndərdi.  İlahə  işinin bir hissəsini 

sevinclə yerinə yetirdikdən sonra Ranın hüzuruna qayıdarkən Ra 

peşman olaraq hələ  məhv edilməyən insanların günahından 

keçməyə  qərar verdi. Onun əmri ilə gecə sahələrə  qırmızı pivə 

tökdülər. Səhər qaniçən ilahə yoluna davam edərkən pivəni gördü 

və içməyə başladı. Xatxor sərxoş oldu və adamları görə bilmədi. 

Xatxor bayramına məstedici içkilər hazırlanması adəti belə 

yaranmışdır. 

Misirdə günəş allahı kultu Şumer və Akkad mərasimlərinə 




______________Milli Kitabxana_____________ 

 45


nisbətən daha mühüm rol oynamışdır.  Şamaş  ədalət qoruyucusu 

olsa da, onun adı heç vaxt allahlar üçlüyünə daxil olmamışdı və o 

yaranma mifi ilə  əlaqədar göstərilməmişdir. Misirdə isə Ra 

ənənəyə  əsasən Misirin birinci padşahı olmuş Atum kimi 

dünyanın yaradıcısı hesab olunurdu. Heliopol şəhəri Ra kultunun 

əsas mərkəzi olmuşdur və yəqin ki, qədim padşahlıq dövründə elə 

həmin  şəhərdə Oziris kultu ilə günəş allahı kultunun birləşməsi 

baş vermişdir. 

Elə həmin zamandan başlayaraq fironların allah Ranın oğlu 

olması  mərasimi keçirilirdi. Firon Xafranın heykəlində onun 

başının qoruyucusu Qor, şahin Qor və Ranın eyniliyini və padşah 

hakimiyyətinin Ra ilə  əlaqəsini göstərir. Oziris-Qor mifologiyası 

Ra kultu ilə birlikdə fironun taxta gəlməsi və tac qoyması 

qaydasını müəyyən edirdi. III Tutmosun ölümü və II 

Amenxotepin taxta gətirilməsi belə təsvir olunurdu: 

Padşah Tutmos səmaya yollandı, 

O günəş diski ilə birləşdi. 

Allahın bədəni onun yaratdığı ilə birləşdi. 

Ertəsi gün 

Günəş şəfəq saçdı, 

Səma işıqlandı. 

Amenxotep atasının taxtına  əyləşdirildi. Ölən padşah 

Ozirisə çevrildi və sonra gətirilən mətndə o, həm də Ra ilə 

birləşdi. Məlum olur ki, Ra və Oziris haqqında miflər tamamilə 

bir-birinin içərisində  əriyərək birləşir. Doğrudur, Qədim Misirdə 

«Günəş» mifologiyasının elə elementləri vardır ki, onlar Oziris 

haqqında mifdən köklü surətdə  fərqlənir. Lakin Günəş allahı Ra 

yerdə insanlarla birlikdə olmaqdan yoruldu. Qədim allahlardan 

biri Nunu (onun adının mənası «ilkin okean» deməkdir) Raya 

məsləhət görür ki, Nut adlı inəyin çiynində otursun. Sübh 

açılarkən adamlar bir-birinə ox atmağa başlayan anda çiynində 

Ranın oturduğu inək Nut yüksəkliyə qalxıb səma oldu. Ra razı 

qaldı və arzu etdi ki, səmada yaşıllıq olsun. Yalnız bundan sonra 

«Məmnunluq sahəsi» və «Qarğı (qamış) sahəsi» meydana gəldi, 

səma gölü təsəvvürü yarandı. Sonralar həmin mifin kontekstində 

əkinçilərin ideal-axirət dünyasında  əkmək üçün torpağın olması 




______________Milli Kitabxana_____________ 

 46


ifadə edilirdi. Lakin daha yüksəklikdə inəyin başı  hərlənməyə 

başladı  və o titrədi. Bu zaman günəş allahı Ra dedi: «Əgər mən 

Xex (milyon ilahə  nəzərdə tutulurdu) olsaydım, inəyi səmada 

saxlaya bilərdim». Bu sözlərlə o 8 Xex ilahəsini yaratdı və onlar 

səma inəyinin ayaqlarını saxladılar. Nəhayət, Ra allah Şuya  əmr 

etdi ki, inəyi saxlamaq və 8 Xex ilahələrini qorumaq üçün aşağıda 

yerləşsin. 

Hekayə onu ancaq inək rəsmi önündə oxumağı  məsləhət 

verən göstərişlə başa çatır. Bunu isə yeni doğulmuş  uşağını başı 

üzərində tutmuş ata etməli idi. 

Hekayətin birinci hissəsi qədim mifoloji baxışların  əks 

edilməsi ilə əlaqədar idi. Günəş allahı Ra allahların və insanların 

padşahı rolunda ilkin allah Atumla eyniləşdirildiyindən öz 

təbiətinə görə ulu qocadır. Məlum olduğu kimi, insanların Atuma 

qarşı günah işlətməsi hələ e.ə. 2000-ci ildən xatırlanırdı. 

Günəş allahının yaranması haqqında Misirdə bir sıra 

əfsanələr mövcuddur. Onlar bəzən bir-birini tamamlayır, bəzən də 

bir-birindən köklü surətdə  fərqlənir. Onların bəzisinə görə, 

günəşin, onunla birlikdə dünyanın yaradıcısı ana ilahədir. Ana 

ilahə heç bir kişi olmadan günəş  oğlunu doğmuşdur.  İkinci 

əfsanəyə görə isə allah-ata ilk iki allahı qadınsız yarada bilmişdir. 

Əldə edilən materialların  əksəriyyətində  səma ilahəsindən 

doğulduğu qeyd olunur. O, günəşi tək doğur, yəni burada nə kişi 

allah, nə  də heyvan iştirak etmir. O, bəzən qadın, bəzən inək 

obrazında təzahür edir. Hər gün sübhdən işıqlı disk onun 

bətnindən çıxır, axşamlar o günəşi təzədən udur ki, səhər onu 

yenidən doğsun. 

Bütün ibtidai cəmiyyətlərdə olduğu kimi Qədim Misirdə də 

uşağın doğulması haqqında aydın təsəvvür yox idi. Yeni tarixə 

qədərki Misirdə  uşağın doğulması bu və ya digər predmetin 

udulması ilə  əlaqələndirilirdi. Misir folkloru belə baxışlar 

haqqında geniş  məlumat verir. Misirdə «uşağa qalmaq» «nə isə 

udmaq» kimi başa düşülürdü. Bu barədə fikir Ehram mətnlərində 

və dini mərasimlərdə uzun müddət yaşamışdır. 

«Udmaq» mövzusu matriarxat xarakter daşıyırdı. Qədim 

Misirdə ana-allahlar mühüm rol oynayırdı.  




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə