Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə8/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   111

______________Milli Kitabxana_____________ 

 22


insanların mənşəyi heyvanlarla, quşlarla, balıqlarla, hətta 

həşəratlarla  əlaqəlidir. Kaliforniyalı Koyot hinduları belə hesab 

edirlər ki, onların  əcdadları canavar olmuşdur. Sibir xalqlarının 

əksəriyyəti - Ob xantları, Ural mansiləri mifik təsəvvürlərinə görə 

öz mənşələrini ayıdan, dovşandan, qazdan, durnadan, balıqdan və 

qurbağadan götürürdülər. 

Heyvanlar adamların hamisi rolunda çıxış edir, onlara öz 

işlərində köməkçi olurdular. Məsələn, Kanada eskimoslarında 

ilahə Sedna dişi morj obrazında xeyirxahlıq mücəssəməsi idi. 

Labrador eskimoslarında kişi allahları  ağ ayı simasında təsvir 

olunurdu. Bir sıra xalqların miflərində heyvanlar insanlara od 

verir, insanlara sənət öyrədir, mərasim və adətləri aşılayır. Buryat 

əfsanəsinə görə, birinci şaman qartal olmuşdur. O, qadınla əlaqəyə 

girərək ona şamanlıq etməyi öyrətmişdir. Koryaklarda və 

çukçalarda ilahi qarğa dünyanın, torpağın, çayların və  hətta 

insanların yaradıcısı hesab olunur. O, insanlara sənət öyrətmiş

onlara maral vermişdir. Çox vaxt insanın ruhu da heyvan 

obrazında təsəvvür edilirdi. Məşhur filosof Plotin (III əsr) ölərkən 

onun yaxın dostu çarpayının altında ilan görür. İlan tez divarın 

yarığında gizlənərək yox olur. Filosof tam əmin idi ki, həmin ilan 

Plotinin ruhudur. 

Qədim farslarda itlər  ən böyük hörmətə malik idi. Onların 

fikrincə insan öldükdən sonra onun ruhu «itlərə» keçir. Ona görə 

də öldükdən sonra insanın cəsədi itlərə yedizdirilirdi. 

Etiqad edilən heyvanları incitmək olmazdı. Qədim Misirdə 

müqəddəs heyvanın öldürülməsi ölümlə  cəzalandırılırdı. E.ə. V 

əsrdə məşhur yunan tarixçisi («tarixin atası») Herodot yazırdı ki, 

Misirdə pişiyin ölümü oğulun ölümündən betər sayılırdı. İnkişafın 

daha sonrakı  mərhələlərində animizm (latınca  nimus, nima-ruh, 

can deməkdir), yəni ruhlara etiqad meydana gəlmişdir. Bu inam, 

əqidə  qədim dövr insanlarının,  ən qədim  əcdadlarımızın 

fövqəltəbiiliyi haqqında təsəvvürlərinin formalaşmasında mühüm 

rol oynamışdır. Animizm insanlarda anlayış yaratmaq qabiliyyəti 

özünü göstərəndən sonra əmələ  gəlmişdir. Bu inkişaf 

mərhələsində aləmin ikiləşməsinə - real və fövqəltəbii aləmə 

bölünməsinə imkan yaranır. Sonralar fövqəltəbii aləmin real aləm 




______________Milli Kitabxana_____________ 

 23


üzərində hakim olması haqqında inam formalaşır.  İbtidai insanın 

aləmi onun fantaziyasının məhsulu olan ruhların insanların, 

heyvanların, bitkilərin, təbiət obyektlərinin, insanın yaratdığı 

predmetlərin ruhlarının «məskənidir». Daha sonralar isə bu və ya 

başqa predmetdən ayrılan, onu tərk edən ruhlar haqqında 

təsəvvürlər meydana gəlir. Bu qayda ilə müxtəlif kortəbii 

qüvvələrin və  təbiət hadisələrinin ildırım, günəş, ay, planetlər, 

dağlar, dənizlər, çaylar, və meşələrin ilahiləşdirilməsi prosesi baş 

verirdi. 

Ruhlar - insanla daimi qarşılıqlı  təsirdə olan mifoloji 

varlıqlardı.  İnsanların hamiləri olan ruhlar, nəsil ruhları,  əcdad 

ruhları, xəstəlik ruhları,  şamanların köməkçi ruhları, müxtəlif 

obyektlərin, sahələrin, təbiət qüvvələrinin sahiblərinin ruhları kimi 

müxtəlif ruhlar məlum idi. Ruhlar haqqında təsəvvürlər çox vaxt 

onları insanların «bənzəri», daha doğrusu mənəvi «bənzəri» kimi 

təqdim edir. Ruhlar çoxsaylı miflərdə  və mifoloji əfsanə  və 

dastanlarda özünü göstərir. Həmin dastanlar isə guya konkret 

insanların başına gələn əhvalatları ifadə etməklə yanaşı, həmçinin 

insanların ruhlarla təması - görüşü haqqında hadisələri əks etdirir. 

Ruhlar haqqında təsəvvürlər allahların obrazlarının 

formalaşmasında mühüm rol oynamışdır.  İnkişaf etmiş 

mifologiyalarda allahların və ruhların obrazları yanaşı mövcud 

olsa da ruhlar mifoloji sistemlərin daha aşağı səviyyəsinə aiddir. 

Beləliklə, animizm ruhların təbiət hadisələrinin səbəbkarı 

mövcudluğuna inamı, bütün təbiətin canlı olmasına inamı ifadə 

edir. Qədim dünyanın mədəniyyətində animizm dini etiqadların 

universal forması idi. Elə bütün dini tamaşaların, mərasim və 

ayinlərin inkişaf prosesi animizmdən başlanmışdır.  

İbtidai xalqların mədəniyyətində magiya (sehrbazlıq) da 

mühüm rol oynamışdır. Magiya da ibtidai dini etiqadlara aiddir. 

Magiya müəyyən simvolik hərəkətlər (tilsimləmək, ovsunlamaq 

və s.) yolu ilə, yəni fövqəltəbii yolla ibtidai insanın hər hansı təbii 

hadisələrə  təsir göstərmək imkanına olan etiqadından ibarətdir. 

İbtidai cəmiyyətlərin üzvləri sehrbazlıq üsulları ilə hadisələrin 

gedişinə özünün arzu etdiyi istiqamətdə  təsir göstərməyə 

çalışırdılar. Magiya sonralar inkişaf etmiş dinin daha mühüm 




______________Milli Kitabxana_____________ 

 24


ünsürlərindən birinə çevrilmişdir, hər bir müasir dini kult 

sehrbazlıq hərəkətlərinin (ayinlər, sirlər, ibadətlər və s.) müəyyən 

sistemini özündə birləşdirir. Sehrbazlığın ovsunlamaq, falçılıq, 

qabaqcadan xəbər vermə, «bəd nəzər», caduya inam, «bağlamaq» 

və s. kimi qalıqları indi də məişətdə qalmaqdadır. 

İbtidai cəmiyyətlərdə geniş yayılmış etiqad formalarından 

biri də fetişizm hesab olunur. Fetişizm (fransızca  fetiche  - büt, 

tilsim deməkdir) müxtəlif maddi əşyaların fövqəltəbii xassələrinə 

etiqad olunmasına deyilir. İbtidai insanın müxtəlif  əşyalardan, 

məsələn, daşlardan, ağaclardan, sonralar isə amuletlərdən 

(gözmuncuğularından, dualardan və s.), bütlərdən və s. fövqəltəbii 

kömək almaq ümidi fetişizmdə  əks olunurdu. İbtidai cəmiyyətdə 

yaşamaq taleyinə düşən insanın praktiki fəaliyyətinin inkişaf 

etməsi və onun dərketmə imkanlarının məhdudluğu fetişizmin ilk 

mənbələri olmuşdur.  İbtidai dövrlərdə fetiş öz-özlüyündə real 

mövcud olan predmet kimi pərəstiş obyekti olmuşdur. Sonralar isə 

onda «məskunlaşan» gizli fövqəltəbii qüvvə haqqında təsəvvürlər 

meydana çıxır. Fetişizm dini pərəstişin zəruri komponentidir. 

Möcüzəli ikonalara, xaça, quru cəsədlərə, «müqəddəs yerlərə 

pərəstiş edilməsi, tilsimlərin, amuletlərin, boyundan asılan 

xaçların və s. möcüzələr doğurduğuna etiqad edilməsi müasir dini 

praktikada fetişizmin daha xarakterik təzahürləridir. 

Cəlbedici predmetlər, gözəl görünən, eləcə  də çirkin 

görünən  şeylər fetişə çevrilə bilər. Predmet-əşya forması kimi 

fetişizm Qərbi Afrikada çox yaxşı saxlanılmışdır. Burada fetişlər 

hər yerdə  nəzərə çarpır.  Ən geniş surətdə yayılmış canlı fetişlər 

ilan (əjdaha) və qarğadır. Farslarda it və xoruz, Skandinaviyada 

ayı  və canavar, Yunanıstanda - bayquş  və s. fetiş sayılır. Canlı 

fetişlər qəbilə üzvləri üçün eyniləşdirici başlanğıcı ifadə etmirdi, 

onları eyni hesab etmək olmazdı. Onlar ya totemizmin 

özünəməxsus qalıqları, yaxud da güclü, müstəqil ruhların 

daşıyıcıları idi. Bəzi hallarda qəbilə üzvləri onlardan yararlana 

bilərdi. Ona görə  də bir xalqın bir neçə canlı fetişi olurdu. 

Məsələn, Qədim Misirdə hər bir icma özünün canlı fetişinə malik 

idi. Ümummilli fetiş-müqəddəs öküz Apis olsa da, regional və 

yerli fetişlər də mövcud idi. Fivada - qoyun, Memfisdə - keçi




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə