______________Milli Kitabxana_____________
90
Alaca-Hüyük sarayı divarlarında müxtəlif səhnələr yonulmuşdu.
Burada ud və tuluq zurnası çalan musiqiçilər, ov, qurban
kəsilməyə aparılan qoyunlar və s. təsvir olunmuşdur. Boğazgöy
sfinksi və Alaca-Hüyük şirləri öz əzəmətli görkəmi ilə
fərqlənirdilər. Het şəhərləri istehkam kimi tikilirdi, bir neçə iç qala
ilə əhatə olunurdu. Onun daxilində saray və baş məbədlər
yerləşirdi.
Hetlər möhür düzəltmə işində mahir idilər. Bu möhürlər
İkiçayarası möhürlərindən həm formaca, həm də təsvirlərin
məzmunu ilə fərqlənirdi. Möhürlər dairəvi və dördbucaq şəkildə
hazırlanırdı. Möhür üzərində hökmdar təsvir olunurdu. Belə
möhürlərin qırağına heroqlif işarələri yazırdılar.
Hetlərin özünəməxsus və bənzəri olmayan mədəniyyəti
Assur və Urartu mədəniyyətlərinə də güclü təsir göstərmişdi.
______________Milli Kitabxana_____________
92
FƏLƏSTİN
Fələstində samilərdən əvvəlki dövrlərdə yaşamış əhali
barədə arxeoloji qazıntılar və Tövratda əks olunmuş materiallar
məlumat verir. Ərəbistan yarımadasından Mesopotamiyaya üz
tutan sami qəbilələri Fələstindən keçib gedirmiş. Şimaldan əks
istiqamətdə hirrilər, sonrakı dövrlərdə hetlər hərəkət edirmiş.
Fələstində VIII-V minilliklərə aid neolit məskənləri aşkar
edilmişdir. Fələstin əhalisinin böyük hissəsini qərbi sami qrupuna
məxsus hanaanlar və onların bir boyu olan amorilər təşkil edirdi.
Ümumi yəhudi adı ilə məlum olan samilərin növbəti köçü
mənşəyinə görə amorilərə yaxın idi. Onlar yəhudi və israilli
boylarına bölünürdülər. Bu qrupa müxtəlif yəhudi ləhcələrində
danışan ammoni, moavi və edomi qəbilələri yaxın idi. Aralarında
qanlı toqquşmalar baş verirdi. Tövrat həmin qəbilələrin yəhudi və
israillilərlə etnik yaxınlığından xəbər verir.
Tövratda yəhudi və israillilərin Misirə köçməsi, onların
Musa peyğəmbərin başçılığı altında Misiri tərk etməsi, Sinay
səhrasında 40 il dolaşdıqdan sonra Fələstinə qayıtması təsvir
olunur. E.ə. XIII əsrdə onlar artıq bir neçə qala istisna olmaqla (o
cümlədən Qüds) Fələstinin böyük hissəsini tutub bu ərazilərdə
məskunlaşırlar. Yəhudi və israillilərlə eyni zamanda Fələstində
ehtimal ki, Krit mənşəli filistin qəbilələri də məskunlaşırlar.
Filistinlilər Fələstin mədəniyyəti və iqtisadiyyatında böyük rol
oynamışlar. Yerli etnoslar dəmir emalını onlardan öyrənmişdi.
Fələstinin sahil zolağını zəbt etmiş filistinlilər yəhudi və
hanaanlarla amansız müharibələr aparırdılar. Qısa barışıq
dövrlərində qarşılıqlı mədəni əlaqələr yaranırdı.
İsraillilər ölkənin bağçılıq və əkinçiliyin inkişaf etdiyi şimal
bölgəsində, yəhudilər isə oturaq maldarlığın üstünlük təşkil etdiyi
cənub bölgəsində məskunlaşmışdılar.
Davudun dövründə əhalinin siyahıya alınması keçirildi.
Davud filistinliləri bir neçə dəfə döyüşdə məğlub etdi, qərb
sərhədlərini möhkəmləndirdi, şərq, şimal-şərq və cənubda bir neçə
qonşu dövləti işğal edib ölkə ərazisini genişləndirdi. Edumun zəbt
olunması Akab körfəzinin limanlarına çıxmaq imkanı verdi.
______________Milli Kitabxana_____________
93
Davud Hanaan şəhəri Qüdsü tutub ölkənin paytaxtı elan etdi.
Davudun oğlu Süleymanın hakimiyyəti dövründə dövlət
aparatı möhkəmləndirildi. Misir, Finikiya, Suriya və cənubi
Ərəbistanla ticarət əlaqələri quruldu. İnşaat işləri vüsət aldı,
Finikiyadan peşəkar memar və nəqqaşlar dəvət olundular. Qüdsdə
möhtəşəm Yahve məbədi və gözəl imarətlər tikildi.
Şərqi Aralıq dənizi ölkələrinin mədəniyyəti yerli kənani
tayfalarının nailiyyəti əsasında inkişaf tapmışdı. İlk zamanlar
Misir və İkiçayarası mədəniyyətinin burada güclü təsiri olmuşdu.
Əhali qonşu xalqların yüksək mədəniyyətini yerli mühitə uyğun
tətbiq edirdi. Bunun nəticəsində Şərqi Aralıq dənizi ölkələrinin
əhalisi özünəməxsus mədəniyyət yaratmışdı. İncəsənət sahəsində
müəyyən nailiyyətlər əldə etmişdilər. E.ə. II minillikdə qala və
məbəd tikintiləri geniş yayılmışdı. Məbəd divarlarında təsvirlər
verilmirdi. E.ə. VIII-VI əsrlərdə Yerusəlim (Qüds) kahinləri insan
və heyvanların təsvirini qadağan etmişdilər. Hətta allah Yahve
belə təsvir olunmurdu. Allah və müqəddəslərin şəklinin qadağan
edilməsi İslam dinində də qalmışdır.
Şərqi Aralıq dənizi əhalisi əlifba sistemli yazı yaratmışdılar.
E.ə. II minillikdə burada Misir heroqlif yazısından və
İkiçayarasının mixi yazılarından istifadə edirdilər. Həmin dövrdə
Bibldə 100 işarədən ibarət hecalı yazı növü icad etmişdilər. Bu
protobibl yazısı adlanır. Bu işarələri yadda saxlamaq daha asan
idi. Protobibl yazı işarələri yeni yazı sisteminin yaradılmasına
təsir göstərdi. İşarələrin sayını azaldıb sait səsləri ləğv etməyə
başladılar. Saitlə samit səslər bir işarədə əks olunurdu. Bunun
nəticəsində sadələşdirilmiş yazı sistemi yaradıldı. Uqaritdə belə
yazılı hərflərin sayı 30-a çatırdı. Finikiya yazısı təkmilləşmiş
əlifba sistemi təşkil edirdi. Finikiya əlifbası yəhudi və aramilər
tərəfindən qəbul edildi. Aramilər isə bu əlifbanı Hindistan və
mərkəzi Asiyaya kimi yaydılar. Qərbdə yunanlar müəyyən
dəyişikliklər etməklə Finikiya əlifbasını mənimsədilər. Yunanlar
bu əlifbanı soldan sağa yazmağa başladılar və bir neçə sait səsi
əlavə etdilər. Bir sıra hərf adları Finikiya adlarını saxlamışdı.
Məsələn, "əlif (Finikiya dilində "öküz" deməkdir), "beta" (həmin
dildə "ev" deməkdir). Beləliklə, Finikiya əlifbası qərb və şərq