Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə11/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   111

______________Milli Kitabxana_____________ 

 35


hakim quldar təbəqəsi ilə yeni yaranan əyanlar təbəqəsi arasında 

kəskin mübarizə gedirdi. Köhnə hakim sinif nümayəndələri 

kahinlər  ətrafında cəmləşmişdi.  Əvvəlki illərin uzun sürən 

müharibələri, ölkəyə axan qənimət və insan qüvvəsi məbədləri və 

onlara qulluq edən kahinləri varlandırmışdı. Misirin baş  və  ən 

nüfuzlu allahlarına həsr olunmuş  məbədlərinin xeyli mal-qarası 

var idi. Məbəd xəzinəsi dolu idi. Xüsusilə Amon məbədi (Fiv 

şəhəri) fərqlənirdi. Ölkədə Amon allahına ibadət geniş yayılmışdı. 

Ona bol qurbanlar kəsilir və  nəzirlər verilirdi. Adətən quş  və 

heyvan, taxıl və meyvə, içki (şərab və pivə), ətriyyat və sair nəzir 

kimi məbədə  gətirilirdi. Məbəddə  ərzaq qıtlığı olmurdu, əksinə, 

həmişə bolluq olur, kahinlər və  məbəd xidmətçiləri, habelə 

məbədətrafı yetim-yesir ərzaqla təmin edilirdi. 

Firon IV Amenxotepin ətrafına yeni əyanlar təbəqəsinin 

nümayəndələri cəmləşmişdi. Onların içərisində yoxsulluqdan 

çıxmış  və az-çox varlanmış xidmət adamları da vardı. Bu sosial 

təbəqə nemxu - "yetim, kasıb, yetim-yesir" adlanırdı. Yeni 

əyanların tərkibində nemxu, yəni yetim-yesir anlayışı artıq məcazi 

mənada işlədilirdi, eyni zamanda da belə adamların aşağı 

təbəqədən çıxdığını bildirirdi. 

XVIII sülalənin son dövrlərində "yetim-yesir" (nemxu) 

təbəqəsinə  mənsub olan, lakin artıq varlanmış adamlar Misirin 

inzibati və təsərrüfat idarələrində, ordu və firon sarayında qulluq 

edirdilər. Belə varlı  və  vəzifəli "yetim-yesirlər" yazılarında firon 

IV Amenxotep sayəsində ad-sana çatdıqlarını və əyan səviyyəsinə 

qədər ucaldıqlarını qeyd edirdilər. Varlı, adlı-sanlı  və idarələrdə 

çalışan "yetim-yesirlər" fironun dayağına çevrilmişdilər. Fironun 

əhatəsində adlı-sanlı əyanlar da vardı. IV Amenxotep yeni əyanlar 

təbəqəsinə etimad göstərirdi. Yazılarında fironu onları yaradan 

kimi qələmə verirdilər.  

Amon ümum Misir allahı hesab olunurdu. Ona həsr 

olunmuş  məbədlər hər yerdə inşa edilmişdi. Amon məbədlərinin 

xeyli gəliri olurdu. Amon kahinləri fironun daxili və xarici 

siyasətinə istiqamət verən  əsas qüvvəyə çevrilmişdi. III 

Amenxotepin dövründə bu allah Amon-Ra, yəni "Amon-günəş" 

adlandırılırdı. Günəş allahına (Raya) Misirin müxtəlif şəhərlərində 




______________Milli Kitabxana_____________ 

 36


sitayiş edirdilər. Fironlar özlərini "Günəşin (Ranın) oğlu" 

adlandırırdılar. IV Amenxotep hakimiyyətə gələndə bir müddət bu 

Misir dini ənənəsini dəyişdirmədi. Günəşə sitayiş tədricən fironun 

başlıca ideoloji mənsəbinə çevrildi. Əvvəllər günəş, üstündə 

dairəsi olan şahin başlı insan kimi təsvir olunurdu. IV Amenxotep 

dini islahat həyata keçirtdi. O, "görünən Günəşə" (Aton) sitayişi 

bərqərar etdi. Günəş  şüalı  şəkildə  təsvir olunurdu, günəş 

dairəsindən  şüalar insan əli  şəklində uzanırdı. IV Amenxotepin 

şüa saçan günəşə öz ailəsi ilə birlikdə sitayişini təsvir edən abidə 

bizə  gəlib çatmışdır. Ffironun islahatı günəş Allahı Atonun 

ibadətini müəyyən etdi. Bu islahatın siyasi və iqtisadi nəticələri 

tezliklə özünü büruzə verdi. Bir müddət Aton və Amon allahlarına 

ibadət yanaşı aparılırdı. Lakin Aton məbədində taxıl adi ölçülərlə 

yox, dolu ölçülərlə buraxılırdı. Digər Qədim  Şərq ölkələrində 

olduğu kimi, Misirdə  də müxtəlif həcmli çəki ölçüsü (əndazə) 

mövcud idi. Aton məbədinin təsərrüfatı yarandı. Məbəddə 

qoyulmuş çoxlu qurbangahlar boş qalmırdı. Məbədin zəngin mal 

və  ərzaq anbarları vardı. "Günəş evi" adlanan Aton məbədi 

zənginliyi ilə fərqlənirdi. Aton məbədlərinin gəliri də artırdı. 

Ehtimala görə, IV Amenxotep hakimiyyətinin altıncı ili 

(təxminən e.ə. 1360-cı il) yeni ibadət mərkəzi yaratdı. O, Amon 

məbədi güclü olan paytaxtı Fiv şəhərini tərk etməli oldu. Misirin 

orta hissəsində (indiki əl-Amarna) Nilin sağ sahilində yeni paytaxt 

saldırdı. Adını yeni ibadətin  şərəfinə Axetaton, yəni "Günəş 

üfüqü" qoydu. Belə təsəvvür yaradılmışdı ki, Axetaton, ən qədim 

dövrlərdən guya günəşin məskəni olmuşdur.  Şəhər  ətrafı  əhalisi, 

torpağı, suyu, çölü və dağları ilə birlikdə Günəşin mülkü elan 

edildi. Eyni zamanda, firon Amenxotep (yəni "Amon 

məmnundur") adını dəyişdirib Exnaton ("Günəşə sərfəli") qoydu. 

Digər  şəxsi adlarda Amon Aton ilə  əvəz edildi. Exnatonun ailə 

üzvləri, onu əhatə edən  əyanlar buna uyğun olaraq adlarını 

dəyişdirməli oldular. Digər yerli allahlara ibadət sıxışdırıldı. 

Exnatonun dini islahatı  təkallahlığa doğru atılmış ilk addım idi. 

Exnaton ömrünün son ilini Axetatonda yaşadı. Axetaton bağlı-

bağatlı böyük şəhərə çevrilmişdi. Atonun şərəfinə böyük məbəd 

tikilmişdi. Firon sarayları öz əzəməti ilə  fərqlənirdi.  Ən böyük 




______________Milli Kitabxana_____________ 

 37


saray ağ daşdan hörülmüşdü. Saray divarları naxışla bəzənmiş, 

qiymətli daşlarla doldurulmuş, yaxud qızıldan üz çəkilmişdi. 

Günəş allahına sadiq olan yeni əynlar da Axetatonda ev 

tikdirmişdilər. Onlar Axetatonda sərdabələr tikdirir, divarlarını 

müxtəlif rəsmlərlə  bəzəyirdilər. Rəsmlərin  əksəriyyəti Exnatona 

həsr olunmuş, onun gündəlik işini təsvir edirdi. Məqbərə 

yazılarında  əyanların firona minnətdarlığı bildirilirdi. Ev və 

sərdabə divarlarında Günəşin və onun oğlu hesab edilən 

Exnatonun və arvadının ünvanına dua-müraciət mətnləri həkk 

edilmişdi. Onlar firon və firon arvadından yaxşı gün-güzəranlıq və 

öləndən sonra nemətlər diləyirdilər. 

Exnatonun dini-siyasi islahatı geniş xalq kütlələrinin maddi 

vəziyyətini yaxşılaşdırmadı. Atonun şərəfinə yazdığı himn sadə 

adamların güzəranından bir kəlmə  də olsun bəhs etmir. Burada 

ancaq Günəş allahının qüdrəti təsvir olunur: "Sən (yəni Aton)  

səmanın üfüqündə  qəşəng parıldayırsan, həyatın başlanğıcını 

qoymuş diri Günəş dairəsi! Sən şərq üfüqündə  çıxırsan və bütün 

yeri öz gözəlliyinlə doldurursan. Sən qəşəngsən, böyüksən, 

nursaçansan və yer üzündə yüksəkdəsən! Sənin  şüaların sənin 

yaratdığın bütün ölkələrin sərhədlərini bürüyür! Sən zülməti 

qovursan öz şüalarını saçanda. Hər iki torpaq şadlıq edir. Onlar 

(insanlar) oyanır, ayağa durur, qalxır sənə görə. Bədənlərini 

yuyurlar və geyimlərini götürürlər. Onların  əlləri sənin parıltını 

vəsf edir, onlar işə girişirlər. Mal-qara otlayır. Ağac və ot göyərir. 

Quşlar yuvasından uçur. Bütün heyvanlar ayaq üstə hoppanırlar. 

Gəmilər  şimala üzür, həm də  cənuba və bütün yollar sən nur 

saçanda açılır. Çayda balıqlar sənin görüşünə  çıxırlar. Sənin 

şüaların dənizə cumur. Sənin şüaların hər bir əkinə qida verir. Sən 

çıxanda o canlanır və göyərir sənə görə... Sən uzaq səmanı 

yaratdın ki, oradan doğasan və özün yaratdığına baxasan... Sən 

mənim ürəyimdəsən, elə birisi yoxdur ki, sənin oğlun 

Neferxepruradan (Exnatonun adıdır) başqa səni dərk etsin..." 

Exnaton ancaq günəşin yer kürəsinə  bəxş etdiyi işıq və  şüanın 

müsbət nəticələrinə dini don geyindirmiş  və onun şərəfinə  mədh 

demişdi. Yəqin ki, Exnaton sadə adamların müəyyən hissəsinə əl 

tuturdu, "yetim-yesir" təbəqəsindən  əyanlığa qəbul edirdi, lakin 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə