Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə13/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   111

______________Milli Kitabxana_____________ 

 41


Hakimiyyətə  gəldikdən sonra Xoremxeb Amon allahına 

ibadəti tamamilə  bərpa etdi. O, Aton ibadətini qəti ləğv etmək 

üçün tədbirlər gördü. Axetaton şəhərini boşaltdırdı, dəbdəbəli 

saray və malikanələri, məbədləri dağıtdı. Xoremxeb "Axetatonlu 

cinayətkar" adlandırdığı Exnatonun adını bütün abidələrdən 

sildirib onun yerinə öz adını yazdırdı, illərini öz hakimiyyətinə 

caladı. Tutanxamon və Eyenin də adları onun göstərişi ilə 

abidələrdən silindi. O, özünü bilavasitə III Amenxotepin varisi 

elan etdi. Xoremxeb hakimiyyətdə olmuş fironların siyahısından 

Exnatonun və hətta Tutanxamonun və Eyenin adlarını sildirdi. 

Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri 

ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir. Qədim 

Misir Yer kürəsində ilk dövlət, dünya ağalığına iddia edən ilk 

qüdrətli imperiya olmuşdur. Bu dövlət xalqını tam itaətə gətirmiş 

güclü dövlət idi. Misir ali hakimiyyətinin  əsas prinsipləri-

sarsılmazlığı və ağlasığmazlığı ilə seçilmişdir. 

Qədim Misir mədəniyyətinin mühüm cizgilərı - misirlilərin 

özlərinin «qeyri-normallıq» hesab etdikləri «ölümə qarşı etiraz» 

olmuşdur. Ölməzliyə olan güclü meyl misirlilərin bütün 

dünyagörüşünü müəyyən etmiş, Misirin bütün dini fikrinə daxil 

olmuş  və  qədim Misir mədəniyyətini formalaşdırmışdır. Heç bır 

dünya sivilizasiyasında ölümə qarşı etiraz Misirdəki kimi bu qədər 

konkret, parlaq, bitkin ifadəyə malik olmamışdır. Ölməzliyə cəhd 

ölülər kultunun yaranmasına gətirib çıxarmışdır. Bu isə Misirin 

həm dini, həm də mədəni həyatında mühüm rol oynamışdır. Bunu 

Misirin iqtisadi, siyasi və  hərbi həyatına aid etsək onda həmin 

kultun necə əhəmiyyət daşıdığı bir daha məlum olur. Misirlilərin 

ölümlə razılaşmamağı belə bir dini etiqadı yaratmışdır ki, ölüm 

heç də son demək deyildir. Yerdə gözəl əbədi həyat uzana bilər. 

Ölən adam özünün dirilməsini gözləməlidir. Bunun üçün ölənin 

ölməz ruhlarından biri onun bədəni ilə təzədən birləşməli və həyat 

yenidən başlamalıdır. Ona görə də canlılar ölənlərin bədənlərinin 

qayğısına qalmalıdır. Bu qayğı üçün əsas vasitə mumiyalama idi. 

Mumiya hazırlamaq sənəti Misirdə  ən hörmətli sənət olmuşdur. 

Bununla yanaşı ölənin bədəninin saxlanılması üçün xüsusi 

məqbərələr yaradılırdı. Bu məqsədlə ehramlar tikilirdi. 




______________Milli Kitabxana_____________ 

 42


Lakin ehramlar yalnız Misir hökmdarları - fironlar və 

əyanlar üçün tikilirdi. Ancaq Misir kahinlərinin dini təliminə görə 

təkcə hökmdarlar və  əyanlar deyil, hər bir adam əbədi həyat 

qüvvəsi olan «Ka»- ya malik idi. Bunun üçün dəfn adətinə ciddi 

əməl olunmalı idi. Bütün bunlara baxmayaraq mərhumun 

mumiyasının düzəldilməsi baha başa gəldiyinə görə kasıb 

adamların cəsədləri sadəcə olaraq həsirə bükülür, qəbiristanlığın 

kənarındakı yarğanlarda basdırılırdı. Ehramlar qədim Misirdə 

adamların bərabərsizliyinin əyani sübutu kimi zəmanəmizə qədər 

gəlib çatmışdır.  

E.ə. III-II minilliklərdə ehramlar və allahlar üçün məbədlər 

tikilməyə başlanmışdır. Ehram tikintiləri xalqa çox ağır başa 

gəlirdi. Ən qədim Misir ehramı firon Coserin şərəfinə tikilmişdir. 

Bu tikili 5 min il bundan əvvəl tikilmişdir. Lakin ən məşhur və 

nəhəng ehram Xeopsun şərəfinə ucaldılan ehramdır, 20 ilə 100 

minlərlə adamın əməyi ilə tikilmiş ehramın hündürlüyü 147 metr 

(hazırda 137 metr), meydanı 55000 m

2

-dir. Ehram tikintisində 



işlədilən daşların hər birinin çəkisi 2-3 tondur. Alimlərin 

hesablamasına görə bu tikilidə 2.300000 ədəd həmin çəkidə 

daşlardan istifadə olunmuşdur. Sonralar, yəni 2 min il bundan 

əvvəl ehramları daşdan yox, kərpicdən tikməyə başladılar. Bu isə 

nisbətən ucuz başa gəlirdi. 

E.ə. I minilliyin əvvəlində ehram tikintisi dayandırılmışdır. 

Fironların qəbri gözdən-könüldən uzaq yerlərdə gizlədilirdi. Lakin 

ehram kimi bu gizli yerləri də çapıb talayırdılar. Fironların 

qəbirləri Qədim Misir tarixinin bütün dövrlərində talanmışdır. 

Qədim misirlilərin öz hökmdarlarını ilahiləşdirib ondan 

qorxmalarına baxmayaraq qəbirlərin talan edilməsi zaman-zaman 

davam etdirilmişdir. 

Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir 

öz inkişafının zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə 

Misirdə elm və  mədəniyyət inkişaf etməyə başlamışdı.  İşarə-

şəkillər-heroqliflər yarandı. Papiruslarda yazılar yazılırdı. O 

vaxtdan bir şer Misirdə kitaba yüksək qiymət verildiyini sübut 

edirdi: 


Müdrik mirzələr 


______________Milli Kitabxana_____________ 

 43


Özlərinə ehram tikmirdilər. 

Tunc baş daşı da qoymurdular, 

Onların ehramı kitablar idi 

Onların övladı qamış qələm idi. 

Buna görə də kitabda yazılan 

Haqqında xatirə əbədidir. 

Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də 

inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir. 

Misirlilər allahları adətən insan, lakin heyvan başlı insan şəklində 

təsəvvürlərinə  gətirirdilər. Bu cür təsəvvürlərin ovçuluq 

dövrlərindən qalması  şübhəsizdir. Qədim misirlilərdə axirət 

dünyasına inam mühüm yer tutduğundan meyitləri mumiyalamaq 

geniş yayılmışdı. Misirlilərə görə, axirət səltənətində  hər  şey 

boldur. Lakin hər bir adamın ruhu bu səltənətə getmir. Ölənlərin 

ruhunu Oziris mühakimə edir. O, allahın iradəsi  əleyhinə 

gedənlərə qarşı çox böyük amansızlıq göstərir. Elələrinin ruhunu 

müdhiş, yırtıcı heyvanlar yeyir. Qədim Misirdə fironlar 

ilahiləşdirilirdi. Ona görə  də  qədim dini kitabədə yazılırdı: 

«Allahlar itaət edənləri sevir, itaət etməyənlərə isə nifrət edir». Bu 

ölkədə din fironlara danışıqsız itaət etməyi tələb edirdi. Əmri 

pozanlar isə quraqlıq, taun xəstəliyi, düşmənlərin hücumları ilə, 

öləndən sonra isə Oziris mühakiməsi ilə hədələnirdi. 

Qədim insanlara elə  gəlirdi ki, fironların ixtiyarında olan 

qeyri-məhdud hakimiyyəti insanlar yox, allahlar müəyyən 

etmişlər. Təsadüfi deyildir ki, fironu «allahın oğlu» və «böyük 

allah» adlandırırdılar. Misirdə allahlara dualarla müraciət edir, 

onlara qurban verirdilər. Məbədlər allahların evləri hesab 

olunurdu. Orada allahların bütləri qoyulurdu. Məbədlərdə 

«allahların xidmətçiləri» - kahinlər olurdular. Hesab edilirdi ki

kahinlər allahları yedizdirirdilər-onlar bütlərin qabağına yemək 

qoyurdular. Qırğı baş olan Günəş allahı Ra, allahların padşahı hər 

gün qızıl qayıqda göydə gəzir və qərbdə yerə enir. Uzaq cənubda 

Nil allahı ilanların qoruduğu mağarada küpələrdən su tökür. Nə 

qədər su tökəcəyi onun iradəsindən asılıdır. Bunlardan əlavə 

vəbanı göndərən aslan başlı  qəzəbli müharibə ilahəsi də olduqca 

təhlükəli idi. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə