Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə12/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   111

______________Milli Kitabxana_____________ 

 38


başlıca olaraq yeni quldar əyanların mənafeyini qoruyurdu. Yeni 

dini təlimin sosial və ictimai-iqtisadi bünövrəsi yox idi. Əhalinin 

vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görülmürdü. 

Atona sitayiş ancaq Amon kahinlərinin imtiyazlarını  ləğv etmək 

məqsədinin güdürdü. Amona ibadət Misir əhalisi arasında dərin 

köklərə malik idi. Amon məbədlərinin var-dövləti  əsrlər boyu 

yığılmışdı, bu da onun kahinlərini iqtisadi cəhətdən 

möhkəmləndirirdi. Aton məbədinin nə belə maddi bünövrəsi, nə 

də ibadətinin tarixi ənənəsi var idi. Bu ibadətin ömrü Exnatonun 

varlığı ilə ölçülürdü. Hər halda Exnaton vəfat etdikdən sonra 

Amon kahinlərinin və dindarlarının  əl-qolu açıldı. Hadisələr 

göstərdi ki, Aton ibadəti Misirdə  dərin kök sala bilməmişdi. 

Exnatonun 17 illik hakimiyyəti buna imkan vermədi. 

Exnatonun varisləri Atona ibadətin mövqeyini qoruyub 

saxlaya bilmədilər. Hakimiyyətə  gəlmiş firon Semnexkara 

Exnatonun Nefertitidən olan qızına evlənmişdi. Nefertiti dövrünün 

ən gözəl və incə qadınlarından idi. Nefertitinin Exnatondan altı 

qızı var idi. Nefertiti və kürəkəni Semnexkara müəyyən müddət 

Axetaton ənənəsini saxlaya bildilər. Atona ibadətə sadiq qaldılar. 

Lakin bununla yanaşı, Fiva Amon allahına ibadəti dirçəltməyə 

başladı. Cəmi üç il fironluq etmiş Semnexkara Amonun yenidən 

dirçəlməsinin qarşısını ala bilmədi, bəlkə  də ona sitayişi bərpa 

etmişdi. Hakimiyyətə doqquz yaşlı Tutanxaton ("Günəş  həyatına 

yaraşan") gəldi. Exnatonun digər qızı Anxesenpaaton ("O, Günəş 

üçün yaşayır") Tutanxatonun arvadı elan edilmişdi. Onlar Aton ilə 

yanaşı, başqa allahlara da sitayiş edirdilər. Gənc firon Amon 

ideologiyasının təzyiqinə  məruz qaldı. Bir müddət sonra o, adını 

dəyişdirib Tutanxamon, yəni "Amon həyatına yaraşan" qoydu. 

Arvadı isə Anexesenpaamon adını  qəbul etdi. Eyni zamanda

Axetaton  əyanları ilə birlikdə Memfis şəhərinə köçdü. Vaxtaşırı 

Fiv ziyafətlərində iştirak edirdi. 

Tutanxamon Efiopiyada və Asiyada müharibələr aparmışdı. 

Ehtimal ki, əldən gedən Asiya vilayətlərində Misir hakimiyyətini 

bərpa edə bilmişdi. Yəqin ki, hərbi  əməliyyatlarda sərkərdə 

Xoremxeb də  iştirak edirdi. Amona ibadətin tam bərpa 

edilməsində Xoremxeb böyük səylə fəaliyyət göstərmişdi. Az-çox 




______________Milli Kitabxana_____________ 

 39


Atona sitayişi qoruyub saxlayanlardan biri isə əyan Eye olmuşdu. 

Ehtimal edilir ki, Eye gənc Tutanxamonun adından Misiri idarə 

edirdi. Tutanxamon Amon məbədinin hüquqlarını  qəti olaraq 

bərpa etdi. Tutanxamonun hakimiyyəti uzun sürmədi. O, təxminən 

on doqquz yaşında vəfat etdi. Tutanxamon böyük dəbdəbə ilə 

yeraltı  sərdabədə  dəfn olundu. Onun sərdabəsi Fiva yaxınlığında 

"hökmdarlar dərəsi"ndə tikilmişdi. Fiva kahinləri Tutanxamonun 

bütün saray əmlakını, əşyalarını, qiymətli bəzək-düzəklərini, oyun 

lövhələrini, onun surətini  əks etdirən qızıl dəbilqəsini, müxtəlif 

heykəllərini və s. sərdabədə yerləşdirmişdilər. Tutanxamonun 

sərdabəsi hələ qədimdə qarətdən qorunmuşdu, halbuki əksər firon 

sərdabələri hələ o zaman talan edilmişdi. Sərdabə qarətçilərini 

tutub məhkəməyə verirdilər. Talan olunmamış Exnaton və 

Nefertiti sərdabələrinin qalanı XIX əsr qarətçiləri Atona (Günəşə) 

ibadət tərəfindən təmizlənmişdi. Hovard Karter 1922-ci ildə 

Tutanxamonun sərdabəsini aşkar etmişdi. Məlum oldu ki, 

Tutanxamonun da sərdabəsinə girmişlər, lakin elə bir şey apara 

bilməmişlər. Sonralar isə burada XVI Ramzesin sərdabəsi 

tikilərkən, Tutanxamonun yeraltı  sərdabəsinin girişi torpaq və 

çınqılla dolmuş, oğrular sərdabəyə giriş yolunu itirmişdilər. 

Tutanxamonun qısa müddətli hakimiyyəti illərində Misir 

qüdrətli dövlətə çevrildi. Tutanxamonun övladı olmadığından 

hakimiyyət onun arvadı dul Anxesenapamona keçdi. Misir 

mənbələri onun fəaliyyəti haqqında heç bir məlumat vermir. Lakin 

Het mənbələrindən məlum olur ki, o, Het hökmdarı Suppiluliuma 

müraciətnamə göndəribmiş. Müraciətnamədə deyilirdi: "Mənim 

ərim vəfat etmişdir. Eşitmişəm ki, sənin həddi-buluğa çatmış 

oğulların vardır: onlardan birini mənə göndər. Mən ona ərə 

gedərəm, o da Misirin hökmdarı olar". Het hökmdarı III Murşil 

tərəfindən tərtib edilmiş bu salnamədə qeyd edilir ki, Suppilulium 

belə qeyri-adi müraciətə  təəccüb edir. Hadisənin düzgün olub-

olmamağını yoxlamaq üçün o, Misirə elçi göndərir. Misir fironəsi 

yenidən Het hökmdarına müraciət edib yazır: "Sən nə üçün 

deyirsən ki, onlar məni aldatmaq istəyirlər.  Əgər hökmranlıq 

etmək üçün oğlum olsaydı, mən yadelli ölkəyə müraciət 

etməzdim, çünki bu mənim üçün və  mənim ölkəm üçün 




______________Milli Kitabxana_____________ 

 40


həqarətdir... Mənim  ərim vəfat etmiş  və  mənim övladım yoxdur. 

Məgər mən öz nökərimi götürüb özümə  ər etməliyəm? Mən heç 

bir ölkəyə müraciət etməmişəm, mən ancaq sizə yazmışam. 

Deyirlər ki, sənin çoxlu övladın vardır. Onlardan birini mənə ver; 

o, mənim ərim və Misir torpağının fironu olar". 

Tutanxamonun dul arvadının məqsədi tam aydın deyildi. 

Lakin belə bir nəticə  çıxartmaq olar ki, o, Het dövləti ilə 

yaxınlaşmaqla Aralıq dənizi  ərazisində Misirin təsirini bərpa 

etmək və daxildə aparacağı siyasətdə müəyyən müxalifət 

qruplarının müqavimətini qırmaq istəyirdi. Lakin Misir əyanları, 

xüsusilə hakimiyyətə göz dikən dövlət xadimləri və Amon 

kahinləri yadellinin Misirdə ağalığını qəbul edə bilməzdilər. Buna 

görə Misirə yola düşən Het şahzadəsi Zanaazu Suriyada 

öldürüldü. Ehtimala görə, Het şahzadəsinin öldürülməsini Misir 

sərkərdəsi Xoremxeb təşkil etmişdi, çünki o, dul fıronəyə 

evlənmək istəyirdi. Lakin Anxesenpaamon qohumu olan qoca 

Eyeyə ərə getdi. 

Eye hələ Exnatonun dövründə yüksək vəzifəli  şəxs idi və 

Aton məbədinin pərəstişkarlarından biri olmuşdu. O, Nefertitinin 

dayəsi Teyeyə evlənmişdi. Eye "Allahın atası" rütbəsini daşıyırdı. 

Bu zaman Exnaton ilahiləşdirilmişdi və ona "Allah" kimi sitayiş 

edirdilər. Beləliklə, Eye rəsmən fironun "atası" elan edilmişdi. 

Tutanxamonun hakimiyyəti dövründə Eye vəzir vəzifəsinə kimi 

yüksəlmişdi. Ola bilsin ki, Eye gənc Tutanxamonun qəyyumu 

kimi ölkəni idarə edirdi. Eye cəmi dörd il hakimiyyət başında 

oldu. 


Exnatonun islahatlarının qəti ləğvi Xoremxebin (e.ə. 1334-

1306-ci illər) adı ilə bağlıdır. O, yerli hakimlərdən idi. Xoremxeb 

ali kahin dairələri ilə möhkəm  əlaqədə idi, müxtəlif inzibati və 

hərbi vəzifələrdə olmuşdu. Xoremxeb Tutanxamonun sərkərdəsi 

idi. Fiva şəhərinin köməyinə arxalanan Xoremxeb dövlət çevrilişi 

etdi və hakimiyyəti  əlinə keçirtdi. Öz hakimiyyətini 

qanunlaşdırmaq üçün o, Exnatonun arvadı Nefertitinin bacısına 

evləndi. O, yazılarında hakimiyyətə qanuni sahib olduğunu, 

allahın arzusunu yerinə yetirdiyini qeyd edir. O, III Tutmosu "öz 

atalarının atası" adlandırırdı. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə